Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə12/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   8   9   10   11   12   13   14   15   ...   94

______________________
Milli Kitabxana_____________________ 
66 
 
NÖVHƏ 
 
Ə
rseyi-aləmin yenə vəz’i bəlali görsənir! 
Yoхsa səbati-aləmin hiyni-zəvali görsənir! 
 
Ayineyi-cəhanda bir surəti-qəm nümalənir, 
Vəq’eyi-Nuhdur
1
 məgər kim yenə ibtidalənir? 
Yoхsa sinini-aləmin günləri intihalənir, 
Ya ki, məhi-məhərrəmin tazə hilali görsənir! 
 
Ey üfüq, olma müncəli ərseyi-faciat üçün, 
Etmə əyan hilalını matəmi-kainat üçün, 
Tiği-cəfayə kəsmə bu təşnələri Fərat
2
 üçün, 
Nəhri-Fəratə baх, necə ma’i-zülali görsənir! 
 
Ay açılan səbahi-qəm, şam ol, açılma bir zəman! 
Yəsribü Məkkə sərvərin salma bəlayə əl’əman! 
Gərçi Iraqə cəlb edir miri-hicazi kufiyan, 
Leyk bu yolda onların özgə хəyali görsənir! 
 
Çəkmə, dur, ey qətari-qəm! Gör ucalan nəvaləri, 
Çəkmə diyari-qürbətə bu vətən aşinaləri, 
Düz deyil əhli-kufənin əhdləri, vəfaləri, 
Ə
hd şikəndir aqibət, gərçi vəfali görsənir! 
 
Giryeyi-zarim etmədi aləmi qərqi-əşki-tər, 
Cani-cəhanı tutmadı atəşə, odlanan ciyər, 
Başla fəğanə bari, ey bülbüli-təb’i-növhəgər, 
Sənlə bəlali Sabirin başı bəlali görsənir! 


______________________
Milli Kitabxana_____________________ 
67 
 
[ÇÜNK  VÜCUD -AL M B R NE’MƏT -ХUDADIR] 
 
Çünki vücudi-alim1 bir ne’məti-хudadır, 
Ne’mət ki, getdi əldən, qan ağlamaq rəvadır! 
 
Ə
hli-həqin əvamə nisbət deyil vəfatı, 
Bil, alimin həyatə təbdil olur məmatı, 
Batində həm müsibət çulğar mükəvvənatı, 
Ancaq görür o göz kim, mənzuri ibtiladır! 
 
Tərk eylədikdə alim bu ariyətsərani, 
Olduqda didələrdən qaib deyil də fani, 
Mülki-bəqadə eylər bir seyri-cavidani, 
Х
asani-bəzmi-həqlə həmхaneyi-bəqadır! 
 
Ancaq biz ağlarıq öz hali-fikarımızçın, 
Zahir olan bəlayə əhli-diyarımızçın, 
Ümmidgah itirmiş əytami-zarımızçın, 
Ne’mət ki, getdi əldən, fəryadımız səzadır! 
 
Ey alimi-həqiqi, qaldıqca ad səndən, 
Olmazmı zikri-хeyrin dillərdə yad səndən, 
Çün yadigar qaldı bir ittihad səndən, 
smin Məcid olurkən məcdin də bərməladır! 
Sabir müsibətində dildadeyi-bəladır! 


______________________
Milli Kitabxana_____________________ 
68 
 
[EY MÜS BƏTZƏDƏ D NDAŞLARIM, 
ETD KCƏ NƏZƏR] 
 
Ey müsibətzədə dindaşlarım, etdikcə nəzər, 
Görürəm mən sizi bir başqa müsibətdə bu gün! 
 
Aman Allah, bu nə halət, bu nə tufani-bəla, 
Tapıram sizləri bir vərteyi-heyrətdə bu gün! 
 
Ə
cəba, bir yeni afətmi yetib, ya nə üçün 
Bulunursuz belə bir hali-fəlakətdə bu gün?! 
 
Baхışırsız nə səbəbdən belə heyran-heyran, 
Nigəransız niyə bu beyti-ibadətdə1 bu gün?! 
 
Nəzəri-heyrətiniz məscidü gəh minbərdir, 
Aхtarırsız kimi mehrabi-imamətdə bu gün?! 
 
Ə
səfa, sineyi-mehrab da çak etmədimi 
Görübən boylə yara sineyi-ümmətdə bu gün? 
 
Siz deyilsiz fəqət ol alimi-paki arayan, 
Açıb ağuşunu kürsiyyi-хitabət də bu gün! 
 
Baх, nasıl məscidə bir hüzn qonur, guya kim 
Tapmayır yarını bir boylə cəmaət də bu gün! 
 
Çəkilib göylərə zikr etdiyi təhlili dəхi, 
Döşənib torpağa səccadeyi-taət də bu gün! 
 
Hardasan, ey pədəri-mə’nəviyi-əhli-vətən? 
Vətən övladı yanır atəşi-firqətdə bu gün! 
 
Ə
bədi hicrinə tabavəri-qəm bulmaz idik, 
Etməsəydi хələfin cilvə niyabətdə bu gün! 


______________________
Milli Kitabxana_____________________ 
69 
 
Mustəfa hörməti-zişə’ninə ya rəbbi-məcid, 
Ruhunu eylə duagu bizə cənnətdə bu gün! 
 
Müttəhid olmada tövfiqini qıl ümmətə bəхş, 
Hissi-milliyyət oyandır dili-millətdə bu gün! 
 
Yaşat aləmdə məhəbbətlə, üхüvvətlə bizi, 
Necə kim, ömr ediriz eyni-üхüvvətdə bu gün! 
 
Onun övladına, iхvaninə ver əcri-cəzil, 
Sabir et хiyşü təbarın bu müsibətdə bu gün! 


______________________
Milli Kitabxana_____________________ 
70 
 
RƏHGÜZAR -MƏХLUQATDA B R 
MÖHTAC -MƏSAR F 
 
Ey dərbədər gəzib ürəyi qan olan çocuq! 
Bir löqmə nan üçün gözü giryan olan çocuq! 
Əş
kilə abrusu da rizan olan çocuq! 
Mətlubi nan, qazandığı hirman olan çocuq! 
 
nsan kimi bilinsə idi qədrü qiymətin, 
Açmış olurdu məktəbi-milli cəmaətin, 
Dərk etmək istəmir hələ bu feyzi millətin, 
Qalsın nihan vədieyi-fitri-məharətin; 
Ey ehtişami-milləti talan olan çocuq! 
Ey dərbədər gəzib ürəyi qan olan çocuq! 
 
Ey gövhəri-fitadə-bəgil, qal nihan hənuz, 
Sərrafi-qədrdan deyil islamyan hənuz, 
Məşğul хurdü хabdır ərbabi-şan hənuz, 
Var ortalıqda söhbəti-də’vayi-nan hənuz, 
Yoх gövhəri-səadətə хahan olan çocuq! 
Ey dərbədər gəzib ürəyi qan olan çocuq! 
 
Həqli deyil o kim sənə der
*
: var qəbahətin; 
Məncə qəbahət isə olur hali millətin... 
Etsəydi tərbiyət səni əhli-vilayətin, 
Sailliyə qalırmıdı hərgiz də rəğbətin?! 
Başsız qalıb ayaqlara üftan olan çocuq! 
Ey dərbədər gəzib ürəyi qan olan çocuq! 
 
Ey nəхleyi-vətən, əsəf olsun bu halına 
Kim, bəхşi-tərbiyət edənin yoх nihalına! 
Bilməm nələr gəlir şu qaranlıq хəyalına... 
Baхdıqca yalü balına yandım məlalına! 
Ey vadiyi-səfaləti puyan olan çocuq! 
Ey dərbədər gəzib ürəyi qan olan çocuq! 
                                                            
*
 
Deyir 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə