Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə48/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   120

 

 

167



Xartutun meyvələri meyxoş, dadlı  və vitaminlidir. Tərkibində 9% şəkər, 

1,86% üzvi turşu, 2,03% zülal, 0,36% qeyri-zülali azotlu maddələr, 0,55% pektinli 

maddələr vardır. 

Ağ tut qurusu olduqca qidalıdır. Tutdan bəkməz (doşab), riçal, sirkə 

hazırlanır və bir çox yerlərdə tut arağı çəkilir. Ağ tut qarın xəstəliklərində, ümumi 

zəifliyə və ürək xəstəliklərinə qarşı müalicəvi vasitədir. 

Xartutdan mürəbbə,  şirə  və jele hazırlanır. Bir qədər kal yığıb qurudur və 

sumaq  əvəzinə  işlədirlər. Təzə halda yeyilir. Qarın və boğaz xəstəliklərinə qarşı 

tətbiq edilir. 

Tutun xalq təsərrüfatında  əhəmiyyəti,  əsasən ondan ibarətdir ki, onun 

yarpaqları ilə  bəslənilən baramadan yüksək keyfiyyətli ipək lif alınır və bu da 

toxuculuq sənayesi üçün qiymətli xammal hesab edilir. 

 

4.4. Yabanı meyvələrdən səmərəli istifadə 

 

Yuxarıdan göründüyü kimi, Azərbaycan yabanı meyvə-giləmeyvə ilə 



zəngindir və bunlar sənaye üçün qiymətli xammal hesab edilir. Lakin yabanı 

meyvə-giləmeyvələrdən istifadə olunması lazımi səviyyədə deyildir. Bu sahədə 

çatışmazlıqlar, əsasən aşağıdakılardan ibarətdir. 

Əvvəla, Azərbaycanın iqtisadi rayonları və eləcə də ayrı-ayrı rayonlar üzrə 

yabanı meyvə-giləmeyvələrin real ehtiyatı bu vaxta qədər dəqiq öyrənilib müəyyən 

edilməmişdir. Yabanı meyvə-giləmeyvələrdən səmərəli istifadə olunmasının  əsas 

mərhələsi buradan başlanmalıdır. Bu və ya digər meyvə-giləmeyvə üzrə  təbii 

ehtiyat müəyyən edilərsə, qalan məsələlər buna əsasən planlaşdırılar və yerinə 

yetirilər. 

Yabanı meyvə-giləmeyvələrin vaxtlı-vaxtında tədarükünü təşkil etmək vacib 

məsələlərdən biridir. Bu sahədə ayrı-ayrı meyvə-giləmeyvələrin yetişmə müddətini 

düzgün bilmək lazımdır. Tədarük üçün yerli əhali (əsasən bu və ya digər təşkilatda 

işləməyən) və məktəblilər cəlb edilməlidir. Şübhə yoxdur ki, məktəblilərin yabanı 



 

 

168



meyvə-giləmeyvə  tədarükü işinə müəllimlər (əsasən təbiət-botanika müəllimləri) 

rəhbərlik etməlidirlər. 

Toplanılmış meyvələr vaxtında tədarük müəssisələrinə və ya da uyğun emal 

müəssisələrinə  təhvil verilməlidir. Tədarük edilən meyvələr yuxarıda qeyd 

etdiyimiz bir çox yeyinti məhsullarının istehsalına sərf edilir. Əgər bu və ya digər 

meyvə-giləmeyvənin ayrı-ayrı illərdə  məhsulu az olarsa, onların sənaye üçün 

tədarükü iqtisadi cəhətdən səmərəli olmayacaqdır. Lakin Azərbaycanın 

meşələrində, dağətəyi sahələrdə, çay kənarlarında çoxlu yabanı meyvə-giləmeyvə 

bitdiyindən hər il müxtəlif növ meyvə toplamaq olar. 

Azərbaycanda yabanı meyvələrdən ən çox ehtiyatı olanı meşə alması, meşə 

armudu, əzgil, yemişan, böyürtkən, zirinc, alça, göyəm, zoğal, itburnu, tut, xırnik, 

çaytikanı, meşə çiyələyi, yabanı nar, fındıq, qoz, şabalıd, fıstıq və başqalarıdır. 

Bunlar yerli sənaye müəssisələri üçün qiymətli xammaldır. Bu meyvə-

giləmeyvələrin tədarükünü planlı  təşkil etməklə  bərabər, onlardan istifadə  də 

səmərəli təşkil olunmalıdır. Bu sahədə  dərin elmi-tədqiqat işləri aparılmalıdır. 

Məhsulların müvafiq emalı, bu zaman baş verən kəmiyyət və keyfiyyət 

dəyişmələri, yeni-yeni məhsul çeşidinin alınması texnologiyasının işlənib 

hazırlanması  və  nəhayət xammal mənbələrinin aşkar edilməsi məsələləri elmi 

cəhətdən  əsaslandırılmalıdır. Bütün bunları  həyata keçirmək üçün yabanı meyvə-

giləmeyvələr hərtərəfli öyrənilməli və onlardan səmərəli istifadə yolları 

göstərilməlidir. Eyni zamanda çalışmaq lazımdır ki, tədarük edilən meyvə-

giləmeyvələrdən tam istifadə edilsin. Məsələn, almadan şirə alındıqdan sonra yerdə 

qalan qabıq və tumlardan texniki məqsədlər üçün istifadə etmək olar. Bu məqsədlə 

meyvələrin çəyirdəyindən yağ, qabığından pektinli maddə və başqa texniki məhsul 

alınması təşkil edilməlidir. 

Yabanı meyvə-giləmeyvələrdən səmərəli və kompleks istifadə etməklə 

onların emalından alınan yeyinti məhsullarının çeşidini və miqdarını artırmaq olar. 

Ona görə  də yabanı meyvə-giləmeyvələrin tədarükü və emalı  işi planlı  və 

məqsədəuyğun şəkildə aparılmalıdır. 



 

 

169



Bu sahədə əsas məsələlərdən biri də mövcud meyvə-giləmeyvə sahələrinin 

genişləndirilməsindən ibarətdir. Yeni meşəliklər salarkən yabanı meyvə-giləmeyvə 

ağac və kollarını daha çox əkmək lazımdır. Kürqırağı tuqay meşələrində isə yabanı 

meyvə  ağaclarına mədəni sortları calaq etməklə yüksək keyfiyyətli məhsul  əldə 

etmək mümkündür. Yabanı meyvə-giləmeyvələr seleksiya işi üçün çox qiymətli 

hesab edilir. Məhz onlardan seleksiyaçılar çətin işləri yerinə yetirmək üçün istifadə 

edirlər. Məsələn, bəzi meyvələrin  şimalda və ya cənubda iqlimləşdirilməsi

müxtəlif xəstəliklərə və ziyanvericilərə davamlı sortlar yaradılması və s. 

Ümumiyyələ, Azərbaycan  ərazisində yetişən yabanı meyvə-giləmeyvələr 

hərtərəfli öyrənilməli, onlardan səmərəli istifadənin yolları  aşkara çıxarılmalı, 

həmin meyvələrdən alınan yeyinti məhsullarının çeşidi genişləndirilməli və 

keyfiyyəti yaxşılaşdırılmalıdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

170




 

 

171



 

 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə