Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə43/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   120

 

 

150



Itburnu meyvəsinin belə qiymətli olduğunu nəzərə alıb, onun toplanmasına 

və gündəlik qidada istifadə edilməsinə fikir verilməlidir. 



Qarağat.  Daşdələnkimilər fəsiləsinə  mənsub olub qırmızı, qara və  ağ 

qarağat qrupuna ayrılır. Qarağatın 140 növündən ən əhəmiyyətlisi qara və qırmızı 

qarağatdır. 

Qara qarağat yabanı halda şimalda və  cənubun dağlıq meşələrində geniş 

sahələrdə bitir. Qara qarağat may-iyunda çiçəkləyir. Çiçəkləri ağ-çəhrayı  və ya 

boz-çəhrayıdır. Meyvələri iyul-avqustda yetişir. Meyvələri yumru, tünd qara, 

bəzən boz-qara rəngli, qabığı bərk və içində balaca toxumları vardır. Yetişib ötmüş 

meyvələr yerə tökülür. Dadı turş, ətirli olur. 

Tərkibində 10-16% şəkər, 2,6-3,9% turşu (alma, limon, şərab), 1% pektinli 

maddə, aşılayıcı və rəngləyici maddələr, karotin, P, B

1

 və C vitaminləri vardır. C 



vitamini 400 mq%-dir. C vitamininin miqdarına görə yalnız itburnudan geni qalır. 

Minerallı maddəsinin tərkibində kalium, kalsium, natrium, maqnezium, dəmir, 

fosfor, manqan və s. vardır. 

Qırmızı qarağatın çiçəkləri xırdadır. Mayda çiçəkləyir.  Əvvəlcə çiçək açır, 

sonra isə yarpaq. Qara qarağatda isə  əksinədir. Meyvələri iyun-avqustda yetişir. 

Meyvəsi yumru olub, rəngi qırmızıdır. Qara qarağatdan fərqli olaraq kiçik 

salxımlarla dərilir. Daxilindəki toxumları  və qabıq damarları görünür. Turş, 

xoşməzə dadı vardır. 

Qırmızı qarağatın tərkibində 4-11% şəkər, 3,8% üzvi turşu, 0,43-2,38% 

pektinli maddə, 0,11% aşılayıcı  və  rəngləyici maddə, 3,88% sellüloza, 0,91%-ə 

qədər azotlu maddə, 0,41% pentozanlar vardır. C vitamininin miqdarı nisbətən az 

olub, 60 mq%-ə, P vitamini isə 0,4 mq%-ə qədərdir. 

Qara və  qırmızı qarağatdan  şirə, mors (meyvə  şərbəti), kompot, mürəbbə, 

povidlo, cem, jele, likör, şərab və bir çox aşpazlıq və qənnadı məmulatı hazırlanır. 

Qışa saxlamaq üçün şəkərlə,  şəkər  şərbətində  və  şəkərsiz dondururlar. Uşaq və 

pəhriz qidasında geniş tətbiq edilir. Qara qarağatın yarpaqlarından duza və şorbaya 




 

 

151



qoyduqda istifadə edirlər. Yarpaqlarındakı fitonsidlər tərəvəzlərin yaxşı qalmasına 

kömək edir. 

Qarağatdan avitaminozda çay kimi dəmləyib istifadə edirlər. Ondan 

vitaminli preparat da hazırlanır. Bunun üçün 1 hissə qara qarağat 2 hissə  şəkərlə 

qarışdırılır, ətçəkən maşından keçirilir. Həmin qarışıq ateroskleroz və hipertoniya 

xəstəliyinə qarşı tətbiq olunur. Yarpaqlarından xalq təbabətində çay kimi dəmləyib 

sarılıq xəstəliyinə qarşı istifadə edirlər. 

Çaytikanı(Hippophae rhamnoides).  Iydəçiçəklilər fəsiləsinin çaytikanı 

cinsinə  mənsubdur. Məlum olan 3 növündən biri Azərbaycanda bitir. Çaytikanı 

Orta Asiyada, Sibirdə, Qafqazda və Rusiyanın avropa hissəsində çay vadilərində, 

çəmənliklərdə, meşə yaxınlıqlarında, hündür dağlarda təsadüf edilir. 

Azərbaycanın Samur çayı vadisində, Quba-Xaçmaz, Şəki-Zaqatala, 

Naxçıvan, Lənkəran zonalarında dəniz səthindən 2000 m hündürlüyə  qədər 

yerlərdə kolluqlar və ağac şəklində bitir. 

Çaytikanı aprel-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, ətirli və sarı olur. 

Meyvələri avqust-sentyabr aylarında yetişir, fevral-mart aylarına kimi kolun 

üstündə qalır. Meyvəsi  şirəli sarımtıl-narıncı  və  qırmızı  rəngdədir. Meyvələri, 

əsasən girdə, oval və uzunsov formada olub, 0,5-1 sm uzunluğunda və 0,3-0,5 sm 

enindədir. Dadı  şirin, turş, acıtəhər-turş, turşməzə  və ananas ətirli olur. Toxumu 

tünd qəhvəyi və parlaqdır. 

Çaytikanı meyvəsi olduqca qidalıdır. Meyvəsinin tərkibində 3,5% şəkər, 

3,2% üzvi turşu, 6%-ə qədər zülali maddə, 9% yağ vardır. Toxumunda isə yağın 

miqdarı 12,5%-ə çatır. Çaytikanı itburnu kimi vitamin mənbəyidir. Çaytikanının 

tərkibində 16,9-272,5 mq% C, 75-100 mq% P, 0,016-0,055 mq% B

1

, 0,037-0,066 



mq% B

2

, 0,79 mq% B



6

, 8 mq% E, 1,1-10,9 mq% karotin (provitamin A), 0,79 

mq% fol turşusu (vitamin B

c

) və 1,2 mq% K vitamin vardır. Toxumunda 0,28 



mq% B

1

, 0,38 mq% B



2

, 14,3 mq% E vitamin vardır. Toxumundan alınan yağın 

tərkibində 250 mq% karotinoidlər, 165 mq% E vitamini və polidoymamış yağ 

turşuları (F vitamini aktivliyində) vardır. 




 

 

152



Çaytikanının meyvəsindən müalicə  əhəmiyyəti olan müxtəlif  şirə, dadlı  və 

ətirli kompot, kisel, mürəbbə, cem, jele, püre, povidlo, marmelad, vitaminli çay, 

spirtli içki, nastoyka və likör hazırlanır. Dondurulmuş halda yaxşı saxlanıla bilər. 

Çaytikanından müalicəvi məqsədlə qədimdən istifadə edirlər. Müasir dövrdə 

onun meyvəsindən bir çox xəstəliklərə qarşı, o cümlədən avitaminoz, göz, diabet, 

qaraciyər, hipertoniya və qanazlığında geniş istifadə olunur. Meyvəsinin yağı 

yaraların sağalmasını sürətləndirir, dərini  şüa zədələdikdə sağaldıcı  təsir göstərir. 

Çaytikanı çox qiymətli bitki olduğu üçün onun tədarükünə  və istifadəsinə ciddi 

fikir verilməlidir. 

Sumaq. Sumaqçiçəklilər fəsiləsinin sumaq cinsinə daxildir. 250-ə qədər kol 

və ağac növləri məlumdur.  

Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın 

dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə  Lənkəran, Göyçay, Quba, Şəki-

Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda 

çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari 

süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir. Hər 

meyvə süpürgəciyinin üzərində 200-300 və daha çox meyvə olur. Meyvələri nəzəri 

cəlb edən tünd qırmızı  və girdədir. Dadı turş  və büzüşdürücüdür. Meyvələri 

qurudulub poroşok halına salındıqdan sonra ət və balıq xörəklərində tamlı qatqı 

kimi işlədilir. Sumaq ya isti emal zamanı xörəyə qatılır, ya da nəlbəkidə hazır 

xörəyin yanına qoyulur. Tikəkabab, lüləkabab, qızardılmış  ət,  ət qutabı yanında 

süfrəyə verilir. Sumağın turş dadı onun tərkibindəki şərab turşusundan irəli gəlir. 

Sumaqda, həmçinin C vitamini, karotin, aşılayıcı və rəngləyici maddələr vardır. 

Sumağın yarpaqlarında 30-39% aşılayıcı maddə  (əsasən tanin) vardır. 

Ondan texniki və tibbi məqsədlər üçün tanin alırlar. Sumaq bitkisinin bütün 

hissələrindən rəngləyici maddə kimi istifadə edilir. Ipək və yun parçanı onun 

yarpaqları qara, qabığı sarı, kökü qəhvəyi, meyvəsi isə qırmızı rəngə boyayır. 



Böyürtkən. Qızılgülçiçəklilər fəsiləsinə mənsubdur. Böyürtkən və moruğun 

250-dən çox növü vardır. Yabanı halda Asiya, Avropa və Amerika qitələrində 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə