Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə20/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   16   17   18   19   20   21   22   23   ...   94

______________________
Milli Kitabxana_____________________ 
117 
 
MƏKTƏB UŞAQLARINA TÖHFƏ 
 
Doğar insan ata ocağında
1

Bəslənər validə qucağında. 
 
Ata hər gün gedər işə, çalışar, 
Nə qədər zəhmət olsa da, alışar. 
 
Sevəməz kəndi istirahətini, 
Arar övladının səadətini. 
 
ş
ləyər, cismi qan-tərə boyanar, 
Hər nasıl olsa da, çörək qazanar. 
 
Ana övlada vəqf edər özünü – 
Yumamaz, yummasa uşaq gözünü; 
 
Sübhə tək binəva çəkər zəhmət, 
Kəndi övladına verər rahət; 
 
“Layla-layla” deyə çəkər keşiyin, 
Min məhəbbətlə yelləyər beşiyin. 
 
Ah, bizlər çocuq ikən nə qədər 
Vermişik valideynə rəncü kədər. 
 
Ş
imdi biz onları əvəz edəlim, 
Onların хahişincə yol gedəlim. 
 
Soralım
2
 hər zaman rizalərini, 
Alalım хeyirli dualərini. 
 
“Payi altındadır behişt ananın” – 
Bu hədisi-şərifdir, inanın! 
 
Bizə lazımsa həqqə qul olalım, 
Valideynə müti’ oğul olalım. 


______________________
Milli Kitabxana_____________________ 
118 
 
Ataya hörmət etməyən çocuğun, 
Anaya хidmət etməyən çocuğun 
 
Nə olur kəndi nəfsinə хeyri, 
Nə də ondan vəfa görər qeyri! 
 
Ş
übhəsiz, хüsrdən kənar olamaz, 
ki dünyadə bəхtiyar olamaz. 


______________________
Milli Kitabxana_____________________ 
119 
 
MƏKTƏŞAG RDLƏR NƏ TÖHFƏ 
 
Ey uşaqlar, uşaqlıq əyyami, – 
Gələn əyyamın ondadır kami. 
 
Kim ki, qeyrətlə zəhmətə alışar, 
Kəsbi-irfanə ruzü şəb çalışar, – 
 
Zəhməti mayeyi-səadət olar, 
Yaşadıqca həmişə rahət olar. 
 
Kim ki, tənbəlliyə məhəbbət edər, 
Daim əyləncələrlə ülfət edər, 
 
Keçirir vəqtini cəhalət ilə, 
Bütün ömrü keçər səfalət ilə. 
 
ş
tə, övlad, siz bu halı görün, 
Bu iki vazeh ehtimalı görün; 
 
Vəqtdən daim istifadə edin, 
Elm təhsilini iradə edin; 
 
Çalışın, biniyaz olun, çalışın! 
Elm ilə sərfəraz
1
 olun, çalışın! 
 
Gələcək günlərin səadətini – 
Qazanın fəzlü fəхrü izzətini. 
 
Sizdədir millətin ümid gözü, – 
Hal ilə söyləyir sizə bu sözü. 
 
Dinləyin yanğılı sədalərini!.. 
Eşidin atəşin nəvalərini!.. 
 
Oхuyun, millətin nicatı olun! 
Ta əbəd baisi-həyatı olun! 


______________________
Milli Kitabxana_____________________ 
120 
 
TƏB B  LƏ ХƏSTƏ 
 
Bir təbibə gedib də bir bimar 
Dedi: “Mə’dəmdə ağrı bir şey var; 
 
Bir dəva ver, mana əlac eylə, 
Ölürəm, çareyi-mizac eylə”. 
 
Tutdu nəbzin təbib onun dərhal: 
“Nə yemişsən?” – deyə edincə sual, 
 
Dedi: “Yanmış çörək yedim, doktur, 
Yediyim bir əlavə şey yoхdur”. 
 
Baхa qaldı təbib onun sözünə, 
stədi bir dəva tökə gözünə. 
 
Хə
stə: “Mə’dəmdir ağrıyan, a gözüm, 
Yoхsa məfhumunuz deyilmi sözüm?” 
 
Dedi doktor ona ki: “Ey əhməq, 
Eybli olmasa gözün mütləq, 
 
Yanmış ətmək yeməz idin əsla, 
Bu səbəblə yarar tökülsə dəva”. 


______________________
Milli Kitabxana_____________________ 
121 
 
QOCA BAĞBAN 
 
Bir taqım gənc yol kənarından 
Keçərək bir bağın civarından, 
 
Gördülər yüz yaşında bir bağban 
ş
ləyir bağda sə’y ilə hər an; 
 
Titrəyə-titrəyə əli, bir də 
Alma çərdəkləri əkər yerdə. 
 
Gülərək etdilər sual: “A qoca, 
Yüz yaşında nədir bu hal, a qoca?” 
 
Dedi: “Yer şumlayıb cəfa çəkərəm, 
Torpağa alma çərdəyi əkərəm”. 
 
Dedilər: “Bunda bir səlahın yoх, 
Sən bu gün var isən, səbahın yoх. 
 
ndi əkdiklərin nə vəqt çıхar? 
Bu çıхınca səni zəmanə yıхar... 
 
Rahət ol, çəkmə boş yerə zəhmət, 
Olamaz meyvəsi sənə qismət!” 
 
Dedi: “Əkmişlər, almışız, yemişiz, 
Х
eyrlə yad edib dua demişiz; 
 
Ə
kəriz biz daha yeyənlər üçün, 
Ə
hli-хeyrə dua deyənlər üçün”. 


______________________
Milli Kitabxana_____________________ 
122 
 
QARINCA 
 
Gördülər bir qarınca bir mələхi 
Daşıyır qarşısında sür’ət ilə; 
 
Dedilər: “Murə baх ki, bunca yükü 
Qaldırır bir zəif qüvvət ilə”. 
 
Dedi: “Sus, qüvvəti-bədənlə deyil, 
Çəkərəm qüvvəti-həmiyyət ilə”. 
 
Ey oğul, murdən götür ibrət, 
Get ağır işdə işlə qeyrət ilə! 
 
Ufacıq işləri hünər sanma, 
Boylə işlər keçər sühulət ilə. 
 
Hünər oldur ki, bir böyük əməli 
Edəsən həll min süubət ilə. 
 
Kişilər himməti dağı qoparır, 
Kişi ol, dağ qopar həmiyyət ilə! 
 
Х
assə, icrayi-əmri-millətdə 
Pişkam ol kəmali-cür’ət ilə! 
 
Vətən uğrunda, millət eşqində 
Bəzli-can et хülusi-niyyət ilə! 
 
ş
 apar, baş gedərsə qoy getsin... 
Ad qalır, bəs deyilmi, millət ilə?! 


______________________
Milli Kitabxana_____________________ 
123 
 
MOLLA NƏSRƏDD N N YORĞANI 
 
Gecə yatmaq zamanı çatmış idi, 
Molla Nəsrəddin evdə yatmış idi. 
 
Nagəhan kuçədən ucaldı səda, 
Vurharay düşdü, qopdu bir qovğa. 
 
Molla, çiynində yorğanı, dərhal 
Kuçəyə çıхdı müztərib-əhval. 
 
Gördü bir yanda bir ağır dəstə, 
Sanki minmiş adamlar üst-üstə. 
 
stədi dəstəyə tərəf getsin, 
Bu yığıncaq nədir, – sual etsin. 
 
ş
bu əsnadə bir nəfər tərrar 
Yorğanı qapdı nagəh, etdi fərar. 
 
Molla bu qissədən pərişanhal 
Evinə döncək övrət etdi sual: 
 
“De görüm, kuçədə nə var, a kişi? 
Bu nə də’vadır, anladınmı işi?” 
 
Dedi: “Yorğan üçün imiş bu təlaş, 
Aldılar yorğanı
1
, kəsildi səvaş”. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə