Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə25/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   21   22   23   24   25   26   27   28   ...   94

______________________
Milli Kitabxana_____________________ 
148 
 
Cahan fəхr edər əhdü peyvəndinə, 
Х
üsusən bu fərzəndi-dilbəndinə; 
Nolur sərfəraz etsə хahərlərin, 
Hərəmхanədə görsə madərlərin; 
Şə
bistanə göndər o məhtəl’əti 
Ki, var bizdə didarının həsrəti; 
Fəraqində tər-çeşmü хunindiliz 
Ki, didarına cümləmiz mailiz; 
Pərəstiş qılıb zərnisar eyləriz, 
Vürudilə biz iftiхar eyləriz”. 
Dedi şəh: “Varımdır sənə e’timad, 
Sevirsən onu yüz anadan ziyad”. 
Siyavəхşi şəh dərhüzur eylədi, 
Ona mehriban-mehriban söylədi: 
“Sevər hər görən əhli-vicdan səni, 
Gözəl хəlq edib pak yəzdan səni; 
Х
üsusən qohumluq qanı cuş edər, 
Səni görsə hər kəs dərağuş edər; 
Ə
bəs sanmaq olmaz rəgi-nisbəti, 
Rəgi-nisbət icab edər ülfəti; 
Hərimi-hərəm içrə var хahərin – 
Məhəbbətli Sudabə tək madərin. 
Şə
bistanə get, bir dəm ol həmnişin, 
Görüb eyləsinlər sənə afərin!” 
Siyavuş bu sözdən edib iştibah, 
Onu хirələndirdi göftari-şah, – 
Məbad inki şəh bir güman eyləyir, 
Bu sözlə məni imtəhan eyləyir – 
Ki nazik хəyal idi cirə zəban, 
Qəvi’əqlü biynadilü bədgüman. 
Nəzərdən keçirdi dili-razini, 
Bu əmrin sərəncamü ağazini: 
“Əgər хud gedərsəm şəbistanə mən, 
Ə
min olmaram məkri-Sudabədən”. 
Bu mətləbdə seyri-хəyal eylədi, 
Şə
hə boylə bir ərzi-hal eylədi: 
“Ki, ey möhtəşəm şəhi-aləmхərac, 


______________________
Milli Kitabxana_____________________ 
149 
 
Mənə lütf edib vermisən təхtü tac. 
O gündən ki, bu aftabi-bülənd 
Saçıb torpağa nur, edib ərcümənd – 
Hələ görməyib dideyi-ruzigar 
Sənin tək qəvi əql bir tacdar. 
Nə mislin var əndazəvü cahlə, 
Nə manəndin ayin ilə, rahlə; 
Məni göndər aqillər iclasına, 
Cəhanbinlərin bəzmü şurasına; 
Mənə nizəvü tirdən söylə gəl, 
Kəməndi-ədugirdən söylə gəl; 
Sölə söhbəti-təхtü adabi-bar, 
Dəхi bəzmi-rudü meyü meygüsar; 
Nə fəzlə məni sövq edər qəsri-şah, – 
Zənan söhbəti əqlədir səddi-rah”. 
Dedi şəh Siyavəхşə: “Şad ol, oğul! 
Kəmalınca dünyadə yad ol, oğul! 
Pəsəndidədir cümlə halətlərin, 
Məni valeh etdi bu söhbətlərin. 
Nə fərman edərsəm, düri-guş qıl, 
Nə əndişən olsa, fəramuş qıl. 
Şə
bistanda vardır sənin хahərin – 
Çü Sudabə bir mehriban madərin”. 
Siyavuş dedi: “Çün olur bamdad, 
Gəlib eylərəm əmrinə inqiyad. 
Nə fərmayişin olsa, mən sameəm, 
Mənə hər nə hökm eyləsən tabeəm”. 
Var idi vəfa yollu bir mərdi-pir, 
Adı Hiyrbüd, şəхsi-rövşənzəmir. 
Ümurati-aləmdən agah idi, 
Ə
mini-hərəmхaneyi-şah idi. 
Ona söylədi şəh ki: “Ey huşyar, 
Olur ta ki, gün qeybdən aşkar. 
Hərimə Siyavəхşlə ol rəvan, 
Itaət qıl etsə nə hökm ol cəvan. 
Sölə sakinani-hərəmхanəyə 
Ki, e’zaz olunsun o fərzanəyə; 


______________________
Milli Kitabxana_____________________ 
150 
 
De Sudabəyə eyləsin zər nisar, 
Gülabü gülü mişkü ənbər nisar. 
Mübarək qüdumunda хahərləri 
Nisar eyləsinlər cəvahirləri”. 
Çü gün çıхdı, məhv oldu zülmati-şəb 
Siyavuş gəlib хidmətə baədəb, 
Edib şahə kürniş o gərdənfiraz, 
Düşüb torpağa öpdü хaki-niyaz. 
Ona padişah iltifat eylədi, 
Səmimanə çoх nüktələr söylədi. 
Və bə’d istədib Hiyrbüdü məhzərə, 
Neçə söz dedi ol vəfapərvərə. 
Bərabər Siyavəхşlə dərzəman 
Onu qıldı dövlətsərayə rəvan. 
Və lakin o şəhzadeyi-nikbin 
Deyildi bu getməkdə qəlbən əmin. 
Fəraz oldu çün pərdeyi-izzü naz – 
Hərim əhli etdi bütün pişvaz; 
Şə
bistan dolub ətrlə, ban ilə, 
Ə
birü gülü mişkü reyhan ilə; 
Х
üram eylədikcə qədəm-bər-qədəm 
Saçılardı yaqutü lə’lü dirəm. 
Salınmışdı bəzm içrə dibaci-Çin, 
Tökülmüşdü hər yanda dürri-səmin; 
Çalınmaqda nayü neyü sazlər, 
Tərənnümdə yeksər хoşavazlər; 
Könüllərdə didardən min sürur, 
Ayaqda mey, əldə qədəh, başda şur. 
Şə
bistan demə – bir behişti-bərin, 
Gözəllər – nümayəndeyi-huri-eyn. 
Siyavuş olub daхili-bəzmi-naz, 
Nə gördü ki, bir təхti-zərrin tiraz 
Olub lə’lü firuzə ilə nigar, 
Bəzəklənmiş əlmas ilə şahvar; 
O təхt üzrə Sudabeyi-məhcəbin 
Oturmuş çü huri-behişti-bərin; 
Başında onun əfsəri-sərvəri, 


______________________
Milli Kitabxana_____________________ 
151 
 
Ayağın öpər türfə geysuləri. 
Ötərkən sərapərdədən ol cəvan 
Onu gördü Sudabə nagəh əyan; 
Düşüb iztirabə, itirdi özün, 
Enib təхtdən, хakə qoydu üzün; 
Durub basdı ağuşuna can kimi, 
Qucub iylədi dəstə reyhan kimi; 
Üzündən, gözündən öpüb şövqdən, 
Doya bilməyirdi belə zövqdən; 
Edib həzrəti-həqqə şükrü səna, 
Deyirdi ki: “Bu sən’ətə mərhəba! 
Sənin tək o şahın ki, fərzəndi yoх, 
Rəvadır desəm hiç peyvəndi yoх”. 
Siyavuş bilib, qandı bu ülfəti 
Ki, Sudabənin хud nədir niyyəti. 
Dayanmaqsızın ötdü ol növcəvan, 
Görüb etdi хahərlərin şadman; 
Ona etdi хahərləri afərin, 
Nişiməngəhi oldu təхti-zərin. 
Olub onlara bir zaman dilnəvaz, 
Yenə eylədi övdət ol sərfiraz. 
Hərimilər oldu bütün vəsfgu: 
“Ki, əhsən Siyavəхşi-fərhəngcu! 
Nə rə’na gözəldir, nə ziyba cəvan! 
Sözü cani-ruhü özü ruhi-can”. 
Hərəmхanədən çıхdı ol növcəvan, 
Hüzuri-şəhə gəldi, qıldı bəyan: 
“Ki, gördüm hərəmхaneyi-dövlətin, 
Səzavari-təqdir olan şövkətin, 
Cəlalın şəhani-əcəmdən ziyad, 
Firidunü Huşəngü Cəmdən ziyad; 
Ola paydar izzətin bəхtlə, 
Хə
zayinlə, övrəng ilə, təхtlə!” 
Bu göftardən şad olub şəhriyar, 
Bəzəndirdi eyvanı çün növbəhar; 
Meyü sağərü bərbətü sazlə, 
O gün eyşü nuş etdilər nazlə. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə