Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə63/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   120

 

 

220



sonra binanın havası yaxşı dəyişdirilir, yığıma 10-15 gün qalmış əhənglə ağardılıb 

yenidən qurudulur. Anbarlarda keçidin axırında yerdən 20 sm hündürlükdə  və 

anbarın ortasında yerdən 150 sm hündürlükdə termometr qoyulur.Psixrometrlər 

anbarın orta hissəsində yerdən 125-150 sm hündürlükdə yerləşdirilir. Əgər kartof 

və ya tərəvəz daqqa tipli anbarlarda saxlanılarsa, əlavə olaraq bir termometr də 30-

35 sm dərinlikdə bilavasitə tərəvəz və ya kartof tağının içərisinə yerləşdirilir. 

 

6.4. Kartofun və tərəvəzin saxlanılması 

 

Kartofu həm burtlarda, həm də  xəndəklərdə saxlayırlar. Lakin xüsusi 



anbarlarda saxlanan kartof keyfiyyətini uzun müddət saxlaya bilir. Belə anbarlarda 

kartof aktiv hava cərəyanı və ya təbii ventilyasiya ilə saxlanılır. 

Kartofu saxlamaq üçün anbarlar daxili quruluşuna görə daqqa və konteyner 

tipli olur. Kartofun saxlanılması üçün normal temperatur 1-3

0

C-dir.  Əgər 



konteynerlərdə saxlanılarsa, temperatur 0,5-1

0

C arasında olur. 



Daqqa tipli anbarlarda keçidin hər iki tərəfində 3x4 m ölçüdə daqqalar 

düzəldilir və oraya kartof tökülür. Aktiv hava cərəyanı olan anbarlarda kartofun 

hündürlüyü 3-4 m, təbii hava cərəyanı ilə işləyən anbarlarda isə 1,5-1,75 m olur. 

Kartof anbara yığıldıqdan sonra onu tədricən soyudurlar. Aktiv ventilyasiya 

zamanı verilən havanın temperaturu əvvəlcə 12-20

0

C, soyutma dövründə 1-5



0

C, 


qalan dövrdə isə 2-3

0

C olmalıdır. 



Kartof anbara yığıldığı vaxt əvvəlcə 1 ton kartof üçün ən azı 50 m

3

/saat hava 



(200 m

3

/saatdan çox olmaz) verilməlidir və hava cərəyanı gündə 1+5 saat ərzində 



işləməlidir. 

Kartofu soyutma dövründə hava cərəyanı gündə 8-20 saat ərzində dövr 

etməlidir.  Əsas saxlama dövründə isə kartofun istiliyi 3-4

0

C-dən çox olduqda, 



ventilyasiya sistemi işə salınır. Kartofu 85-95% nisbi rütubətdə saxlayırlar. 

Konteynerlərə  yığılmış kartofu satışa verməzdən  əvvəl çeşidləmək lazım 

deyildir. Kartofun konteynerlərdə saxlanılması itkinin miqdarını 8% 



 

 

221



azaldır. Yükləmə-boşaltma işləri tamamilə mexanikləşdirilir. Nəticədə 

əmək məhsuldarlığı 30-50% artır və daqqa tipli saxlanılmaya nisbətən 

xərclər azalır. 

Kökümeyvəlilərin saxlanılması üçün normal temperatur 0-1

0



arasında olmaqla, nisbi rütubət 90-95% olmalıdır. Yerkökünü saxlamaq 



üçün onu qat-qat yığaraq üstünü nəmliyi 16%-dən az olmayan qumla 

örtürlər. 

Yerkökünü istehlak yerlərində  və  tədarük məntəqələrində 

xəndəklərdə,  şəhər bazalarında isə burtlarda saxlayırlar. Yerkökü 

saxlanan burtların eni 1-0,8 m, hündürlüyü 0,8-0,9 m və uzunluğu 4-7 m 

olur. 


Yerkökü çox vaxt piramida şəklində burtlarda yığılır. Burtlarda 

həmin piramidaları 40-50 sm bir-birindən aralı yerləşdirmək daha 

məqsədə uyğundur. Piramidaların altından burtun kənarına qədər 25 sm 

enində arx qazılır. Arxların üzərinə döşənən taxtalar arasında 2 sm ara 

saxlanılır. Onun üstünə  əvvəlcə 5 sm qalınlığında qum töküb, sonra 1 

lay yerkökü yığırlar, yerkökü layının üstünə azacıq nəmlənmiş qum 

tökürlər. Hər sonrakı lay yığıldıqda burtların eni və uzunu 2 sm azaldılır. 

Yerkökünü yığdıqda baş hissəsi xarici tərəfə yerləşdirilir. Əvvəlcə bütün 

yığılmış yerkökünün üstünü nazik qum qatı ilə örtürlər, sonra 1

0

C-yə 



qədər soyutduqdan sonra, şaxta vurmasın deyə, məhsulun üstünü 

yenidən saman və ya torpaqla basdırırlar. Saman olmadıqda yerkökünün 

üstünü qabaqca həsrlə, onun üstündən isə  ağac kəpəyi və ya quru torf 

tozu ilə 10 sm qalınlığında örtürlər. 




 

 

222



Yerkökünü 1

0

C-yə  qədər soyutduqdan sonra 3



0

C  şaxta olarsa, 

piramidaların üstü ağac kəpəyi və ya torfla əlavə olaraq basdırılır. 

Yerkökü saxlamaq üçün qazılan xəndəklərin dərinliyi 1,2 m, 

uzunluğu 15-5 m, eni isə 0,3-0,5 m olur. Xəndəklərin içində  6

0



temperatur yarandıqdan sonra yerkökünü ora yığırlar. Başlanğıc örtük 

eniş olmaqla yağış suyunun axması üçün əlverişli vəziyyətdə 

yerləşməlidir. Laylar arasında 1-2

0

C temperatur yarandıqda yerkökü qəti 



olaraq saman və torpaqla örtülür. 

Xəndəklərdə yerkökünün keyfiyyətli saxlanılması üçün onun 

temperaturuna nəzarət edirlər.  Əgər içəridə 5-7

0

C istilik yaranmışsa, 



yerkökünü xəndəklərdən çıxarıb ya realizə edir və yaxud anbarlarda 

saxlayırlar. 

Yerkökünü saxlamaq üçün daha perspektivli üsul onu taralara 

qablaşdırılmış  şəkildə soyuducularda hava cərəyanı ilə  və yaxud 

polietilendən hazırlanmış kisələrdə saxlamaqdır. 

Soyuducularda, buz anbarlarında və adi anbarlarda yerkökünü 

yeşiklərdə qumla laylanmış  şəkildə saxlayırlar. Taralarda saxladıqda 

yerkökünü daşımaq daha asandır. Yerkökünü taralarda qarlama üsulu ilə 

saxlamaq xüsusilə əlverişlidir. Bu zaman örtücü materiallara tələb azalır. 

Bu üsuldan geniş istifadə edilir. 

Cəfəri, cırhavuc, kərəviz və şalğam, saxlanılma xüsusiyyətinə görə 

yerkökünə oxşayırlar. Çuğundur daqqa tipli anbarlarda 1,5-2 m 

hündürlüyündə  yığılmaqla saxlanılır. Bütün meyvəköklülər üçün 

optimal saxlanılma temperaturu -1,0-0

0

C, nisbi rütubət isə 90-95% 



olmalıdır. 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə