Microsoft Word mitelov ravan doc



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix20.09.2018
ölçüsü0,54 Mb.
#70077
1   ...   16   17   18   19   20   21   22   23   24

 

59

-  xidmətin  işçiləri  tərəfindən  aparılan  yoxlamalar  zamanı  cinayət  xarakterli 



faktlar  aşkar  edildikdə  sənədlərin  hüquq-mühafizə  orqanlarına  göndərilməsini  təmin 

etmək; 


-  yoxlamaların  nəticələrinin  müzakirə  edilməsini  və  rəsmiləşdirilməsini 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi  tərəfindən  müəyyən  olunmuş  qaydada 

həyata keçirmək; 

-  sığortaçılar  və  sığorta  vasitəçiləri  tərəfindən  təqdim  olunan  müvafiq 

hesabatların 

siyahısını, 

formalarını 

və 


təqdim 

olunması 

müddətlərini 

müəyyənləşdirmək, belə hesabatları almaq və təhlil etmək; 

- sığortaçıların və təkrarsığortaçıların maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə, 

o  cümlədən  onların  qanunvericiliklə  müəyyən  edilmiş  normativlərə  əməl  etmələrinə 

nəzarət etmək; 

-  sığortaçıların  və  müvafiq    sığorta  vasitəçilərinin  rəhbər  işçilərinin 

qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğuna nəzarət etmək və sair. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

60

FƏS L 3.  Respublikada dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsi və 



effektivliyinin artırılması 

3.1.  Dövlət maliyyə nəzarətinin  mövcud problemləri və onların aradan 

qaldırılması məsələləri 

 

 



 

Səmərəli  nəzarət  sisteminin  yaradılması  hər  bir  ölkədə  sosial-iqtisadi  inkişafın 

təminatının vacib ünsürlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir. Bu mənada, çox 

səciyyəvidir  ki,  Azərbaycanda  mükəmməl  nəzarət  sisteminin  yaradılması  və  mövcud 

nəzarət  mexanizmlərinin  bazar  iqtisadiyyatının  xüsusiyyətlərinə  uyğunlaşdırılması 

dövlət  quruculuğu  siyasətində  daim  diqqət  mərkəzində  saxlanılan  məsələlərdən  biri 

olmuşdur. 

 

Azərbaycan  Respublikasının  müstəqil,  demokratik  inkişaf  yoluna  qədəm 



qoymasından  sonra  ölkədə  həyata  keçirilən  radikal  iqtisadi  islahatlar  və  idarəetmə 

sisteminin  təkmilləşdirilməsi,  o  cümlədən  nazirlik,  komitə  və  başqa  mərkəzi  icra 

hakimiyyəti  orqanlarında  mövcud  olan  nəzarət-təftiş  qurumlarının  ləğv  olunması, 

dövlət  orqanlarına  onların  öz  səlahiyyətlərinə  aid  olmayan  yoxlamalar  aparılmasının 

qadağan edilməsi və bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən digər məqsədyönlü 

tədbirlər  ölkədə  beynəlxalq  standartlara  cavab  verən  nəzarət  sisteminin  qurulmasına 

xidmət etmişdir. 

 

 Hələ  1996-cı  ildə  imzalanmış  « stehsal,  xidmət,  maliyyə-  kredit  fəaliyyətinə 



dövlət  nəzarətinin  qaydaya  salınması  və  əsassız  yoxlamaların  qadağan  edilməsi 

barədə»  Prezident  fərmanı  paralel  və  lüzumsuz  yoxlamaların  azaldılmasında,  iqtisadi 

subyektlərin qanuni mənafelərinin qorunmasında mühüm rol oynamışdır. 

 

Beynəlxalq  standartlara  cavab  verən  nəzarət  mexanizmini  tətbiq  etmək 



məqsədilə  «Dövlət  nəzarəti  sisteminin  təkmilləşdirilməsi  və  sahibkarlığın  inkişafı 

sahəsində  süni  maneələrin  aradan  qaldırılması  haqqında»  ulu  öndər  tərəfindən 

imzalanmış  1999-cu  il  7  yanvar  tarixli  fərman  iqtisadiyyatımızda  demokratik 

prinsiplərin bərqərar olunması baxımından müstəsna əhəmiyyət kəsb etmişdir. 

 

 «Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması 



üzrə  Dövlət  Komissiyasının  yaradılması  haqqında»  1998-ci  il  29  dekabr  tarixli 

fərmanda    isə  islahatların  nəzərdə  tutulmuş  4  əsas  istiqamətindən  ikisi  dövlət 




 

61

xərclərinin  idarə  edilməsi  və  nəzarət  sisteminin  islahatını,  başqa  sözlə,  nəzarətin 



təkmilləşdirilməsini nəzərdə tutmuşdur. 

 

«Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında» 



2002-  ci  il  28  sentyabr  tarixli  fərman  da    özəl  bölmənin  hərtərəfli  fəaliyyətinə  mane 

olan  bürokratik  əngəllərin,  qanunsuz  müdaxilələrin,  əsassız  yoxlamaların  qarşısının 

alınması istiqamətində  irəliyə atılmış bir addım olmuşdur. 

Qeyd  olunan    fərmanlar  ölkədə  maliyyə  nəzarətini  bazar  iqtisadiyyatı  şəraitinə 

uyğunlaşdırmağa,  maliyyə  nəzarətinin  ağırlıq  mərkəzini  dövlət  büdcəsi  gəlirlərinin 

formalaşmasına  və  xərclərin  səmərəliliyinin  yüksəldilməsinə,  maliyyə  nəzarətinin 

korrupsiya  alətinə  çevirən  əngəllərdən  azad  edilməsinə,  sahibkarlıq  fəaliyyətinin 

inkişafına yönəldilməsinə  istiqamətləndirdi. 

Mövcud nəzarət sisteminin təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin bazar 

iqtisadiyyatının  xüsusiyyətlərinə  uyğunlaşdırılması  istiqamətində  qəbul  olunan 

normativ  hüquqi  aktlar  sırasına  «Auditor  xidməti  haqqında»  Azərbaycan 

Respublikasının  Qanunu  (16  sentyabr  1994-cü  il),  «Hesablama  Palatası  haqqında» 

Azərbaycan Respublikasının Qanunu (2 iyul 1999-cu il), «Azərbaycan Respublikasında 

korrupsiyaya  qarsı  mubarizənin  gucləndirilməsi  haqqında»  Azərbaycan  Respublikası 

Prezidentinin fərmanını (8 iyun 2000-ci il) da  aid etmək olar.  

Bunun  da  nəticəsində  Azərbaycanda  beynəlxalq  tələblərə  cavab  verə  biləcək 

nəzarət sisteminin əsası qoyulmuşdur. Başqa sözlə, bir tərəfdən, nəzarətedici orqanların 

sayının azaldıldığı və səlahiyyətlərinin məhdudlaşdırıldığı halda, digər tərəfdən də sivil 

nəzarət institutlarına geniş yer verilmiş, onların inkişafına nail olunmuşdur.

  

Ə



yani  bir  misal  kimi,  göstərmək  olar  ki,  cəmiyyətin  demokratikliyinin 

meyarlarından biri kimi qiymətləndirilən və müstəqil, qərəzsiz nəzarət forması sayılan 

audit  Azərbaycanda  beynəlxalq  standartlar  baxımından  artıq  bərqərar  olmuşdur  və 

iqtisadi həyatda öz mövqeyini durmadan möhkəmləndirir. 

Eləcə  də    əsas  vəzifəsi  dövlət  büdcəsinin  gəlir  və  xərclərinin  icrasına  nəzarəti 

həyata keçirmək olan və konstitusion əsaslarla kənar dövlət maliyyə nəzarətini həyata 

keçirən Azərbaycan Respublikası Hesablama Palatası yaradıldı. 

Hesablama Palatası Azərbaycanın Ali Audit  nstitutu olmaqla dövlət maliyyəsinə 

nəzarəti həyata keçirən xüsüsi orqandır. Nəzarətin həyata keçirilməsində məqsəd dövlət 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə