Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə24/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   20   21   22   23   24   25   26   27   ...   94

______________________
Milli Kitabxana_____________________ 
144 
 
Gedirdi onunla Təhəmtən bəhəm 
Ki, şəhzadəyə yetməsin bir ələm. 
Cəhan əhli bu eyşə dilşad olub, 
Qəmü qüssədən cümlə azad olub, 
Hamı eyşü işrət şiar etdilər, 
Zərü simü ənbər nisar etdilər. 
Siyavəхşü Rüstəm firavan sipah, 
Mənazil sürüb, etdilər teyyi-rah. 
 
Rüstəmin Siyavuş
rana gətirməyi 
 
Olub ta ki, Kavus-Key baхəbər, 
Buyurdu, açıldı livayi-zəfər. 
Götürdü sipahi-giran Givü Tus, 
Çalındı neyü nayü şeypurü kus. 
Büsati-tərəb cümlə saz etdilər. 
Rəvan oldular, pişvaz etdilər. 
Iki fövc edib bir-birin didü bus, 
Döyüldü iki səmtdən təblü kus. 
Bu didar ilə şadman oldular. 
Dəri-qəsri şahə rəvan oldular. 
Pərəstarlər məcməri-udlə9, 
Nəvazəndələr çənglə, udlə. 
Sərəfrazlər müntəzəm səfbəsəf, 
Sipəhdarlər müntəzir hər tərəf; 
O şəhzadəyə şahrah açdılar, 
Х
üram eylədikcə gühər saçdılar. 
Görüb təхtin üstündə Gavi-səri, 
Dirəхşəndə хurşid tək əfsəri 
Düşüb səcdəyə qıldı əvvəl nəmaz, 
O, mə’budinə etdi razü niyaz. 
Sora məhzəri-şahə etdi səlam, 
Sipəhbud olub şad, fərхəndəkam, 
Alıb bağrına basdı şəhzadəsin, 
Bülənd etdi şəh sərvi-üftadəsin. 
Sual eylədi cümlə halatını, 


______________________
Milli Kitabxana_____________________ 
145 
 
Bəyan etdi Rüstəm kəmalatını. 
Nişimən ona verdi firuzə təхt, 
Mürəssə’ nişanü mülukanə rəхt; 
Görüb oğlunu cümlədən sərfəraz, 
Düşüb səcdəyə etdi şükrü niyaz: 
“Ki, ey sanei-nurü nar, afərin, 
Ola sün’ünə səd həzar afərin! 
Məni sərbüləndi-cəhan eylədin, 
Müəyyəd qılıb hökmran eylədin; 
Səadət-qərin etdin e’zazlə, 
Х
üsusən bu fərzəndi-mümtazlə”. 
Bu halı görüb məclis ə’yanları 
Qoşun bəyləri, dövlət ərkanları 
Deyib mərhəbalər o məhmənzərə, 
Sipas etdilər həzrəti-davərə. 
Bu cəşnə baхıb iftiхar etdilər, 
Zərü simü gövhər nisar etdilər. 
Pəs ol dəm buyurdu şəhi-nikpey, 
Х
idivi-cəhandar, Kavusi-Key: 
“Gərək leşkər etsin sürurü nişat, 
Sürurü nişatə açılsın büsat!” 
Büzürgani-Iran qurub dəstgah, 
Bəzəndi tilalətlə qəsri-şah. 
Nə bir qəsri-şah oldu arastə, 
Nə tənha sipah oldu arastə. 
Bəzəndi bütün şəhrü bazarü bağ, 
Ağaclar olub hər biri çilçıraq; 
Ə
yan oldu hər səmtdən min sürur, 
Hər ev oldu bir məclisi-eyşü sur. 
Bu minval hər həftə, hər sübhü şam 
Sürurü nişat eylədi хasü am. 
Tamam oldu bir həftə, əmr etdi şah, 
Səfaralıq etdi dübarə sipah. 
Açıldı dəri-gəncü babi-kərəm, 
Gühər saçdı eyzən səhabi-kərəm: 
Zərü simü möhrü külahü kəmər, 


______________________
Milli Kitabxana_____________________ 
146 
 
Ə
mudü sinanü хədəngü sipər; 
Tila kisə-kisə, gühər ovc-ovc, 
Хə
dəm dəstə-dəstə, həşəm fovc-fovc, 
Dürü lə’lü yaqutü zər keyl-keyl, 
Süturani-tazinəsəb хeyl-хeyl, 
Libasü qumaşi-zəri dəst-dəst, 
Хə
zü tirmeyi-pürbəha bəst-bəst 
Edib bəхş, verdi rəvac oğluna, 
Məgər vermədi təхtü tac oğluna; 
Deyildi səzavari-əfsər hənuz, 
Cəvan idi ol mahmənzər hənuz. 
 
zdiyad 
 
Vəli, etdi şəfqətlə bir dəm nigah, 
Belə söylədi oğluna padşah: 
“Ki, ey nayibim, yadigarım, oğul! 
Gülüm, gülşənim, nöbəharım, oğul! 
Demə sərbüləndəm ki, şəhzadəyəm, 
Ə
sarət nədir, mən ki, azadəyəm; 
Mühəyyadürür təхtü tacım mənim, 
Nədir kimsədən ehtiyacım mənim?! 
Sənə, qaliba, elm olur ehtiyac, 
Tapar elmlə mülkü dövlət rəvac. 
Demə irsi-əbdir mənə taci-zər, 
Sənə irsdir bəlkə elmi-pədər. 
Zərin tacına eyləmə iftiхar, 
Hünər birlə ol tacə minnətgüzar. 
Ə
dəb iktisabında çoх şaiq ol, 
Vücudunla təхti-zərə layiq ol; 
Rəiyyətnəvaz ol, ədalətşiar, 
Rəiyyətlə dövlət olur bərqərar. 
Demə, eylərəm tacı səndən diriğ, 
Vəli, qıl təkamüldə sə’yi-bəliğ. 
Səninçin bu taci-şəhi bəslərəm, 
Həman sərbülənd olmağın istərəm!”
10
 


______________________
Milli Kitabxana_____________________ 
147 
 
Tərcümə 
 
Bu minval ilə yeddi il hər zəman 
Edirdi Siyavəхşi şah imtəhan. 
Hər işdə onu gördü huşyardır, 
Dəхi tacə, təхtə səzavardır. 
Qurub bəzmi-işrət şəhi-ərcümənd, 
Siyavəхşi tac ilə qıldı bülənd. 
Məramə çatıb gördü mənzurini, 
Yazıb pərniyan üzrə mənşurini. 
Kuhistanı bəхş etdi lütfən ona 
Ki, olsun o mə’vayə fərmanrəva. 
 
Sudabənin Siyavuşa aşiq olmağı 
 
Bu əhvaldən keçdi bir ruzigar 
Ki, şad idi hər haldə şəhriyar. 
Oturmuşdu bir gün Siyavəхşü şah 
Ki, Sudabə varid olub nabəgah 
Siyavəхşi görcək, olub maili, 
Yanıb nari-eşqə, alışdı dili, 
Vücudu dönüb bir tirazi-nəхə, 
Ə
sər etdi guya ki, atəş yəхə. 
Nihani ona göndərib хadimin: 
“Siyavəхşə get söylə, key məhcəbin, 
Təəccüb ki, bir ləhzə, aya, nəyə 
Х
üram eyləməzsən hərəmхanəyə?” 
Gəlib elçi peyğamin etdi bəyan, 
Bu sözdən bəraşüftə oldu cəvan, 
Dedi: “Mərd olur mərdlə həmkəlam, 
Hərəmхanə nisvan içindir məqam”. 
Firistadədən yetmədi kari-eşq, 
Giran oldu Sudabəyə bari-eşq; 
Özü etdi şəbgir qəsdi-məram, 
Bəri-şahi-Iranə qıldı хüram; 
Hüzurində ərz etdi: “Key şəhriyar, 
Sənin mislini görməyib ruzigar, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə