Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə58/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   120

 

 

203



korlayır və onları fitopatogen xəstəliklərə qarşı  həssas edir. Yüksək rütubət 

xəstəliyin əmələ gəlməsini ləngidir. Xəstəliyin səbəbi az öyrənilmişdir. 



Qəhvəyi ləkəlilik,  əsasən sitrus meyvələrində rast gələn xəstəlikdir. 

Meyvənin qabığında qəhvəyi rəngli batıq ləkələr görünür. Xəstəliyi qabıqda olan 

efir yağlı toxumaların parçalanması törədir. Qəhvəyi ləkəlilik meyvənin xarici 

görünüşünü korlayır və onu saxlanılmağa davamsız edir. Standarta görə meyvədə 

müəyyən ölçüdə qəhvəyi ləkəliliyin olmasına yol verilir. 

Sulanma xəstəliyinə bir çox alma sortları (Anton, Papirovka, Kağız reneti, 

Ağ  Həştərxan və s.) tutulur. Xəstəlik nəticəsində alma toxumalarının arası su ilə 

dolur və  ətlikdə  şəffaf,  şüşəyəbənzər hissəciklər  əmələ  gəlir. Sulanma zamanı 

almanın çəkisi artır. A.F.Cəfərovun məlumatına  əsasən, sulanma xəstəliyinə 

tutulmuş meyvələrdə suyun miqdarı adi meyvədəkindən orta hesabla 3% çoxdur. 

Almanın qış sortları sulanma xəstəliyi keçirdikdən 1-2 ay sonra başqa 

xəstəliklərə tutulurlar. 

Köpmə  xəstəliyinə tutulmuş almanın  ətliyi boş, dağılan quru, qabığı  bəzi 

yerlərdə  şişkin və qopuq olur. Ən çox almanın Ağ  qəlvil, Simerenko reneti, Ağ 

naliv, Napoleon, Sarı belfler və s. sortları bu xəstəliyə tutulur. Meyvə yetişib 

ötdükdə də bu xəstəlik müşahidə edilə bilər. Köpmə xəstəliyinə tutulmuş meyvələr 

əmtəə görünüşünü itirir və saxlanılmağa davamsızdırlar. Onlarda qabaqca fizioloji-

biokimyəvi proseslər sürətlənir, saxlanılmanın sonunda isə toxumalar arasında 

əlaqə pozulduğundan bu proseslər kəskin surətdə aşağı düşür. 

Gavalıda  köpmə  xəstəliyi meyvə yetişdikdə  və  dərildikdən sonra müşahidə 

edilir. Meyvənin çəyirdəyi inkişaf etmir və beləliklə, köpmüş meyvə əmələ gəlir. 

Köpmüş meyvələr sağlam meyvələrdən iri olur, lakin meyvə yanlığının  şirəli 

hissələri qırışır və dadını tamamilə itirir. Zədələnmiş meyvələr yeyilməyə yaramır. 

Tərəvəz bitkilərində fizioloji xəstəliklərdən kartof ürəkciyinin tündləşməsi 

xəstəliyinə, paslı  ləkəliliyə, anaerobioza, kələmdə qoxarcaya və nöqtəli nekroza 

rast gəlinir. 




 

 

204



Kartof  ürəkciyinin tündləşməsi saxlanılmaq üçün yığılmış kartofda 3-5 

aydan sonra müşahidə edilir. Kartof yumrusunun xarici görünüşünün 

dəyişməməsinə baxmayaraq, onun içində odunlaşmış hissəciklər olur. Kartofun 

havası yaxşı dəyişilməyən vaqonlarda daşınması, oksigenin çatışmaması və karbon 

qazının həddindən artıq olması, həmçinin saxlanılma temperaturunun yüksəkliyi 

kartofun ürəkciyinin tündləşməsinə  səbəb olur. Bəzi tədqiqatçılar bunu 

aminturşusu tirozinin oksidləşib melaninlər  əmələ  gətirməsi ilə izah edirlər. 

Kartofun 3-4

0

C temperaturda, havası yaxşı  dəyişdirilən anbarlarda saxlanılması 



xəstəliyin qarşısını alır. 

Kartofun  paslı  ləkəlilik xəstəliyi onun yetişməsi zamanı mineral 

qidalanmanın pozulmasından irəli gəlir. Bu xəstəliyi kartofun kəsiyindəki boz-sarı 

ləkələrin olması ilə müəyyən etmək mümkündür. Gecyetişən kartofda paslı 

ləkəlilik xəstəliyinə tutulmuşların 2%-ə qədər olmasına yol verilir. 

Anaerobioz fizioloji xəstəlik olub, kartof toxumalarında oksigenin 

çatışmaması karbon qazının həddindən artıq olması  nəticəsində baş verir. 

Xəstələnmiş kartof yumruları tutqun göy çalarlı olur. Kartofun qabığı asan soyulur, 

ətlik selikləşir. Anaerobiozla zədələnmiş kartof yumrusunda spirt və asetaldehid 

çox olduğundan yaş çürümə əmələ gətirən mikroorqanizmlər tərəfindən parçalanır 

və xoşagəlməz iy verir. 

Kələmdə qoxarca (tumak) xəstəliyi kələmi mənfi temperaturda uzun müddət 

saxladıqda baş verir. Kələm içindən tündləşir, lakin xarici görünüşü sağlam olur. 

Saxlanılma zamanı daxili zədələnmiş yarpaqlarda üzvi maddələr parçalanır və 

kəskin iy əmələ gəlir. E.P.Şirokovun məlumatına əsasən, Amager sortlu kələmdə 

mənfi 2

0

C-də 3-4 həftədən sonra, mənfi 4



0

C-də 1 həftə  ərzində qoxarca xəstəliyi 

müşahidə olunur. Mənfi 1

0

C-də isə bu xəstəlik müşahidə edilmir. 



Kələmdə nöqtəli nekroz xəstəliyi onun yarpaqlarının qaralmasına səbəb olur. 

Bu xəstəlik yarpağın epidermis və parenxim toxumasının bir neçə qatını zədələyir. 

Nöqtəli nekroz daxili yarpaqlarda da ola bilər. Onun baş verməsinə  səbəb 

toxumaların artıq miqdarda müəyyən tərkibli azotlu maddə sintez etməsidir. Həmin 




 

 

205



artıqlıq maddələr mübadiləsi zamanı tam istifadə edilmir və oksidləşib nekroz 

əmələ gətirir. 

Yuxarıda göstərilən xəstəliklərin qarşısını almaq üçün meyvə  və  tərəvəz 

məhsullarının saxlanılması zamanı optimal temperatur rejiminə  və nisbi rütubətə 

daim nəzarət edilməli, onların keyfiyyəti vaxtaşırı yoxlanılmalı, bu və ya başqa 

xəstəlik göründükdə dərhal mal partiyası satışa verilməlidir. 

 

 

 



 

 

 



 

 

 




 

 

206



 

VI FƏSIL.  

 

MEYVƏ VƏ TƏRƏVƏZIN SAXLANILMASI 

6.1. Meyvə və tərəvəzin saxlanılması zamanı baş verən proseslər 

 

Meyvə  və  tərəvəz canlı orqanizm olduğundan saxlanılma zamanı onlarda 



mürəkkəb proseslər gedir. Bunlara fiziki dəyişikliklər, daşınması  və saxlanılması 

zamanı onların istehlak xassələrinin və kmyəvi tərkibinin dəyişməsi, həmçinin 

fizioloji-biokimyəvi proseslər aiddir. Bu proseslər məhsulun keyfiyyətinə  və 

saxlanılmasına təsir göstərir. 

Saxlanılma obyekti kimi meyvə  və  tərəvəz məhsulları bitkilərin müxtəlif 

orqanlarından alınır. Meyvə-giləmeyvələr və meyvəli tərəvəzlər bitkilərin çoxalma 

orqanları olub, yumşaq meyvə yanlığından və toxumdan ibarətdir. Kartof, soğan, 

kələm, meyvəköklülər bitkilərin vegetativ orqanlarından ibarətdir. 

Saxlanılma zamanı meyvələrdə baş verən əsas proseslərdən biri toxumun və 

meyvə yanlığının yetişməsidir. Bu gövdə-ağac üzərində başlayıb saxlanılma 

dövründə də davam edir. Saxlanılma zamanı yetişmə prosesində meyvələrin dadı 

və ətri yaxşılaşır, rəngi dəyişib tündləşir. Ətliyi yumşalır. Yetişib ötmə meyvələrin 

həyatının son mərhələsini təşkil edir. Bundan sonra yetişmə prosesi davam edirsə, 

meyvə puç olur. Ona görə  də saxlanılma zamanı meyvə-tərəvəzin yetişib ötməsi 

prosesini nizamlamaqla saxlanılma müddətini uzatmaq mümkündür. 

Vegetativ tərəvəzlər saxlanılma zamanı inkişaf edirlər. Onlarda tumurcuq, 

çoxalma orqanlarının ilk cücərtisi  əmələ  gəlir. Onlar vegetativ inkişaf 

mərhələsindən generativ inkişafa keçirlər. Bir çox tərəvəz məhsulları  yığıldıqdan 

sonra sakitlik dövrü keçirir. Çünki saxlanılma zamanı onlarda müəyyən dövrdə 

cücərmə prosesi getmir. Məsələn, kartofun saxlanılmasının ilk dövrü sakitlik dövrü 

adlanır. Soğan və sarımsaqda sakitlik dövrü zəif olur. Kökümeyvəlilər və kələmdə 

sakitlik dövrü olmur. Sakitlik dövrü 3 fazaya ayrılır. Birinci faza sakitliyə keçid, 

qoruyucu toxumaların yaranması və müəyyən zədələrin sağalması dövrüdür. 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə