Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə50/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   120

 

 

177



1. Istehlak üçün yığım dövrü. Bu dövrdə  yığılan meyvə  və  tərəvəz xarici 

görünüşünə, ətrinə, dadına və konsistensiyasına görə maksimum keyfiyyətə malik 

olmalı, həmçinin forması, rəngi və ölçüsü sorta uyğun olmalıdır. Bu dövrdə 

dərildikdən sonra yetişə bilməyən meyvələri və yeyilməyə yararlı tərəvəzi yığırlar. 



2. Adi yığım dövrü. Bu dövrdə yığılan meyvə-tərəvəzin tərkibində qidalı və 

dadlı maddələrin əksəriyyəti toplanır. Barın forma və ölçüsü müvafiq sorta uyğun 

olur. Lakin meyvənin keyfiyyəti (dadı, iyi, onun tərkibində  şəkərlərin miqdarı, 

konsistensiyası və s.) tamamilə formalaşmır. Bu dövrdə alma və armudun payız və 

qış sortları, sitrus meyvələri, pomidor, qovun və s. meyvə-tərəvəz məhsulları 

yığılır. Saxlanılma zamanı bu meyvələrdə yetişmə davam edir və istehlak dəyərinə 

malik olurlar. Bununla yanaşı, qeyd etməliyik ki, istər toxumlu meyvələr və istərsə 

də sitrus meyvələri ağacda nə  qədər çox yetişib dərilərsə, bir o qədər keyfiyyətli 

sayılır. 

3. Texniki yığım dövründə emal üçün istifadə olunacaq meyvə-tərəvəzlər 

yığılır. Kompot hazırlamaq üçün istifadə olunacaq ərik dərilən zaman öz formasını 

və  rəngini tam almaqla, həm də  sıx  ətlikli olmalıdır. Duza qoymaq üçün 

pomidorun ağımtıl, boz və çəhrayı rəngliləri, tomat şirəsi hazırlamaq üçün isə tam 

yetişmiş (qırmızı) pomidorlar yararlıdır. 

4. Fizioloji yığım dövründə toxumluq üçün istifadə ediləcək məhsul yığılır. 

Bu dövrdə meyvə-tərəvəzin toxumu (tumu) ətlikdən asanlıqla ayrılır. 

 

5.3. Standartlaşdırma və əmtəə emalı 

 

Yığımdan sonra məhsul keyfiyyətindən asılı olaraq çeşidlənir. Eyni 



keyfiyyətli kartof, tərəvəz və meyvələrin standartın tələbinə uyğun olaraq 

formalaşdırırlar. 

MDB-də standartların təsnifatının vahid sistemi qəbul edilmişdir. Bu sistemə 

əsasən, kənd təsərrüfatı məhsulları C bölməsinə aid edilir. Bu bölmə daxilində C3 

sinfinə meyvə və giləmeyvə bitkiləri, C4 snfinə tərəvəz bitkiləri aiddir. C3 sinfinə 



 

 

178



uyğun olaraq aşağıdakı standartlar daxildir: C30 – təsnifat, nomenklatura və 

ümumi normalar, C32 – toxumlu meyvələr, C33 – çəyirdəkli meyvələr, C35 – 

giləmeyvələr, C36 – qərzəkli meyvələr, C39 – sınaq üsulları. Qablaşdırma. 

Markalanma. 

C4 sinfinə  aşağıdakı standartlar aiddir: C40 – təsnifat, nomenklatura və 

ümumi normalar, C42 – tərəvəzlər, C43 – kökümeyvəlilər və köküyumrular, C44 – 

bostan tərəvəzləri, C49 – sınaq üsulları. Qablaşdırma. Markalanma. 

Meyvə  və  tərəvəz məhsullarının keyfiyyəti üzərində  nəzarət və onların 

keyfiyyətinin müəyyən olunmuş  səviyyəsini müəyyən etmək üçün standartların 

böyük əhəmiyyəti vardır. Qüvvədə olan standartlara uyğun olaraq, istehsal olunan 

və satılan meyvə-tərəvəz məhsullarının keyfiyyəti normalaşdırılır. Bəzi meyvə və 

tərəvəzlərin keyfiyyəti respublika standartları (RST), xaricdən alınan və xaricə 

göndərilən meyvə-tərəvəz məhsullarının keyfiyyəti müvafiq müqavilələrdə 

yazılmış texniki tələblər  əsasında müəyyənləşdirilir. Xaricdən alınan məhsulların 

keyfiyyətini  Ticarət Palatasının və ya onun yerlərdəki  şöbələrinin ekspertləri 

yoxlayır. 

Standartların tələbinə müvafiq olaraq meyvə və tərəvəzləri əmtəə emalından 

keçirirlər. Emaldan keçirilmiş  məhsuldan keyfiyyətcə eynicinsli partiyalar 

düzəldilir və həmin məhsullar müvafiq optimal şəraitdə saxlanılır. 

Meyvə  və  tərəvəzlərin  əmtəə emalı  tədarük məntəqələrində meyvəçilik və 

tərəvəzçilik təsərrüfatlarında, meyvə-tərəvəz ticarəti bazalarında, 

soyuducuxanalarda və  həmçinin satışqabağı  pərakəndə ticarət müəssisələrində 

aparılır. Meyvə və tərəvəzlərin əmtəə emalı onların keyfiyyətinə və ölçüsünə görə 

çeşidlənməsindən, qablaşdırılmasından ibarətdir. Satışa hazırladıqda  əlavə olaraq 

meyvə və tərəvəzləri çəkib-bükür, kartofu və kökümeyvəliləri isə yuyurlar. 



 

 

179



 

 

5.4. Keyfiyyətə görə çeşidləmə 

 

Meyvə  və  tərəvəzləri keyfiyyətinə görə çeşidlədikdə standart üzrə  nəzərdə 



tutulan  əsas göstəricilər müəyyən edilir. Bunlar meyvə-tərəvəzin keyfiyyət 

göstəricilərinin formalaşması ilə bağlıdır.  Meyvə-tərəvəzin  əsas  əmtəə 

göstəricilərinə onların xarici görünüşü (forması, rəngi, təzəliyi, yetişməsi, səthinin 

vəziyyəti), iriliyi (ölçüsü və ya kütləsi), yol verilən sapmalar, daha doğrusu, 

qüsurları (zədələnmənin növü və  dərəcəsi) və  xəstəlikləri (bakterial, göbələk, 

fizioloji), həmçinin emalın xarakteri aid edilir. Ümumi göstəricilərlə yanaşı, bir 

çox meyvə  və  tərəvəz məhsulları üçün xüsusi göstəricilər də  nəzərə alınır. 

Məsələn, bostan və paxlalı  tərəvəz məhsulları, badımcan, çuğundur və müxtəlif 

turplar üçün kütlə və daxili quruluş; qıtıqotu, şirin və acı istiot üçün dad; baş soğan 

üçün saplağın uzunluğu və quruması; emal üçün nəzərdə tutulmuş kartofda 

nişastanın miqdarı; ağbaş  kələmin sıxlığı  və  səthinin təmizliyi, baş sarımsağın 

vəziyyəti, qərzəkli meyvə  ləpələrinin dadı,  ətri və  nəmliyi, banan və ananasın 

ətliyinin konsistensiyası və s. 

Forma – meyvə-tərəvəzin sort əlamətlərindən asılı olaraq, onların botaniki 

sortunun müəyyənləşdirilməsinə imkan verir. Meyvə  və  tərəvəzlərin forması 

müvafiq pomoloji və təsərrüfat-botaniki sort üçün tipik olmalıdır. Tipik formadan 

kənarlaşma məhsulun keyfiyyətinə  mənfi təsir göstərir. Forması düzgün 

olmayanların  əmtəə keyfiyyəti aşağı hesab edilir, onlar daşınma və saxlanılmağa 

pis davam edir. Alma, armud, ərik,  şaftalı, gavalı, sitrus meyvələri və meyvəli 

tərəvəzlərin keyfiyyəti üçün forma mühüm əhəmiyyət kəsb edir. Aşxana 

çuğunduru, yerkökü, qarpız, xiyar və pomidor düz və qeyri-düz formada (hamar və 

kələ-kötür) ola bilər, lakin eybəcər olmamalıdır. 2-ci əmtəə sortuna aid edilən alma 

və armudun forması düzgün olmaya bilər. Aşxana çuğunduru, qırmızıbaş və ağbaş 

kələm üçün standartda forma normalaşdırılmır. 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə