Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə52/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   120

 

 

183



tarlada 7-12 gün saxlayırlar. Bəzən kartofu tarlada, yığım vaxtı çeşidləyirlər. 

Bunun üçün iki zənbil yan-yana qoyulub birinə standarta uyğun, o brinə isə xırda 

və çürük kartoflar yığılır. 

Kökümeyvəlilər həm tarlada (yığılan vaxt) həm də kötük hissə  kəsilən 

zaman standarta görə sortlara ayrılır. Bürüşməsin deyə, saman və ya ağac kəpəyi 

ilə qablaşdırılır. 

Soğanı tam qurutduqdan sonra keyfiyyətinə  və ölçüsünə görə çeşidləyirlər. 

Bəzən RTŞ-yə görə çeşidlənmiş soğanlar uzun müddət saxlamaq üçün 7-10 gün 

ərzində 30-35

0

C temperaturda qurudulur. Soğan qabığının vəziyyətinə, ölçüsünə 



(oval formada olanların diametri 3 sm, qalanları 4 sm), rənginə görə çeşidlənir. 

Sarımsaq çeşidlənərkən üzəri çılpaq - dişləri görünənlər seçilib ayrılmalıdır, 

çünki belə sarımsaq uzun müddət saxlanıla bilməz. 

Ağbaş  kələmi  əvvəlcə soyuqda saxlayıb sonra RTŞ-yə görə çeşidlər üzrə 

ayırırlar. Soyuqda saxladıqda kələmin iç yarpaqları  ağarır və  kələm bərkiyir. Qış 

üçün saxlanılan kələmin üzərində 2-3 yapışmayan yarpağın olmasına icazə verilir. 

Qarpız, qovun və qabaq ölçüyə  və keyfiyyətə görə çeşidlənir. Diametri 15 

sm-dən az olan qarpız standarta uyğun deyildir. RTŞ-yə görə kartof və tərəvəzlər 

standart və qeyri-standart sortlara ayrılır, əmtəə sortlarına bölünmürlər. 

 



 

 

184



 

5.6. Meyvə və tərəvəzin qablaşdırılması 

 

Başqa yeyinti məhsulları kimi, meyvə-tərəvəzin də keyfiyyətli halda 



istehlakçıya çatdırılmasında tara və qablaşdırma materialları xüsusi əhəmiyyətə 

malikdir. Ayrı-ayrı meyvə növləri üçün tara və qablaşdırıcı materialların növləri 

meyvələrin bioloji xüsusiyyətlərindən asılıdır. Meyvələri qablaşdırmaq üçün 

yeşiklərdən, yeşik-qəfəslərdən, səbətlərdən, tabaqlardan, habelə kisə  və 

çəlləklərdən istifadə olunur. Ayrı-ayrı tara növləri keyfiyyətcə standartın tələbinə 

cavab verməlidir. Tara hazırlanan taxta təmiz və  nəmliyi 20

±2% olmalıdır. 

Taxtanın çox quru olması məhsulun keyfiyyətinə mənfi təsir göstərir. 

Burada qablaşdırma materialı kimi ağac yonqarından, kağızdan, kartondan, 

torfdan, çəltik və darı  kəpəyindən istifadə olunur. Qablaşdırma materialları da 

meyvələrin zəriflik və kobudluğundan asılı olaraq dəyişir. Armud və  zərif alma 

növləri üçün daha yumşaq materialdan istifadə olunur. 

Almanı qablaşdırmaq üçün 2-3 gözlü taxta yeşikdən istifadə edilir. 

Ikigözlüləri 25-30 kq, üçgözlüləri isə 30 kq tutumlu olur. 

Yay almalarını qablaşdırmaq üçün tutumu 15 kq olan üçgözlü 

yarımyeşiklərdən istifadə edilir. 

Almanı qablaşdırmadan qabaq onu ölçüsünə, sonra isə keyfiyyətinə görə 

çeşidləyirlər. Bunun üçün xüsusi maşınlardan istifadə edilir. Maşın diametri 40-dan 

90 mm-ə  qədər olan almaları 10 nömrədə sortlara ayırır, hər sort özündən 

əvvəlkindən 5 mm artıq diametrlə seçilir. Ölçüyə görə sortlara ayırdıqdan sonra 

onu əlavə olaraq keyfiyyətinə və saxlanmağa davamlılığına görə də çeşidləyirlər. 

Hazırda almanı qablaşdırmaq üçün, əsasən daxili ölçülərindən uzunu 71,1-

55,7 sm, eni 40 sm və hündürlüyü 27,8 sm olan yeşiklərdən istifadə olunur. Yeşik 

hazırlamaq üçün, əsasən qalınlığı 19 mm olan şam və küknar taxtalarından və 

qalınlığı 6-9 mm olan nazik ensiz taxtalardan və fanerdən istifadə olunur. 



 

 

185



Qablaşdırmadan  əvvəl yeşiyin içi bükücü kağızla örtülür və oraya birqat 

qablaşdırma materialı döşənir. Sonra meyvə cərgə ilə yeşiyə yığılır. 

Toxumlu meyvələrdən alma və armudun qablaşdırılmasında 3 üsuldan 

istifadə edilir: 

1.

 

düz cərgə ilə qablaşdırma; 



2.

 

diaqonal üzrə qablaşdırma; 



3.

 

şahmat qaydası ilə qablaşdırma. 



Almanın zərif sortları  şahmat üsulu ilə, kobudlar isə düz cərgə ilə 

qablaşdırılır. Bu sistemlərdən ən əhəmiyyətlisi dioqanal formalı qablaşdırmadır.  

Şahmat üsulunda yeşiyin bütün tutumundan tam istifadə etmək olmur. 

Dioqanal üzrə qablaşdırmada hər bir meyvə ayrıca kağıza bükülür. Bu cür 

qablaşdırmada ağac yonqarından və kəpəyindən istifadə edilir. 

Diaqonal üzrə qablaşdırma,  əsasən ondan ibarətdir ki, birinci təbəqədə 

almalar yeşiyin eni boyunca tam yığılır, ikinci təbəqədə isə almaların hər biri 

birinci təbəqədəki almaların arasındakı boşluğa yerləşdirilir. Belə yerləşdirmədə 

hər bir alma dametrinin təxminən dörddə biri özündən  əvvəlki təbəqədəki 

almaların arasına keçməlidir. Hər bir meyvə diaqonal şəkilli qablaşdırmada 12 

başqa meyvəyə toxunur. 

Son zamanlar toxumlu meyvələrin qablaşdırılmasında torf tozundan da 

istifadə edilir. Bunun üçün yeşiyin dibinə kağız sərib üzərinə 2-3 sm qalınlığında 

torf tozu tökürlər. Sonra bir təbəqə kağıza bükülmüş almaları  yığdıqdan sonra 

üzərinə yenidən torf tozu tökülür. Ikinci təbəqəni yığıb üzərinə yenə torf tökür, 

beləliklə, axırıncı  təbəqəyə torf tökdükdən sonra kağızla örtüb yeşiyi bağlayırlar. 

16 kq-lıq yarımyeşiyi qablaşdırmaq üçün 2 kq torf tozu lazımdır. 

Meyvələr torf tozu ilə qablaşdırıldıqda mikroorqanizmlərdən daha yaxşı 

qorunur. Torf tozu ilə qablaşdırma meyvənin istehlak yetişmə dərəcəsinə çatmasını 

yubandırır və beləliklə  də saxlanma müddətini artırır. Tənəffüs prosesi çox zəif 

getdiyindən tərkibindəki  şəkərin itkisi az olur. Torf tozunun nəmliyi 30-32%, 

otağın temperaturu 0

0

C-yə yaxın, nisbi rütubət isə 80-85% olmalıdır. Torf tozu ilə 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə