Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə45/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   41   42   43   44   45   46   47   48   ...   72

255 

 

Qurutmuş qaliba şövq odu Fərhadın gözü yaşın 



Ki, gər axsaydı, lə’l eylərdi, bişək, Bisütun daşın. 

 

Bəla yolunda qovğayə qaçan



1

 mən tək dözər Məcnun, 

Qaçan olmaz durantək, yey bilür hər kimsə yoldaşın. 

 

Demən göz yaşı ilə dəf’ olur eşq atəşi təndən, 



Bu od hər yerə düşsə, fərq qılmaz, qurusun, yaşın. 

 

Bəyani-eşqə bəsdir lövhi-rüxsarimdə xuni-dil, 



Bəsirət əhlinə zahir qılır hər nəqş nəqqaşın. 

 

Füzuli, badəxari duzəxi der xəlq, heyranəm 



Ki, həq neyçün salıbdır cənnətə meyxanə ovbaşın. 

 

                                                            



1

Haçan  



256 

 

Kuhkən künd eyləmiş min tişəni bir dağilən, 



Mən qoparıb salmışam min daği bir dırnağilən. 

 

Qəm yolunda mən qalıb, getdisə Məcnun, yox əcəb, 



Sayruya düşvardır həmrəhlik etmək sağ ilən. 

 

Gərdi-rahin verməsə göz yaşinə təskin, nola. 



Tutmaq olmaz böylə seylabın yolun toprağilən. 

 

Qəm oğurlar eşq bazarında nəqdi-ömrümü, 



Qılmaq olmaz sud sövdadə yaman ortağilən. 

 

Rövzeyi-kuyində bulmuşdur Füzuli bir məqam 



Kim, ona cənnət quşu yetməz min il uçmağilən. 


257 

 

Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən



Tərki-ədəb etdin, nola düşsən nəzərimdən. 

 

Xunin müjələrdirmi və ya mərdüm əlilə, 



Oxlar çəkilib, dişrə atılmış cigərimdən? 

 

Hər badə ki, sənsiz içirəm bəzmi-bəladə, 



Xunab olub, əlbəttə, çıxar didələrimdən. 

 

Seylabi-sirişkilə xoşam eşq yolunda, 



Xaşaki-təəllüq qoparır rəhgüzərimdən. 

 

Daşlarə urub başımı, rüsva gəzər oldum, 



Ey əql, qaçıb qurtula gör dərdi-sərimdən. 

 

Kəs mehrini, ey çərx, günəşdən, sənə hər sübh 



Bir şö’lə yetər atəşi-ahi-səhərimdən. 

 

Seylabi-sirişk etdi məni qərqə, Füzuli, 



Ta dövr cüda qıldı büti-simbərimdən. 


258 

 

Ta sirişki-dideyi-Fərhadi gördü laləgun



Çeşmələr suyini gözdən saldı kuhi-Bisütun. 

 

Ta ələm qaldırdı ahi-atəşinim, şərm edib, 



Qıldı xurşidin fələk zərrin livasın nilgun. 

 

Daş bağrlı olmasaydı Bisütun, Fərhad üçün, 



Su yerinə gözlərindən axıdardı seyli-xun. 

 

Ey görən min dağ ilə səbrü səbatım, eyləmə 



Nisbətim Fərhadə kim, bir dağ ilə olmuş zəbun. 

 

Quş yuvası sanma kim, sərgəştə Məcnun başinə 



Xarü xəs cəm’ eyləmiş girdabi-dəryayi-cünun. 

 

Ta göründü səfheyi-hüsnündə xəttin, rəşkdən, 



Daşə çaldı afitabi-sadəlövhin çərxi-dun. 

 

Ey Füzuli, xaki-kuyi-yarə yetdim, qanı Xizr 



Kim, verəm kamın, olam abi-həyatə rəhnümun. 


259 

 

Cəm’ könlün dövr cövründən pərişan olmasın, 



Çərx fərmanınla gəzməkdən peşiman olmasın. 

 

Yer işi, gög cünbüşi-rə’yinlə bir dəm olmasa, 



Yeddi iqlimü doquz gərduni-gərdan olmasın. 

 

Bir binadır dövlətin, olmuş pənahi-xasü am, 



Ol bina, yarəb, cahan olduqca viran olmasın. 

 

Qılmasa aləm muradınca mədar, olsun xərab, 



Olmasa dövran sənin rə’yinlə, dövran olmasın. 

 

Cizginirkən dustlər kamınca fərmanində çərx, 



Hakimi-təqdirdən təğyiri-fərman olmasın. 

 

Tabe’ olsun cümleyi-aləm sənin fərmanına, 



Cümleyi-aləmdə səndən qeyri sultan olmasın. 

 

Ləhzə-ləhzə gülşəni-məhdində guya olmasa, 



Bülbüli-nitqi Füzulinin xoşəlhan olmasın. 


260 

 

Topraqdən götür məni, ey əşki-laləgun! 



Başimdən etmə sayəni kəm, ey hübabi-xun! 

 

El tə’nəsindən istərəm ol kuyə getməyim, 



Öz ixtiyarım ilə məni qoyma, ey cünun! 

 

Təskin bulur cigərdə hərarət sirişk ilə, 



Suzi-dil ilə sinədə rahət olur füzun. 

 

Ey xuni-didə, kəsmə cigərdən təəllüqün



Mehrin savutma sinədən, ey atəşi-dərun! 

 

Bir gün bizə səadəti-vəsl etmədin nəsib, 



Bizdən götür nühusətin, ey talei-zəbun! 

 

Ol qəmzə xəncərinə bir uğratmadın bizi, 



Kəs bizdən aşinalığın, ey bəxti-vajigun! 

 

Ey çərx, qıl Füzulinin ahından ehtiraz 



Kim, bir gün etməyə yedi taqini sərnigun. 


261 

 

Bari-möhnətdən nihali-qamətin xəm olmasın, 



Başımızdan sayeyi-sərvi-qədin kəm olmasın. 

 

Hasilim rüxsarü lə’lü çeşmü qəmzən olmasa, 



Ömr bir an, bir nəfəs, bir ləhzə, bir dəm olmasın! 

 

Gərdi-rahin əzmi-gərdun etdi kim, bu qədr ilə, 



Şöhreyi-aləm həmin Isayi-Məryəm olmasın. 

 

Iltimas etdim səbadən tutiya çəkdirməyə, 



Ağılama, ey göz, qübari-dərgəhi nəm olmasın. 

 

Sən tək afət gəldigin bilmişdi kim, həqdən mələk 



Iltimas eylərdi kim, aləmdə Adəm olmasın. 

 

Der imiş zahid ki, olmaq eybdir rüsvayi-eşq, 



Bu sözü faş etməsin, rüsvayi-aləm olmasın. 

 

Ey Füzuli, zövqi-dərdi-eşqə nöqsan heyfdir, 



Ehtiyat et, pənbeyi-dağində mərhəm olmasın. 


262 

 

Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu, 



Zərrə-zərrə şərəri-atəşi-hicrandır bu. 

 

Sanmanız qanlı dügün, sinə dəlüb, baş çəkmiş, 



Şö’leyi-atəşi-ahi-dili-suzandır bu. 

 

Kəsmə ümmid, könül, başına cizginməkdən, 



Ola nagəh düşə fürsət ələ, dövrandır bu. 

 

Dəmbədəm canımı, ey dərdü bəla, incitmin! 



Lütf edin bir-iki dəm kim, sizə mehmandır bu. 

 

Nə yaqırsan oxun, ey atəşi-dil, vəsl günü



Bizə hicran gecəsi şəm’i-şəbistandır bu. 

 

Könül istər ala bir bu səri-zülfündən, leyk, 



Vermədən can dilər almaq, sanır asandır bu. 

 

Dün demişsən ki, Füzuli mənə qurban olsun! 



Sənə qurban olayım, yenə nə ehsandır bu. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə