Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə49/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   120

 

 

172




 

 

173




 

 

174



V FƏSIL. MEYVƏ VƏ TƏRƏVƏZIN YIĞILMASI,  

ƏMTƏƏ EMALI VƏ DAŞINMASI 

 

5.1. Meyvə və tərəvəzin yetişməsi 

 

Meyvə  və  tərəvəzin yetişməsi zamanı onların tərkibində  dərin biokimyəvi 



proseslər gedir. Bu proseslər nəticəsində meyvənin kimyəvi tərkibi və fiziki 

xassələri dəyişir, botaniki sorta uyğun forma, ölçü, rəng, konsistensiya, dad və ətir 

kəsb edir. Yetişmə dövründə baş verən biokimyəvi dəyişikliklər meyvə-tərəvəzin 

keyfiyyətinə yaxşı və ya pis təsir göstərə bilər. 

Yetişmə zamanı meyvənin kütləsi artır, ölçüsü iriləşir. Bu proses bioloji 

hadisədir. Çünki yetişmə dövründə hüceyrələr bölünür, artır və hüceyrəarası 

boşluqlarda qida maddələri toplanır. Ayrı-aryı meyvə  və  tərəvəz növlərində 

yetişmə bir neçə gündən (xiyar, çiyələk, moruq) bir neçə aya qədər (alma, armud, 

üzüm, qabaq) davam edir. Bəzi növlər (gilas, albalı, badımcan, xiyar) yalnız 

ağacda (və ya tağda) yetişir. Bunlar dərildikdən sonra yetişmə prosesi dayanır. Bir 

çox meyvə  və  tərəvəzlər isə (pomidor, qovun, alma və armudun gec yetişən 

sortları) dərildikdən sonra saxlanılma zamanı da yetişə bilirlər. 

Müəyyən edilmişdir ki, qış alması  ağacda yetişdikdə onun karbohidratları 

5%-dən 12%-ə  qədər artır, turşuluğu isə 1%-dən 0,3%-ə  qədər azalır. Yetişmə 

dövründə nişastanın miqdarı əvvəlcə 4,8%-dən 5,8%-ə qədər yüksəlib yetişmənin 

sonuna doğru 1,5-2,0%-ə düşür. 

Yetişmə dövründə  aşı maddələri miqdarca azalır. Bu, meyvələrin 

büzüşdürücü xassəsini də azaldır. Həll olunmayan protopektin həll olunan pektinə 

çevrilir. Yetişmənin ilk dövründə meyvənin tərkibində olan suyun miqdarı artır, 

son mərhələdə isə bir qədər azalır. Suyun azalması qidalı maddələrin maksimum 

miqdara çatması ilə müşayiət olunur. 

Renklod gavalısında aparılmış  tədqiqat göstərmişdir ki, yetişmənin ilk 

dövründə meyvədə fruktoza və qlükozanın, ikinci mərhələdə isə saxarozanın 

miqdarı artır. Həmin dövrdə üzvi turşular və protopektin miqdarca azalır. 




 

 

175



Yetişmənin ilk dövründə meyvə iriləşir, lakin sonradan onun tərkibində keyfiyyət 

dəyişiklikləri gedir. Yetişmənin ikinci mərhələsində meyvənin həcmi çox az 

dəyişir və yaxud heç dəyişmir, lakin kütləsi artır. 

Üzümün yetişməsinin ilk mərhələsində gilələr iriləşir, ikinci mərhələdə isə 

onların ölçüsü dəyişmir, lakin kütləsi (şəkərin toplanması hesabına) artır. 

Yetişməmiş üzümdə 1%-ə  qədər  şəkər olur. Yetişmənin sonunda isə  şəkərin 

miqdarı 21-25%-ə çatır. Eyni zamanda fruktoza və qlükozanın miqdarı 

bərabərləşir. Üzümün turşuluğu  əvvəlcə 2,6%-dən 3,36%-ə artır, yetişmənin 

sonunda isə 0,65%-ə qədər azalır. Turşuların keyfiyyət tərkibində də dəyişikliklər 

gedir. 


Köküyumruların və kökümeyvəlilərin tərkibində yetişmə zamanı suyun 

miqdarı azalır. Yerkökünün tərkibində  şəkər 1,2%-dən 7,4%-ə  qədər, karotin 2,0 

mq%-dən 11,4 mq%-ə qədər artır. 

Yetişmə dövründə kartofda nişasta və C vitamini artır. 

Yetişmə dövründə boya maddələrinin keyfiyyət tərkibi dəyişir. Pomidorda 

karotin və likopinin miqdarı artır. Bəzi növlərdə xlorofil piqmenti azalır. Bu proses 

meyvə-tərəvəzlərdə karotinoidlərin, antosianların, flavanoidlərin sintezi ilə yanaşı 

gedir. Yetişmənin son dövründə  (ədviyyəli bitkilərdə isə çiçəkləmə dövründə) 

onlarda ətirverici maddələrin miqdarı maksimuma çatır. 

Meyvə-tərəvəzin yetişməsi zamanı kimyəvi tərkibində gedən dəyişikliklərin 

öyrənilməsi, məhsulun yığımının, saxlanılması  və eləcə  də emalının optimal 

müddətinin düzgün müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. 




 

 

176



 

5.2. Meyvə və tərəvəzin yığılması 

 

Müasir kənd təsərrüfatı istehsalında meyvə  və  tərəvəz məhsullarını,  əsasən 



maşınla yığırlar. Həmin maşınların miqdarı ilbəil artır və iş rejimi təkmilləşdirilir. 

Lakin hələlik meyvə-tərəvəzin əl ilə yığılıb çeşidlənməsi geniş tətbiq edilir. 

Yığım və emal maşınlarının quruluşu yığılacaq məhsulun bioloji xassələrinə 

görə müəyyən edilir. Bu zaman meyvə-tərəvəzin mexaniki quruluş xassələri, 

toxumaların sıxlığı, meyvə-tərəvəzin sıxılmaya müqaviməti, sürtünmə və s. nəzərə 

alınır. 


Qeyd etmək lazımdır ki, maşınla yığımda mexaniki zədələnmə halları 

çoxalır. Ona görə də mövcud maşınların yeniləşdirilməsinin, maşınla yığmaq üçün 

yeni perspektiv meyvə-tərəvəz sortlarının seçilib becərilməsinin və eləcə  də yeni 

konstruksiyalı maşınlar yaradılmasının böyük əhəmiyyəti vardır. 

Yığım və çeşidləmə zamanı  məhsulun keyfiyyətinə  təsir edən  əsas amillər 

tətbiq olunan maşının quruluşu və optimal yararlılığı, temperatur, çeşidləmə 

müddəti və eləcə də yığımın dövrü və müddətidir. 

Meyvə və tərəvəz məhsulları tarlada, həm də xüsusi məntəqələrdə çeşidlənir. 

Bu işin vaxtlı-vaxtında və düzgün texnoloji qaydada aparılması mühüm 

əhəmiyyətə malikdir. Məsələn, kartofu yığdıqdan sonra çeşidlədikdə,  əgər 

temperatur 10-15

0

C olarsa, başqa şərtlər eyni olduqda 0



0

C-də çeşidləməyə nisbətən 

yumruların zədələnməsi 2-3 dəfə artır. 

Yığım dövrünün düzgün təyin edilməsi xüsusilə vacibdir. Yığım dövrü 

müəyyənləşdirilərkən dərildikdən sonra məhsulun yetişə bilmə qabiliyyəti nəzərə 

alınmalıdır. 

Meyvə-tərəvəzçilikdə 4 yığım dövrü vardır. Bunlar ayrı-ayrı bitkilərin 

məhsulunun yetişmə dövrü ilə bağlı olduğundan yetişmə dövrləri də adlanır. Yığım 

(yetişmə) dövrləri aşağıdakılardır: 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə