Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə40/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   120

 

 

140



Albalının ətliyi və şirəsi antiseptik təsirə malikdir. Xalq təbabətində albalının 

südlə birlikdə sustavların iltihabı zamanı qəbul edirlər. Həmçinin nəfəs yollarının 

iltihabında bəlğəmgətirici kimi tətbiq edilir. 

Albalı  həm də balverən bitkidir. 1 hektar albalı sahəsindən arılar 15-53 kq 

bal hasil edə bilirlər. 

Yabanı gilas. Qızılgülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda 

Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları 

çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı 

formalara çox təsadüf edilir. 

Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun 

saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda 

yetişir. Forması yumru və ya ürək şəklindədir. Qara, sarı-qırmızı və tünd qırmızı 

rəngdə olur. Dadı acıtəhər və bəzən şirin olur. Şirinlər təzə halda yeyilir, eləcə də 

ondan kompot, şirə, ekstrakt, mürəbbə və başqa məhsullar hazırlanır. Acı gilaslar 

isə şərab istehsalı üçün yararlıdır. 

Yabanı gilasın tərkibində  şəkər, üzvi turşular, karotin, C və P vitaminləri 

vardır. Çəyirdəyində 30% yağ və 1%-ə qədər efir yağı vardır. Texniki məqsədlər 

üçün işlədilə bilər. Yarpaqlarında 250 mq% C vitamini vardır. Yabanı gilas külli 

miqdarda qətran ifraz edir ki, bundan da parçaların boyanmasında istifadə edilir. 

Gilas şirəsi qidanın yaxşı həzm olunması üçün tətbiq edilir. Xalq təbabətində 

qəbz olmağa qarşı da istifadə olunur. Oduncağı  bərk, sarı-qırmızı  rəngdədir. 

Gilasın oduncağından xarrat məmulatı, nazik budaqlarından isə  qəlyan çubuqları 

hazırlanır. 

Gilas balverən və bəzək bitkisi kimi də əhəmiyyətlidir. 1 hektar çiçəkləyən 

gilas sahəsindən arılar 36-40 kq bal hasil edə bilirlər. 



Adi ərik. Qızılgülçiçəklilər fəsiləsindəndir. Ərik cinsinin 10 müxtəlif yabanı 

forması vardır ki, bunun da 3 növü – adi, Sidir və Mancuriya əriyi daha çox 

yayılmışdır. Bu növlərdən adi ərik daha çox yayılmış  və  təcrübəvi  əhəmiyyətə 

malikdir. Adi yabanı ərik Orta Asiyada və Qafqazda bitir. 




 

 

141



Adi  ərik mart-apreldə çiçəkləyir. Çiçəkləri ağ  və ya açıq çəhrayıdır, 

yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları  qısadır. Meyvələri iyun-

avqustda yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı  və  qırmızı-narıncı 

olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya 

turşa-şirindir. 

Adi əriyin tərkibində 20%-ə qədər şəkər (əsasən saxaroza), 2,6% üzvi turşu 

(alma, limon və az miqdarda salisil, şərab), 1%-ə qədər pektin, karotin, B

1

 və B



2

 

vitaminləri vardır. Çəyirdək ləpəsində 40%-ə  qədər badam yağına oxşar 



qurumayan yağ, 20%-ə qədər zülali maddə, 10% karbohidrat vardır. Yabanı halda 

bitən  əriklərin çəyirdək ləpəsində 1-3% miqdarında acı amiqdalin qlükozidi olur. 

Ona görə də qida məqsədləri üçün işlədilmir. 

Adi  ərik təzə halda istehlak edilir. Ondan kompot, şirə, mürəbbə, cem, 

marmelad, pat, pastila, jele, povidlo, sukat, karamel üçün içlik və şərab hazırlanır, 

həmçinin qurudulur. Çəyirdəyi ilə birlikdə qurudulduqda uryuk, çəyirdəksiz bütöv 

qurudulduqda qaysı, iki yerə bölünüb qurudulduqda isə kuraqa adlanır. 

Qurudulmuş  ərikdən tamlı qatqı kimi bir çox xörəklərin hazırlanmasında istifadə 

olunur. Çəyirdəyinin qabığından aktivləşdirilmiş kömür, budaqlarının ifraz etdiyi 

qətranlardan isə kley hazırlanır. Balverən bitki kimi az məşhurdur. Çünki çox qısa 

müddətdə çiçəkləyir. Yabanı  ərik qiymətli calaq materialı hesab edilir. Mədəni 

sortların yetişdirilməsində onun böyük əhəmiyyəti vardır. 



Yabanı alça. Qızılgülçiçəklilər fəsiləsinin gavalı cinsinə aiddir. 30-dan çox 

növü vardır. Yabanı alça Qafqaz, Orta Asiya və Zaqafqaziyada geniş yayılmışdır. 

Azərbaycanda ən çox Quba və Xaçmaz rayonlarında, Dağlıq Qarabağda bitir. 

Alça yarpaqlamazdan bir az əvvəl mart-may aylarında çiçəkləyir. Çiçəkləri 

ağ və xırdadır. Yabanı alçanın meyvələri iyun ayından başlamış sentyabrın axırına 

qədər müxtəlif vaxtlarda yetişir. 4-7 yaşında bar verir. 100-120 il ömür sürür. 

Meyvələri əksəriyyətlə yumrudur. Yastı-yumru və bir qədər oval şəklində olanları 

da vardır. Bir meyvənin çəkisi 2-6 qr-dır. Ətliyi çəyirdəyindən ayrılmır. Meyvələri 




 

 

142



sarı, qırmızı, çəhrayı, tünd bənövşəyi, yaşıl və ağ rəngdə olur. Meyvələri, həmçinin 

ölçüsünə, dadına, formasına və yetişmə müddətinə görə fərqlənirlər. 

Yabanı alçanın tərkibində 3,12-5,96% şəkər, 1,32-3,97% üzvi turşu (ən çox 

limon), 0,46-1,39% pektinli maddə, karotin və C vitamini vardır. 

Təzə halda yeyilir. Yabanı alça qurudulur, kompot, mürəbbə, povidlo, pastila 

hazırlanmasında istifadə edilir. Şirəsindən spirtsiz içkilər üçün cövhər hazırlanır. 

Ətlik hissəsindən hazırlanan lavaşana aşpazlıqda geniş  tətbiq olunur. Meyvələri 

(həmçinin kal meyvələri) bəzi xörəklərin hazırlanmasında istifadə edilir ki, 

nəticədə hazır xörək turşməzə dadlı olur. Çəyirdəyində yağ vardır, lakin ondan 

təcrübi olaraq hələlik istifadə edilmir. 

Xalq təbabətində alça lavaşı sinqaya qarşı tətbiq olunur. Boğaz ağrısında alça 

ekstraktından istifadə edilir. Alçanın qabıq hissəsindən alınan qətran öskürəyi 

zəiflətmək məqsədi ilə işlədilir. 

Adi zoğal.  Zoğal fəsiləsinin zoğal cinsindəndir. Zoğal cinsinin 4 növü 

məlumdur ki, bunlardan yalnız biri – adi zoğal yayılmışdır. Adi zoğal yabanı halda 

Qafqazda, Zaqafqaziya respublikalarında, Krımda, Orta Asiyada, Moldaviyada 

bitir. Azərbaycanda, Böyük və Kiçik Qafqaz sıra dağlarının ətəklərində, orta dağ 

döşlərində, açıq və güney yerlərdə balaca meşəliklər təşkil edir. Başqa meşə 

ağacları arasında da tək-tək bitir. 

Zoğal yarpaqlamazdan çox əvvəl fevral-martda çiçəkləyir. Sarı çiçəkləri bir 

yerə toplanıb çətir kimi sallanır. Meyvələri avqustun axırı  və sentyabrda yetişir. 

Meyvələri yumru, oval, armudaoxşar və silindrik olur. Meyvəsinin rəngi qırmızı, 

tünd qırmızı, qara qırmızı  və  bəzi formaları açıq sarı olur. Adi zoğal meyvəsi 

iriliyinə, formasına və rənginə görə çox müxtəlifdir. Yabanı zoğal xırda olmaqla 2-

6 qr, mədəni halda bağlarda becərilənlər isə 20-22 qr çəkisində olur. Ətliyi 

çəyirdəyindən ayrılan və ayrılmayan formaları da vardır.  Ətliyi bərkdir, lakin 

yetişib ötdükdə  və  dərildikdən bir müddət sonra yumşalır. Bu zaman biokimyəvi 

proseslərin təsirindən zoğalın dadı  şirinləşir. Dadı turş, turşaşirin və müxtəlif 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə