Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə45/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   120

 

 

157



halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq 

hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. «Badamlı» adını 

daşıyan suyu ilə  məşhur olan kənd keçmişdə yabanı badamlıqla  əhatə olunduğu 

halda, indi əl çatmayan yerlərdə azacıq badam ağacları qalmışdır. 

Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır 

və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənirlər. 

Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir. 

Çiçəkləri tək-tək və ya 2-4 ədəd bir yerdə toplanmış olur. Çiçəkləri iri beşləçəkli, 

rəngi ağ və ya ağımtıl-çəhrayıdır. 

Badamın meyvələri iyul-avqustda yetişir. 4-5 yaşından məhsul verir, 130 il 

və daha çox yaşayır. Meyvəsinin uzunluğu 2,5-3 sm-dir. Mədəni sortlar nisbətən iri 

olur. Meyvəsi yumurtavari, yanlarından basılmış, təpəsi küt və ya şişmər, çox vaxt 

əyri olur. Meyvənin üzəri çəyirdək ətrafı ətli hissə ilə örtülmüşdür. Bu, yaşılımtıl, 

üzəri tüklü olub, yetişəndə yarılır və içindən çəyirdəyi çıxır. Qabığı qalın, bərk və 

ya nazik olur. Rəngi boz-sarıdan tünd qəhvəyiyədək dəyişir. Badamın bir və ya iki 

ləpəsi olur. Ləpəsi ağımtıldır, sarı-qəhvəyi pərdə ilə örtülmüşdür. Islandıqda bu 

qabıq asanlıqla ayrılır. Dadı xoş, yağlı və şirindir. 

Badamın tərkibində 40-60% yağ (qurumayan), 20-30% zülali maddə, 13% 

karbohidrat, 3,6% sellüloza, 2,3% minerallı maddə, 15 mq% B

1

 vitamini vardır. 



Yabanı halda bitən badamın  əksəriyyəti acı olur. Onların tərkibində 2,5-3,5% 

amiqdalin qlükozidi vardır. Bu qlükozid orqanizmdə qlükozaya və sinil turşusuna 

parçalanır. Sinil turşusu isə qüvvətli zəhərdir. Ona görə  də acı badam qida üçün 

sərf edilməməlidir. 

Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı  sənayesində 

istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. 

Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı 

üçün istifadə olunur. Badam efir yağından bəzi  ətriyyat məmulatlarının 

ətirləndirilməsi üçün istifadə edilir. Badamın qabığı konyak, likör və  bəzi 



 

 

158



şərabların  ətirləndirilməsi və  rənginin yaxşılaşdırılması üçün işlədilir. Ondan, 

həmçinin aktivləşdirilmiş kömür də alırlar. 



Həqiqi püstə. Sumaqçiçəklilər fəsiləsinin püstə cinsinə mənsubdur. 10 ağac 

və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, Iran Azərbaycanında, Iranda, 

Suriyada və Türkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən 

becərilir və iki yabanı nğvü yetişdirilır. 

Püstə mart-apreldə yarpaqlar açıldığı vaxt çiçəkləyir. Çiçəklər topa halında 

enli süpürgə-salxımlara yığılmışdır. Erkək çiçəklər dişi çiçəklərdən 2-3 gün tez 

açılır. Çiçəkləmə 20-25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir. 7-

8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvari, birtoxumlu 

çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Çəkisi 0,9-2,5 qr-dır. Meyvələr yetişdikdə çiçək 

yanlığı bürüşür, quruyur, partlayır və meyvədən asanlıqla ayrılır. Ləpəsi açıq yaşıl, 

yaşıl rəngli, yanları bənövşəyi olur. Dadı xoşagələn şirin və yağlıdır. 

Püstə ləpəsinin tərkibində 68% yağ, 18-22% zülali maddə, 9,5-17%-ə qədər 

karbohidrat, 4,6% sellüloza, 3,1% kül vardır. Dadlı, lətif, yağlı  və faydalı 

olduğundan çox qiymətlidir. 

Püstənin meyvəsindən təzə, qovrulmuş və duzlanmış halda istifadə edirlər. 

Ləpəsi qənnadı  məmulatı (tort, pirojna, şokolad,  Şərq  şirniyyatı) istehsalında 

işlədilir, eləcə  də  bəzi kolbasa məhsullarına və pendirə qatılır. Püstənin yağı 

qurumayan yağ qrupuna aiddir, əczaçılıqda, ətriyyatda və lakların hazırlanmasında 

geniş istifadə olunur. Püstənin yarpaqlarında, meyvələrində, qabığında və 

oduncağında 10-12%-ə  qədər aşılayıcı maddə vardır. Müxtəlif növ mənənələr 

yarpaqlarda fır  şişləri (buzqunç) əmələ  gətirir ki, bunun tərkibində 30-50% tanin 

olur. Bu, toxuculuq və yüngül sənayedə  aşılayıcı  və boyaq maddəsi almaq üçün 

qiymətli xammaldır. 

Püstənin ağacından iyul-avqust aylarında çəkilən qətrandan yüksək 

keyfiyyətli lak hazırlanır. 

Müasir xalq təbabətində püstə qanazlığında, arıqlamada, vərəm xəstəliyində, 

qaraciyər ağrılarında tətbiq edilir. 



 

 

159



Adi şabalıd. Fıstıqçiçəklilər fəsiləsinin şabalıd cinsinə mənsubdur. 

Şabalıd cinsinin 14 növündən respublikada birinə rast gəlinir.  Şabalıd 

Qafqazda, Zaqafqaziyada, Ukraynanın Zakarpatye vilayətində 

yayılmışdır.  Şabalıd Azərbaycanda geniş sahədə yalnız Böyük Qafqaz 

dağlarının  ətəklərindəki meşələrdə bitir. Şəki-Zaqatala zonası  şabalıd 

bağları ilə məşhurdur. 

Şabalıd aprel-mayda yarpaqlayır, iyun-iyulda isə çiçəkləyir. Erkək 

və dişi çiçəkləri bir ağacın üstündə ayrıca yerləşir. Erkək çiçəkləri uzun 

sırğa şəklində sallanır, ağ-sarımtıl rəngində və çoxətirlidir. Uzunluğu 10-

35 sm, eni 1 sm-dir. Dişi çiçəkləri birillik şivlərdə olur və yarpaqların 

qoltuğunda 2-3 ədəd və daha çox bir yerdə yerləşir. Şabalıdın meyvəsi 

oktyabr-noyabrda yetişir. Meyvəsi tikanlı  qərzəkdir. Yetişəndə  qərzək 

ayrılır və içində iki və üç ədəd  şabalıd olur. Bunlar yarpaq və ya oval 

şəklindədir. Yumru formada olanları çox azdır. Meyvənin üst qabığı 

tünd və ya açıq darçını,  şabalıdı  rəngdədir.  Şabalıd meyvəsinin üst 

qabığının altında nazik, pənbəli yumşaq örtük vardır. Bunun altında ağ, 

şirin, iki hissəli ləpə yerləşir. 

Şabalıd 20-25 yaşından meyvə verir. 100-150 il ömür sürür. 1000 

illik  şabalıd ağacları mövcuddur. Yüksək məhsul 2-3 ildən-bir olur. 

Azərbaycanın meşələrində və bağlarında bitən şabalıdın bir çox mütəlif 

formaları vardır. 

Şabalıdın tərkibində 60%-ə  qədər nişasta, 15% şəkər, 6% zülal, 

2%-ə qədər yağ olur. Yetişməmiş meyvələrdə 1500 mq% C, 0,18 mq% 

B

1



 vitamini vardır. 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə