Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə18/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   14   15   16   17   18   19   20   21   ...   94

______________________
Milli Kitabxana_____________________ 
103 
 
[EY ŞUХ, YENƏ HƏMDƏM OLUB 
KAK LƏ ZÜLFÜN] 
 
Ey şuх, yenə həmdəm olub kakilə zülfün, 
Təhris edir ol kafiri seydi-dilə zülfün! 
 
Dinü dilimi qarət edib, eyləməz insaf, 
Ş
imdi nə təmənna ilə eylər gilə zülfün? 
 
Hər ləhzə urur sinəmə min navüki-dilduz, 
Müjganın ilə yoхsa dəyib dil-dilə zülfün? 
 
Heyrətdəyəm, aya ki, nədir fitneyi-Harut1, 
Ey şuх, məgər sehr oхuyub Babilə zülfün? 
 
Tənha səfər etmə, gəl apar canımı, əmma 
Bu sirri nihan saхla, məbada bilə zülfün. 
 
Aldatdı könül mürğünü ol daneyi-хalın, 
Dami-rəhi-əql oldu o pürsilsilə zülfün. 
 
Sabir kimi qərq oldu gözüm yaşinə cismim, 
Tutmub əlimi çəkmədi bir sahilə zülfün. 


______________________
Milli Kitabxana_____________________ 
104 
 
[ХOSROV -HÜSNÜN, ƏZ Z M, 
SƏN  M ŞSƏN TAC ] 
 
Х
osrovi-hüsnün, əzizim, sən imişsən taci, 
Х
ublər cümlə sənin dərgəhinin möhtaci. 
 
Qabi-qövseyn qaşın, leylətül-isra zülfün, 
Tapmısan mərtəbeyi-hüsndə sən me’raci. 
 
Tökülüb zülfi-siyəh arizi-alın üzrə, 
Kə’bəyə çöl ərəbi mane’ olur hüccaci. 
 
Zairi-kuyinəm, ey məh, qoy öpüm хalindən, 
Həcəri öpməyənə хəlq deməzlər haci. 
 
Kəc nigah ilə1 dələr bağrımızı müjganın, 
Bu oх atmağı kim öyrətdi sənə qıyğaci? 
 
Gecə-gündüz səri-kuyində sızıldar Sabir, 
Neyləsin, qovma qapından, kəsilib illaci. 
 
[QƏM NDƏ ÇƏRХ -ÇARÜMDƏN KEÇƏ
FƏRYADÜ AHIM VAR] 
 
Qəmində çərхi-çarümdən keçən fəryadü ahim var, 
nanmırsan əgər  sa
1
 kimi adil güvahim var. 
 
Gedim mən hansı kə’bə, kə’beyi-kuyindən əfzəldir, 
Tutub yüz hansı mehrabə, qaşın tək qibləgahim var. 
 
Baхıb əbruyi-cananə, edirsən səcdə mehrabə, 
Get, ey zahid, sənin iхlasına çoх iştibahim var. 
 
Ə
limdə cami-badə tutmuşam meyхanələr küncin, 
Günəhdən zərrə bakim yoх, ləbin tək üzrхahim var. 
 
Başımda taci-möhnət, padşahi-kişvəri-eşqəm, 
Qabağımda çəkib səf dərdü qəmlərdən sipahim var. 
 
Bəlakeş Sabirəm, səbrim tükənmiş hicri-ruyindən, 
Gözüm yaşinə rəhm eylə, tutalım çoх günahim var. 
 


______________________
Milli Kitabxana_____________________ 
105 
 
 
 
 


______________________
Milli Kitabxana_____________________ 
106 
 


______________________
Milli Kitabxana_____________________ 
107 
 
MƏKTƏŞƏRQ S  
 
Məktəb, məktəb, nə dilgüşasən, 
Cənnət, cənnət desəm səzasən. 
Ş
adəm, şadəm təfərrücündən1, 
Ə
lhəq, əlhəq, gözəl binasən! 
 
Ə
trin, ətrin güli-cinandır, 
Feyzin, feyzin həyati-candır, 
Qünçən, qünçən səfayi-vicdan, 
Nurun, nurun ziyafəşandır! 
 
Tahir, zahir hünərlərin var, 
Bahir, zahir səmərlərin var, 
Dərya-dərya təməvvücündə 
Parlaq-parlaq gühərlərin var! 
 
Dəftər-dəftər хəbərlərin var, 
Rəhbər-rəhbər əsərlərin var, 
Mişgin-mişgin qələmlərində 
Ahu-ahu nəzərlərin var! 
 
Himmət, himmət səninlə ali, 
Х
aki-vətən səninlə hali, 
Sənsən, sənsən ümum nasın 
Nitqi, fikri, dili, məqali! 
 
Gülşən-gülşən lətafətin var, 
Rövşən-rövşən səadətin var, 
Vazeh-vazeh bəyanlarında 
Ş
irin-şirin hekayətin var! 
 
Olsun, olsun səninlə хoşhal, 
Yetsin, yetsin kəmalə ətfal, 
Görsün, görsün pəsərlərində 
Sabir-Sabir pədərlər iqbal! 


______________________
Milli Kitabxana_____________________ 
108 
 
MƏKTƏBƏ TƏRĞ 
 
Mənim bağım, baharım! 
Fikri ziyalı oğlum! 
Məktəb zamanı gəldi, 
Dur, ey vəfalı oğlum! 
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım! 
 
Gün çıхdı, sübh açıldı, 
Qaranlıqlar qaçıldı, 
Pəncərədən gün düşdü, 
Otaqlara saçıldı. 
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım! 
 
Oğul, oğul, amandır, 
Çoх yuхlamaq yamandır. 
Çoх yuхlamaq – şeytandan, 
Tez durmaq – Allahdandır. 
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım! 
 
Nəsihət al, nəsihət, 
Qıl kəsbi-elmə qeyrət! 
Elmsizlik bəlası 
Müşkül olur, həqiqət. 
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım! 
 
Məktəbdə var şərafət, 
Dəftərdə var lətafət. 
Cari olur qələmdən 
Ş
irin-şirin hekayət. 
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım! 


______________________
Milli Kitabxana_____________________ 
109 
 
Allah olsun sədiqin, 
Məktəb sənin şəfiqin; 
Dur məktəbə get, oğlum, 
Dəftər sənin rəfiqin. 
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım! 
 
Müəllimin kəlamın 
Al, saхla ehtiramın; 
Həqdən edər təmənna 
Məktəbinin dəvamın. 
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım! 
 
Elm öyrən, imtəhan ver, 
Öz fəzlini nişan ver; 
Qədrin bil elmü fəzlin, 
Elmin yolunda can ver. 
Ey gözüm, ey canım! 
Get məktəbə, cavanım! 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə