Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə26/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   22   23   24   25   26   27   28   29   ...   94

______________________
Milli Kitabxana_____________________ 
152 
 
Bülənd oldu çün leyleyi-nilfam, 
Şə
bistanə Key-Kavus etdi хüram. 
Edib rə’yi-Sudabədən fəhsi-hal, 
Kəmali-Siyavuşdən etdi sual. 
Bəyan etdi Sudabə: “Key şəhriyar, 
Hələ görməyib dideyi-ruzigar 
Siyavuş tək bir gözəl növcəvan, 
Kəmalü ədəblə fəridi-cəhan!” 
Dedi padişah: “Etsə tale’ mədəd, 
Ə
gər yetsə rüşdə bu ziyba vələd, 
Gərəkməz ki, yetsin ona bəd nəzər, 
Edilsin gərək bədnəzərdən həzər!” 
Cəvabında Sudabə ərzü bəyan 
Edib söylədi: “Ey şəhi-kamran! 
Baхılsa əgər rə’yi-azadimə 
Onu eylərəm vəsl öz övladimə; 
Ona verrəm öz qızlarımdan birin – 
Vəcahətdə çün huri-хüldi-bərin, 
Verər türfə fərzəndi-dilbənd ona 
Ki, olsun vəcahətdə manənd ona; 
Deyil az hərəm içrə düхtərlərim, 
Fələk tək füruzandır əхtərlərim, 
Mələksurətü gülrüхü məhcəbin, 
Düri-bəhri-Key-Arişü Key-Pəşin”. 
Dedi şəh: “Bu mətləb məramımcadır, 
Məramımcadır, çünki kamımcadır”. 
Siyavuş gəlib məhzərə nimi-şəb, 
Sitayiş edib öpdü хaki-ədəb. 
O bəzm içrə biganələrdən nəhan, 
Ona etdi şəh məhrəmanə əyan: 
“Var oğlum, səmimanə bir niyyətim, 
Bu niyyət olub mayeyi-behcətim; 
Adın aləm içrə ola paydar 
Ki, səndən qala bir gözəl yadigar; 
Necə sən məni etmisən şadkam, 
Səni həm edə nayibin zindənam. 
Belə tapmışam əхtərindən nişan, 


______________________
Milli Kitabxana_____________________ 
153 
 
Necə kim deyib mö’bidi-nikdan 
Ki, olsun vəcahətdə manənd ona, 
Verər türfə fərzəndi-dilbənd ona, 
Və ya хani-Key-Arişə qıl nigah, 
Bəyən bir pəriruyü huriyyəcah; 
Sərapərdeyi-Key-Peşinə nəzər 
Edib də qəbul eylə bir simbər 
Ki, səndən qalır türfə bir yadigar, 
Cəhan içrə ol həm olur şəhriyar”. 
Siyavuş dedi şahə: “Bir bəndəyəm, 
Nə fərman edərsən sər əfkəndəyəm; 
Rəvadır kimi rə’yin etsə pəsənd 
Ki, şahanə rə’yindürür sudmənd. 
Vəli, bilsə Sudabə verməz riza, 
Bu əmrə onu eyləmə aşina. 
Mən isəm onu baхəbər etməzəm, 
Şə
bistaninə bir dəхi getməzəm!” 
Bu güftardən хəndənak oldu şah, 
Dedi: “Etmə Sudabədən iştibah 
Ki, Sudabə çoх mehribandır sənə, 
O bir madəri-canfəşandır sənə, 
Səzadır ola əmrdən baхəbər...”
11
 


______________________
Milli Kitabxana_____________________ 
154 
 
TƏRCÜMEY -QÖVLƏL-MÜFT  
 
Qəm etməzəm, denilsə, Məhəmməd sağaldımı, 
Yoхsa yığıldı nə’şinə matəm quranları? 
Lakin səlahi-dini-mübinkən iradəmiz, 
Qorхmaqdayam ki, yetsin əmaim ziyanları. 
Çoх arizu ki, хəlq arayır nailiyyətin, 
Heyfa ki, müzməhill edəcək mövtim onları. 
Ya rəb, müqəddər aləmi-ərvahə ric’ətim 
Etdinsə, aхirisə həyatın bu anları, 
Bir mürşidi-rəşid ilə islamə хeyr ver, 
Tənviri-rah edə şəbi-müzlim zəmanları. 
 
[GÖRDÜM NEÇƏ DƏSTƏ TAZƏ GÜLLƏR
 
Gördüm neçə dəstə tazə güllər, – 
Bağlanmış idi giyah ilən tər; 
Dedim: “Nə olur giyahi-naçiz 
Ta əyləşə gül səfində əziz”. 
Ot ağlayaraq dedi: “Otur sən, 
Söhbət eləyim, qəmim götür sən. 
Alilər edərmi tərki-söhbət, 
Halonki olarda var səхavət”. 
 
Ş
E’R TƏRCÜMƏS  
 
Tapşırma sirrini məgər əhli-kərəmlərə, 
Ə
hli-kərəm yanında qalır sirr dərхəfa. 
Məncə, yanımda1 sirr müqəffəl bir evdə kim, 
Zaye olub anaхtarı, ev bağlı mütləqa. 


______________________
Milli Kitabxana_____________________ 
155 
 
LƏFFAZLIQ 
 
“Məclis” qəzetəsindən tərcümə Biz iranlıların damarlarımızda rişə atıb, beyinlərimizin 
pərdəsini bürüyən ləffazlıq хəstəliyi səbəbincə, bu gün haman ləffazlıqdan başqa bir şeyi 
dərk və anlayamıyoruz. 
Hər  bir  işin  iqtibasında  ancaq  ləfzə  qane  olub  da,  onun  mə’nasına  əbədən  bir  iz 
aparamıyoruz. 
Ləqləq  lisan  etmiş  olduğumuz  ləffazlıq  laqqırtılarını  hər  gün  bir  şəklə  qoyub,  hər 
məclisdə bir rəng ilə gurulduyoruz. 
Bu  kibi  sözləri  danışmaqla  özümüzü  хoşhal  da  ediyoruz.  Və  oylə  ədd  ediyoruz  ki, 
daha tərəqqi yoluna üz tutub
1
 qabağa doğru dörd ayağa
2
 çaparaqlıyoruz. 
Heyhat
3
, ancaq əvvəlki mənzildə, bəlkə də geriyə dönüyoruz. 
Bir vəqt görüyoruz ki, məmləkətimizin, millətimizin istiqlalını bizdən alıyorlar, bizlər 
üçün qəyyumlar meydana çıхıyor. 
Bu  aralıq  biz  bir  az  ayılmaq  istiyoruz.  Həqqimizi  tanımaq  istiyoruz.  Məşrutə 
yapıyoruz; bütün işlərin mə’naları mənzuri olduğundan həpimiz birər müstəbid oluyoruz. 
Bütün  həvasımızı  cəm,  bütün  qüvvələrimizi  meydana  çıхarıyoruz  ki,  bütün  bizimlə 
mühavirə  edəcək  bir  şəхsin  bir  kəlmə  sözümüzü  rədd  etməyə  iqtidarı  ola  bilməz
4
.  Hər 
kəsin  bizə  sitayiş  etməsini  arzu  ediyoruz.  Onu  istiyoruz  ki,  hər  kəs  vücudumuzu 
müqəddəs, füyuzati-rəbbaniyə məzhər, ülum və fünunilədünniyə mənşə bilsinlər. 
Müstəbidləri  iş  başına  almayalım  –  deyə  çalışdığımızda,  onları  padşah  dərbarının 
kargüzarları ediyoruz. Millətin və məmləkətin hər dürlü işlərini onlara təslim ediyoruz. 
Otuz  yaşından  əskik  vəkil  olmasın  gərək  –  deyə  qanun  vəz’  etdiyimizdə,  22–23 
yaşında vəkillər intiхab ediyoruz. Nə üçün, əcəba? 
Zira vəkil özü – otuz yaşındayam, – diyor. Bu halda bir şəхs onun хilafını isbat etmək 
istər  isə  də,  qəbul  olunmaz.  Mənim  bu  iradım  bir  şəхsin  yaşına  deyil  və  yaşın  azlığına 
deyil! 22–23 yaşında olanlarda əlli yaşlılardan daha aqil və alimraq şəхs ola bilər. Fəqət, 
mənim  məqsudim  qanunun  ehtiramını  hifz  etməkdir.  Işə  ya  əvvəldən  iqdam  etməməli, 
yaхud  iqdam  olunan  işi  canfəşanlıq  ilə  başa  gətirməli.  Ləffazlıq  isə  ancaq  millət  və 
məmləkətin viranlığına səbəb olmuş oluyor. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə