Microsoft Word mitelov ravan doc



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix20.09.2018
ölçüsü0,54 Mb.
#70077
1   2   3   4   5   6   7   8   9   ...   24

 

4

Dövlət maliyyə nəzarəti həmçinin ayrı-ayrı nazirlik və komitələrin nəzarət-təftiş 



idarələri, baş mühasibatlığı və maliyyə idarələri vasitəsilə də həyata keçirilir.  

ndiki  halda  iqtisadi  inkişafın  müasir  mərhələsində    köhnə    nəzarət  sisteminin 

yenidən  qurulması,  təzələnməsi,  təkmilləşdirilməsinə  də  ehtiyac  duyulur.  Maliyyə 

nəzarətinin təkmilləşdirilməsi, hər şeydən əvvəl, nəzarətin ən müasir mexanizmlərinin 

təşkilini  və  fəaliyyət  göstərməsini,  nəzarət  sisteminin  əlaqələndirilməsini  və  təsir 

gücünün artırılmasını və s. nəzərdə tutmalıdır. 



Tədqiqat işinin predmeti və obyekti. Tədqiqat işinin predmetini Azərbaycanda  

dövlət  maliyyyə  nəzarəti  sisteminin  təkmilləşdirilməsinin  nəzəri  aspektləri,  obyektini 

isə  maliyyə  ehtiyatlarının  formalaşdırılması  və  istifadəsi  zamanı  meydana  çıxan  pul-

bölgü prosesi təşkil etmişdir. 



Tədqiqatın əsas məqsədi və vəzifələri. Dissertasiya işinin məqsədi yeni iqtisadi 

şə

raitdə  dövlət maliyyə nəzarətinin zəruriliyinin, məqsəd və vəzifələrinin öyrənilməsi,  



bu  sahə  ilə  bağlı  müxtəlif  nəzəri  yanaşmaların  sistemləşdirilməsi,    dövlət  maliyyə 

nəzarəti  sistemində  mövcud  problemlərin  araşdırılması  və  onun    effektivliyinin 

artırılması yollarını müəyyənləşdirməkdir. 

Dissertasiya  işinin  məqsədinə uyğun  olaraq tədqiqatda  aşağıdakı  vəzifələrin həlli 

nəzərdə tututlmuşdur: 

- müasir iqtisadi şəraitdə nəzarət mexanizminin və onun vacib tərkib hissəsi olan 

maliyyə  nəzarətinin  formalaşması  prinsipləri,  şərtləri  və  rolunun  nəzəri-metodoloji 

məsələlərinin elmi araşdırılması və bu istiqamətdə təklif və tövsiyyələr hazırlamaq; 

-  müasir  şəraitdə  dövlət  maliyyə  nəzarəti  sisteminin  fəaliyyətinin   

qiymətləndirilməsini  aparmaq  və  son  dövrlərdə  baş  verən  meyllərin  analitik  təhlilini 

vermək; 

- maliyyə nəzarətinin əsasən də dövlət maliyyə nəzarəti sisteminin qabaqcıl dünya 

təcrübəsi  və  Azərbaycan  reallığı  əsasında  təkmilləşdirilməsi  və  effektivliyinin 

artırılması istiqamətində elmi təkliflər və tövsiyyələr hazırlamaq. 



Tədqiqat işinin nəzəri və metodoloji əsaslarını Azərbaycanın və digər ölkələrin 

bu sahə, dövlət maliyyə nəzarəti  haqqında elmi əsərləri, Azərbaycan Respublikasının 

qanunları, normativ-hüquqi aktları və s. təşkil edir. 



 

5

 Tədqiqatın  elmi  yeniliyi.  Maliyyə  nəzarətinin  gələcək  inkişafı,  onun 



səmərəliliyi  xeyli  dərəcədə  dövlətin  qanunvericilik  bazasının  zamanın  tələbinə  uyğun 

təkmilləşdirilməsindən      bilavasitə  asılıdır.  Maliyyə  nəzarətini  tənzimləyən  normativ-

hüquqi  baza  bu  nəzarəti  demokratik  dövlətə  xas  olan  keyfiyyətcə  yeni  səviyyəyə 

keçirməyi təmin  etməlidir.  

Bununla  bərabər,  maliyyə  nəzarəti  sistemində  aşağıdakı  istiqamətlərdə  müəyyən 

digər tədbirlərin görülməsi də məqsədəuyğun olardı:  

-  maliyyə  nəzarətinin  normativ-hüquqi  bazasının  mövcud  reallıqlara  uyğun 

təkmilləşdirilməsi; 

-  maliyyə  nəzarəti  sahəsində  informasiya  texnologiyalarının  tətbiqinin 

genişləndirilməsi; 

-  müxtəlif  nəzarət  orqanları  tərəfindən  aparılan  yoxlamaların  təkrarlanmasının 

qarşısının alınması;  

-  yoxlamaların  keyfiyyət  göstəricilərinin  artırılması  və  yoxlamaların  sayının 

azaldılması; 

- aparılan yoxlamalar zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi və mənfi 

hallara qarşı ciddi nəzarət mexanizmlərinin tətbiqi və s.  



Tədqiqatın  praktiki  əhəmiyyəti.  Tədqiqatın  elmi-nəzəri  və  praktiki  nəticələri  

dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi və yenidən qurulması prosesində 

istifadə oluna bilər. 

Dissertasiya  işinin  həcmi  və  strukturu.  Dissertasiya  işi  kompüter  yazısı            

ilə müvafiq standartlara uyğun yazılmış və 76 səhifədən ibarətdir. Dissertasiya işi giriş, 

üç  fəsil,  nəticə  və  təkliflər  hissələrindən    ibarətdir.  Burada  həmçinin  çoxlu             

sayda 


diaqramlardan, 

sxemlərdən, 

qrafiklər 

və 


cədvəllərdən 

istifadə                    

olunmuşdur. 

Dissertasiya  işinin  birinci  fəsli    “Maliyyə  nəzarətinin  formalaşmasının  nəzəri-

metodoloji  əsasları”  adlanır.  Fəslin  adından  da  göründüyü  kimi  bu  fəsildə  əsasən  

maliyyə nəzarətinin  təşkilinin  nəzəri əsaslarına toxunulmuşdur.  

Dissertasiya  işinin  ikinci  fəsli  “Azərbaycan  Respublikasında  dövlət  maliyyə 

nəzarətinin  müasir  vəziyyəti”  adlanır.  Bu  fəsildə  respublikada  büdcə,  vergi,  sığorta 




 

6

nəzarətinin  müasir  vəziyyəti  və  təşkili  xüsusiyyətlərindən,  eləcə    də  onları  həyata 



keçirən orqanlardan geniş bəhs edilir. 

 Dissertasiya  işinin  üçüncü  fəsli  isə  “Respublikada  dövlət  maliyyə  nəzarətinin 

təkmilləşdirilməsi  və    effektivliyinin    artırılması  yolları”  adlanır  və  burada  əsasən 

dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsi  мясяляляриня эениш йер верилир. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

7

FƏS L 1.   MAL YYƏ NƏZARƏT N N FORMALAŞMASININ NƏZƏR -



METODOLOJ  ƏSASLARI. 

1.1.

  qtisadiyyatın idarə olunmasında maliyyə nəzarətinin rolu, məqsəd  və  

vəzifələri 

Iqtisadi  və  sosial  proseslərin  inkişaf  etdiyi  bir  şəraitdə  xalq  təsərrüfatının  idarə 

edilməsində,  xüsusilə  bazar  münasibətləri  şəraitində  maliyyə  nəzarətinin  rolu  və 

ə

həmiyyəti getdikcə  artır. 



Maliyyə  nəzarəti  dedikdə,  ölkənin  sosial-iqtisadi  inkişafı  məqsədilə  istər 

müəssisələrin,  istərsə  də  dövlətin  və  bələdiyyələrin  pul  fondlarının  təşkili, 

bölüşdürülməsi və məqsədyönlü  istifadə edilməsi üzərində nəzarət başa düşülür.  

Başqa  sözlə  ifadə  etsək,  maliyyə  nəzarəti  –  bütün  iqtisadi  subyektlər:  dövlət, 

müəssisə  və  təşkilatların  maliyyə  fəaliyyəti  üzərində  qanunverici  və  icraedici 

hakimiyyət orqanlarının nəzarətidir. 

Maliyyə  nəzarəti  bir  tərəfdən  maliyyə  idarə  edilməsinin  həlledici  hissəsi,  digər 

tərəfdən maliyyə sisteminin idarə olunmasının effektliliyinin vacib şərti kimi çıxış edir.  

Maliyyə nəzarətinə iki nöqteyi-nəzərdən  yanaşmaq doğru olar: 

1.

  Xüsusi  nəzarət  orqanlarının  bütün  iqtisadi  subyektlərdə  maliyyə 



qanunvericiliyi 

və 


maliyyə 

intizamına 

riayət 

olunması 



üzrə 

reqlamentləşdirilmiş fəaliyyəti kimi; 

2.

  Maliyyə əməliyyatlarının effektivliyinin təmin edilməsi  üçün maliyyə və pul 



axınlarının idarə edilməsinin  vacib elementi kimi. 

Qeyd  olunan  aspektlər  bir-biri  ilə  sıx  bağlıdır,  ancaq  nəzarətin  məqsədləri, 

metodları və subyektlərinə görə fərqlənirlər.  

Maliyyə  nəzarəti  maliyyənin  nəzarətedici  funksiyasının  təzahürü,  yaxud 

gerçəkləşdirilməsi  kimi  çıxış  edir  və  burada  həmin  nəzarətin  məqsədləri,  mahiyyəti 

müəyyənləşir.  Onu  da  qeyd  edək  ki,  cəmiyyətin  məhsuldar  qüvvələrinin  və  ictimai 

münasibətlərin  inkişaf  səviyyəsindən  asılı  olaraq  maliyyə  nəzarətinin  məqsəd  və 

istiqamətləri dəyişə bilər. 

  .A.  Belobjetskinin  fikrincə:  «Maliyyə  nəzarəti  nəzarət  funksiyaları  verilmiş 

dövlət orqanlarının və ictimai orqanların müəssisə, birlik, idarə, təşkilat, maddi istehsal 

və  qeyri-istehsal  sahələri  bölmələrinin  maliyyə-təsərrüfat  fəaliyyətinə,  həmin 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə