Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə62/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   120

 

 

217



miqdarı artır. Meyvə  və  tərəvəzləri bir qayda olaraq qaranlıqda 

saxlayırlar. 

 

6.3. Meyvə və tərəvəz üçün anbarlar 

 

Meyvə  və  tərəvəzlərin saxlanılması üçün 2 qrup anbarlardan – sadə  və 



ixtisaslaşdırılmış – istifadə edilir. Sadə anbarlara burtlar və  xəndəklər aiddir. 

Ixtisaslaşdırılmış anbarlar xüsusi avadanlıqla təchiz edilməklə soyudulmayan və 

soyudulan (soyuducuxanalar) olurlar. 

Sadə anbarlarda kartof, kələm, yerkökü, çuğundur, habelə turplar saxlana 

bilər və belə anbarlar, əsasən istehlak yerlərində  və  tərəvəz tədarükü 

məntəqələrində hazırlanır. Burtların dərinliyi 0,2-0,5 m, eni 1-3 m, uzunluğu 10-20 

m, hündürlüyü isə 1,3 m-ə  qədər olur. Burta tərəvəz yığıldıqdan sonra qabaqca 

məhsulun üstü 20 sm-ə qədər qalınlıqda samanla örtülür. Üzərinə isə 30 sm-ə qədər 

torpaq əlavə edilir. 

Xəndəklər 0,5-dən 1,5 m-dək dərinlikdə qazılır. Bunların eni 1 m, uzunluğu 

15-25 m-ə qədər olur. Burtlara nisbətən burada saxlama üçün yaxşı şərait yaratmaq 

mümkündür. Bu anbarlarda işçi qüvvəsi və xərc az tələb olunur. Belə anbarlar su 

keçidlərindən kənarda, bir qədər hündür yerdə qurulmalıdır. Sadə anbarlarda 

meyvə-tərəvəz saxlanarkən CO

2

 artır, O



2

 azalır. Bu isə saxlanmağa müsbət təsir 

göstərir. Sadə anbarlarda tərəvəzin temperaturu 3-4

0

C-yə endikdən sonra onun üstü 



tam örtülür. Bu anbarların mənfi cəhəti ondan ibarətdir ki, saxlama prosesində 

içəridə baş verən bütün prosesləri izləmək çətin olur. Cücərmə baş verərsə, onu 

tapmaq və ayırmaq çətinlik törədir. Ona görə də son zamanlar modernləşdirilmiş 

burt və xəndəklər tikilir. Belə burtların içərisinə kartof və tərəvəz məhsulları yeşik 

və konteynerlərdə yığılır. Birinci pay yığılarkən burtun ortasından 30-40sm məsafə 

boş saxlanılır və  hər 3-4 m-dən bir sorucu borular qoyulur. Bəzən burtları aktiv 

hava cərəyanı ilə tikirlər. 



 

 

218



Ixtisaslaşdırılmış anbarlar daha perspektivli olmaqla müxtəlif meyvə-tərəvəz 

məhsulları üçün ayrılıqda tikilə bilər. Tərəvəz saxlanılan anbarlar birmərtəbəli, 

birmərtəbəli zirzəmili, çoxmərtəbəli, yerin səthində  və yerin dəyrinliyində ola 

bilər. Yerin dərinliyində olan anbarların divarları tamamilə torpağın altında 

yerləşir. Belə anbarlar qışda donmur, yazda isə  tədricən qızır. Belə anbarlarda 

istilik yaxşı qalır və əlavə qızdırılma tələb olunmur. Yeraltı anbarların temperaturu 

yerüstü anbarlara nisbətən daha dəqiq və dəyişməzdir. 

Yerüstü anbarların tikilməsi yeraltı anbarlara nisbətən 10-20% ucuz başa 

gəlir. Belə anbarlar soğan və sarımsaq saxlamaq üçün daha əlverişlidir. Yeraltı 

anbarlar Ural, Volqaboyu, Sibir və Uzaq Şərqdə, yerüstü anbarlar isə əsasən cənub 

rayonlarda tikilir. 

Tikinti materiallarından asılı olaraq, anbarlar taxta, daş, kərpic və  dəmir-

beton anbarlara bölünür. Son illər,  əsasən kərpic və  dəmir-beton anbarlar tikilir. 

Çünki bu anbarların ömrü uzun olmaqla, təmirə az xərc tələb edir. 

Yerüstü anbarlar mexanikləşdirilir.  Əməyi yüngülləşdirmək üçün qaldırıcı 

avadanlıq və transportyor qurulur. Onlar da təbii, məcburi və aktiv hava cərəyanı 

ilə  işləyən qruplara, soyutma üsuluna görə  təbii və süni soyudulan anbarlara 

(soyuducuxanalara) bölünürlər. 

Məhsulun saxlanılması prinsipinə görə anbarlar daqqa, tərəcə (rəf) və 

konteyner (tara) növlərinə bölünür. Daqqa tipli anbarlarda kartof və meyvəköklülər 

saxlanılır. Tərəcə tipli anbarlarda soğan, sarımsaq, kələm və s. məhsullar saxlanılır. 

Böyüklüyünə görə anbarlar kiçik (tutumu 100-250 tona qədər), orta irilikdə 

(250-500 ton), iri (500-2000 ton) və daha iri qruplara bölünür ki, axırıncıların 

tutumu 2000-4000 ton olur. 2000-4000 ton tutumlu süni soyudulan xüsusi tərəvəz 

saxlanan anbarların konstruksiyası daha əlverişlidir. Tamamilə mexanikləşdirilmiş 

böyük tərəvəz anbarları müasir modern tip sayılır. Burada tərəvəzlər 

konteynerlərdə saxlanılır. Həmin konteynerlərə  tərəvəz bilavasitə bostanda 

(istehsal yerində) doldurulur. Buradan konteynerlər birbaşa istehlak yerlərindəki 




 

 

219



tərəvəz saxlanılan yerə gətirilir. Belə üsul tərəvəzin daşınma zamanı itkisinin xeyli 

azalmasını təmin edir. 

Bakı meyvə-tərəvəz bazasının anbarları yerin üzərində yerləşməklə, 

ixtisaslaşdırılmış iri anbar qrupuna aiddir. Bu anbarda, əsasən kartof, yerkökü, 

kələm, soğan, çuğundur və s. bu kimi çox işlədilən tərəvəz məhsulları saxlanılır. 

Anbarın meyvə saxlamaq üçün 5 kamerası olan bir bölməsi vardır ki, bunun da 

tutumu 5 min tondur. Anbarda meyvələrdən alma, üzüm, sitrus meyvələri, nar, 

xurma, feyxoa saxlanılır. Xurma və feyxoa 10-15 gündən artıq saxlanılmır. Nar isə 

fevral ayına kimi saxlanılır. Bakı meyvə-tərəvəz anbarlarının sahəsinin 

genişləndirilməsi və onun tutumunun artırılması respublikada istehsal olunan 

meyvə-tərəvəz məhsulunun saxlanılmasının təşkilinə kömək olardı. 

Bakı meyvə-tərəvəz anbarında kartof, əsasən konteynerlərdə saxlanılır. 

Bunun üçün sağlam və  zədəsiz kartof götürülür. Anbara gətirilən kartof əvvəlcə 

çeşidlənir, tutumu 450 kq olan konteynerə tökülür. Həmin konteynerlər qalaq 

qaydasında 3-4 cərgə olmaqla anbara yığılır. Bu zaman anbarın qapısından içəriyə 

doğru 2 m enində keçid saxlanılır. 

Anbara yığılmış  hər partiya malın yerləşdiyi qalaqlara pasport vurulur. 

Burada meyvə-tərəvəzin adı və sortu, onun daxilolma tarixi, netto və brutto çəkisi

qəbul aktı üzrə keyfiyyəti, həmçinin təxmini saxlanılma müddəti göstərilir. 

Bakı meyvə-tərəvəz bazasının anbarlarında soyuducu qurğular və aktiv hava 

cərəyanı sistemi vardır. Havanın nisbi rütubətini ölçmək üçün hər anbar otağında 

hiqrometr (və ya psixrometr) qoyulmuşdur. Həmin cihazın köməyi ilə anbardakı 

havanın nisbi rütubəti ölçülür, lazım gəldikdə nizama salınır. Anbarlarda, həmçinin 

temperaturu ölçmək üçün termometr qoyulmuşdur. 

Anbarlar meyvə-tərəvəz qəbulu üçün əvəlcədən hazırlanır. Bunun üçün 

keçmiş ilin məhsulu qurtaran kimi anbarların havası yaxşı  dəyişdirilir, qurudulur 

və kükürd qazı ilə (1 m

3

 sahə üçün 50-60 qr kükürd yandırılır) dezinfeksiya olunur. 



Yaşayış evlərinin birinci mərtəbəsində  və zirzəmilərdə yerləşən anbarları başqa 

maddələrlə (antiseptol, F-5 preparatı, ozon və s.) dezinfeksiya edirlər. Bundan 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə