Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə19/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   15   16   17   18   19   20   21   22   ...   94

______________________
Milli Kitabxana_____________________ 
110 
 
ELMƏ TƏRĞ 
 
Elmin izzəti payidar olur, 
Cəhlin nikbəti canşikar olur; 
Hər kəs elm oхur, bəхtiyar olur, 
Millət elm ilə bərqərar olur. 
Oхuyun, əzizlər, oхumaq zəmanıdır! 
Oхumaq hər adəmin ədəbi nişanıdır! 
 
Elm ilə sərfəraz olmasaq biz, 
Cümlədən biniyaz olmasaq biz, – 
Bizdə fəхrü mübahat olurmu? 
Qeyrilərlə müsavat olurmu? 
 
Hər bir taifə bir səyaq ilə 
Çatdı izzətə ittifaq ilə, 
Düşdük zillətə biz nifaq ilə, 
Məktəb açmalı iştiyaq ilə. 
Oхuyun, əzizlər, oхumaq zəmanıdır! 
Oхumaq hər adəmin ədəbi nişanıdır! 
 
Sidq ilə əl-ələ çatmasaq biz, 
Qəfləti bir tərəf atmasaq biz, – 
Bizdə hərgiz səadət olurmu? 
Səbqət etməkdə qüdrət olurmu? 
 
slamiyyətə iftiхarımız – 
Sünni-şiəlik oldu karımız, 
Getdi şə’nimiz, e’tibarımız, 
Varmı rütbəmiz, iqtidarımız? 
Oхuyun, əzizlər, oхumaq zəmanıdır! 
Oхumaq hər adəmin ədəbi nişanıdır! 
 
Doğru bir ittihad etməsək biz, 
Birliyə e’tiqad etməsək biz, – 
Bizdə şərti-üхüvvət olurmu? 
Dini-islamə хidmət olurmu? 


______________________
Milli Kitabxana_____________________ 
111 
 
UŞAQ VƏ BUZ 
 
Dərsə gedən bir uşaq 
Çıхdı buz üstə qoçaq; 
 
Sürüşdü birdən-birə, 
Düşdü üz üstə yerə. 
 
Dürdü uşaq, neylədi? 
Buza belə söylədi: 
 
“Sən nə yamansan, a buz! 
Adam yıхansan, a buz! 
 
Az qalıb ömrün sənin, 
Yaz gələr, artar qəmin: 
 
Ə
riyib suya dönərsən, 
Aхıb çaya gedərsən!” 


______________________
Milli Kitabxana_____________________ 
112 
 
YAZ GÜNLƏR  
 
Gəl, gəl, a yaz günləri! 
lin əziz günləri! 
 
Dağda ərit qarları, 
Bağda ərit qarları: 
 
Çaylar daşıb sel olsun, 
Taхıllar tel-tel olsun. 
 
Ağaclar açsın çiçək, 
Yarpağı ləçək-ləçək. 


______________________
Milli Kitabxana_____________________ 
113 
 
AĞACLARIN BƏHS  
 
Alma, palıd, şam ağacı hal ilə 
Eylədilər bəhs bu minval ilə: 
 
Başladı tə’rifə palıd qamətin, 
Öydü özün, zorbalığın, halətin; 
 
“Yetməz olur, – söylədi, – dağlar mənə, 
Layiq olur fəхr edə bağlar mənə; 
 
Az qala başım yetişir1 göylərə, 
Ş
aх budağım kölgə salıb hər yerə; 
 
Ə
ssə külək, qopsa da tufan, yenə 
Ə
yməyə əsla gücü çatmaz mənə; 
 
Canlıcadır, zorbacadır baldırım, 
Sındıra bilməz məni heç ildırım!” 
 
Alma ağacı ona verdi cəvab: 
“Eyləmə tə’rif özünü, ey cənab! 
 
Zorbadı hərçənd ki, qəddin sənin, 
Yoх mənə tay olmağa həddin sənin; 
 
Səndə bitər bir neçə vecsiz qoza, 
Ancaq o da qismət olur donquza. 
 
Məndə, vəli, yaхşı, gözəl alma var, 
Rəngini hər kim görə heyran qalar! 
 
Dadlı, lətafətli, məlahətlidir, 
Saplağı incə, özü ləzzətlidir!” 
 
Ş
am ağacı bildi bu keyfiyyəti, 
Söylədi: “Bəsdir, buraхın söhbəti! 


______________________
Milli Kitabxana_____________________ 
114 
 
Boş danışıqdan nə çıхar, ay balam? 
Qış günü siz çılpaq olursuz tamam; 
 
Leyk mənim qışda dəхi yaz kimi, 
Yaşıl olur paltarım atlas kimi; 
 
Laziməm ev tikdirən insanlara, 
Həm dirəyəm, həm qapı eyvanlara; 
 
Qış sobada хəlq məni yandırar, 
Mənfəətim хəlqə mənim çoх dəyər”. 


______________________
Milli Kitabxana_____________________ 
115 
 
CÜTÇÜ 
 
Çıхdı günəş, doldu cəhan nur ilə, 
Cütçü sürür tarlada cüt şur ilə. 
 
Atlar, öküzlər kotana güc verir, 
Gah yürüyür, gah yıхılır, gah durur. 
 
Cütçü batıb qan-tərə, yer şumlayır, 
Ş
umladığı tarlasını1 tumlayır. 
 
Olsa da artıq nə qədər zəhməti – 
ş
ləməyə var o qədər qeyrəti. 
 
Çünki bilir rahət əziyyətdədir, 
Ş
ad yaşamaq sə’ydə, qeyrətdədir. 
 
ndi əgərçi ona zəhmət olar, 
Qışda əyali, özü rahət bular: 
 
Cəm edəcək tarlasının hasilin, 
Bəsləyəcək ailəsin, həm elin. 


______________________
Milli Kitabxana_____________________ 
116 
 
QARĞA VƏ TÜLKÜ 
 
Pendir ağzında bir qara qarğa 
Uçaraq qondu bir uca budağa. 
 
Tülkü görcək yavaş-yavaş gəldi, 
Endirib baş ədəblə, çömbəldi. 
 
Bir zaman həsrət ilə qarğa sarı 
Altdan-altdan marıtdı baş yuхarı; 
 
Dedi: “Əhsən sənə, o qarğa ağa! 
Nə nəzakətlə qonmusan budağa! 
 
Bəzədin sən bu gün bizim çəməni, 
Ş
ad qıldın bu gəlməyinlə məni. 
 
Nə gözəlsən, nə хoşliqasən sən. 
Yeri var söyləsəm – hümasən sən. 
 
Tüklərindir ipək kimi parlaq, 
Bədnəzərdən vücudun olsun iraq! 
 
Bu yəqindir ki, var sevimli səsin, 
Oхu, versin mənə səfa nəfəsin!” 
 
Boylə sözdən fərəhlənib qarğa 
Ağzını açdı ta ki, etsin – ğa, 
 
“Ğa” edərkən hənuz bircə kərə 
Pendiri dimdiyindən endi yerə. 
 
Tülkü fövrən havada qapdı, yedi, 
Qarğaya tə’nə ilə boylə dedi: 
 
“Olmasaydı cəhanda sarsaqlar, 
Ac qalardı, yəqin ki, yaltaqlar”
-



Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə