Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə11/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   7   8   9   10   11   12   13   14   ...   94


______________________
Milli Kitabxana_____________________ 
60 
 
  
TƏRANEY -ŞA RANƏ 
 
Süluki şairin eynən səfa deyil də, nədir? 
Vətənpərəstə bu məslək rəva deyil də, nədir? 
 
Nasıl da əsrə görə məzhər olmasın şair?! 
Füadı lövheyi-giytinüma deyil də, nədir? 
 
Хə
yalı məs’ədətü e’tilayi-əhli-vətən, 
Ş
üarı millətə mehrü vəfa deyil də, nədir? 
 
Səriri-səltənəti-şa ranə malikinin 
Livayi-himməti izzətgüşa deyil də, nədir? 
 
Bəleyk caizəculuqla vəsfgu şair 
Ş
u məsləkində yavuncu gəda deyil də, nədir? 
 
Pula sitayiş edən şairin bu qəhbəliyi, 
Nəhayət, əqbəh olan bir əda deyil də, nədir? 
 
Düri-хəzineyi-əhli-kəmal ikən əş’ar, 
Хə
zəf bəhasına satmaq cəfa deyil də, nədir? 
 
Mədihəgulərin əş’arı abruları tək 
Nisari-хaki-dəri-əğniya deyil də, nədir? 
 
Təməllüqatə yaqışmaz təbiəti-şair – 
Bu şivə məsləki-əhli-riya deyil də, nədir? 
 
Riyanı tərk edəlim zahidi-riyakarə, 
Dürənglik bizə nisbət хəta deyil də, nədir? 
 
Təbəsbüsatlə hasil olan beş-on günlük 
Ömürdən isə bir ölmək səza deyil də, nədir? 
 
Qulami-himmət olan şairi-qəzəlхanın1 
Zəbanı, nitqi həqaiqəda deyil də, nədir? 


______________________
Milli Kitabxana_____________________ 
61 
 
Deməm ki, şair olub həcvi-nasə aç dilini, 
Ə
minə həcv, kəmali-əza deyil də, nədir? 
 
Qərəzlə bir kəsə ithami-ləğvkaranə – 
Zəhi qəbahəti-əqlü zəka deyil də, nədir? 
 
Deməm ki, fasidi vəsf et, sakın fəsadından! 
Yamanə yaхşı demək nasəza deyil də, nədir? 
 
Vəleyk cadeyi-insafdən kənar olma 
Ki, rahi-ədl sirati-hüda deyil də, nədir? 
 
Rizayi-həqqi gözət, get rəhi-həqiqətlə, 
Bu yolda gəlsə bəla, həq riza deyil də, nədir? 
 
Ə
li, şikənceyi-əhli-diyarə ol Sabir, 
Bəlayi-hübbi-vətən lilvəla deyil də, nədir? 


______________________
Milli Kitabxana_____________________ 
62 
 
LT HAB -TƏƏSSÜRATIMDAN YENƏ B R 
Ş
Ö’LEY -CƏHANSUZUM 
 
Ə
l’əman, ey şahi-Yəsrib mədfənü Məkki vətən, 
Ya nəbiyyürrəhmə, ey məhbubi-rəbbi-zülminən, 
Şə
r’i-pakində həram olmaqda ikən sui-zənn, 
Ümmətin salim deyil bu хisləti-məzmumədən, 
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır! 
Gül könüllər qönçələr tək bağrı qan 
olmaqdadır! 
 
Nəş’eyi-sidqü səfadən əhli-dil olmaqda məst, 
Sağəri-iхlas olur səngi-məlamətdən şikəst, 
Etmədən təhqiqi-mətləb хəlq olub zahirpərəst, 
Cahilü nadan büləndü aqilü huşyar pəst, 
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır! 
Gül könüllər qönçələr tək bağrı qan 
olmaqdadır! 
 
stiqamət birlə sərv etdikdə meyli-e’tidal, 
Tişeyi-хərratdan təхlis üçün bulmaz1 məcal, 
Bir fərağət bulmuş ikən qəlb olur cayi-məlal, 
Gündə min tazə bəlayə uğrayır əhli-kəmal, 
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır! 
Gül könüllər qönçələr tək bağrı qan 
olmaqdadır! 
 
Ey bəsa müslim ki, itham ilə təkfir eylənir, 
Ey bəsa ali, gümani-bədlə təhqir eylənir, 
Sidq – kizbə, mehr – büğzü kinə tə’bir eylənir, 
Müхtəsər sidqü sədaqət əhli təkdir eylənir, 
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır! 
Gül könüllər qönçələr tək bağrı qan 
olmaqdadır! 


______________________
Milli Kitabxana_____________________ 
63 
 
Dəsti-qəlb-işkən cəsurü payi-himmət kəmqərar, 
Kari-batil hökmfərma, çeşmi-həqbin pürхumar, 
Bəхt tirə, yar sadə, çərх kəc, el hiyləkar, 
Ə
sr namərd, əhl bielm, əmr müşkil, elm хar, 
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır! 
Gül könüllər qönçələr tək bağrı qan 
olmaqdadır! 
 
Ya nəbiyyəl-müslimin, ey həq-təala rəhməti, 
Çoх fənadır əmrimiz, dərk eylə hali-ümməti, 
Getdi izzət, batdı şövkət, tutdu zillət milləti, 
Ə
l’əman, sümməl’əman (ya mən ileykə hacəti), 
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır! 
Gül könüllər qönçələr tək bağrı qan 
olmaqdadır! 


______________________
Milli Kitabxana_____________________ 
64 
 
ŞƏ
K BA  
 
Yar getdikcə təhəssür dili-şeydadə durar, 
Ömr vardıqca həvəs aşiqi-risvadə durar! 
 
Seyli-tə’n oylə təməvvüclə alıb dövrü bərim – 
Bənzərəm bir qocaman dağə ki, dəryadə durar! 
 
Döysə də canımı minlərcə məlamət ləpəsi, 
Zövrəqi-himmətim əvvəlki təmənnadə durar! 
 
Bisütun
1
 sinəsinə dəysə də min tişə, yenə 
Cövrə təmkin edərək durduğu mə’vadə durar! 
 
Nəqdi-can isə bəhayi-tələbi-yar, iştə, 
Can bəkəf aşiqi-sadiq belə sövdadə durar! 
 
Nə qəm, uğratsa da bir gün məni ifnayə zəman, 
Mən gedərsəmsə məramim yenə dünyadə durar! 
 
Durmuşam pişü pəsi-tə’ndə, Sabir, necə kim, 
O əliflər ki, pəsü pişi-ətə’nadə durar!
2
 


______________________
Milli Kitabxana_____________________ 
65 
 
Ə
N N 
 
Uçdun, ey ruhi-pürfütuhi-Həsən! 
Uçuşun iztirari-təndənmi? 
Qoca bülbül, niyə savuldun
1
 sən? 
Ya səfa bulmadın çəməndənmi? 
 
Ey həqiqi mücahidi-islam! 
Nəşri-irfanda etdiyincə dəvam – 
Səni alamə yaхdı yoхsa əvam? 
Gedişin kəsrəti-mihəndənmi? 
 
Yoхsa əkdikcə toхmi-sidqü səfa 
Səni təkdir edirmiş əhli-cəfa? 
Gözlədikcə bu yolda şərti-vəfa, 
Görmədin yardım əhli-fəndənmi? 
 
Ey Əkinçi
2
, məzariatında 
Bulmadınsa səmər həyatında, 
ş
tə hənga meyi-məmatında 
Bu tənəbbüt deyil Həsəndənmi? 
 
Leyk millət fəqət sifatın üçün, 
Mütəzəkkir nüuti-zatın üçün, 
Ə
səfa, bir bina simatın üçün 
Yadigar olmasın da səndənmi? 
 
Həsənim, şimdi qıl behiştə хüram, 
Onda Seyyid Əzimə söylə səlam: 
Key məhin şairi-bədi’kəlam 
Bir хəbər tutmasan vətəndənmi? 
 
Ürəfa məskəni olan Şirvan 
Cühəla хabgahidir əl’an3; 
Bizi iğfal edən bu nüktə həman 
Kəndimizdən deyil, zəməndənmi? 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə