Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə26/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

Ömürdən düşən yarpaqlar 
 
171
 
Bəylərəm, düşmüşəm yardan aralı, 
Qəlbim kösöv kimi odlu, yaralı. 
Ruhum didərgindi, ciyər paralı, 
Bir daha dünyaya “salam” demərəm, 
Toba, bir də, bu dünyaya gəlmərəm. 
 
 
         
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
172
 
TAPMADIM 
 
Yüz bulaq qaynayır, dağ sinəsində, 
Düyünlər görünür üz çənəsində. 
Yasəmən ətri var, tər-tərəsində
Halalı axtarıb, düzü tapmadım. 
 
Çox ömür gənc yaşda qurtarıb, bitib, 
Çox gülün qoxusu məhv olub, itib. 
Dostlarım salamsız yanımdan ötüb, 
Halalı axtarıb, düzü tapmadım. 
 
Çox insana ümid edib, güvəndim, 
Dərin-dərin nəfəs alıb, dincəldim. 
Qalxanına, gülləsinə tuş gəldim, 
Halalı axtarıb, düzü tapmadım. 
 
Namərd olma, el içində mərd tanın, 
Nəğmə olsun, yaxşı işin, ad-sanın. 
Hər cor-cocuq işin bilməz dünyanın, 
Halalı axtarıb, düzü tapmadım. 
 
Alışıb odlanan “lələni” gördüm, 
Çiynində, belində şələni gördüm. 
Atımı dördnala yanına sürdüm, 
Halalı axtarıb, düzü tapmadım. 
 
 
         


Ömürdən düşən yarpaqlar 
 
173
 
DİLİM GƏLMƏYİR 
 
Mən uşaq deyiləm, xeyli yaşım var, 
Dərdi-qəm anlayan dürüst başım var. 
Dostlara ərməğan almaz daşım var, 
Sənə “siz” deməyə dilim gəlməyir. 
 
Çörəyi diz üstə olan a nankor, 
Ürəyin zirzəmi, gözün baxar, kor. 
Haqsıza, nahaqqa ağız verməz gor, 
Sənə “siz” deməyə dilim gəlməyir. 
 
Özünü çox bilən,savadlı bildin, 
Pul üçün gah öldün, gah da, dirildin. 
“Mükafat”  görəndə imana gəldin, 
Sənə “siz” deməyə dilim gəlməyir. 
 
Çay içdik, dərləşdik, dərdini açdın, 
Şirin söz söylədim, udqundun, acdın. 
Bəs niyə andından, sözündən qaçdın? 
Sənə “siz” deməyə dilim gəlməyir. 
 
Bir loxma çörəyi qıymadın aca, 
Qul oldun arxalı məmura, yada. 
Qaçdın ömür boyu  şöhrətə, ada, 
Sənə “siz” deməyə dilim gəlməyir. 
 
Qazancın gah lənət, gah söyüş oldu, 
Qəlbinə həm qorxu, həm təlaş doldu. 
Üzünün çöhrəsi vədəsiz soldu, 
Sənə “siz” deməyə dilim gəlməyir. 


Məhəmməd Bəylər Aranlı  
 
174
 
Mən ülfət nökəri,dostun quluyam, 
Başımdan ayağa sözlə doluyam. 
Haqq tanıyan müdrik bəşər oğluyam, 
Sənə “siz” deməyə dilim gəlməyir. 
 
Aranlı çox namərd, nadan görübdü, 
Dost üçün can verib, atlar yorubdu. 
Zəifə əl verib, qala qurubdu, 
Sənə “siz” deməyə dilim gəlməyir. 
 
 
 
                     
 
 
 
 
 
 
 
 
 
 
 
         


Ömürdən düşən yarpaqlar 
 
175
  
TƏZAD 
 
Təzadla doludur ana təbiət, 
Qızılquş qəfəsdə, qabağında ot. 
Tikanlı məftillər çəkilən sərhəd
Qərənfil, yasəmən ətrinə möhtac. 
  
Ürəklər partladan qəm-qüssə, kədər, 
Təndirə oxşayan isti  dalan, tin. 
Göylərə çəkilən şeh, duman,çiskin, 
Qərənfil, yasəmən ətrinə möhtac. 
  
Dünyanı sarsıdan top-atəş,alov, 
Muzeydə saxlanan, qorunan cilov. 
İnsana yad gələn, atılan bülöv, 
Qərənfil, yasəmən ətrinə möhtac. 
 
Dağılıb-boşalan, yurd-yuva, oba, 
Kəsəri azalan, içilən toba. 
Qocalar evinə atılan baba, 
Qərənfil, yasəmən ətrinə möhtac. 
 
Bəylərəm, gümanım gülçöhrə yarmış, 
Yaxşı ki, dünyada gözəllər varmış. 
Sevən də, sevdiyin heç unudarmış? 
Yasəmənlər yarın əlinə möhtac. 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
176
 
 
 
MEŞİN ZƏNBİL 
 
 
Üç pərdəli pyes 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı şəhəri,  2016-cı il 
 
 


Ömürdən düşən yarpaqlar 
 
177
 
İştirak edirlər: 
Molla Məşi: Mühacirət ömrü yaşamış, sonralar vətənə 
dönmüş,  xalq  arasında  molla  kimi  tanınan,  erməni  iş 
adamı  Surendən  xəbər  gətirən,  uşaqlıq  əməlləri  yadın-
dan çıxmayan dələduz, kələkbaz. 
Mizi:  Molla  Məşinin  uşaqlıq  dostu,  xəstəhal  məzhə-
kəçi, sənətçi. 
Ağan: Molla Məşinin qardaşı-avam. 
Xavər: Molla Məşinin həyat yoldaşı, acı təbiətli. 
Mirim: Kolxoz sədrinin oğlu, əhlikef. 
Saşa: Dəmiryol vağzalının süpürgəçisi, Mirimin dostu. 
Vaqon bələdçisi: İlk andan molla Məşiyə vurğun. 
Əmikişi: Kolxoz bazarında qarpız satan. 
Anuş: Surenin bacısı. 
 Arakel: Anuşun əri (Zavmaq). 
Polislər: Vağzalın mühafizə xidmətinin əməkdaşları. 
Malik: Əyyaş. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə