Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə57/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   120

 

 

199



zədələyir. Anbarda saxlanılma 

dövründə soğanın səthində boz örtük, sonra 

isə qara kütlə  əmələ  gəlir. Soğanaqlar qonurlaşır, bişirilmiş kimi 

yumşalır və istifadə etməyə yaramır. Xəstəlik sağlam soğanlara keçə 

bildiyindən,çürüklər tezliklə seçilib ayrılmalıdır. Anbarda saxlanılan 

soğanaqlar çox nəm olduqda xəstəlik sürətlə inkişaf edir və kütləvi 

surətdə yayılır. 

Qara kif xəstəliyini  Aspergillus niger göbələyi törədir. 

Xəstələnmiş soğanaqlar tünd ləkələrlə örtülür. Bu xəstəlik zədələnmiş 

soğanlara daha tez yoluxur. Saxlanılma zamanı yüksək temperaturda 

xəstəlik inkişaf edir. 

Soğan və sarımsağın fuzarioz çürüməsi  Fusarium  cinsinə aid 

göbələklər tərəfindən törədilir. Soğan və sarımsağın üzərində sarımtıl, 

çəhrayı  və qara rəngli batıqlar  əmələ  gəlir. Fuzarioz yoluxmuş 

soğanaqlar başqa xəstəliklərə də tutulur və məhsulu çürüdüb zay edir. 

Kələmin xəstəliklərinə boz və ağ çürümə və bakterioz aiddir. 

Kələmin ağ və boz çürük xəstəliyini meyvəköklülərdə qeyd olunan 

göbələklər törədir. Boz çürümə kələmin üst yarpaqlarını zədələyir və bu 

da sonradan kələmin bütünlüklə çürüməsinə  səbəb olur. Ağ çürümə 

xəstəliyində kələmin səthi ağ-bozumtul tüklü pənbə ilə örtülür və sonra 

kələmin üst yarpaqları selikləşir və çürüyür. Çürümə  kələmin 

yarpaqlarından başlanır, sonra onun yumağına (baş hissəsinə) keçir. 

Bacterium campestre bakteriyaları  kələmi bakterioz xəstəliyi ilə 

hələ tarlada ikən zədələyir. Saxlanılma zamanı  xəstəlik inkişaf edir. 

Qabaqca yarpaqların damarcıqları, sonra isə bütün toxumaları qaralır. 

Saxlanılma zamanı  kələmin yumağı çürüyüb xoşagəlməyən iy verir. 




 

 

200



Xəstəliyin qarşısını almaq üçün saxlanılma rejiminə  əməl edilməli və 

saxlanılma dövründə  kələmin vəziyyəti vaxtaşırı yoxlanılmalıdır. Eyni 

zamanda, saxlanılmağa davamlı  və  zədəsiz sağlam kələmlər seçilib 

saxlanılmalıdır. 

Bostan tərəvəzlərinin xəstəliklərinə antraknoz (qonur ləkə) və 

xiyarın bakteriozu aiddir. 



Antraknoz xəstəliyini Colletotrichum Lagenarium göbələyi törədir. 

Xəstələnmiş bitki meyvəsi üzərində göbələyin çəhrayı  rəngli spor 

yastıqcıqları əmələ gəlir. Bu xəstəliyə tutulmuş meyvələr çürüyür. Ətlik 

hissə yumşalır və dadı acılaşır. 

Xiyarda bakterioz xəstəliyini Pseudomonas bacrymanc bakteriyası 

törədir. Meyvələrdə dairəvi sulu ləkələr  əmələ  gəlir, sonra bu ləkələr 

meyvənin ətliyinə doğru dərinləşir. Xəstəliyə tutulmuş xiyar çürüyür. Bu 

xəstəliyə qovunda da təsadüf olunur. Cücülər xəstəliyi başqa tərəvəz 

bitkilərinə keçirirlər. 

Pomidorun xəstəliklərinə fitoftora, fuzarioz, çürümə  və  təpə 

çürüməsi xəstəlikləri aiddir. 

Fitoftora xəstəliyini kartofu xəstələndirən göbələklər törədir. 

Fitoftora pomidorun ən təhlükəli xəstəliyi olub, son illərdə 

Azərbaycanın əsas tərəvəzçilik rayonlarında geniş yayılmışdır və hər il 

xeyli pomidor məhsulu itkisinə səbəb olur. 

Pomidor meyvələri bitkinin üzərində ikən xəstəliyə tutulur. Çox 

zaman xəstəlik qonur rəngdə  bərkimiş yayğın ləkələr  şəklində kal 

pomidorun təpəsində  əmələ  gələrək, get-gedə meyvənin bütün səthini 

bürüyür. Meyvənin zədələnmiş xarici toxumaları bozumtul, boz və ya 



 

 

201



boz-qonur rəng alaraq, zədələnməmiş toxumanın yaşıl rəngindən 

fərqlənir. Meyvələr yığıldıqdan sonra onların əlavə olaraq yetişdirildiyi 

dövrdə də xəstəlik arta bilər. 

Pomidorun fuzarioz xəstəliyini  Fusarium göbələyi törədir. 

Zədələnmiş yerlərdə ağ və ya çəhrayı pambığabənzər yastıqcıqlar əmələ 

gəlir. Çürümüş pomidorlar kəskin xoşagəlməz iy verir. 

Pomidor meyvələrində qara çürümə, boz çürümə və təpə çürüməsi 

xəstəlikləri yayılmışdır. Qara çürüməni  Diplodina destructiva göbələyi 

törədir. Xəstəliyə tutulmuş meyvələrin üstündə çoxlu miqdarda qara 

nöqtələr – piknidlər görünür. Xəstəlik  ən çox şimal rayonlarında 

yayılmışdır. Azərbaycanda isə bu xəstəliyə bəzi illərdə təsadüf edilir. 

Pomidor meyvələrində  təpə çürüməsi xəstəliyi Azərbaycanda 

Quba-Xaçmaz massivində, Abşeronda təsadüf olunur. Meyvələrin təpə 

hissəsində qonurumtul konsentrik dairəvi ləkələr  əmələ  gəlir. 

Zədələnmiş toxuma əvvəllər quru olur, rütubətli havada isə yumşalır. 

Xəstəliyə tutulmuş meyvələr tez yetişir, sonra isə çürüyür. 

Bunlardan başqa, pomidorda bakterial xərçəng xəstəliyi, stalbur, 

mozaika virus xəstəliyi də olur. 

Tərəvəz bitkilərində  xəstəliklərin  əmələ  gəlməsinə  səbəb onların 

həm tarlada, həm də saxlanılma zamanı mikroorqanizmlərin, 

bakteriyaların, göbələklərin təsirinə  məruz qalmasıdır. Saxlanılma 

rejiminə düzgün əməl edilmədikdə  də müxtəlif xəstəliklər törəyir. 

Temperatur və nisbi rütubət tərəvəz anbarlarında normadan çox olduqda 

məhsul çürüyür. Əgər tərəvəz tarlada yığıldığı vaxt bu və ya başqa 




 

 

202



xəstəliyə tutulmuşsa, onda tədarük məntəqələrinə  xəbərdarlıq edilir və 

yararsız məhsul seçilib atılır.

 

 

5.8.3. Fizioloji xəstəliklər 



 

Fizioloji xəstəliklərin baş verməsinə qeyri-normal şəraitdə saxlanılma və 

daşınma, nəmliyin və karbon qazının çox olması, oksigenin çatışmaması, çox 

yüksək və ya aşağı temperatur səbəb olur. Bir sözlə, fizioloji xəstəliklər fizioloji 

proseslərin – maddələr mübadiləsi, tənəffüs və s. pozulması  nəticəsində  əmələ 

gəlir. 


Meyvələrdə fizioloji xəstəliklərdən yanma, ətliyin bozarması, qabıqaltı 

ləkəlilik, qəhvəyi ləkəlilik, sulanma, köpmə və s. də təsadüf olunur. 

Yanma özünü tünd çəhrayı  ləkələr  şəklində göstərir. Xəstəliyə alma və 

armudun,  əsasən yaşıl və sarı  rəngli sortları (Antonovka, Qar qəlvil, Rozmarin, 

Simerenko Reneti, Sarı sinab) tutulur. Bu xəstəliyin səbəbi tənəffüsün 

pozulmasıdır. Bəzi tədqiqatçılar bu xəstəliyi alma toxumalarında spirt və 

asetaldehid toplanması ilə izah edirlər. Çünki tənəffüsə alma turşusu sərf 

olunduqda asetaldehid, tənəffüs oksigensiz şəraitdə getdikdə (anaerob tənəffüs) isə 

spirt  əmələ  gəlir. Xəstəlik özünü saxlanmanın axırıncı dövründə göstərir. Birinci 

əmtəə sortuna aid almalarda bu xəstəliyin olmasına yol verilmir. Ikinci əmtəə 

sortuna aid almada yanvar ayından iyul ayınadək bu xəstəliyin olması mümkündür. 

Ətliyin bozarması özünü ətliyin müxtəlif hissələrinin bozarması  şəklində 

göstərir. Bu zaman spirt və asetaldehidin ayrılması artır, meyvələr  xoşagəlməz 

tama malik olur və yararsız hala düşürlər. Xəstəlik, əsasən aşağı temperaturda və 

anbarda hava cərəyanı yaxşı olmadıqda baş verir. 



Qabıqaltı ləkəlilik meyvələrin yetişməsi və saxlanılması zamanı əmələ gəlir. 

Xəstəliyə tutulmuş sarı rəngli meyvələrin səthində yaşıl, başqa rəngli meyvələrdə 

isə tünd qırmızı  ləkəciklər  əmələ  gəlir. Ləkəciklər meyvənin xarici görünüşünü 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə