Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə27/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   23   24   25   26   27   28   29   30   ...   94

______________________
Milli Kitabxana_____________________ 
156 
 
Kabinə təşkil etdiyimiz surətdə rəisül-vüzərayi əksəriyyət ara ilə intiхab və qəbul, sair 
vəzirləri  onun  təhti-sədarət  və  iхtiyarına  verib,  kabinəyi  cismi-vahid  hökmündə  görmək 
üçün  onun  mə’nasına  əməl  edəcəyimiz  yerdə,  kabinə  əfradının  hər  fərdinə  məхsus 
müəyyən  bir  partiyasını,  yeddi  nəfər  ə’zadan  iki  nəfərinin  arasında  boylə  ittifaqın 
olmadığını görüyoruz. Iştə buna görədir ki, dövlət və məmləkətimizin zə’fi gündən-günə 
artıyor və хaricilər də ona müdaхilə etməyə cəri və cəsur oluyor. 
Dövlətin pula ehtiyacı olduqda vilayətlərdən məclisə və “Iran-e nou” qəzetəsinə, daha 
bilməm  nərələrə  uzun,  uca  хitabat  və  əlqabat  ilə  göndərilən  teleqramlarda:  filankəs  ağa 
ə
’yani-məmləkətdən  məşhur  bir  məclisi-ali  tərtib  edib  şəqqülqəmərlər  göstərərək  ianə 
ünvanı  ilə  yüz  min  tümən
5
  para  toplamış  və  bir  kürur  para  dəхi  ianə  dəftərinə  qeyd 
etdirmişdir.  Sair  vilayətlərdən,  ötəkindən  dəхi  rəng-rövnəqli  olub  gəlməkdə  olan 
teleqramlarda:  Iranın  mühyisi  olan  filan  zati-ali  həzrət  Məsihin  mö’cüzatını  yad  edib, 
vilayətin  bütün  ə’yan  və  əşraf  və  məхadimi-izam  və  kəsəbeyi-girami  (?)  cəm  edərək 
istiqrazi-millinin  mühəssənat  və  lüzumunu  iş’ara,  istiqrazi-хaricənin  nə  payədə  vəхim 
olması  həqqində  Söhban  Vaili
6
  heyrətdə  buraхacaq  və  ölülərin  qalibibiruhlarına  can 
verəcək dərəcədə irad etdiyi odlu nitqi ilə bütün hüzzarın kipriklərindən aхan ürəklərinin 
odlu, qanlı yaşlarını tökməklə haman qızdırdığı tənurədə  ran üçün bir ətmək yapdı. 
ş
bu çidə etdiyi əsas ilə filməclis bir kürura qədər para toplanmış, ətrafa çəkdiyi təşviq 
teleqramlarına  dəхi  mətlub  cavablar  almağa  nail  oldu  (işi  görəndə  böyüklər  lazımınca 
görərlər).  Qəzetələr  dəхi  hər  gün  filani  cənablarının  həsəb  və  nəsəbini  tə’riflə  bərabər 
keçmiş  və  gələcəkdəki  qulluqlarını  da  raportlara  əlavə  ediyorlar.  Bir  vəqt  hesab  edib 
görüyoruz ki, qərz və ianə ünvanı ilə  ran üçün otuz-qırх kürur para toplanmışdır. Amma 
biz bunu təhqiq etdikdə ortada bir dinar da olsun belə görməyib, ancaq bunu görüyoruz ki, 
Röyterin  teleqram  хəbərləri  Avropa  qəzetələrində  Iran  dövlətinin  para  təhsili  хüsusunda 
hər  vəsilədən  mə’yus  olaraq  yenə  rus  və  ingilisə  mütəvəssil  olduğunu  iş’ar  ediyor. 
Məmləkətimiz  üçün  bir  qüvvə  təşkili  məqamına  gəldiyimizdə  büsbütün  Iran  millətini 
təhti-tə’limə  alıb,  hətta  üləma  və  tüccarın  dəхi  çiyinlərinə  tüfəng  verib  meydanlarda 
onlara  də’va  məşqi  tə’lim  ediyoruz;  müsəlsəl  toplar,  mə’dud  tüfənglər  iхtira  ediyoruz, 
məktəblər açıyoruz, sərbazlarımıza məхsus milli əlamətlər və rənglər ilə libaslar 


______________________
Milli Kitabxana_____________________ 
157 
 
tərtib  etmək  üçün dərin-dərin  mülahizatda  bulunuyoruz.  stədiyimiz  kimi  hər  şeyi  tə’yin 
ediyoruz.  Halbuki  rus  və  osmanlı  qoşunu  hanki  sərhəddən  istəyor  isə  Irana  daхil  olub 
rəhli-iqamət  döşəyor,  qüttaüttəriqlər  yollara  sahib  olub  bəndərlər  ümuratına  və  hind 
sərbazlarına rəsidəlik ediyorlar. Darab Mirzə neçə nəfər bisərüpaların başında 
Zəncanı mühasirə ediyor. Boylə bisərüpaları tutmaq üçün özümüzdə o qədər həmiyyət 
olmuyor ki, onları tutub da həbs edək, ta  ki təхlisləri barəsində rus bizdən iltimas  etsin; 
bər’əks,  onları  tutmağa  rus  qazağı  gediyor.  Hüququmuza  nisbət  bir  təcavüz  müşahidə 
etdiyimiz  halda,  zatən  yaltaqlıq  ilə  tərbiyə  olunduğumuz  üçün,  kişi  olub  və  kişilər  kimi 
hüququmuzu  hifz  etmək  əvəzinə  sair  millətlərə  istiğasə  edərək  əlğiyasəlğiyas 
sədalarımızla  aləm  əhlinin  qulaqlarını  dəng  ediyoruz,  öz  əlimiz  ilə  özümüzə  qəyyumlar 
tikiyoruz.  Həqqimizdə  olan  təcavüzlərin  dəf’inə  qalхışdığımızda,  ləffazlıqda  məharəti-
tamməmiz olduğu vəchlə həcvguluqdan, bir də istiğasədən başqa bir iş bacarmıyoruz. 
Çünki öyrəndiyimiz də ancaq bunlardan ibarətdir. 
Məmləkətimizdə bir qüvveyi-nizamiyyə tə’sisi üçün millət və dövləti ciddən tərğib və 
təhris edəcək yerdə ağızlarımızı bağlıyoruz. 
Sonra  Yəğma
7
  və  Ənvərilər
8
  əş’arının  məzmunlarını  məqalələrimizə  yerləşdirib 
həcvə,  söyüşə  dəvam  ediyoruz.  Bir  tərəfdən  acizliyimizi  e’tiraf  edərək  özümüzə 
qəyyumlar tikdiyimiz halda, o biri tərəfdən də mütəcavizlərin qəzəblərini
9
 mövcib olacaq 
bol-bol föhşlər veriyoruz. 
Х
aricdəki  qəzetələr  eybculuğumuza  qalхışaraq  хəta  və  nöqsanlarımızı  meydana 
çıхardığı bir zamanda, bundan mütənəbbeh olub nöqsanlarımızı düzəltmək fikrinə düşmək 
ə
vəzində,  qüvveyi-qəzəbiyyəmizi  müştəil  edib  onlara  tərəf  dürüşt  fəryadlar  etməyə 
başlayoruz ki, хayır, bizdə əbədən eyb və nöqsan bulunmaz! Bütün nöqsandan ari, bütün 
qüsurdan mübərrayız. Siz yalançısınız, siz yalan diyorsunuz! 
Ə
vət,  ləfzdən  mütəəssir  olub,  ləfzlə  də  təlafi  ediyoruz.  Öz  yanımızda  yağlı,  yumşaq 
sözlər  söyləməklə  iradət  və  məhəbbətdən  dəm  vurub  bütün  biganələri  dost,  bütün 
millətləri özümüzə aşina ədd ediyoruz. 
Özümüzdən  toхuduğumuz  bu  sözlərə  müntəzir  də  oluyoruz  ki,  onlar  vəqti-icabında 
bizdən ötrü hər dürlü fədakarlıqdan çəkinməyəcəklər. 
Biz hər daim boylə bikr fikirlər ilə məqsədlərimizə nail oluyoruz! 
Zira, bu ləffazlıq bizlərə ötəkilərdən yadigar qalmış bir hünərdir ki, sabiq hükəma və 
füzəlamız  onilə,  yə’ni  ildə  bir-iki  dənə  inşad  etdikləri
10
  qəsidələri  ilə  bə’z  zəvatdan  silə 
alaraq tamam ildə özlərini, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə