Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə24/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 93 


vüqarından yaranmış obraza daha çox bənzəyir. Hürü xanımın 

üstünə yeriyən nökər Səlimin, Səlim ağanın köpünü alan 

Vəfadar haqqında  əsərdə deyilir: “Səlim ağa yaxşı bilirdi ki, 

Vəfadar yalnız dəmirçi deyil, həm də xeyrə, şərə yarayan, mərd 

və  cəsur adamdır. O, ədalətsizliyin yanından gözünü yumub 

keçənlərdən deyildir” (104,64). Səlim ağanın göz qabağında 

alçaldılması: “Səlim ağa budur səni xəbərdar edirəm, onların 

başından bir tel əksik olsa,  özünü də yeddi qat qohum-əqrabanı 

da ölmüş bil!” (104,65)- deməsi Vəfadarın mərdliyini göstərir. 

Bu hədə quduzlaşmış  İlyas bəyin tayfasını  lərzəyə salır. 

Vəfadar təkcə gücə arxalanan folklor qəhrəmanlarına deyil, 

həm də ağıl və tədbirlə iş görməyi bacaran qəhrəmanlara daha 

çox oxşayır. O, bacısı  Səkinə  və qonşusu Reyhan vasitəsilə 

Hürünün vəziyyətini, onu gözləyən təhlükəni öyrənir. İlyas bəy 

tayfası ilə qabaq-qabağa gəlmək ehtimalını unutmur, dəyir-

mançı Turan baba, çoban Vəli, Cəfər kimi sədaqətli dostlara 

arxalanır. 

Mirzə  İbrahimov folklordan bəhrələnərək daha da dərin 

qatları üzə  çıxarmağı bacaran böyük sənətkardır. Bədii  əsərdə 

folklorun yerini, əhəmiyyətini qiymətləndirir, ondan istifadə 

etməyə yaradıcılıqla yanaşır. “Pərvanə” romanında bu cəhət 

daha çox yadda qalır. Yazıçı Vəfadar obrazı ilə sənətdə millilik 

və bəşərililik anlayışını daha dərindən dərk etdiyini sübut edir. 

Əsərdə  Vəfadar bir obrazdan daha çox bütöv xalqın mənəviy-

yatını, şəxsiyyətini əks etdirir, romanda “Vəfadar dastanı” oxu-

cu yaddaşında dərin iz buraxır. 

Rəsul Həmzətov “nağıl və əfsanələri, şifahi xalq nümunə-

lərini”, “xalqın şəxsiyyəti haqqında vəsiqə” adlandırmışdır. Və-

fadar obrazının simasında sanki Azərbaycan xalqının şəxsiyyəti 

öz ifadəsini tapmışdır. Vəfadarın Hürü xanımı  Səfiqulu bəyin 

əlindən alması  səhnəsi dramatik təsir bağışlayır. “İgid basar 

kəsməz” atalar sözü sanki əməli şəkildə həyata keçirər.  Vəfa-

dar Səfiqulu bəyi məğlub edir, alçaldır, ancaq öldürmür. 

Vəfadar dastan qəhrəmanları kimi saz çalır, mahnılar oxuyur. 



Fazil Əliyev 

 

 94


M.İbrahimov Vəfadarın yaşadığı mahalda şerə, sözə böyük 

ehtiram bəsləndiyini göstərir: “Qazax əsrlər uzunu Azərbaycan-

da aşıq sənətinə beşik olmuş mahallardan biridir” (104,75)-de-

yən müəllif  “Pərvanə” romanında coğrafi məkan Qərbi Azər-

baycanda, Qazax-Borçalı mahallarında XIX əsrin sonlarında 

baş verən milli canlanmadan bəhs etdiyini diqqətə çatdırır. 

Dədə Qorqudun qopuzu, Koroğlunun misri qılıncına qüv-

vət verən telli saz dastanlarımızda həmişə  təqdir olunmuşdur. 

Diqqətlə araşdırdıqda belə qənaətə gəlirik ki,  dastanlarda bədii 

obrazlarla yanaşı yaddan çıxmayan qəhrəmanlığa, vətənpərvər-

liyə çağırış ruhu ilə seçilən saz-aşıq obrazı da daim diqqət mər-

kəzində olmuşdur. 

Romanda dastandan bəhrələnmə  nəticəsində kamilləşən, 

ən çox dastan qəhrəmanları səviyyəsində dayanan Vəfadar su-

rəti həm də  aşıq kimi təsvir olunur. “Vəfadar sazın köynəyini 

soyundurub qohum-qonşunun da yoldan ötənlərin də ruhunu 

oxşayırdı. Gah ustadnamələrdən çalıb oxuyur, gah Koroğlu 

qoşmalarından sazın simlərində oynadırdı” (104,77). 

 “Kitabi-Dədə Qorqud” dastanının qəhrəmanları qopuz 

çalmaqla öz dərdlərini unurmuş,  düşmənlərlə mübarizədə, 

doğma yurdu yağılardan qorumaq uğurunda döyüşlərdə 

qopuzdan ayrılmamışdır. 

 “Mərə, Dəli Ozan, ya məqsudun nədir” 

-Beyrək aydır: 

-Xanım, məqsudun odur ki, ərə varan qız qalxa oynaya

mən qopuz çalam” (46,63). 

Romanda süjetlərin çoxçeşidli olmasında da dastan 

motivləri mühüm yer tutur. Vəfadar bir dastan qəhrəmanı 

olaraq diqqəti cəlb etdiyi kimi, onun atası aşıq Kərəmin faciəsi 

də, dastan içində yeni bir dastanı xatırladır. 

Vəfadarın anası Gülgəzi Məmməd Rza bəy nəslinin 

zalımlarından olan Kərim bəy də istəyirmiş. Gülgəz onun 

elçilərinə “yox” cavabı verir. Sonra aşıq Kərəmlə ailə qurur. 

Namərd Kərim bəy intiqam almağa məqam axtarır. 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 95 


Aşıq Kərəmin oxuduğu “Bəylər və mollalar” həcvi xalq 

arasında dildən-dilə düşür. Bunu eşidən Kərəm bəy toyların 

birinə aşıq Kərəmə “Bəylər və mollalar” həcvini qəsdən oxut-

durur və aşığın ayaqları altına qızıl səpir. Bəyin  “səxavətindən 

yumşalan aşıq bir həftə sonra Kərim bəyin “Halım xərabdır, 

gəlsin bir sazın çalsın,  kefim açılsın”,  sözlərinə inanıb onun 

evinə gedir.  Qansız  Kərim bəy aşığın üstünə quduz köpəkləri 

buraxdırır. İtlər aşığı parçalayırlar. Gecə isə aşığın arvadı Gül-

gəzin ağzına dəsmal basıb aparır. Xorasana ziyarətə gedən Kə-

rim bəy oradan qayıtmır”. (104,82). Aşıq Kərimin faciəsi, düş-

məni quduz itlərə parçalatmaq tədbirinə klassik ədəbiy-

yatımızda da rast gəlmək olur.  Nizami Gəncəvi “Şahın 

dostluğu” hekayəsində 

   


Acıqlanan zaman şah bir nəfərə, 

              Atarmış yazığı quduz itlərə (96, 265). 

Yazıçı  əsərdə atalar sözlərinin  əhəmiyyətini, rəvayətlər-

dən insanların xeyirli nəticə  çıxarmalarını da sənətkarlıqla 

“canlandırmış”dır. 

“Səfiqulu bəyin zorla qaçırdığı Hürü xanımı  Vəfadarın 

gecə ikən geri qaytarması,  İlyas bəy tayfasına vurduğu ağır 

zərbə  Vəfadarı düşündürür. O, atasından eşitdiyi “İgidin 

igiddən ehtiyatı artıq olar!” sözlərini yada salır. Atası  Aşıq 

Kərəmin bu sözlərə  əməl etməyib məhv olduğunu xatırlayır, 

sanki “Başına gələn başmaqçı olar” atalar sözlərindən nəticə 

çıxarır. Atası kimi  ehtiyatsız hərəkət etmir. Atasını “Kəlilə və 

Dimnə” əsərindən söylədiyi bir rəvayəti Cəfərə danışır. Pişiklə 

Göyərçin dost olurlar. Bir gün göyərçinin balası dimdiyi ilə 

pişik balasının gözünü çıxarır. Pişik də acıqlanıb göyərçinin 

balasını yeyir. Dostluq ədavətə çevrilir. Bir gün pişik göyərçini 

aşağı enib dostluq etməyə çağırır. Göyərçin deyir ki, bundan 

sonra bizim dostluğumuz tutmaz.  Çünki ikimizin də sinəmizdə 

övlad dağı var” (104, 204). 

Vəfadar Səfiqulu bəyi sındırıb Hürünü onun əlindən 

aldığını: “Ayağım altına alıb sinəsinə qonduğum dəqiqəni 



Fazil Əliyev 

 

 96


Səfiqulu bəy qiyamətəcən unutmayacaq” deyir (104,204). 

Atalar sözləri və rəvayətlərdən nəticə çıxaran Vəfadarın ağıllı, 

uzaqgörən bir adam olduğunu göstərir. Beləliklə, xalq yaradıcı-

lığı nümunələri obrazın milli düşüncə  tərzini açıqlamaqda 

sənətkara geniş imkan vermişdir. 

Maksim Qorki yazırdı : “... Qısqanc Otello,  iradəsiz 

Hamlet, əyyaş Don – Juan  kimi tipləri Şekspir və Bayrondan 

çox-çox əvvəl xalq yaratmışdır” (32,43). 

Xalq yaratdığı  bədii surətlərdə öz düşüncə  tərzini, 

mərdlik və namərdlik haqqında duyumunu yaşadır. “Pərvanə” 

romanında bu cəhət diqqəti daha çox cəlb edir. Vəfadar tüfəng 

götürüb Səfiqulu bəyi öldürmək istəyir. Lakin bunu namərdlik 

sayır: “Yox mən bunu bacarmayacağam! – deyib Vəfadar öz-

özünə danışırdı, - Mən heç kəsə daldan güllə ata bilmərəm! 

Oğru kimi, yol kəsən quldur kimi gizlənmək, daldan gülləni 

təpəsinə sıxmaq kişilikdən deyil. Yəqin elə bunu nəzərə alaraq 

tüfəng icad olunanda Koroğlu deyib: “İgidlik dövrü qurtardı”. 

Mən heç vaxt belə namərdlik etməyəcəyəm! Vuruşmalı olsam, 

üzbəüz mərdi-mərdanə!” (104,240). 

Dastan qəhrəmanlarının yazılı ədəbiyyatda ən mükəmməl 

olan Vəfadar surəti ilə müəllif Azərbaycan türkünün Kamil 

obrazını yaratmışdır. O, Hürünü ürəkdən sevir, lakin ədəb-

ərkan gözləyir, Hürü haqqında hər söz danışacağından çəkinir, 

bacısı  Səkinə  və  İdrisin arvadı Reyhan vasitəsilə onunla əlaqə 

saxlayır. Hürünün ərə getməyəcəyini yəqin etdikdən sonra da 

ona qəmxar, himayadar bir insan kimi kömək etməyə çalışır. 

Vəfadar doğma yurdu,  torpağımızı ürəkdən sevir: 

“Deyirlər ki, yer üzündə dörd fəslin dördü də bahar olan ölkələr 

var, olsun! Onun üstündə yaşayan adamlara xoşbəxtlik arzu 

edirəm. Bizə də öz  yurdumuz xoşdur. Onu dünyada heç nəyə 

dəyişmərəm. Yazını da sevirəm, qışını da” (104,242). 

Bu yurdsevərlik ulularımızın qan və gen yaddaşından 

doğmuşdur.  Milli özünüdərketmə, doğma torpağa bağlılıq 

“Kitabi-Dədə Qorqud” ünvanlı dastanlar yaradan ərənlərə 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə