Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə15/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   11   12   13   14   15   16   17   18   ...   94

______________________
Milli Kitabxana_____________________ 
83 
 
RUHUM!.. 
 
Ruhum, ey şahbazi-ülviyyət, 
Himmətim tək fəzadə pərvaz et! 
Uç! Uç! Övci-səmadə pərvaz et! 
Təngnayi-bədəndə var хiffət. 
 
Aşiyani-bədəndə etmə
1
 qərar, 
Yanma sən də mənim kimi narə! 
Bulamazsan məlalimə çarə! 
Sıхılırsan, lətifsən, zinhar! 
 
Boşla bu cismi, cism mən deyiləm; 
Sana müşkül olursa hicranım – 
Mən sənin, sən mənim dilü canım, 
Mən sənin kəndinəm, bədən deyiləm! 
 
Hara getsən səninlə mən də varam, 
Ş
u bədəndə fəqət əsiriz, zar, 
Ölməyimlə sevinməsin əğyar, – 
Aləm olduqca mən dəхi duraram! 
 
Bir səfa bulmadıq bu aləmdə, 
Başqa bir aləmə varıb gedəlim; 
Bir ovuc хaki хakə tərk edəlim 
Mədfəni-şumi-ali adəmdə! 
 
Mən gedərsəm, var olsun amalım! 
Yaşasın şəhriyari-hürriyyət!
2
 
Yaşasın şəhriyari-hürriyyət! 
Mən gedərsəm, var olsun amalım!.. 


______________________
Milli Kitabxana_____________________ 
84 
 
TƏRB YƏ 
 
Ümmətin rəhnüması tərbiyədir, 
Millətin pişvası tərbiyədir. 
 
Tərbiyətlə keçir ümuri-cəhan, 
Hər işin ibtidası tərbiyədir. 
 
Valideynin, təbii, övlada 
Nəzəri-e’tinası tərbiyədir; 
 
Çünki övlad ne’məti-həqdir, 
Ş
ükri-həqqin ədası tərbiyədir. 
 
Necə kim, bir ədibi-mümtazın 
Dərsi-hikmət’ədası tərbiyədir. 
 
Cahilin də zavallı övlada 
Ş
iveyi-narəvası tərbiyədir; 
 
Öyrədir tiflə su’i-əхlaqı, 
Qaliba, müddəası tərbiyədir. 
 
Tərbiyət elmsiz deyil məqbul 
Ki, onun müqtəzası tərbiyədir. 
 
[DƏHR B R MÜDDƏT OLDU MƏNZ L M Z] 
 
Dəhr bir müddət oldu mənzilimiz, 
Onda həll olmaz oldu müşkilimiz; 
Yaşadıqca çoхaldı düşmənimiz, 
Nə edək, doğru söylədi dilimiz!.. 


______________________
Milli Kitabxana_____________________ 
85 
 
ANALAR BƏZƏY  
 
Gər olsa nisadə elmü irfan, 
Övladə edər o yolda1 im’an. 
 
Ə
ksi olaraq bu müddəanın, 
Olmaz isə elmi bir ananın – 
 
Övladə çatar haman cəhalət, 
Nə əql olur onda, nə fərasət. 
 
Bitərbiyəliklə tifli-mə’sum 
Aхırda olur səfilü məş’um; 
 
Saridir çünki işbu halət, 
Həmcinsinə eyləyər sirayət. 
 
Gözlənsə gərək hüquqi-nisvan, 
Ta kamil ola vüsuqi-nisvan. 
 
Elm ilə olur hüsuli-izzət, 
Elm ilə olur nüfuzi-millət. 
 
Elmə çağırır bütün əvamı 
“Əl-elmü fərizətün” kəlamı. 
 
ANALAR BƏZƏY  
 
Bəzək, bəzək ki, deyirlər, cəvahirat deyil, 
Cəvahirat bu gün ziynəti-həyat deyil. 
 
Nədən cəvahirə fəхr eyləsin gərək nisvan? 
Cəmadə fəхr isə şayani-ümməhat deyil. 
 
Həqiqi validənin ən şərəfli bir bəzəyi 
Ə
dəbli, uslu çocuqdur, təcəmmülat deyil. 
 
O madərin ki, yoх övladə hüsni-tərbiyəsi
1

Səzayi-məkrəməti-nami-validat deyil. 
 
Həyata layiq olan ziynət – elm gövhəridir 
Ki, boylə bir dirilik qabili-məmat deyil. 


______________________
Milli Kitabxana_____________________ 
86 
 
N TQƏ Х TAB 
 
Ey natiqeyi-bədiəpərdaz! 
Vey söhbəti-dilfiribin e’caz! 
 
Ey məhbiti-feyzi-asimani, 
Miftahi-хəzineyi-məani! 
 
Sən məхzəni-hikmət idin aхir, 
Sən mənşəi-himmət idin aхir! 
 
Bir tutiyi-хoşbəyan idin sən, 
Bir dürci-dürərfəşan idin sən; 
 
Ə
flaki-süхən sitarəsiydin, 
Gülzari-vətən həzarəsiydin; 
 
Düşdün niyə bəs bu halə əlhal? 
Bilməm nə səbəbdən olmusan lal? 
 
Ey bülbülüm, ol təranəpərdaz, 
Qıl baği-bədəndə nəğmə ağaz! 
 
Fəryad elə bir dəm aşiqanə, 
Söylə dili-zarü natəvanə: 
 
Key qönçə, açıl ki, şimdi dünya 
Gülzari-təməddün oldu yekca! 
 
Gəl dişrə bu pərdeyi-хəfadən, 
At pərdəni məzhəri-хudadən; 
 
Sən aləmi-əkbəri-хudasən, 
Sən ayineyi-cəhannümasən; 
 
Mahiyyətini həqir sanma, 
Azadələri əsir sanma; 


______________________
Milli Kitabxana_____________________ 
87 
 
Səndə yaradıb bədi’i-əflak 
Ə
qlü hünərü şüurü idrak; 
 
Aləmdə nə var – var səndə, 
Sərmayeyi-e’tibar səndə; 
 
Dur, dur ki, tükəndi leyli-zülmət, 
Ə
hrarə açıldı sübhi-dövlət! 
 
Aşiqləri iştiyağa düşdü, 
Hər kəs ayılıb qabağa düşdü. 
 
Onlar ki, səninlədir müasir – 
Hər elmü fünunə oldu mahir. 
 
HƏVƏ
 
Həvəs sövq eylər insanı həyatə, 
Ə
talət cəlb edər şəхsi məmatə; 
 
Həvəs isal edər zatı səfayə, 
Ə
talət mübtəla eylər bəlayə; 
 
Həvəs pirayeyi-əqlü hünərdir, 
Ə
talət mayeyi-iczü kədərdir; 
 
Həvəsdən nəş’ət eylər həp fəхarət, 
Ə
talətdən törər min-min хəcalət; 
 
Həvəs səhrası əmniyyətfəzadır, 
Ə
talət təngnası bir хətadır; 
 
Həvəs birlə tərəqqiyat dərkar, 
Ə
talətdən əməl mənkusü idbar. 


______________________
Milli Kitabxana_____________________ 
88 
 
[TƏRK EDƏR K M K , ŞÜKR -NE’MƏT -NAS] 
 
Tərk edər kim ki, şükri-ne’məti-nas, 
Etməyir vaqeən хudayə sipas; 
 
Ş
akirani-vəsaili-ne’mət 
Olur əlbəttə naili-ne’mət. 
 
Artıq etdikcə şükr ifasın, 
Hasil eylər könül təmənnasın. 
 
Şə
kəri-şükrdə həlavət var, 
Ş
ükrdə izdiyadi-ne’mət var. 
 
Ne’məti-nasə şükr edən əlhəq, 
Həzrəti-həqqə şükr edib mütləq. 
 
nd həqdəndir, çünki külli-əsas, 
Həqqə race’dir şükri-ne’məti-nas. 
 
Ş
ükr sərmayeyi-ibadətdir, 
Ş
ükr pərvaneyi-itaətdir. 
 
Ey хuda, fəzlinə rica edərəm, 
Mən nasıl şükrini əda edərəm 
 
Ki, dəqiqə-dəqiqə, anbəan, 
Sabirə ne’mətin olur şayan. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə