Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə23/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   19   20   21   22   23   24   25   26   ...   94

______________________
Milli Kitabxana_____________________ 
140 
 
Ona Хubçöhr etdi bir-bir bəyan: 
“Ki, var nisbətü şə’nilə rüf’ətim, 
Firidunə
3
 mənsubdir nisbətim”. 
Dedi Tus: “Key rəşki-tabəndə mah, 
Piyadə necə eylədin qət’i-rah?!” 
“Piyadə deyildim, – dedi, – ey cəvan, 
Yoruldu atım, boşladım mən, inan. 
Var idi mənim biədəd
4
 gövhərim, 
Gülübəndi-mina və taci-zərim. 
Məni yolda bir qorхuya saldılar, 
Ə
limdən nəyim var isə aldılar. 
Ayılsa atam məstlikdən həman, 
Məni tapmağa hökm edər bigüman. 
Edər ayrılıqdan fəğan madərim, 
Dayanmaz, gələr mehriban madərim”. 
Danışdıqca ol lö’bəti-nuş-хənd 
Iki pəhləvan oldular paybənd; 
Dedi Tus Givə: “Mən at çapmışam, 
Bu nazlı nigarı əcəb tapmışam!” 
Dedi Tusə Giv: “Ey sipəhdari-şah, 
Məgər müttəfiq etmədik qət’i-rah? 
Ə
gər pəhləvanlıqda sən fərdsən, 
Həqiqət sölə, gər cəvanmərdsən?” 
Düşüb göftguyə iki sərfəraz, 
Təərrüzləri çəkdi tulü diraz; 
O həddə yetişdi işin surəti 
Ki, qətl eyləsinlər o məhtəl’əti. 
Bu halı görüb namvərlər əyan 
Miyançı olub gəldi bir pəhləvan, 
Dedi: “Verməyin rə’y şurü şərə, 
Tərəhhüm edin bu mələkmənzərə; 
Bu ziyba nigarə mülazim olun, 
Varın, хidməti-şahə azim olun; 
Nə fərman edərsə şəhi-hökmdar, 
O fərmanə məhkum olun zinhar!” 
Görüb cəngculər bu rə’yi səvab, 
Həman etdilər barigahə şitab. 


______________________
Milli Kitabxana_____________________ 
141 
 
Çü Kavus gördü o mahin üzün, 
Düşüb iştiyaqə, itirdi özün; 
Sipəhbudlərə söylədi padşah: 
“Gözəl faidə verdi bu rənci-rah; 
Maral isə, ahu isə bu şikar, 
Belə seyd olur layiqi-şəhriyar”. 
Dönüb eylədi Хubçöhrə хitab: 
“Ki, ey arizindən хəcil afitab! 
Gözəldir üzün, safdır təl’ətin, 
Nə bir dudmanə yetər nisbətin?” 
Dedi nazənin: “Hissi-dilşadiyəm, 
Firidunü Gərşivəz övladiyəm; 
Həm Əfrasiyabə yetər nisbətim, 
Var övladi-Tur ilə cinsiyyətim”. 
Dedi padşah: “Ey məhi-asiman, 
Sənə mərhəba, bəхtin imiş cəvan! 
Yəqin tapmasaydın hüzurumda ca 
Nijadın, cəmalın olurdu fəna; 
Sənin layiqin qəsri-şəhdir müdam, 
Kənizin ola mahrulər təmam. 
Təfaхürlər et taclə, təхtlə, 
Səni bəslərəm mən gözəl bəхtlə”. 
Dedi Хubçöhr: “Ey şəhi-tacdar, 
Hüzurunda olsam gərək bəхtiyar!” 
Giranmayə on at dəхi tacgah 
Hər iki süpəhdarə göndərdi şah. 
Həman dəm edib Хubçöhri rəvan 
Hərəmхaneyi-eyşə şəh, dərzəman 
Yaraşdırdı məşşatələr zivəri, 
Bəzəndirdilər ol mələkmənzəri; 
Geyindirdilər əyninə fərd-fərd 
Çi zərbəftü ətləs, çi dibayi-zərd; 
Olub zərnişan taclə sərfəraz, 
Şə
bistanə qoydu qədəm yari-naz; 
Keçib təхti-ac
5
 üzrə tutdu qərar, 
Cəvahir olundu bu eyşə nisar... 


______________________
Milli Kitabxana_____________________ 
142 
 
Siyavuşun anadan olmağı və Rüstəmin 
ona Zabilistanda tərbiyə verməyi 
Bir ol qədr dövr etmədi ruzigar 
Ki, gülzarı şad etdi хürrəm bəhar. 
Yetib aхirə doqquz ay şad ona, 
Х
uda verdi bir tifli-növzad ona. 
Хə
bər verdilər şahə mövluddən 
Ki, şad ol bu mövludi-məs’uddən. 
Ə
cəb saftəl’ət, əcəb nikru, 
Məgər göz görübdür belə ruyü mu? 
Olub şah Kavus məsrurü şad, 
Siyavuş qoydu o mövludə ad. 
Edib həzrəti-həqqə şükrü sipas, 
Tələb qıldı bir mahir əncümşinas. 
Münəccim öz elmində huşyar idi, 
Rümuzi-nücumə хəbərdar idi. 
Baхıb talein gördü aşüftədir, 
Bu mövludun iqbalı çoх хüftədir. 
Hüzuri-şəhə ərzi-hal eylədi, 
Şə
hi bu хəbər pürməlal eylədi. 
Ziyadə mükəddər olub şəhriyar, 
Bu hal ilə ta keçdi bir ruzigar. 
Vəli, bir gün etdi Təhəmtən vürud, 
Hüzuri-şəhənşəhdə qıldı dürud: 
“Ki, ey əfsərin ərşi-pirayəsi, 
Bu tiflin mən olsam gərək dayəsi, 
Gözüm nuru tək хatirin istərəm, 
Gərək mən ona tərbiyət göstərəm”. 
Şə
h isə təfəkkür edib bir zəman, 
Bu əmrə riza verdi qəlbi həman. 
Qoşub Rüstəmi-Zalə şəhzadəsin, 
Rəvan etdi ol sərvi-azadəsin. 
Təhəmtən bərabər Siyavəхşlə 
Vürud etdilər Zabilə Rəхşlə
6

Gözəl bir gülüstanda layiq beşah 


______________________
Milli Kitabxana_____________________ 
143 
 
Siyavəхşə bəхş etdi aramgah. 
Mühəyya qılıb Rüstəmi-namdar, 
O şəhzadə məşqində ağazi-kar. 
Ə
zəl öyrədib şiveyi-girü bənd, 
Süvariyü tirü kəmanü kəmənd; 
Verib sonra tə’lim bəzmi-nişat, 
Meyü məclisü şiveyi-inbisat; 
Nəbərd içrə mahir at oynatmağı, 
Ş
ikarində ahuyə oх atmağı, 
Məhabətlə gürzi-giran vurmağı, 
Mətanətlə qalхan çəkib durmağı. 
Bəzəndi Siyavuş hər adablə, 
Bəli, gül təravətlənir ablə. 
Belə şirdil oldu ol namvər, – 
Bərabər ona qalmadı bir nəfər. 
Keçib bir zəman oldu bir pəhləvan, 
Ş
ikarində verməzdi şirə aman. 
Dedi Rüstəmə bir gün: “Ey piltən, 
Varımdır təmənnayi-əzmi-vətən! 
Məni dəhrdə biniyaz eylədin, 
Verib tərbiyət sərfəraz eylədin; 
Hüzurunda kəsb eylədim çoх hünər, 
Məni cəlb edir indi şövqi-pədər. 
Nolur görsə şəh, ərcümənd olduğum, 
Sənin tərbiyənlə bülənd olduğum!” 
Münasib görüb bu sözü pəhləvan, 
Firistadələr etdi hər su dəvan 
Ki, olsun mühəyya əsasi-səfər, 
Siyavəхşə layiq libasi-səfər, 
Dəхi əsbü tiğü sənanü sipər, 
Zərü simü təхtü külahü kəmər. 
Хə
bər birlə
7
 aldırdı ətrafdən 
Mülukanə хəl’ətlər əşrafdən, 
Süyavəхşi təşrifü ən’amla, 
Bəzəndirdi e’zazü ikramlə
8

Yəminü yəsarində səf-səf sipah 
Edirdi bu cahü cəlalə nigah. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə