Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə60/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   120

 

 

210



olduğundan quru maddənin miqdarı  əvvəlkinə nisbətən artır. Narın saxlanılması 

zamanı  tərkibində gedən dəyişiklikləri A.S.Qaraşarlı  ətraflı öyrənmişdir. 

A.S.Qaraşarlı uzun müddət saxlamaq üçün narı Bakı Meyvə-tərəvəz kombinatının 

anbarında saxlamışdır. Tədqiqat zamanı narın saxlanılmağa davamlılığı, onda baş 

verən itkinin miqdarı və başqa əlamətləri əsas götürülmüşdür. Alimin təcrübəsində 

Azərbaycan gülöyşəsi, Mələyi, Qırmızıqabıq və  Çəhrayı gülöyşə sort narı 4 ay 

saxlandıqda meyvənin 1,5%-i çürümüşdür. Qalan sortlarda isə çürümə müşahidə 

edilməmişdir. 

Altı ay saxladıqdan sonra təbii itkinin miqdarı narın sortundan asılı olaraq 9-

12% olmuşdur. Kaim nar, Şirinnar və VIR № 1 sortlarında itki daha az olmuşdur. 

Saxlanılmanın sonunda xüsusi dequstasiya komissiyası  həmin narların  əmtəə 

keyfiyyətinə və dadına yüksək qiymət vermişdir. 

Fizioloji-biokimyəvi proseslərin  əsasını  tənəffüs təşkil edir. Meyvə  və 

tərəvəzlərin tənəffüsü saxlanılma zamanı onlara xas olan fizioloji proses olub, 

oksigenin iştirakı ilə üzvi maddələrin su və karbon qazına parçalanmasından 

ibarətdir. Bu proses şəraitdən asılı olaraq baş verir. Belə ki, oksigenli (aerob) 

şəraitdə tənəffüs zamanı karbon qazı, su və istilik ayrılır. 

C

6



H

12

O



6

+6O


 = 6CO


2  

+6H


2

O+674 kkal və ya 2814 kCoul.  

Ayrılmış enerji tam xaric olunmur. Bunun bir hissəsi reaksiya zamanı 

alınmış suyun buxarlanmasına (fiziki proses) səbəb olur. Bir kiloqram suyun 

buxarlanmasına 600 kkal və ya 2514 kCoul enerji sərf olunur. Tənəffüs zamanı 

ayrılan CO

2

 qazının tənəffüsə sərf olunan və ya udulan O



2

 nisbəti tənəffüs əmsalı 

adlanır. Tənəffüsə şəkər sərf olunduqda reaksiyaya əsasən, tənəffüs əmsalı vahidə 

bərabərdir.  Əgər tənəffüsə yağ  sərf olunarsa, əmsal vahiddən kiçik, zülal sərf 

edilərsə, vahiddən böyük olur. 

Meyvə-tərəvəzin saxlanılması zamanı tənəffüsə üzvi turşular sərf olunduqda 

tənəffüs əmsalı vahiddən böyükdür. 

 

 



Ж

4

Щ



6

О

5



+3О

2

=4ЖО



2

+3Щ


2

О;  4ЖО


2

 



2

  =1,33 


Алма 

туршусу


 


 

 

211



 

Tənəffüsə şərab turşusu sərf olunduqda tənəffüs əmsalı 1,6, limon 

turşusu sərf olunduqda isə 1,33-dür. 

Meyvə-tərəvəzin saxlanılması zamanı  bəzən tənəffüsə  sərf olunan 

şəkər tam oksidləşmir və tənəffüs əmsalı 1,33-ə bərabər səviyyədə qalır. 

2C

6



H

12

O



6

+6O


2

=8CO


2

+6H


2

O+2C


2

H

5



OH 

Tənəffüs oksigensiz (anaerob) şəraitdə getdikdə reaksiya məhsulu 

CO

2

 və spirtdən ibarətdir. 



C

6

H



12

O

6



→2CO

2

+2C



2

H

5



OH+28 kkal və ya 117 kCoul 

Aerob tənəffüsdən fərqli olaraq, anaerob tənəffüsdə oksigenin 

iştirak etməməsi reaksiyanı sürətləndirir. 

Reaksiyanın sürəti və ya intensivliyi bir saat müddətinə 1 kq 

məhsuldan ayrılan CO

2

 qazının mq-la miqdarı ilə müəyyən olunur 



(saatda mq/kq). Bu göstərici meyvə-tərəvəzin növündən, zədələnmə 

dərəcəsindən, saxlanılma müddəti və mövsümündən, anbarın qaz 

tərkibindən, saxlanılma temperaturundan və nisbi rütubətdən asılı olaraq 

dəyişir. Müxtəlif meyvə-tərəvəz məhsullarının tənəffüs  əmsalı  və 

tənəffüs intensivliyi eyni temperaturda müxtəlif olur. 

15

0



C-də 1 saat ərzində 1 kq baş soğanın tənəffüs  əmsalı 1,06, 

almada 1,15, yerkökündə 1,07, kartofda 1,08, narıngidə 1,26, limonda 

1,33-dür. Göstərilənlərə nisbətən pomidorda və giləmeyvələrdə tənəffüs 

intensivliyi daha qüvvətlidir. Bu əmsal qış mövsümünə nisbətən payızda 

daha çox olur. Tənəffüsün intensivliyi temperaturun dəyişməsindən də 

asılıdır. Müəyyənləşdirilmişdir ki, artan hər 10

0

C istiliyin müqabilində 



tənəffüs intensivliyi 2-3 dəfə artır. Meyvə  və  tərəvəzlərin 


 

 

212



saxlanılmasının ilk dövrü fizioloji aktiv dövr olduğundan tənəffüs 

intensivliyi az olur. Anbarda karbon qazının artması  və oksigenin 

azalması ilə tənəffüs intensivliyi zəifləyir. Məs., Conatan almasının 5% 

karbon və 5% oksigen qazı şəraitində saxlanılması zamanı, adi atmosfer 

şəraitində saxlanılmaya nisbətən tənəffüs intensivliyi 60%-ə  qədər 

azalmışdır. Qaranlıqda saxlanan meyvə-tərəvəzin tənəffüs intensivliyi 

işıqda saxlananlara nisbətən azdır. 

 

6.2. Meyvə və tərəvəzlərin saxlanılmasına təsir edən amillər 

 

Meyvə  və  tərəvəzlərin saxlanılması dedikdə onların saxlanıldığı 



müddət, məhsulun növündən, sortündan, becərilmə şəraitindən, yetişmə 

dərəcəsindən, zədələnmənin növündən və  dərəcəsindən, saxlanılma 

rejimindən, daşınma üsulundan asılı olaraq, əmələ gələn itkinin miqdarı 

nəzərdə tutulur. Saxlanılma müddəti  ərzində normal meyvə-tərəvəz 

istehlak məziyyətlərini saxlayır və itkinin miqdarı minimal olur. 

Saxlanılma müddətinə görə meyvə və tərəvəz məhsullarını 3 qrupa 

bölürlər. 

1. Uzun müddət saxlanıla bilən meyvə  və  tərəvəz. Bu qrupa 

meyvələrdən alma, armudun qış sortları, üzümün gecyetişən sortları, 

limon, portağal, nar və  qərzəkli meyvələr, tərəvəzlərdən kartof, soğan, 

kələm, yerkökü, çuğundur və sarımsaq aiddir. Bu qrupa aid olan meyvə-

tərəvəz məhsullarını orta hesabla 3 aydan 6-8 aya qədər saxlamaq 

mümkündür. Tərəvəzin uzun müddət saxlanılmasını  təmin etmək üçün 

cücərmənin və xəstəliklərin qarşısını vaxtında almaq lazımdır. 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə