Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə46/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   120

 

 

160



Şabalıd təzə halda yeyilir. Onu qovurduqda dadı və ətri yaxşılaşır. 

Azərbaycanda şabalıd müxtəlif xörəklərdə işlədilir. Şabalıddan qənnadı 

sənayesində (marsipan, tort, pirojna, şokolad və s. hazırlanmasında), 

aşpazlıqda (toyuqları içləmək, plov bişirmək və s.) geniş istifadə olunur. 

Qurudulmuş  şabalıddan alınan un, başqa ölkələrdə çörəyə  və  qənnadı 

məmulatına qatılır. Ondan qəhvə  əvəzediciləri və spirt də istehsal 

edirlər. 

Şabalıd ağacının yarpaqlarında qlükozidlər, pektin və  aşılayıcı 

maddə (9%-ə qədər) və K vitamini vardır. Ona görə də yarpaqlarından 

çay dəmləyib daxili qanaxmalara qarşı tətbiq edirlər. 



Pekan.  Qoz ailəsinin kariya cinsinə  mənsubdur. Vətəni  Şimali 

Amerikadır. Burada pekan yabanı və mədəni halda bitir. 

Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə 

Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan 

plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və 

Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli 

meyvədir. 6-8 yaşından məhsul verir. 

Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza 

bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir. 3-10 

ədəd olmaqla bir salxımda bitir. Tam yetişdikdə  qərzəyi partlayır. 

Qəhvəyi rəngli, silindrik formalı nazik və hamar qabıqlıdır. Uc tərəfi bir 

qədər  şiş olur. Daxilində  şirin qırmızı-qəhvəyi rəngli ləpəsi yerləşir. 

Ləpə meyvənin 38-50%-ni təşkil edir. 

Pekanın tərkibində 70% yağ, 8-19% zülal, 14,3% karbohidrat və 

başqa maddələr vardır. Meyvələri təzə  və qurudulmuş halda yeyilir. 



 

 

161



Qənnadı  sənayesində, aşpazlıqda və yağ almaq (zeytun yağına oxşar) 

üçün sərf edilir. Pekanın oduncağı açıq qəhvəyi rəngdə, bərk, ağır 

olduğundan kənd təsərrüfatı maşınları üçün müxtəlif hissələr 

hazırlanmasında işlədilir. 



Şərq fıstığı. Fıstıqçiçəklilər fəsiləsinin fıstıq cinsinə aiddir. 9 növ 

ağacdan 2 növü yayılmışdır. Qafqazda dəniz səviyyəsindən 2300 m 

yüksəklikdə  subalp qurşağına qədər meşəliklərdə bitir. Fıstıq meşələri 

Qafqaz meşələrinin 25%-ni təşkil edir. 

Fıstıq aprel-mayda çiçəkləyir və eyni zamanda yarpaqları  əmələ 

gəlir. Meyvələri sentyabr-oktyabrda yetişir və çatlamış tikanlı qərzəkdən 

ayrılıb düşür. Meyvəsi 3 tilli, parlaq qəhvəyi rəngdədir. Içərisində açıq 

bozumtul-qəhvəyi rəngli ləpəsi vardır. 

Fıstıq 40-50 yaşından bara girir, 3-4 ildən-bir bol məhsul verir, 

500 ildən çox ömür sürür. 

Fıstıq ləpəsində 30-50% yağ və 20% zülali maddə vardır. Onu təzə 

və qovrulmuş halda yeyirlər. Lakin fıstıq ləpəsinin tərkibində  zəhərli 

qlükozid olduğundan, onu çox yemək məsləhət görülmür. Fıstıq 

ləpəsindən yarımquruyan yağ alınır. Həmin yağ qida üçün, həm də 

texnikada istifadə edilir. 

Fıstığın oduncağı  bərkliyinə görə  şabalıd və palıd oduncağından 

geri qalır. Xüsusi mebel və parket hazırlanmasında istifadə edilir. 

Meşə  fındığı. Tozağacı  fəsiləsinin fındıq cinsinə  mənsubdur. 

Məlum 15 növündən 7 növü daha çox yayılmışdır. Meşə fındığı yabanı 

halda Avropada, Qərbi Asiyada və  Şimali Amerikada bitir. 

Azərbaycanda meşə  fındığı  Şəki-Zaqatala zonasının dağətəyi 




 

 

162



meşələrində geniş sahələrdə bitir. Dağlıq Qarabağ, Quba-Xaçmaz 

zonalarının meşələrində də yabanı fındıq vardır. 

Fındıq 7-9 m hündürlüyündə bitən koldur, bəzən ağac şəklində boy 

atır. Mart ayında çiçəkləyir. Erkək və dişi çiçəkləri ayrı-ayrı eyni ağacda 

yerləşir. Fındığın meyvəsi avqust-sentyabrda yetişir. 1 hektar sahədən 

40-500 kq məhsul yığmaq olar. Meyvələri yetişənə qədər yaşıl qalır və 

qərzəklidir. Qərzək fındığı ya tamamilə, ya meyvənin dib hissəsini, ya 

da Ki, yarısını bürüyür. Meyvəsi yumru, oval-silindrik və  əksərən 

uzunsov olur. Qabığı sarı-qəhvəyi və ya tünd darçınıdır. Fındığın ləpəsi 

ağdır, yağlı və dadlıdır, qırmızı və ya tünd sarı rəngli pərdə ilə örtülüdür. 

Meşə  fındığı 5-10 yaşından bara girir, 60-80 il ömür sürür. 

Təbiətdə vegetativ yolla çoxalır. 

Meşə  fındığının tərkibində 58-71% yağ, 14-18% asan həllolunan 

zülal, 2-5% saxaroza, B

1

  və E vitaminləri, dəmir duzları vardır. Meşə 



fındığı  təzə, qurudulmuş  və qovrulmuş halda yeyilir. Ondan qənnadı 

sənayesində tort-pirojna, konfet və karamel üçün içlik, Şərq  şirniyyatı 

hazırlanmasında daha çox istifadə edilir. Təzə meyvələrini narın 

sürtgəcdən keçirib, su ilə qarışdıraraq yüksək qidalı sayılan «süd» və 

«qaymaq» hazırlayırlar ki, bu da zəif düşmüş  xəstələr üçün məsləhət 

görülür. Meşə  fındığının ləpəsindən  əczaçılıqda və  ətriyyatda işlədilən 

yağ  çıxarılır, qabığından təbabətdə  işlədilən kömür hazırlanır, cavan 

şivlərindən təsərrüfatda zənbil və səbət toxunur. 

 



 

 

163



 

4.3.5. Subtropik meyvələr 

 

Yabanı nar. Nar fəsiləsindəndir. Yabanı halda Zaqafqaziyanın və Orta 

Asiyanın dağlıq rayonlarında bitir. Azərbaycanın Lənkəran, Zaqatala, Şəki, Ağsu, 

Ismayıllı, Ağdaş, Masallı, Göyçay, Şəmkir və başqa rayonlarında yabanı narın 

çoxlu ehtiyatı vardır. Yabanı nar kolluqlarının çoxu Talışdadır. Azərbaycanda 

mədəni yetişdirilən narın ən yaxşı sortları mövcuddur. 

Nar bitkisi 2-4 m hündürlükdə çox gövdəli koldur, may-avqustda çiçəkləyir. 

Çiçəyin kasa yarpaqları qalın  ətli və  qırmızıdır. Ləçəkləri 5-8 ədəd zərif, tünd 

qırmızıdır. Meyvəsi sentyabrda yetişir. Narın meyvəsi qeyri-həqiqi giləmeyvədir

forması girdə kürəşəkilli, bəzən uzunsov olur. Gül kasacığı meyvənin baş 

hissəsində qalır. Yabanı narın meyvəsi mədəni sortlara nisbətən xırda olur. Narın 

meyvəsi şirəlidir, nazik arakəsmələri (pərdələri) olan 6-9 yuvası olur. Hər meyvədə 

200-dən 500-ə  qədər  şirəli dənə olur. Şirəli dənələr bir tum və içərisi  şirə ilə 

dolmuş zərif pərdədən ibarətdir. Yabanı narın meyvəsinin qabığı yaşıl, açıq çəhrayı 

və müxtəlif çalarlı qırmızı rəngdə, gilələri ağ, açıq çəhrayı, qırmızı və tünd qırmızı 

olur. Dadı turş və ya meyxoşdur. 

Yabanı narın tərkibində 8,2-12% şəkər, 3-9% üzvi turşu (limon turşusu), 

pektinli maddə, aşılayıcı maddə və C vitamini vardır. Yabanı narın həm dərman və 

həm də texniki əhəmiyyəti vardır. Qatılaşdırılmış nar şirəsi – narşərab – ət və 

balıq xörəklərində tamlı qatqı kimi istifadə edilir. 

Yabanı nardan sənaye miqyasında limon turşusu istehsal edilir. 33 ton 

nardan 1 ton limon turşusu almaq olur. 

Nar meyvəsinin təzə qabığının tərkibində 22-35%-ə  qədər aşılayıcı maddə 

vardır. Bu, gön-dəri istehsalında  ən yaxşı  aşı maddələrindən biri hesab olunur. 

Bundan, həmçinin yun və  kətan parçaları boyamaq üçün bitki boyağı kimi də 

istifadə edirlər. 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə