Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə150/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   146   147   148   149   150   151   152   153   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
596 
- təxribatçı  və terrorçu fəaliyyətin həyata keçirilməsi, o 
cümlədən daxili və xarici qüvvələr tərəfindən ölkə ərazisindən 
keçən enerji, nəqliyyat infrastrukturuna və digər kommunika-
siya qurğularına qarşı terror və təxribat aktlarının törədilməsi. 
45. Azərbaycan Respublikasına qarşı hərbi fəaliyyət ayrı-
ayrı dövlətlərdə  və beynəlxalq təşkilatlarda Azərbaycan Res-
publikasına qarşı genişmiqyaslı informasiya-təbliğat kampa-
niyası ilə müşayiət oluna bilər. 
46. Hərbi-strateji amillər Azərbaycan Respublikasının mü-
dafiə qabiliyyəti üçün mühüm meyardır. Hərbi-strateji qiymət-
ləndirməyə  əsasən Azərbaycan Respublikasının hərbi təhlü-
kəsizliyinin səmərəli təminatı üçün aşağıdakı qabiliyyətlər 
inkişaf etdiriləcəkdir: 
-  ərazinin müdafiəsi, o cümlədən dövlət sərhədlərinin və 
mühüm dövlət obyektləri və kommunikasiya qurğularının 
səmərəli mühafizəsi
- çevik əməliyyatların keçirilməsi üçün əməliyyat-taktiki 
səviyyədə yüksək döyüş hazırlığının saxlanılması;  
- terror aktlarının qabaqlanması  və qarşısının alınması 
üçün yüksək döyüş hazırlığının saxlanılması; 
- Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin fəa-
liyyəti üçün hüquqi sistemin, komanda və idarəetmə sisteminin 
çevikliyinin təmin edilməsi. 
 
VI. Silahlı Qüvvələrin və başqa silahlı  
birləşmələrin vəzifələri 
 
47. Azərbaycan Respublikası öz təhlükəsizlik mühitini, 
real və potensial hərbi təhdidləri, eləcə də ümumi hərbi-strateji 
vəziyyəti qiymətləndirərək və ölkənin mövcud resurs və po-
tensialını  nəzərə alaraq, Silahlı Qüvvələrin və başqa silahlı 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
597 
birləşmələrin müasir şəraitdə  hərbi təhlükəsizliyin təmin edil-
məsi üzrə bütün kompleks məsələlərin həllinə maksimal dərə-
cədə uyğunlaşdırılmış strukturunu formalaşdırır və inkişaf 
etdirir. 
48. Silahlı Qüvvələr və başqa silahlı birləşmələr aşağıdakı 
prinsiplər əsasında qurulur: 
- Azərbaycan Respublikasının suverenliyinin, ərazi 
bütövlüyünün, sərhədlərinin toxunulmazlığının və milli ma-
raqlarının silahlı müdafiəsi, dövlətə qarşı silahlı  təcavüzün 
qarşısının səmərəli alınması və dəf edilməsi üçün zəruri hərbi 
qabiliyyətin yaradılması və saxlanılması; 
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş 
Komandanının nəzarəti altında olmaqla, hərbi rəhbərliyin 
mərkəzləşdirilməsi və vahidliyi;  
- daimi və dəyişkən geosiyasi amillərin, regiondakı hərbi-
siyasi vəziyyətin mövcud durumunun və inkişaf perspektiv-
lərinin, ölkənin coğrafi mövqeyinin və  ərazi landşaftının 
nəzərə alınması; 
- Azərbaycan Respublikasının tarixi təcrübəsindən və dün-
yanın müasir hərbi quruculuq təcrübəsindən səmərəli istifadə 
edilməsi; 
- qarışıq (könüllü və çağırış üzrə) sistemə uyğun olaraq 
komplektləşdirmə; 
- daim döyüşə və səfərbərliyə hazır vəziyyətin saxlanılması; 
- strukturun, döyüş heyətinin, say tərkibinin, texniki təc-
hizatın və  səfərbərlik ehtiyatlarının səmərəli yetərliyə uyğun 
olması; 
- hərbi qulluqçuların, Silahlı Qüvvələrin və başqa silahlı 
birləşmələrin strukturlarında qulluq edən mülki şəxslərin hü-
quq və azadlıqlarının təminatı, onların sosial müdafiəsinin və 
həyat səviyyəsinin təmin edilməsi; 


 
ƏL İ  H ƏS ƏNOV  
 
598 
- hərbi qulluqçuların ictimai-siyasi təşkilatların fəaliyyə-
tində iştirakının yolverilməzliyi. 
49. Hərbi təhlükəsizliyin təmin edilməsi üzrə  vəzifələr 
Silahlı Qüvvələr və başqa silahlı birləşmələr tərəfindən Azər-
baycan Respublikasının qanunvericiliyinə və Hərbi Doktrinaya 
uyğun olaraq sıx qarşılıqlı əlaqədə yerinə yetirilir. 
50. Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin vəzi-
fələri müdafiə siyasətinin məqsədlərinə, prioritet istiqamətləri-
nə  və prinsiplərinə uyğundur və  aşağıdakı kimi müəyyən-
ləşdirilir: 
50.1. Dinc dövrdə Silahlı Qüvvələrin və başqa silahlı 
birləşmələrin əsas vəzifələri: 
-  əməliyyat  şəraitinin, onun təhlükəli dəyişməsinin və 
Azərbaycan Respublikasına qarşı silahlı  təcavüzə hazırlığın 
vaxtında aşkarlanması; 
- Azərbaycan Respublikasına yönəlmiş hər hansı təcavüzə 
qarşı kifayət qədər güc və  çəkindirmə vasitələri potensialının 
yaradılması; 
- səfərbərlik hazırlığı, qoşunların döyüşə hazırlığı  və 
döyüş potensialının lokal miqyasda təcavüzün dəf edilməsini 
təmin edəcək səviyyədə saxlanılması; 
- tərəfdaş dövlətlərin silahlı qüvvələri ilə ikitərəfli və 
çoxtərəfli əməkdaşlıq xətti üzrə uyarlılıq və qarşılıqlı fəaliyyət 
qabiliyyətinin yüksəldilməsi; 
-  əməliyyat, döyüş  və  səfərbərlik hazırlığı, tərbiyəvi işin 
plan və proqramlarının keyfiyyətli və tam həcmdə yerinə 
yetirilməsi, silah və döyüş (xüsusi) texnikası, maddi vəsait 
ehtiyatlarının döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması; 
- ölkənin müharibə  şəraitinə keçirilməsi üzrə dövlət təd-
birləri çərçivəsində qoşunların tam strateji açılmasına hazır-
lığın saxlanılması; 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
599 
- Azərbaycan Respublikasının hava hücumundan müda-
fiəsinin mərkəzləşdirilmiş idarəetməyə  əsaslanan vahid hava 
hücumundan müdafiə sistemi çərçivəsində təmin edilməsi, ha-
va məkanının istifadə qaydalarına nəzarətin həyata keçirilməsi, 
təyin olunmuş güc və vasitələrlə döyüş növbəsinin aparılması; 
- Xəzər dənizində Azərbaycan Respublikasının milli ma-
raqlarının qorunması  və  təhlükəsiz iqtisadi fəaliyyət üçün 
əlverişli əməliyyat şəraitinin saxlanılması, dənizin Azərbaycan 
Respublikasına məxsus hissəsində enerji infrastrukturuna, üz-
mə vasitələrinin hərəkətinə  nəzarətin və onların təhlükəsiz-
liyinin təmin edilməsi, naviqasiya, hidroqrafiya və hidrometeo-
rologiya təminatının həyata keçirilməsi; 
- informasiya təhlükəsizliyinin təmin edilməsi; 
- kommunikasiyaların texniki dəstəyinin və  bərpasının 
təmin edilməsi;  
- ərazi müdafiəsinin təşkili; 
- mühüm dövlət obyektlərinin, kommunikasiya qurğula-
rının, xüsusi yüklərin mühafizəsi; 
- Azərbaycan Respublikasının dövlət sərhədinin mühafi-
zəsi; 
- sərhədboyu zonada əhalinin, mülkiyyətin təxribatçı 
əməllərdən qorunması, bu cür əməllərin qarşısının alınması; 
- qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlər daxilin-
də  sərhəd münaqişələrinin nizama salınması üçün tədbirlərin 
görülməsi; 
- sərhəd rejiminin mühafizəsi; 
- qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivə-
sində terrorçuluğa qarşı mübarizədə iştirak; 
- mülki müdafiə  tədbirlərinin yerinə yetirilməsi,  əhalinin 
və  ərazinin təbii və texnogen xarakterli fövqəladə hallardan 
qorunması; 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə