Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə152/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   148   149   150   151   152   153   154   155   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
604 
- Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin  əmə-
liyyat qabiliyyətinin və xüsusi informasiya əldəetmə bacarı-
ğının inkişafı; 
- vahid idarəetmə, nəzarət, rabitə  və avtomatlaşdırılmış 
idarəetmə sistemlərinin inkişaf etdirilməsi; 
- müdafiə sahəsində dövlət idarəçiliyinin, o cümlədən 
müharibə dövründə Silahlı Qüvvələr ilə başqa silahlı birləş-
mələr arasında qarşılıqlı  fəaliyyətin səmərəliliyinin artırılması 
üçün təşkilati-struktur islahatlarının aparılması; 
- Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin infor-
masiya müharibəsi  şəraitində  tətbiqi, o cümlədən informasiya 
müharibəsi vasitələrindən müdafiə üzrə müvafiq potensialın 
inkişafı; 
- xüsusi təyinatlı qüvvələrin inkişaf etdirilməsi, onların 
yüksək döyüş qabiliyyətinin və çevikliyinin təmin edilməsi, 
şəxsi heyətin əməliyyatlar zamanı fiziki müdafiəsi və sağlam-
lığının qorunması sahəsində potensialın gücləndirilməsi;  
- Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin qarşı-
lıqlı  fəaliyyəti çərçivəsində  əlaqələndirmənin təkmilləşdiril-
məsi; 
- NATO-nun "Sülh Naminə  Tərəfdaşlıq" proqramı  çərçi-
vəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən, o 
cümlədən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından istifadə 
edilməsi; 
- beynəlxalq əməkdaşlıq formatında əməliyyat uyarlılığına 
nail olunması, sülhməramlı  fəaliyyətdə  iştirak edilməsi, 
NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində 
tədbirlərin, beynəlxalq  əməliyyat və  təlimlərin həyata keçiril-
məsi üçün xüsusi seçilmiş şəxsi heyətin hazırlanması; 
- hərbi intizamın daim möhkəmləndirilməsi;  
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
605 
-  şəxsi heyətin peşəkarlığının daim yüksəldilməsi, hərbi 
təhsil müəssisələrində kadrların hərbi-elmi  əsaslarla hazırlan-
masının müasir standartlara uyğun təkmilləşdirilməsi
- peşəkar xidmət hərbi qulluqçularının sayının tədricən 
artırılması hesabına komplektləşdirmə sisteminin təkmilləş-
dirilməsi;  
- vətəndaşların hərbi xidmətə  məqsədyönlü hazırlığı, 
Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin ehtiyatının 
hərbi hazırlığının saxlanılması, habelə əhalinin ərazi və mülki 
müdafiə məsələlərinin həllinə hazırlığı; 
-  şəxsi heyətdə Azərbaycan Respublikasına, Azərbaycan 
xalqına, Hərbi anda sədaqətin, habelə öz Vətəninin tarixinə və 
ənənələrinə  dərin hörmətin, Vətənin müdafiəsi üçün yüksək 
şəxsi məsuliyyətin formalaşdırılması, gənclərdə hərbi xidmətə 
marağın artırılması; 
- Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi 
qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin güclən-
dirilməsi və onların həyat şəraitinin daim yaxşılaşdırılması. 
62. Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin 
səmərəli təmin edilməsi məqsədilə Silahlı Qüvvələrin və başqa 
silahlı birləşmələrin, eləcə də hərbi təhlükəsizliyi təmin etmək-
də iştirak edən dövlət orqanlarının hərbi-iqtisadi, hərbi-texniki 
və digər ehtiyaclarının ödənilməsi üçün təchizat siyasəti 
formalaşdırılır və həyata keçirilir. 
63. Təchizat siyasəti Silahlı Qüvvələrin və başqa silahlı 
birləşmələrin, eləcə də Azərbaycan Respublikasının hərbi təh-
lükəsizliyinin təmin edilməsində  iştirak edən dövlət orqanla-
rının müdafiə təyinatlı məhsullara (hərbi texnika, silah, mühən-
dis texnikası, onların ehtiyat hissələri, döyüş sursatları və digər 
müdafiə  təyinatlı  məhsullar və sair materiallar, işlər və xid-
mətlər) olan ehtiyacının təmin edilməsi sahəsində  tədbirləri 
əhatə edir. 


 
ƏL İ  H ƏS ƏNOV  
 
606 
64. Təchizat siyasəti aşağıdakıların təmin edilməsinə 
yönəlmişdir: 
- Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin, eləcə 
də Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin 
edilməsində  iştirak edən dövlət orqanlarının müdafiə  təyinatlı 
məhsullara olan ehtiyacını əks etdirən Dövlət Müdafiə Sifarişi 
Proqramının hazırlanması və icrası; 
- Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq yeni 
texnologiyaların alınması  və müasir istehsal sahələrinin yara-
dılması; 
- Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin, eləcə 
də Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin 
edilməsində  iştirak edən dövlət orqanlarının döyüş potensialı-
nın yüksək hazırlıq səviyyəsində saxlanmasına texniki dəstəyin 
göstərilməsi. 
65. Dövlət Müdafiə Sifarişi Proqramı Milli Təhlükəsizlik 
Konsepsiyasında və  Hərbi Doktrinada göstərilmiş  təhdid və 
risklərə uyğun olaraq müdafiə qabiliyyətinin möhkəmləndi-
rilməsi məqsədilə müdafiə  təyinatlı  məhsulların sifarişçiləri 
tərəfindən qısamüddətli və ortamüddətli perspektiv üçün 
müəyyən edilmiş ehtiyacları özündə əks etdirir.  
66. Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin, eləcə 
də Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin 
edilməsində  iştirak edən dövlət orqanlarının müdafiə  təyinatlı 
keyfiyyətli məhsullara olan ehtiyacını davamlı  və müstəqil 
şəkildə təmin etmək məqsədilə yerli elmi-texniki, texnoloji və 
istehsal potensialı hesabına milli müdafiə  sənayesi inkişaf 
etdirilir. 
67. Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamə-
tində mövcud ehtiyatların səmərəli istifadəsi və yeni müasir 
texnologiyaların tətbiqi məqsədilə özəl sərmayələrin və sahib-
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
607 
karlığın müdafiə  sənayesinə  cəlb edilməsi bu sahədə  həyata 
keçirilən islahatlar və kompleks yenidənqurma prosesinin 
tərkib hissəsi olacaqdır.  
68. Müdafiə  sənayesi iqtisadiyyatın digər sahələri ilə 
əlaqələndirilmiş şəkildə inkişaf etdirilir. 
69. Hərbi təhlükəsizliyin səmərəli təmin edilməsi məq-
sədilə ölkə  ərazisində  hərbi infrastruktur obyektləri inkişaf 
etdirilir. 
70. Azərbaycan Respublikasının müdafiə  sənayesinin in-
kişaf proqramı iki istiqamət üzrə həyata keçirilir: 
- Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiə 
təyinatlı məhsullara olan zəruri ehtiyaclarının ödənilməsi; 
- istehsal olunan müdafiə  məhsullarının yerli və dünya 
bazarlarında rəqabətə davamlılığını  təmin etmək məqsədilə 
müdafiə  sənayesində müasir texnologiyaların tətbiqi, xidmət 
infrastrukturunun yaradılması, eləcə  də yerli və beynəlxalq 
sifarişçilərə satış  və texniki modernləşdirmə xidmətlərinin 
göstərilməsi. 
71. Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin, eləcə 
də Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin 
edilməsində  iştirak edən dövlət orqanlarının müdafiə qabiliy-
yətinin möhkəmləndirilməsi üçün Dövlət Müdafiə Sifarişi 
Proqramına uyğun olaraq, yeni texnologiyaların alınması  və 
müasir istehsal sahələrinin yaradılması  məqsədilə Azərbaycan 
Respublikası  tərəfdaş dövlətlərlə  hərbi-texniki  əməkdaşlıq 
əlaqələri qurur və genişləndirir.  
72. Azərbaycan Respublikasının beynəlxalq hərbi-texniki 
əməkdaşlığı milli qanunvericiliyə  və  tərəfdar çıxdığı beynəl-
xalq müqavilələrə, eləcə də hərbi təhlükəsizliyinin təmin edil-
məsi üçün müəyyən edilmiş  vəzifələrə uyğun olaraq həyata 
keçirilir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə