Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə44/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   120

 

 

153



geniş yayılmışdır. Qərbi Sibir, Qazağıstan, Orta Asiya və Qafaqazda 

yetişir. Azərbaycanın bütün zonalarında böyürtkən kolluqları vardır. 

Böyürtkən may ayından başlayaraq, avqusta qədər çiçəkləyir. 

Çiçəkləri ağ və ətirlidir. Eyni vaxtda kollarda həm təzə açılmış çiçək və 

həm də yetişmiş meyvə olur. Çiçək açdıqdan təxminən 1 ay sonra 

meyvəsi yetişir. Meyvəsi forma etibarilə uzunsov və konusvari, rənginə 

görə  qırmızı, qara, al-qırmızı  və sarı olur. Azərbaycanda irimeyvəli

gecyetişən və quraqlığa çox davamlı böyürtkən formaları vardır.  Əhali 

yabanı böyürtkənləri toplayır və konserv zavodlarına təhvil verirlər. 

Lakin böyürtkəni yığmaq çox çətindir. 

Böyürtkənin tərkibində 7-10% şəkər (qlükoza, fruktoza və azacıq 

saxaroza), 1-1,5% üzvi turşu (alma, şərab, limon, salisil), 1,8% pektinli 

maddə, karotin, C və B qrupu vitaminləri vardır. 

 Böyürtkənin meyvəsi təzə halda yeyilir. Ondan likör, şərab, spirtli 

içki, mors, şirə, kompot, şərbət, mürəbbə, marmelad və cem hazırlanır. 

Böyürtkən müalicəvi və  pəhrizi  əhəmiyyətə  də malikdir. Tərgətirici və 

sidikqovucu kimi istifadə edilir. Böyürtkən yarpaqlarından dəmlənmiş 

çay soyuqdəyməyə qarşı içilir. Böyürtkən həm də balverən bitkidir. 

Çünki bütün yay dövründə çiçəkləyir və arılara yaxşı nektar verir. 1 

hektar sahədən arılar 20-25 kq bal hasil edə bilirlər. 



Adi moruq.  Qızılgülçiçəklilər fəsiləsinə  mənsub olub, böyürtkən 

kimi çoxillik giləmeyvəli bitkidir. Qırmızı moruq yabanı formada 

Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların 

kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. 




 

 

154



Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində 

açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək 

açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi 

tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. 

Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş 

və  ətirlidir. Iri özək üzərində  xırda meyvəciklər yerləşmişdir. Hər 

meyvəciyin üzərində isə bir ədəd nazik sarı tük vardır. 

Moruğun tərkibində 3-11% şəkər (qlükoza, fruktoza, pentoza), 1-

2% üzvi turşu (salisil, alma, limon, şərab) və onların duzu, 0,5-2,8% 

pektinli maddə, 6% sellüloza, 2,7% pentozanlar, 0,1-0,3% aşılayıcı, 0,8-

1,9% azotlu, 0,4-0,8% minerallı maddə vardır. 2-29 mq% C vitamini, 

karotin və B qrupu vitaminləri vardır. 

Moruğun meyvələri tam yetişdikdə  yığılır. Təzə halda yeyilir. 

Ondan mürəbbə, kompot, şərbət, kisel, marmelad, pastila, nastoyka, 

spirtli içki, likör, şərab, sərinləşdirici içkilər və s. hazırlanır. Moruğu 

qurudub dərman kimi istifadə edirlər. Xalq təbabətində moruq 

meyvəsini çay kimi dəmləyib soyuqdəymədə  tərlədici dərman kimi 

işlədirlər. Elmi təbabətdə ödqovucu dərman kimi də  dəmləmə  və 

bişirilmələr  şəklində istifadə edilir. Təzə  dərilmiş moruq meyvəsindən 

hazırlanan moruq mürəbbəsi və  şərbəti böyrək xəstəliyinin və 

soyuqdəymənin yaxşı dərmanıdır. 

Moruq həm də balverən bitkidir. 1 hektar moruq sahəsindən arılar 

100 kq bal hasil edə bilirlər. Yabanı moruq bir çox mədəni moruq 

sortları üçün əcdad hesab edilir. 




 

 

155



Meşə çiyələyi.  Qızılgülçiçəklilər fəsiləsinin çiyələk cinsinə 

mənsubdur. Məlum olan 20 növündən bir növü – meşə çiyələyi 

Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı 

çoxdur. 


Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün 

yayı çiçəkləyir. Çiçəkləri ağ  rəngli olub ətirlidir. Meyvələri iyun-

avqustda yetişir. Meyvələri  ətirli,  şirin, meyxoş olub, forması 

yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi 

olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən  əmələ  gəlib, hər 

meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. 

Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% 

üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 

1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və 

kalium duzları, efir yağları vardır. Yarpaqlarında 250-380 mq% C 

vitamini, aşılayıcı maddə  və üzvi turşular vardır. Meşə çiyələyini təzə 

halda süd və ya qaymaqla yeyirlər. Ondan mürəbbə, povidlo, şərbət, 

marmelad, konfet və karamel üçün içlik, şərab və  sərinləşdirici içkilər 

hazırlanır. Təzə meyvələr susuzluğu yatırır, iştahanı artırır, qidanın 

həzmini yaxşılaşdırır. Tərkibində  dəmir çox olduğundan qan azlığında, 

sinqa və böyrəklərin xəstəliyində geniş  tətbiq edilir. Çiyələyin 

qurudulmuş yarpaqlarından moruq meyvəsi ilə birlikdə çay dəmləyib, 

soyuqdəymədən baş verən xəstəliklərdə tərlədici və hərarəti aşağı salan 

dərman kimi istifadə olunur. 

Çiyələyin kökündə 9%-ə qədər tanin vardır. Ishala qarşı çiyələyin 

kökündən alınmış sulu məhluldan istifadə edilir. 



 

 

156



 

4.3.4. Qərzəkli meyvələr 

 

Yunan qozu. Qozkimilər fəsiləsindəndir. Bu fəsiləyə aid 8 cinsin 50 

növündən 2 yabanı növü yayılmışdır. Azərbaycanda yabanı halda bitən və 

becərilən qozlar adi qoz növünə aiddir. Orta Asiya və Qafqazda yabanı formada 

bitir. Uzaq Şərqdə isə Mancuriya qozu yayılmışdır. 

Çox qədim zamanlardan Azərbaycanda böyük qoz sahələri Şəki-Zaqatala və 

Quba-Xaçmaz zonalarındadır. Hazırda Lerik, Ordubad, Dağlıq Qarabağ, Laçın, 

Kəlbəcərdə  və  Gəncənin dağlıq rayonlarının meşələrində yabanı bitən qozlara 

təsadüf edilir. 

Qoz, adətən may ayında yarpaqlar əmələ  gələn vaxt çiçəkləyir. Bəzən 

iyunda ikinci dəfə çiçəkləyir. Qozun meyvələri sentyabr-oktyabrda yetişir. 

Meyvəsi ölçüsünə, formasına, qabığının bərkliyinə, ləpə arasındakı  pərdənin 

yumşaq və ya sərt olmasına, dadına, kimyəvi tərkibinə  və s. göstəricilərə görə 

fərqlənir. Qozun üzəri yaşıl qərzəklə örtülüdür. Qoz yetişdikcə  qərzək qaralır, 

partlayır və içindən oduncaqlaşmış qabıqlı qoz çıxır. Ləpəsi açıq sarı  və ya tünd 

darçını rəngdədir. Bir qozun çəkisi 5-17 qr, ləpəsinin çıxarı 40-58%-dir. 

Qoz ləpəsinin tərkibində 54-74% yağ, 12-21% zülali maddə, B qrupu 

vitaminləri və karotin vardır. Yaşıl sütül qozlarda 3000 mq% C vitamini vardır. Bu 

qozlardan yüksək keyfiyyətli mürəbbə bişirilir. Qozdan qənnadı  sənayesində 

müxtəlif məmulat hazırlanır, ləpəsi yeyilir və yağ çıxarılır. Qoz yağı rəssamlıqda 

işlədilir. Yağı çıxarılmış qoz cecəsinin tərkibində 34% azotlu maddə və 12% yağ 

olduğundan qənnadı  məmulatı hazırlamaq və ev heyvanları üçün ən qidalı 

məhsuldur. Qozun qərzəyi, yarpaqları, qabıqları  və kök hissələri tanin ilə 

zəngindir. Bunlardan parçaların boyanmasında istifadə edilir. Qozun oduncağı bərk 

və gözəl naxışlı olduğundan qiymətli faner və mebel hazırlamaq üçün işlədilir. 

Adi badam.  Qızılgülçiçəklilər fəsiləsindəndir. Badam cinsinin 40 növə 

qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayılmışdır. Badam yabanı 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə