Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə38/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   120

 

 

132



Almanın oduncağının rəngi və forması gözəl olduğundan böyük təsərrüfat 

əhəmiyyəti vardır. Alma, həmçinin bahar fəslində bol nektar verən bal bitkisi də 

hesab edilir. 

Meşə armudu. Armud qızılgülçiçəklilər fəsiləsindəndir, 30-dan çox növü 

vardır. Bu armudun ən çox yayılmış növlərindən Rus, Qafqaz, Ussuriya, Çin, 

söyüdyarpaqlı və kirkan armudunu göstərmək olar. Azərbaycanda ən çox Qafqaz 

meşə armudu, bəzi rayonlarda isə söyüdyarpaqlı armud (Dəvəçi,  Şirvan, Cənubi 

Qarabağ meşələrində) və Kirkan armudu (məsələn, Talışda) yetişir. Qafqaz armudu 

Böyük və Kiçik Qafqaz dağlarının meşələrində böyük sahələri tutur. 

Yabanı armud aprelin axırlarında çiçəkləyir. Çiçəkləri ağdır. Yarpaqları ilə 

birlikdə əmələ gəlir. Meyvələri payızda yetişir. 6-10 yaşından baş verir. Hər ağacı 

10-40 kq və daha çox meyvəsi olur. Tumları ilə çoxalır. Yabanı armud ağacının 

50-80 il, bəzən 150-300 il ömrü olur.Meyvələri armudu, yumru və konusvari olur. 

Rəngləri yaşıl, sarı, bəzən qırmızımtıl yanaqlı  və yaxud pas ləkəlidir. Saplağı 

armudun özündən uzundur. Ətliyində çoxlu daşlaşmış toxumalar vardır. Dadı şirin, 

turş  və ya meyxoşdur. Yabanı armud meyvəsinin formasına, rənginə, dadına və 

başqa xassələrinə görə müxtəlif formalar yaradır. Beş hissədən ibarət meyvə 

yuvasının hər birində 1-2 ədəd boz və ya parlaq qara rəngli toxumu olur. Meyvələr 

dərildikdən sonra yetkinləşir, xüsusi dad və ətir kəsb edir. 

Yabanı armudun tərkibində 6-13% şəkər (əsasən qlükoza və fruktoza), 0,12-

0,19% (bəzən 1,3%-ə  qədər) üzvi turşu (alma və limon) , azotlu, aşılayıcı  və 

rəngləyici, pektinli və mineral maddələr, karotin, vitamin C və  B

1

 vardır. 



Toxumunda 12-21% yağ olur. 

Yabanı armud kompot, meyvə içkiləri üçün cövhər, kvas, meyvə  şərabı, 

sirkə və s. məhsulların istehsalında istifadə edilir. Yabanı armudun tərkibində 4%-ə 

qədər pektinli maddə olduğundan, ondan povidlo, sukat, marmelad, pastila, 

karamel üçün içlik və eləcə  də mürəbbə hazırlamaq mümkündür. Qovrulmuş 

tumları qəhvənin, qurudulmuş meyvəsi isə çayın əvəzedicisi kimi işlədilir. 




 

 

133



Xalq təbabətində armuddan ishal əleyhinə  və sidikqovucu kimi böyrək 

xəstəliklərində istifadə olunur. Armudun tərkibində fitonsidlər də tapılmışdır. 

Armudun oduncağı  ağır, elastiki, qırmızı-qonur rəngli olub, yaxşı 

parlaqlaşdırıla bilir. Ondan keyfiyyətli mebel, musiqi alətləri və bir çox məmulat 

hazırlanır. Armudun oduncağı yaxşı qatlanır və çatlamır. 

Armud, həmçinin balverən bitki kimi də  məşhurdur. Çiçəklərinin pis ətri 

olmasına baxmayaraq, bahar fəslində arılar üçün yaxşı nektar və çiçək tozcuğu 

mənbəyi hesab edilir. Armudun ağac qabığından qəhvəyi, yarpaqlarından isə sarı 

rəngli boyaq (parça üçün) alınır. 

Adi heyva.  Qızılgülçiçəklilər fəsiləsindəndir. Meyvə bitkisi kimi 4000 ildir 

ki, məlumdur. Yabanı halda ən çox şərq yarımkürəsində daha çox bitir. Böyük 

Qafqazın şərq hissəsində, Mərkəzi Zaqafqaziyada və Talışda yetişir. Mədəni halda 

dünyanın bir çox ölkələrində becərilir. 

Azərbaycanda heyvanın yabanı formaları çoxdur. Lakin bunlar az 

öyrənilmişdir. Heyvanın az öyrənilməsi onun meyvəsinin az qiymətləndirilməsidir. 

Lakin heyvanın təsərrüfat əhəmiyyəti böyükdür. 

Heyva may ayında çiçəkləyir. Çiçəkləri iri ağ  və  çəhrayı olur. Ətirlidir. 

Meyvəsi sentyabr-oktyabrda yetişir. Heyvanın yabanı formaları  xırda olmaqla, 

uzun müddət saxlandıqda  ətri yaxşılaşır. Meyvələri yumru, uzunsov və armud 

şəklində, rəngi yaşıl, açıq və ya tutqun sarı olur. Meyvənin üstü boz, tünd sarı və 

ya tünd qəhvəyi rəngli pənbə ilə örtülüdür. Ətliyi ağ və ya sarımtıl, əvvəlcə bərk, 

lakin qalıb yetişdikcə yumşalır.  Ətliyində daşlaşmış  bərk toxumalar vardır. Dadı 

şirin, turşa-şirin və gər (büzüşdürücü) olur. 

Toxum yuvası beşdir. Içərisində boz və ya qara-darçını  rəngli toxumlar 

yerləşir. Toxumlar lığablıdır (yağlı-horralıdır). 

Heyvanın tərkibində 5-12,2% şəkər, o cümlədən 2,14% qlükoza, 6,27% 

fruktoza və 0,64% saxaroza, 0,85-1,22% üzvi turşu (alma, limon), 0,35-1,25% 

aşılayıcı maddə, 0,27-0,45% pektinli maddə, 0,51-0,85% minerallı maddə, o 

cümlədən 30 mq/kq dəmir, 1,4 mq/kq mis, 20 mq% vitamin C, karotin vardır. 




 

 

134



Heyvanın, əsasən qabıq hissəsində toplanmış enant-etil və pelarqon-etil efiri onun 

ətrini əmələ gətirir. 

Heyvadan bişirilmiş halda(bəzən külləmə formasında) istifadə edirlər. 

Heyvanın meyvəsi marmelad, jele, povidlo, sukat, mürəbbə, kompot, cem 

hazırlamaq üçün qiymətli xammaldır. Heyvanın ətri daha kəskin olduğundan, alma 

və armuddan hazırlanan məhsullara xoş dad və ətir vermək üçün ondan bir qədər 

qatılır. 

Azərbaycanda heyvadan bir çox xörəklərin hazırlanmasında istifadə edilir (ət 

və quş xörəklərinə qarnir kimi, qiymələnmiş heyvanın hazırlanmasında, kələm 

dolmasının yanında və s.). 

Heyvanın tərkibində  dəmir çox olduğundan onun ekstraktı qan azlığında 

istifadə olunur. Dərman məqsədi ilə heyvanın tumları mədə-bağırsaq, ürək-damar 

xəstəliklərində, tənəffüs yollarının iltihabında yumşaldıcı  və  bəlğəmgətirici 

öskürək dərmanı kimi tətbiq edilir. Heyvanın yarpaqlarından dəmlənmiş çaydan 

bronxial astma xəstəliyində  və ürək ağrılarına qarşı, oduncağının qabığından 

hazırlanmış çaydan isə mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edirlər. 

Heyva balverən bitki kimi də qiymətləndirilir. Hər gülü orta hesabla 3,5-5,5 

mq nektar verir. Nektarı şirin, şəffaf, yüngül və ətirli olduğundan arılar tərəfindən 

yaxşı toplanır. Lakin heyvanın çiçəkləri az olduğundan hər hektardan 15-18 kq bal 

hasil edilə bilər. 

Heyvanın oduncağı  ağ  rəngdədir. Bəzi xarratlıq məmulatının 

hazırlanmasında istifadə edilir. 



Yabanı  əzgil.  Qızılgülçiçəklilər fəsiləsindəndir. Yabanı halda Qafqazda, 

Kiçik Asiyada, Krımda, Türkmənistanda, Balkan yarımadasında,  Şimali Iranda 

bitir. Yabanı  əzgil Azərbaycanın  şimal və  cənub rayonlarının dağlıq meşələrində 

yayılmışdır. Mədəni halda Azərbaycanda, Avropanın bir çox ölkələrində və ABŞ-

da becərilir. Azərbaycanda yabanı formaların və  mədəni sortların bir çox növ 

müxtəliflikləri vardır. 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə