Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə56/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   120

 

 

196



Gərzəngi üzümdə rast gəlinən və  Uncinula spiralis göbələyi tərəfindən 

törədilən xəstəlikdir. Bu xəstəliyə  həm yetişməmiş, həm də kal gilələr tutulur. 

Xəstə gilələrin üzəri tədricən ağ ləkələrlə örtülür və sonra quruyur. Gilələrin qabığı 

çatlayır, tumlar görünür və beləliklə  məhsuldarlığa böyük ziyan dəyir. Xəstəlik 

tezliklə sağlam gilələrə keçir. 

 

5.8.2. Kartofun və tərəvəzlərin xəstəlikləri 

 

Kartofun fitopatogen xəstəliklərinə fitoftora, xərçəng, dəmgil (adi, qara, 



səpgili) və çürümə (quru, halqavari və yaş-bakterial çürümə) aiddir. 

Fitoftora xəstəliyini Phytophthora infestans göbələyi törədir. Xəstəlik iqlim 

şəraiti çox rütubətli olan rayonlarda kartof bitkisinə böyük ziyan vurur. Kartof 

yumruları üzərində bozumtul batıq ləkələr  əmələ  gəlir. Kartofu qazıb torpaqdan 

çıxardıqda, fitoftora xəstəliyini müəyyənləşdirmək olmur, çünki bu xəstəlik çox 

vaxt qışda kartof saxlanan zaman aşkara çıxır. Xəstəliyə tutulmuş kartof yumruları 

keyfiyyətsiz olur. Saxlanılma zamanı yumrular yaş və quru çürümə xəstəliklərinə 

də tutulur. Bəzi illər bu xəstəliyin təsirindən məhsul 25-35% azalır. 

Xərçəng xəstəliyini Synohytrium endobioticum Pers göbələyi törədir. Kartof 

yumruları üzərində  fırlar  əmələ  gəlir və  tədricən böyüyür. Kartof bitkisi üçün ən 

qorxulu xəstəlik sayılır. Bəzi illərdə kartofun məhsuldarlığını 40%-dək aşağı salır. 

Xərçəng xəstəliyinə tutulmuş kartof yumruları mütləq seçilib çıxdaş edilməli, 

tədarükə verilməməlidir. 

Dəmgil xəstəliyinin 3 formasına təsadüf olunur: adi, qara və səpgili dəmgil. 

Yalnız kartofun qabığına dəyib,  ətliyinin keyfiyyətinə  təsir etməyən dəmgilə adi 

dəmgil deyilir. Zədələr dərin olub, kartofun qabığında çatlar əmələ gətirdikdə buna 

səpgili dəmgil deyilir. 



Adi dəmgil  xəstəliyini  Actinomyces scabies L. göbələyi törədir. Xəstəlik 

yalnız kartof yumrularını  zədələyir, onların üzərində çox da dərin olmayan 




 

 

197



çökəklər və ya yaralar əmələ  gətirir. Belə yumrular anbarda saxlanan zaman 

asanlıqla quru və yaş çürümə xəstəliklərinə tutulur. 



Qara dəmgil  xəstəliyini  Rhizoctonia solani göbələyi törədir. Yumrularda 

qaramtıl yaracıqlar əmələ gəlir və asan qazınır. Dəmgil xəstəliyi ilə kartof səthinin 

25%-nin zədələnməsinə icazə verilir. Qara dəmgillə kartofdan başqa pomidor, 

qabaq, kələm, xiyar, yerkökü, çuğundur və başqa tərəvəzlər də xəstələnir. 



Səpgili (və ya dənəvər) dəmgil  xəstəliyini  Spongospora Subterranea 

göbələyi törədir. Yumrularda əvvəlcə şişkin yerlər görünür, sonra bunlar dağılaraq 

çöküklər və ya yaralar əmələ gətirir. Bu xəstəlik bir çox rayonlarda yayılmışdır və 

bəzi rayonlar üçün daxili karantin xəstəliyi sayılır. Xəstəlik nəticəsində 

məhsuldarlıq azalır. 

Quru çürümə  xəstəliyini  Fusarium cinsinə aid göbələklər  əmələ  gətirir. 

Mexaniki zədələnmiş kartof yumruları bu xəstəliyə daha tez tutulurlar. Zədələnmiş 

yerdə  əvvəlcə  ağ  və ya açıq çəhrayı  rəngdə sporlar olan göbələklər görünür. 

Kartofun yumşaq hissəsi tozşəkilli unlu kütləyə çevrilir. Bu xəstəlik yaz fəslində 

anbarlarda temperaturun artması nəticəsində çoxalır. 

Yaş bakterial çürümə çox qorxulu və yoluxucu xəstəlikdir. Bu xəstəliyə 

şaxta vurmuş  və fitoftora ilə  xəstələnmiş kartof daha tez tutulur (çürüyür). 

Çürümüş kartofu onun pis iyinə görə müəyyənləşdirmək olur. 

Halqavari çürümə  xəstəliyini  Bactericum sepedonicum Spiek et Kotth 

bakteriyası törədir. Xəstəliyə tutulmuş yumrularda halqavari çürüntü görünür. 

Kartof yumrusunu eninə  kəsdikdə bunu aydın görmək olur. Xəstəliyin ilk 

mərhələsində yumrunun kəsiyində sarı  ləkələr  əmələ  gəlir, sonra həmin ləkələr 

qaralır. Xəstəliyin təsirindən bitkilərin məhsulu keyfiyyətsiz və az olur. Xəstəlik 

rütubətli havada yaxşı inkişaf edir və bitkiyə çox ziyan vurur. 

Kökümeyvəlilərin xəstəliklərinə  ağ, qara və boz çürümə, yerkökü və 

çuğundurun fomoz xəstəliyi aiddir. 



Ağ çürümə  xəstəliyini  Sclerotinia Libertiana göbələyi törədir. Bu xəstəlik 

meyvəkökləri anbarda saxlanan dövrdə  zədələyir. Xəstəliyə tutulmuş 




 

 

198



meyvəköklərdə  ağ kif şəklində göbələyin mitselisi inkişaf edir. Meyvəköklərin 

toxuma hissəsi dağılaraq çürüyür. Ağ çürümə xəstəliyinə batat, topinambur, lobya, 

noxud, xiyar, pomidor, kələm, şalğam, kərəviz, cəfəri və başqa tərəvəz bitkiləri də 

tutulur. 



Qara çürümə  xəstəliyini  Alternaria radicina göbələyi törədir. Xəstəlik 

anbarda saxlanan meyvəkökü zədələyərək, qara çürümə əmələ gətirir. Qara çürümə 

əvvəlcə meyvəköklərin yan və təpə hissələrində görünür, sonra isə meyvəköklərin 

özək hissəsinə keçir. Xəstəlik nəticəsində meyvəköklər yumşalaraq çürüyür və 

istifadəyə yaramır. Qara çürümə xəstəliyi havanın rütubəti artıq olan dövrdə sürətlə 

inkişaf edərək böyük ziyan vurur. Zədələnmiş  tərəvəz başqa bakterioloji 

xəstəliklərə də məruz qalır və tez bir zamanda xarab olur. 

Boz çürümə xəstəliyinə yerkökü tutulur. Xəstəliyi Botrytis cinerae göbələyi 

törədir (yalnız məhsul anbarda saxlanılan dövrdə). Yerkökündə boz kif şəklində 

mitsellər, konidilər və qara rəngli sklerosiyalar inkişaf edir. Zədələnmiş 

meyvəköklər çürüyür və istifadəyə yaramır. Xəstəlik sağlam tərəvəzə də keçir. 



Fomoz  xəstəliyini  Phoma Rostrurii göbələyi törədir. Göbələk meyvəkökü 

zədələyərək, boz-qəhvəyi və tünd qəhvəyi ləkələr  əmələ  gətirir. Zədələnmiş 

meyvəköklərin toxuma hissəsi dağılaraq boşluqlar  əmələ  gətirir və daxilində 

mitseli inkişaf edir. Qışın ikinci yarısında anbar şəraitində meyvəköklərin üzərində 

çoxlu miqdarda qara nöqtələr şəklində göbələyin piknidləri əmələ gəlir. Piknidlərin 

içərisində sporlar yerləşir və xəstəliyi yayır. 

Çuğundurun fomoz xəstəliyini (özək çürüməsi)  Phoma betae göbələyi 

törədir. Bu xəstəlik çuğundurun içinə keçir və toxumaları dağıdır, nəticədə özək 

qaralır. Aşxana çuğunduru quyruq çürüməsi ilə  də  xəstələnir. Bu xəstəliyə  şəhər 

zibilləri ilə gübrələnmiş sahələrdə becərilən çuğundurda daha çox rast gəlinir. 

Soğanın xəstəliklərinə boz boğaz çürüməsi, qara kif və fuzarioz çürüməsi 

aiddir. 


Boz boğaz çürüməsi xəstəliyini Botrytis allii göbələyi törədir. Bu xəstəliyə, 

əsasən orta zonada becərilən baş soğan tutulur. Göbələk soğanaqları tarlada 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə