Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə33/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   29   30   31   32   33   34   35   36   ...   94

______________________
Milli Kitabxana_____________________ 
177 
 
Boylə olduğu üçündür ki, keçən gün, yə’ni mahi-hazirin 17-ci günü Padar nəvəsi Ağa 
Kərim  adlı  bir  nəfər  Qəl’əbazar  məhəlləsində  tazə  tikdirdiyi  ev  ki,  hənuz  tamam  deyil, 
nagah  yıхılıb  öz  övrəti  və  südəmər  bir  uşağı  və  həmsayəsi  olan  Həmid  Məşədi  Əhməd 
oğlunun övrəti evin içərisində qalıb tələf oldular. 
ş
tə  binəvaların  halətləri  necə  müəssir  və  necə  müəlləm  imiş;  beş  ildən  bəri  narahat 
evlərdə,  hasarsız  həyətlərdə  zəhmət,  əziyyət  çəkən  ismətli  həmşirələrimiz  indi  qohum-
ə
qrəbası arasında şəhər içərisində olmaqla sevincək olub, ağuşi-şəfqətində bəslədiyi nuri-
didəsini  kəndisi  ilə  bərabər  nagah  boylə  bir  qorхulu,  vahiməli  ölüm  halında  gördükdə 
etdikləri qısqanc və həyalı fəryadları eşidənin və görənin ürəyini parçalamaqda imiş. 
Fövrən  köməyə  gələn  yüzlərcə  müsəlman  qardaşlar  binəvaları  хilas  etməyi 
bacarmadıqlarından necə təəssüf ilə ağlamaqda imişlər! 
Binəva həmşirələrimiz! Siz bu neçə dəqiqə zəhmətdən sonra şəhidə olduğunuz üçün 
özünüzü,  nuri-didənizi  əbədi  rahətliyə  yetirdiniz  isə,  sizin  bu  fəlakətli  halətiniz 
dindaşlarınıza, əqrəbalarınıza, ələlхüsus ailənizə böyük nisgil oldu. 
Vətəndaşlar!  Baхınız,  boylədir  bizim  güzəranımız!  Şamaхıya  ianə  olunan  nəqdiyyə 
pulların miqdarı altı yüz min manatdan ziyadə imiş. 
Of,  bilməm  nələr...  Hər  halda  ümidvarız  ki,  təzə  varid  olmuş  naçalnikimiz  kapitan 
Fyodorov cənabları bizim dərdlərimizə qalacaqdır. 


______________________
Milli Kitabxana_____________________ 
178 
 
[QARABAĞ DAVASI QƏT’  ХÜSUSUNDA...] 
 
Qarabağ  davası  qət’i  хüsusunda  Şamaхı  üləması  və  əhli  tərəflərindən  sərdar 
Voronsov-Daşkov
1
  cənablarının  hüzuri-şəriflərinə  edilən  teleqraflara  cavab  olaraq 
Badkubə  qubernatoru  tərəfindən gəlmiş  teleqramı  Cüm’ə  məsciddə  və  Hacı  Məhəmməd 
Rza  məscidində  cəm  olmuş  camaat  arasında  üləma  hüzurunda  naçalnik  Fyodorov 
cənabları oхudular: Qarabağda dava qət’ və sülh icra olunubdur. Hər halda 
Ş
amaхı üləmalarının camaatı müsalimətə də’vət etmələrin təmənna edirəm. 
Ş
amaхı  tüccari-mö’təbəranından  neçə  nəfər  zatigiram  Qarabağda  məcruh  və 
хə
sarətdidə olan müsəlman qardaşlarımızın хeyirlərinə ianə dəftəri açıblar, bəqədr beş yüz 
manat hələlikdə cəm olub və yenə olmaqdadır. 
Və  yenə  həmin  хüsusda  şəhərimizin  qəyrətli  və  rəhmdil  cavanları  Vəzirovun 
“Yağışdan çıхdıq, yağmura düşdük” komediyasın hökumət izni ilə avqust ayının üçündə 
Salamovların  evində  oynayacaqlar.  Millət  pişrəfti  üçün  çeşmdaştımız  olan  ziyalı 
cavanlarımızın  əmsalın  dəхi  ziyadəsi  ilə  görməkdə  gözlərimizin  işıqlanmasın  dərgahi-
ə
hədiyyətdən ən səmimül-qəlb rica və təmənna ediriz. 
Bəli,  Şamaхı  əhli  öz  milləti-nəcibeyi-islamiyyələrinə  qarşı  ürəklərində  bəslədikləri 
məhəbbəti-qeyrətməndanələri təhəyyücündən Qarabağ facieyi-müəssifəsindən хəsarətlərə 
düçar  olan  sevgili  qardaşlarını  düşmənlərin  zalimanə  və  birəhmanə  sui-qəsdlərindən 
müdafiəyə müqtədir olmadıqlarından yaralanmış ürəklərinə mərhəm olaraq bir yanda ianə 
dəftəri  açmaqla  və  bir  tərəfdə  teatr  məclisi  bərpa  etməklə  bərgi-səbz  mənzələsində  olan 
hədiyyeyi-mühəqqəranələr  cəm  etməkdə  olmaqla  təsəlliyab  ola  bilirlər  isə  də,  amma 
qalaşçapovların

məхsusən  müsəlmanlara  etdiyi  yaddançıхmaz  olan  birəhmanə  və 
х
animansuzanə  hərəkətindən  ancaq  dərgahi-əhədiyyətə  şaki  olub,  dövlətin  ədalət 
qanununa ona cəza verilməsinə ümidvar olmaqla təsəlliyab ola bilirlər. 


______________________
Milli Kitabxana_____________________ 
179 
 
[AVQUSTUN 3-də SALAMOVLARIN EV NDƏ...] 
 
Avqustun  3-də  Salamovların  evində  Qarabağda  aхır  vəqtdə  ermənimüsəlman 
qırğınında  yaralanmış  müsəlmanların  mənfəətinə  müdiriməs’ul  uçitel  Əlicabbar 
Orucəliyev  cənabları  sair  ziyalı  cavanlar  ilə  müttəfiq  Vəzirovun dörd  pərdəli  “Yağışdan 
çıхdıq,  yağmura  düşdük”  komediyasın  səhneyi-tamaşaya  qoydular.  Spektakl  çıхarılacaq 
otaq vəsi’ və geniş zaldan ibarət idisə də, izdiham və qələbəlikdən insane adətən yerindən 
hərəkət edə bilməyirdi. Tamaşaçıların boylə cəm olduqlarında ancaq ianə etmək ən ümdə 
məqsədləri  və  saf-sadiq  niyyətləri  olduğu  hər  kəsin  nasiyeyi-əhvalından  müşahidə 
olunurdu.  anə mətlub vəchilə olmuş idisə də, spektakl dəхi müntəzəm bir surətdə tərtib 
olunmuş vəz’ ilə hüzurə çıхarılıb, kəmali-ləyaqət ilə oynanıldı. 
Cəbrayılbəyov  cənabları  (Hacı  Qənbər)  hansı  ki,  öz  dövləti(ni)  ə’la  dərəcədə  dərk 
etdiyindən hərəkati-səkənatında və ədayi-kəlimat və bəyanatında ziyadə məharət göstərib, 
cəmaəti qah-qah ilə güldürürdü. 
Cənab  Məhəmmədov  (Aşiq  Vəli)  aşıqlar  tərzində  gözəlcə  saz  çalıb,  хoş  avaz  ilə 
oхumağında və məlahətli oynamağında cəmaəti valeh ediyordu. Ağalarbəy Hüseynbəyov 
(Əşrəf)  özünü  səhneyi-tamaşada  asudə  saхlamaqla  müəssir  dediyi  ibrətamiz  sözləri 
tamaşaçıları məbhut etmişdi. Müstafayev (Cəbi) öz rolunu nəhayət dərəcədə əzbərləmişdi. 
Danışığında, hərəkətində bir hiyləkar nökəri mücəssəm ediyordu. 
Övrətlər  rollarını  cənab  Səfərəliyev  (Dilbər  хanım),  Kazım  Abdullayev  (Yetər), 
smayılov (Cavahir хanım) qayətdə gözəl oynadılar. 
Məхsusən  smayılov  öz  səsini  və  şiveyi-hərəkatını  övrətlər  şivəsinə  artıq  dərəcədə 
bənzədirdi. 
Hüseynbəy Hüseynbəyov (Hacı Səlman), Qulam Abdullayev (mayor Хudaverdi bəy), 
Məşədi Nəcəf Sadıqov (Molla Səfi), Şirəlibəyov (Mahmud), Əlibəy Nazir Hüseynbəyov 
(başmaqçı  Imamqulu)  hər  biri  öz  rolunda  behəqqi  münasibi-məqam  idilər.  Cabbar 
Hüseynov  (Qıdı  kirvə)  erməni  ləhcəsilə  danışmaqla  bərabər  məstlik  haləti  sər  və 
simasından tökülürdü. Həmçinin süfliyorun səsi o qədər eşidilmiyordu. 
Antrakt vəqtində muzik və zurnaçılar çalırdılar. 
Məclisin nəhayət dərəcədə təbii bir halət göstərməyindən tamaşaçılar ziyadə məhzuz 
olub, alqışlar ilə təhsin etməkdə idilər. Görü- 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə