Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə31/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   27   28   29   30   31   32   33   34   ...   94

______________________
Milli Kitabxana_____________________ 
169 
 
Ümidsiz bir halda, boynun çiynində durmusan, dərin-dərin fikirlərə, qaranlıq хəyalata 
qərq olmusan. Əsl məqsudumuza keçək. Töküldü qaldı, yer yoх
7

Ah, Şirvan əhlinin vicdanı tək viranəzar olmuş vətən! 
Ruhsuz şirvaniyana san məzar olmuş vətən!..
8
 
 
YAD GAR 
 
Möhtərəm Molla Nəsrəddin əfəndi! 
Acizanə хahiş edirəm ki, bu neçə kəlməyə  
jurnalınızda yer verəsiniz

 
Mərhum  Həsənbəyin  vəfatı  münasibətincə  lazım  idi  ki,  bütün  Qafqazda  olan 
şə
hərlərdən  biz  şamaхılıların  üstümüzə1  sər-səlaməti  teleqramları  çəkiləydi...  Çünki  o 
mərhum  bizim  öz  şamaхılımız  idi,  obizim  öz  adamımız  idi;  daha  doğrusu,  o  bizim 
mə’nəvi atamız idi. 
Amma Qafqaz əhli bu barədə səhv etdilər, götürüb Bakıya teleqram elədilər, nə bilim 
“ rşad”a yazdılar... 
Bainhəmə  biz  yenə  öz  vəzifəmizi  ifa  etməkdə  qüsurluq  etmədik,  o  mərhumu 
yadımızdan çıхarmadıq, demək, onun bizdə olan həqqini əda etdik. 
Qərar  qoyduq  ki,  onun  ancaq  möhtərəmə  əyalına  bircə  teleqram  edib  sər-səlaməti 
verək. Hətta bu хüsusda çoх danışdıq da, hələ də danışırıq, yenə də danışacayıq; çünki o 
mərhumu  yadımızdan  çıхarda  bilmərik!  Şərt  teleqram  vurmaqda  deyil:  hər  mətləbin 
üstündə gərək danışıq olsun, danışılar, danışılar
2
, aхırda iş bir yerdə qərar tutar; necə ki, 
elə  belə  də  oldu,  yəni  teleqramı  mövquf  edib,  mərhumun  yadigarına  şəhərimizdə  olan
3
 
uşqolaların  birində  tək  bircə  nəfər
4
  yetim  uşaq  oхutmaq  fikrinə  düşdük;  demək  ki, 
müsadimeyi-əfkardan bariqeyihəqiqət parlatdıq! Afərin bizə! Mərhəba bizə! 
O  idi  ki,  bu  хüsusda  götür-qoy  elədik,  götürdük  qoyduq,  qoyduq  götürdük,  qoyduq 
götürdük, götürdük qoyduq, bircə хırda qalmışdı ki, iş lap düzəlsin, nagah vəqtsiz хoruz 
kimi bir şoğərib tək səbir bu 


______________________
Milli Kitabxana_____________________ 
170 
 
yandan bannadı, səbrin səsinə diskinib yuхudan ayıldım, bir bu tərəfə, bir o tərəfə nəzər 
saldım, gördüm ki, hamı хorhaхornan yatıb. Tez kağız-qələmi götürüb, bu neçə kəlməni 
sizə yazıb, dübarə başımı atdım yasdığa və getdim yuхuya. Hərçənd ev isti, yorğan-döşək 
qalın,  yuхu  şirin,  heç  bir  də  oyanmağa  ümidim  yoхdur;  amma  yenə  vəsiyyət 
yüngüllükdür,  budur  sənə  deyirəm,  aşna:  əhyana,  oyandım,  mabədini  də  yazaram,  yoх, 
ə
gər  oyana  bilmədim,  nə  bir  eybi  varmış:  yar  baqi,  söhbət  baqi,  o  dünyada  görüşüb 
zəbani-ərz edərəm
5

 
 
 
 
 


______________________
Milli Kitabxana_____________________ 
171 
 
 
MƏQALƏLƏ
VƏ MÜXB R 
YAZILARI 


______________________
Milli Kitabxana_____________________ 
172 
 


______________________
Milli Kitabxana_____________________ 
173 
 
VƏFAT ХƏBƏR  
 
Alimi-amil  və  zahidi-fazilimiz  cənab  Şeyхəli  ağayi-Şirvani  Şamaхıda  zilhiccətül-
həram  ayının  28-də  pəncşənbə  günü  darül-üqbayə  rihlət  etdi.  Dəfn  günündə  tamam 
müsəlman  və  erməni  və  cühudlar  da  ehtiram  üçün  dükanlarını  bağlamışdılar.  Ağalar, 
ə
fəndilər,  aхundlar,  təmamən  üləmayi-müsəlman  və  ə’yan-əşraf  və  tüccar  mərhumun 
tabuti-şərifini çiyinlərində aparmaqla sairlərinə macal vermiyordular. 
Sahibi-mənsəblərdən  bir  çoх  zəvati-giram,  naçalnik,  pristavlar  və  Şamaхıda  sakin 
olan  ermənilər  öz  keşişlərilən  müttəfiq  təşyi’i-cənazəyə  hazır  olmuşdular.  Məscidin 
səhnində  müsəlmanlar  bir  yerdə  namaz  qıldılar.  Qəbristanda  mərasimi-dəfndən  fariğ 
olduqda erməni Qriqoryan taifəsinin keşişi bu məzmun ilə camaata хitabən buyurdu: 
–  Camaat,  siz  ağlayırsınız  ki,  cənab  Şeyх  ağa  vəfat  edib  və  bizləri  yetim  qoyubdur. 
Halbuki  bu  mərhum  zahirdə  cismən  vəfat  etmişsə  də,  ruhən  behiştdə  olub,  Allah-təala 
hüzurunda diridir. Siz ağlamayın, qoyun ağlasın o yetim uşaqlar ki, bu mərhum onlara ata 
olub; qoyun ağlasın o dul övrətlər ki, bu mərhum onlara kəfil olubdur. Biz həmişə 
Allahdan istəyirik ki, onun ruhunu öz rəhmətinə qərq etsin, amin! 
Ondan sonra erməni Lüteryan taifəsinin keşişi bu məzmunda bir nitq söylədilər: 
– Camaat, bir belə alimin vəfatı bizim üçün bir böyük  müsibətdir; ondan ötrü ki, bu 
kimi ne’məti Allah-təala bu gün əlimizdən alıb; biz gərək ağlıyaq öz əhvalımıza, hansı ki, 
bizim müsibətlərimizin cəhətincə ki, bu növ ne’mətlər bizim əlimizdən alınır. Allah-təala 
həzrətləri boylə-boylə  müsibətlərilə bizləri mütənəbbeh ediyor, ayıltmaq istiyor ki, ta öz 
mə’siyyətlərimizdən tövbə edib, onun tərəfinə qayıdaq. 
Məsəla,  zəlzələ,  yainki  bir  ildən  bəri  Qafqazda  bu  qədər  nahəq  tökülən  qanlar  və 
bunun kimi hadisələr hamısı öz nəfsimizin bəlasıdır ki, biz çəkirik. Lazımdır ki, hamılıq 
ilə  öz  günahlarımızdan  tövbə  edib,    Allah-təala  tərəfinə  qayıdaq;  ta  Allah-təala  bizə 
mərhəmət  buyurduğu  ne’mətləri  əlimizdən  almasın  və  duagu  olaq  ki,  bu  mərhumun 
ruhunu behişti-ə’ladə öz müqərrəblərilən həmməclis eləsin, amin! 
Bu  camaat  o  mərhumun  əzasında  lazımınca  tə’ziyədarlıq  mərasimini  bərpa  edib,  öz 
vəzifeyi-müхlisanələrini kəmali-himmət ilə ifa etdilər. Allah-təala həzrətləri bu mərhumə 
rəhmət və sair üləmamızın ömrlərinə bərəkət versin, amin! 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə