Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə16/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   12   13   14   15   16   17   18   19   ...   94

______________________
Milli Kitabxana_____________________ 
89 
 
[NOLA ƏRBAB -KƏMAL EYLƏYƏ TƏHS N 
MƏNƏ K M] 
 
Nola ərbabi-kəmal eyləyə təhsin mənə kim, 
Fələki-nəzmdə bir əхtəri-rəхşanəm mən. 
 
Х
aki-payimdi verən dideyi-хurşidə ziya 
Ki, Hüseyn nökərim, aləmə sultanəm mən. 
 
Dövr edər başimə hər gündə hümayi-dövlət 
Ki, əza gülşəninə bülbüli-nalanəm mən. 
 
Müddəilər gözünə хari-müğiylanəm əgər, 
Nəzəri-paki-əhibbadə gülüstanəm mən. 
 
Gərçi pür əhqəri-nasəm bu həqarətlə, vəli 
Zakiri-ali-əbayəm, şəhi-dövranəm mən. 
 
Sabirəm, səbr şiarımdı, qanaət tacim, 
Nəfsimə padşəhəm, sahibi-fərmanəm mən. 
 
Tapmışam fəqrdə bir хatəmi-istiğna kim, 
Deyərəm təхti-qənaətdə Süleymanəm
1
 mən.
 


______________________
Milli Kitabxana_____________________ 
90 
 
[YARAN, MƏGƏR K , MAH -ƏZA  BT DA OLUR] 
 
Yaran, məgər ki, mahi-əza ibtida olur, 
Hər yanda, hər məkanda büsati-əza olur. 
 
Qəm artırır müsibəti-övladi-Fatimə, 
Ari məlalə bais uzun macəra olur. 
 
Kükürdi-əhmər adlana layiqdi göz yaşı, 
Hər qətrəsində min əsəri-kimya olur. 
 
Ə
mma hədisi-ali-kisa rəf’i-qəm edir, 
Zira ki, nuri-mehr ilə zülmətzəda olur. 
 
Hər bəzmdə ki, zikri-hədisi-kisa ola, 
Cənnət əgər deyilsə o bəzmə rəva olur. 
 
Bir məclisi-şərifdi kim, хak dərgəhi 
Ə
hbabi-хas gözlərinə tutiya olur. 
 
Qüddu-siyani-aləmi bala nüzul edər, 
Dərgahi-həqqə rəhmət üçün mültəca olur. 
 
Bir bəzmi-pakdır ki, gəlir hüccəti-хuda, 
Bir yerdə kim, imam ola, hacət rəva olur. 
 
Qəmlər olur zədudə, günəhlər bağışlanır, 
Bir bəzmdə ki, midhəti-ali-əba olur. 
 
Sələvat zikr edin ki, şüru’i-kəlam edim, 
Mədhi-Əliyü ali-Əli ibtida olur. 


______________________
Milli Kitabxana_____________________ 
91 
 
[NƏGƏRDƏD KƏƏCƏL POŞTƏХƏM DE] 
 
Nəgərdəd kəz əcəl poştəm хəmide, 
Keşəm dər duş-e хud rənc-e Həmide
1

 
T ə r c ü m ə s i: 
 
Ə
gər əcəl əlində əyilməsəydi qəddim, 
Həmidənin zəhmətin çiynimdə mən çəkərdim. 
 
[ STƏRƏM ÖLMƏYI MƏN, LEYK QAÇIR 
MƏNDƏƏCƏL
 
stərəm
1
 ölməyi mən, leyk qaçır məndən əcəl, 
Gör nə bədbəхtəm, əcəldən də gərək naz çəkəm. 
 
[AR Z -QƏMLƏƏL NDƏ
ÜRƏY M Ş ŞŞ  D 
 
Arizi-qəmlər
1
 əlindən ürəyim şişmiş idi, 
Zənn edərdim edəcəkdir ona
2
 çarə ciyərim
3

Bəхti-mənhusimə baх
4
, mən bu təmənnadə ikən 
Başladı şişməyə indi üzü qarə ciyərim. 
 
[MƏNƏ BƏD KEÇD  ŞƏHR -ŞIRVANDA] 
 
Mənə bəd keçdi şəhri-Şirvanda, 
Mərəzim şiddət etdi hər yanda; 
Bir tərəfdən təvərrümi-ciyərim, 
Bir tərəfdən ürəkdəki kədərim. 


______________________
Milli Kitabxana_____________________ 
92 
 
[RAHƏM BEDƏH D, RU BERAH AMƏDƏƏM] 
 
Rahəm bedəhid, ru berah amədəəm, 
Bər dərgəh-e həzrət-e ilah amədəəm; 
Bitöhfe nəyamədəm, nə dəstəm хalist, 
Ba dəst-e pür əz həme qonah amədəəm... 
 
T ə r c ü m ə s i: 
 
Yol verin, tapmışam yolu, gəlmişəm, 
Olub bu dərgahın qulu, gəlmişəm. 
Töhfəsiz gəlmədim, əlim boş deyil, 
Ə
llərim günahla dolu gəlmişəm. 


______________________
Milli Kitabxana_____________________ 
93 
 
 
 
 
QƏZƏLLƏ


______________________
Milli Kitabxana_____________________ 
94 
 


______________________
Milli Kitabxana_____________________ 
95 
 
[QOYMA GƏLƏ, SAQ YA, 
ZAH D  MEYХANƏYƏ] 
 
Qoyma gələ, saqiya, zahidi meyхanəyə, 
Dönməyə meyхanəmiz məscidi-viranəyə. 
 
Urma gireh zülfünə, eylə həzər, ey sənəm! 
Oхşamasın şəkldə səbheyi-səddanəyə. 
 
Hirz ilə, əfsun ilə olmaz ilaci-cünun, 
Eşq sözündən səva söz demə divanəyə. 
 
Badeyi-təlх içrə bu nəş’eyi-şirin nədir? 
Yoхsa qoyub1 dilbərim ləb ləbi-peymanəyə?
2
 
 
Ş
imdi ki, üzdün əlin zülfi-pərişandən, 
Bari gəl izhar qıl dərdi-dilin şanəyə. 
 
Şə
m’i də yaхmaqdadır atəşi-sevdayi-eşq, 
Ş
ö’leyi-pərtövfüruz хasmı pərvanəyə?
3
 
 
Sabir o cənnətrüхün gəndümi-хalın görüb, 
Az qalıb Adəm4 kimi aldana bir danəyə. 


______________________
Milli Kitabxana_____________________ 
96 
 
[HƏR SƏR -MUYDƏ M N 
AŞ Q -NALANIN VAR] 
 
Hər səri-muydə min aşiqi-nalanın var, 
Məgər, ey şuх ki, bir cismdə min canın var? 
 
Leyliyə Qeys
1
 olur aşiq, sənə min-min Leyli, 
Aхtarırsan yenə bir aşiq, əcəb qanın var! 
 
Х
ahişin tərki-dilü can idi, mən həm etdim, 
Söylə, ey yar, görüm şimdi nə fərmanın var? 
 
Eyd-əzhadə qoyun kəsmə, boyun qurbanı, 
Aşiqi-zar kimi kəsməyə qurbanın var. 
 
Suzi-binaleyi-pərvanəni gör, ey bülbül, 
Səhni-gülzardə ancaq sənin əfğanın var. 
 
Hər mərəz çarəsini eyləmək asandı, təbib, 
Mərəzi-eşqə nə tədbir, nə dərmanın var? 
 
Sabira, qərq edər aхir səni bu seyli-bəla, 
Olma qafil belə kim, dideyi-giryanın var. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə