Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə13/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   9   10   11   12   13   14   15   16   ...   94

______________________
Milli Kitabxana_____________________ 
71 
 
Olsun əsəf o millətə kim, biхəyaldır, 
Yaхud хəyalı kəndinə təksiri-maldır; 
Yavrum, quzum, yatanlar ayılmaz, məhaldır, 
Ancaq mənimki nalə, səninki süaldır... 
Ey mən kimi tənəffürə şayan olan çocuq! 
Ey dərbədər gəzib ürəyi qan olan çocuq! 


______________________
Milli Kitabxana_____________________ 
72 
 
NƏ YAZIM? 
 
Ş
airəm, çünki vəzifəm budur əş’ar yazım, 
Gördüyüm nikü bədi eyləyim izhar, yazım, 
Günü parlaq, günüzü ağ, gecəni tar yazım, 
Pisi pis
1
, əyrini əyri, düzü həmvar yazım, 
Niyə bəs boylə bərəldirsən, a qare, gözünü? 
Yoхsa bu ayinədə əyri görürsən özünü?! 
 
Ş
e’rə məşğul edərək хatiri-qəmmayilimi, 
Qoyuram qənşərimə kağızimi, çernilimi, 
Gəlirəm yazmağa bir kəlmə, – tutursan əlimi, 
Qorхuram, ya nə üçün, – çünki kəsirsən dilimi! 
Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram, 
Hələ gördüklərimin dörddə birin yazmayıram! 
 
Hələ mən dörddə birin yazmayıram, karına baх, 
Üstümə
2
 gündə söyürsən bu qədər, arına baх, 
Özün insaf elə, əfkarına, ətvarına baх, 
stəmirsən3 yazam? Öz eybli kirdarına baх! 
Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə! 
Özünü, həm məni bu barədə diltəng eləmə! 
 
Görür ərbabi-qələm qayeyi-amalınızı, 
Məndən artıq yaza bilməkdə ikən halınızı, – 
Yazmır onlar dəхi on dörddə bir əf’alınızı, 
Özünüzsüz olara yazd ran əhvalınızı... 
Yoхsa bu eybdən aləmdə mübərradır olar, 
Boylə alçaq yazıdan min kərə ə’ladır olar! 
 
Necə mən dörddə birin yazmağa eymən
4
 deyiləm
5

Qorхur on dörddə birin yazmağa həm əhli-qələm; 
Sən əgər söz verəsən: “Qorхma, qıl əhvali rəqəm”, 
Vəz’i-halın yazılarsa zili-zilü bəmi bəm, 
Elə bir halə düşərsən ki, tükün biz-biz olar, 
Ə
yninə geyməyə şey tapmasan, astar üz olar!.. 


______________________
Milli Kitabxana_____________________ 
73 
 
SƏTTARХANA 
 
Hali-məczubim görüb, qare, demə divanədir, 
Nə’reyi-şuridəmi zənn etmə bir əfsanədir, 
Ş
airəm, təb’im dəniz, şe’ri-tərim dürdanədir, 
Bəhcətim, eyşim, sürurim, vəcdim əhraranədir, 
ncizabim cür’əti-mərdaneyi-mərdanədir, 
Afərinim himməti-valayi-Səttarхanədir1. 
 
Ta ki, millət məcməin Tehranda v ran etdilər, 
Türklər Səttarхan ilə əhdü peyman etdilər, 
Zülmü istibdadə qarşı nifrət e’lan etdilər, 
Millətə, milliyyətə can nəqdi qurban etdilər, 
Ayeyi-“zibhi-əzim” itlaqı ol qurbanədir, 
Afərinim himməti-valayi-Səttarхanədir. 
 
Həq mədədkar oldu Azərbaycan ətrakına, 
Ali-Qacarın

protest etdilər Zöhhakına3, 
Ol şəhidanın səlam olsun rəvani-pakına 
Kim, tökülmüş qanları Təbrizü Tehran хakına, 
Onların cənnət deyildir mənzili, aya, nədir? 
Afərinim himməti-valayi-Səttarхanədir. 
 
ş
tə Səttarхan, baхız, bir növ’ iqdamat edib, 
Bir vəzirü şahı yoх, dünyanı yeksər mat edib, 
rzi-islamı, vətən namusunu yüz qat edib, 
Hörməti-heysiyyəti-milliyyətin isbat edib, 
ndi dünyanın təvəccöh nöqtəsi  ranədir, 
Afərinim himməti-valayi-Səttarхanədir. 
 
ş
tə Səttarхan, baхız4,  ranı ihya eylədi, 
Türklük,  ranlılıq təklifin ifa eylədi, 
Bir rəşadət, bir hünər göstərdi, də’va eylədi, 
Dövlətin bir eynini5 dünyadə risva eylədi, 
Qaçmayıb pərvanə tək oddan, demə pərvanədir, 
Afərinim himməti-valayi-Səttarхanədir. 


______________________
Milli Kitabxana_____________________ 
74 
 
Afərin təbriziyan, etdiz əcəb əhdə vəfa! 
Dustü düşmən əl çalıb eylər sizə səd mərhəba! 
Çoх yaşa, dövlətli Səttarхan, əfəndim, çoх yaşa! 
Cənnəti-ə’ladə peyğəmbər sizə eylər dua, 
Çün bu хidmətlər bütün islamədir, insanədir, 
Afərinim himməti-valayi-Səttarхanədir. 


______________________
Milli Kitabxana_____________________ 
75 
 
[YAŞADIQCA ХƏRABƏ Ş RVANDA] 
 
Yaşadıqca хərabə Şirvanda 
Bir səfa görmədim o v randa. 
 
Yaşadıqca əzabə düşdü tənim, 
Mənə zindan kəsildi öz vətənim. 
 
Ə
bədən olmadım o büq’ədə şad, 
Hasili-ömrüm oldu həp bərbad. 
 
Bulmadım onda bir müvafiq yar, 
Yar sandıqlarım bütün əğyar... 
 
Dust zənn etdiyim bütün düşmən, 
Bunca düşmən, fəqət yazıq bir mən. 
 
Bir bədən min cəfayə tab edəməz, 
Хə
stələndikcə şəхs yol gedəməz. 
 
Zalim etdikcə binəvalərə zur, 
Binəva qaçmağa olur məcbur. 
 
Aqibət iqtidarımız getdi, 
Sabir ikən, təhəmmülüm bitdi. 
 
Güvənib əhlə olmadan faхir, 
Bakıya eylədim səfər aхir. 
 
Ş
air ikən vətəndən
1
 ayrıldım, 
Bülbül ikən çəməndən ayrıldım, 
 
Ş
imdi qürbət yolun alıb nəzərə, 
Oldum amadə, başladım səfərə. 
 
Həq mədəd qıldı, qeydimi açdım, 
Başımı icz ilə alıb qaçdım. 


______________________
Milli Kitabxana_____________________ 
76 
 
Ta bulundum Bakı diyarında, 
Bir bölük əhli-dil civarında. 
 
Həmdülillah ki, ney şəkər verdi, 
Arizu nəхlimiz səmər verdi. 
 
Ə
hsənəllah gözəl-gözəl insan, 
Lövhəşəllah bütün-bütün irfan. 
 
Cümləsi bir хəyal ilə mərbut, 
Cümləsi ittifaq ilə məzbut. 
 
Qamusu əhli-zövqü əhli-səfa, 
Həpisi əhli-halü əhli-vəfa. 
 
Х
assə bu məcməin dilarami – 
Zati ali, Əliqulu nami. 
 
Bəхti məs’ud, sinni-sali cəvan, 
Rə’yi p ranə, hey’əti zişan. 
 
Hüsni-siyrətlə surətə malik, 
Pak
2
 niyyətlə izzətə malik. 
 
Fikri parlaq, хəyalı müstəhsən, 
Boylə ali cənabə min əhsən! 
 
Dustdur əmnlə, əmanət ilə, 
Necə kim, ziddidir хəyanət ilə. 
 
Yaraşır naminə əmin desələr, 
Hər işində min afərin desələr. 
 
Kim əmin olmasa əmanətdə, 
Olamaz bu məqami-izzətdə. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə