Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə47/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   120

 

 

164



Narın qabığından hazırlanan həlim mədə pozulmaları zamanı istifadə 

olunur. Qurudulmuş meyvə qabığından hazırlanan nar poroşoku şiddətli yanıqları 

müalicə etmək üçün işlədilir. Bu zaman yanığa  əvvəlcə duru nar şirəsi yaxır və 

üstündən həmin poroşokdan səpirlər. 



Xırnik. Abnos fəsiləsinin xırnik cinsinə  mənsubdur. Iki növü yayılmışdır. 

Yabanı və ya Qafqaz xırniyi, Subtropik xırnik. Subtropik xırnik yapon xurması da 

adlanır və mədəni halda becərilir. 

Yabanı  xırnik Qafqazda, Orta Asiyada və Zaqafqaziyada yayılmışdır. Bu 

xırniklər hündürboylu düzböyüyən ağacdır, 20 m-dən hündür olur. Iri ağaclar Şəki-

Zaqatala zonasında çoxdur. 

Xırnik mayın  əvvəllərində yarpaqlar əmələ  gəldikdən sonra çiçəkləyir. 

Çiçəkləmə dövrü 10-20 gün davam edir. Meyvələri yarpaqları töküldükdən sonra 

oktyabrın ortalarından başlayaraq dekabra qədər ağacın üstündə yetişir. Meyvələri 

yumru, boz-sarımtıl və tutqun narıncı rəngdədir. Tam yetişdikdə qaralır. Içərisində 

2-5  ədəd yastı    çəyirdəkli olur. Çəyirdəksiz formalarına Zaqatala rayonunun 

bağlarında rast gəlinir, həm də bunlar xırda olur. Meyvəsi  şirin və 

ağızbüzüşdürücüdür. 

Tərkibində 18% şəkər (qlükoza və fruktoza), zülali, pektinli və  aşılayıcı 

maddə, limon turşusu, karotin (provitamin A) və 3-53 mq% C vitamini vardır. 

Xırnik təzə  və qurudulmuş halda yeyilir. Ondan bəkməz (doşab) bişirilir. 

Şərbət, cem, jele, likör və kvas da hazırlanır. 

Yabanı xırniyin ağacları çox möhkəm olduğundan ondan toxuculuq sənayesi 

üçün məkik hazırlanır. Xalq təbabətində  xırnik müxtəlif mədə  xəstəliklərində 

tətbiq edilir. Öz xassələrinə görə  həzm pozğunluqlarında pəhrizi məhsul kimi 

işlədilir. 

Innab. Murdarça fəsiləsinin innab cinsinə  mənsubdur. 100 növ kol və ya 

meyvə ağaclarından bir növü yayılmışdır. Yabanı halda Orta Asiyada, Krımda və 

Zaqafqaziyada rast gəlinir. Azərbaycanda qədim zamandan becərilir. Innab 



 

 

165



Abşeron yarımadasında, Göyçay, Ucar və  Ağdaş rayonlarında becərilir. Başqa 

rayonlarda isə bunlara tək-tək qrup şəklində təsadüf olunur. 

Azərbaycanda innab bitkisinin hündürlüyü 4-12 m-ə çatır. Innab iyun-iyulda 

çiçəkləyir. Çiçəkləri bir yerdən top kimi çıxır. Çiçəyi ulduzşəkilli, beşləçəkli, 

sarıdır. Meyvəsi yumru, yumurtavari, uzunsov-girdədən armudabənzər formayadək 

dəyişir. Meyvəsinin hamar parlaq qəhvəyi və ya qırmızı-qonur rəngli qabığı altında 

şirin, turşməzə və yumşaq sarımtıl ətliyi vardır. Çəyirdəyi bərk, təpəsi sivri, enli-

yumurtavari və ya uzunsov-oval formalı, uzunluğu 1,2-1,5 sm-dir. Azərbaycanda 

olan innablar qırmızı qabıqlıdır. 

Innabın tərkibində 22-30% karbohidrat, 5% zülali maddə, 1,5% üzvi turşu 

(alma və kəhrəba turşusu), 2,5% pektinli maddə, 2% qətran, 1,2% aşılayıcı maddə, 

880 mq% C vitamini vardır. Quru meyvələrinin tərkibində  şəkər 70%-ə çatır. P 

vitamininin miqdarı limon qabığındakından çoxdur. Minerallı maddələrdən kalium, 

kalsium, fosfor, maqnezium və dəmir vardır. 

Innab təzə  və qurudulmuş halda yeyilir. Ondan konserv və  qənnadı 

məmulatı hazırlanmasında istifadə edilir. Bir çox ölkələrdə quru meyvələrindən un 

alırlar. Bu un qənnadı məmulatı istehsalında istifadə olunur. 

Xalq təbabətində innabın yarpağından, qabığından və meyvəsindən istifadə 

edilir. Innab meyvələri kataral xəstəliklərin, vərəmin, öskürəyin müalicəsində, 

eləcə  də yumşaldıcı, tonizəedici və sidikqovucu kimi tətbiq olunur. O, həmçinin 

həzm orqanlarının işini yaxşılaşdırır. Innab meyvəsi həm də qan təzyiqini 

nizamlayır. Nəticədə baş  və ürək nahiyələrində  ağrı  kəsilir və qanda xolesterinin 

miqdarı azalır. Hipertoniya xəstəliyində gündə 3 dəfə yeməkdən sonra 20 innab 

meyvəsi yemək və müalicəni 3 ay davam etdirmək məsləhət görülür. 

Innab yarpaqlarında 1020 mq% C vitamini, həm də  şirin və acı dadı hiss 

edən resseptorları keyləşdirən maddə vardır. 



Tut.  Tut fəsiləsinə  mənsubdur. Meyvəsi üçün becərilən tut 2 əsas növə 

bölünür: ağ  və xartut. Yaxın  Şərq ölkələrində çox yayılmışdır. Azərbaycanda və 

Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növmüxtəliflikləri vardır. Yabanı 



 

 

166



halda Azərbaycanın meşələrində, çay kənarlarında və dağ ətəklərində bitir. Yabanı 

tutun bir çox formaları vardır və yerli tutlar bunlardan seçilib qədim zamanlardan 

bəri becərilməkdədir. 

Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun ağacı isə bir qədər 

xırda olur. Ağacı çox yavaş böyüyür. 

Meyvəverən tutların erkək və dişi çiçəkləri olur. Çiçəklər yarpaqlarla eyni 

vaxtda  əmələ  gələn kiçik meyvəciklərin üzərində açılır. Çiçəklər gödək saplaqla 

salxımda yerləşir. Erkək çiçəklərin 4 kasa yarpaqları  və 4 yarpaqcığı vardır. 

Torbacıqlar partladıqdan sonra tozları tökülür. Dişi çiçəklər 4 kasacıq 

yarpaqlarından ibarətdir, 2 ağızcığı vardır. Hər çiçəkdən tək-tək balaca meyvələr 

əmələ  gəlir və bunlar bir saplaq üzərində yerləşərək tutun əsas meyvəsini təşkil 

edirlər. Hər meyvəciyində bir ədəd yastı, sarı, xırda toxumu vardır. Toxumların 

ərafında olan sulu, şirin  ətliyi yeyilir. Meyvəsi silindr şəklində, saplağı  qısadır. 

Tutun meyvəsi mürəkkəb giləmeyvədir. 

Ağ tut iyun-iyulda, xartut isə iyul-avqustda yetişir. Meyvələrin yetişməsi 

tədricən olur və 40 gün davam edir. Ağ tutun meyvəsi ağ-yaşılımtıl, ağ-sarımtıl və 

ya ağ-çəhrayı rəngdə, sulu və şirindir. Xartutun meyvəsi tünd qara, qırmızı və ya 

tünd bənövşəyi rəngdə sulu, turşaşirin dadlı və ətirlidir. Xartutdan başqa adi qara 

tut da vardır. Lakin bunların əksəriyyəti dadsız və yaxud kəmşirin olur. Qida üçün 

yararsızdır. Bunların yarpaqları barama qurdu üçün qida hesab edilir. 

Ağ tutun meyvələri tam yetişdikdə yerə tökülür. Odur ki, tutu yetişdikcə, hər 

iki gündən-bir səhər tezdən silkələyib xüsusi çadralara toplayırlar. Xartutun saplağı 

ağaca bərk yapışdığından  əl ilə  yığılır. Xartutun meyvəsi  şüşə  və emallanmış 

qablarda saxlanılmalıdır, mis qablarda saxlanması qorxuludur. 

Ağ tutun meyvəsi şirin, dadlı, asan həzm olunduğundan təzə halda yeyilir. 

Tərkibində 23%-ə  qədər  şəkər, üzvi turşular, zülal, pektin, yağ, aşılayıcı  və 

rəngləyici maddələr, vitaminlər və  dəmir vardır. Xartutda dəmir ağ tuta nisbətən 

çoxdur. 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə