Microsoft Word mitelov ravan doc



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix20.09.2018
ölçüsü0,54 Mb.
#70077
1   2   3   4   5   6   7   8   9   ...   24

 

8

fəaliyyətin  iqtisadi  səmərəliliyinin  obyektiv  qiymətləndirilməsi,  təsərrüfat  və  maliyyə 



ə

məliyyatlarının 

qanuniliyinin, 

mötəbərliliyinin 

və 

məqsədəmüvafiqliyinin, 



mülkiyyətin  qorunub  saxlanılmasının  təyin  edilməsi,  istehsalın  səmərəliliyini 

yüksəltməyin  və  dövlət  büdcəsi  gəlirlərinin  artırılmasının  təsərrüfatdaxili  ehtiyatlarını 

aşkara çıxarmaq məqsədilə həyata keçirilən nəzarət kimi başa düşülməlidir» . 

 V.T.  Batıçko  “Maliyyə  hüququ”  kitabında  maliyyə  nəzarətini  aşağıdakı  kimi 

xarakterizə edir: “Maliyyə nəzarəti hüquqi normalarla tənzimlənən   dövlət, bələdiyyə, 

ictimai  və  digər  təsərrüfat  subyektlərinin  maliyyə  planlaşdırılması  fəaliyyətlərinin, 

gəlirlərin  əsaslanmış  və  dolğun  formada  pul  fondlarına  daxil  olması  və  onların 

istifadəsinin effektivliyinin yoxlanılması üzrə fəaliyyətlərin məcmusudur”. 

U.Y.Danilevski  isə  maliyyə  nəzarətinin  tərifini  belə  ifadə  edir:  « qtisadiyyatın, 

istehsalın  idarə  olunmasının  ümumi  mexanizminin  mühüm  funksiyalarından  biri  və 

ayrılmaz  tərkib  hissəsi  olmaq  etibarilə,  maliyyə  nəzarəti  maliyyə,  kredit  və  istehsal 

göstəricilərini  əhatə  edir.  Nəzarət  sferasına  istehsal,  bölgü,  pul,  mal-material 

dəyərlilərinin pul ifadəsində dövriyyəsi və istehlakı daxil edilir”.  

 Rus  alimi  E.Y.Qraçeva  isə  maliyyə  nəzarətini  maliyyə  sisteminin  bütün 

həlqələrində    maliyyə  resurslarının  yaradılması,  bölüşdürülməsi  və  istifadəsi  üzərində 

dövlət  nəzarətinin  bir  növü  kimi  ifadə  edir.  Maliyyə  nəzarətinin  məzmununa  eyni 

yanaşmanı digər bir iqtisadçı A.L.Apel “Maliyyə hüququnun əsasları” əsərində bölüşür. 

Onun  fikrincə  maliyyə  nəzarəti  ölkənin  effektiv  sosial-iqtisadi  inkişafı  məqsədilə 

dövlətin  pul  fondlarının  formalaşdırılması,  bölüşdürülməsi  və  istifadəsinin  qanuniliyi 

və məqsədəuyğunluğu üzərində nəzarətdir. 

Maliyyə  nəzarəti  sferasına  pulun  istifadə  olunması  ilə  həyata  keçirilən  bütün 

ə

məliyyatlar  daxildir.  Bu  zaman  ilk  növbədə  maliyyə  ehtiyatlarının  formalaşdırılması 



və istifadəsi ilə bağlı olan birbaşa və bilavasitə qarşılıqlı əlaqələr və fəaliyyətin bütün 

sahələrində pul vəsaitləri fondları üzrə əlaqələr qeyd olunmalıdır. 

Konkret  olaraq  maliyyə  nəzarətinə  sferasına  aşağıdakı  istiqamətlər  daxil  oluna 

bilər: 


-

  Müxtəlif  səviyyəli    büdcələrin  tərtibi  və  icra  olunmasına  nəzarət       

olunması; 



 

9

-



  Büdcə  və  büdcədənkənar  fondların  vəsaitlərinin  səmərəli  və  məqsədyönlü 

istifadəsi,  banklarda  və  digər  kredit  təşkilatlarında  büdcə  vəsaitləri  ilə 

ə

məliyyatların düzgünlüyünə nəzarət olunması; 



-

  Mövcud  büdcə  və  vergi  qanunvericiliyinə  riayət  olunmasına  nəzarət 

olunması; 

-

  Мəcmu  ictimai  məhsulun  dəyərinin  və  Milli  gəlirin  bölgüsü  və  yenidən 



bölgüsünə nəzarət olunması  və sair. 

Maliyyə nəzarətinin məqsədi maliyyə resurslarının iqtisadiyyatın bütün sahələri 

və  həlqələrində  effektiv  və  məqsədyönlü  istifadəsini  təmin  etməkdən  ibarətdir.  Bu 

məqsədə  nail  olmaq  üçün    maliyyə  nəzarətinin  aşağıdakı  vəzifələri  müəyyən       

olunur: 

- maliyyə münasibətlərinin bütün subyektlərinin dövlət büdcəsi  və büdcədənkənar 

fondlar qarşısında maliyyə öhdəliklərinin bütövlükdə və vaxtında təmin ediməsi; 

-    mərkəzləşdirilmiş  və  qeyri-mərkəzləşdirilmiş  pul  fondlarının  vəsaitlərinin 

effektiv və məqsədyönlü istifadəsinə, eləcə də müəssisə, idarə və təşkilatlarda material 

dəyərlilərinin səmərəli istifadəsinə kömək etmək; 

- mühasibat  uçotu və hesabatların  düzgün aparılmasının təmin   edilməsi; 

-  müəssisələrdə  istehsaldaxili  maliyyə  resurslarını  üzə  çıxarmaq,  xərclərin 

azaldılması, mənfəət və rentabelliyin artırılması  imkanlarını müəyyən etmək; 

-  maliyyə  intizamının  pozulması  hallarının  aradan  qaldırılması,  maliyyə 

intizamının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi və s. 

Qeyd  olunan  vəzifələrin  həyata  keçirilməsi  maliyyə  və  təsərrüfat  fəaliyyətində 

qanunçuluğun təmin olunmasının, büdcə, şəxsi və cəlb olunmuş vəsaitlərdən səmərəli 

və  qənaətlə  istifadə  olunmasının  əsas  şərti  olub,  maliyyə  intizamının  

möhkəmləndirilməsinə də şərait yaradır. 

Maliyyə  intizamına  əməl  edilməsinə  aid  məsələlərdə  maliyyə  nəzarəti 

müəssisələrin,  təşkilatların,  dövlət-maliyyə-bank  strukturlarının  məsuliyyəti  ilə  sıx 

bağlıdır.  Bu  məsuliyyət  maliyyə  intizamını  pozanlara  qarşı  inzibati  və  iqtisadi 

tədbirlərdə  özünü  göstərir.  qtisadi  təsir  tədbirləri  maliyyə  sanksiyaları  və  yasaqları 

yolu ilə reallaşdırılır. Bazar iqtisadiyyatı şəraitində maliyyə intizamı tez-tez pozulsa da, 

maliyyə  yasaqlarına tez-tez ehtiyac duyulsa da, maliyyə nəzarəti belə halların tezliklə 



 

10

aradan  qaldırılmasına,  istehsalın  səmərəsini  azaldan  yasaqların  mümkün  qədər  az 



olmasına yönəldilməlidir. 

Maliyyə  nəzarətinin  obyekti  xalq  təsərrüfatının  bütün  sahələri  və  həlqələrində 

maliyyə  resurslarının  formalaşdırılması  və  istifadəsində  yaranan  pul-bölgü      

prosesidir. 

Maliyyə  nəzarətinin  obyektinin  müəyyən  edilməsi  mübahisəli  məsələlərdən 

biridir.  Iqtisadi-elmi  ədəbiyyatlarda  müxtəlif  müəlliflər  maliyyə  nəzarətinin  obyektini 

fərqli şəkildə müəyyən edirlər. 

Məsələn,  S.P.Opyonişev  və  V.A.Jukov  qeyd  edirlər  ki,    maliyyə  nəzarətinin 

mahiyəti  və  yeri  haqqında  danışarkən  onun  həyata  keçirilməsində  müəssisə,  təşkilat, 

bank,  səhmdar  cəmiyyətləri  və  s.  yəni  sahibkarlıq  edən  subyektlərin  rolunun 

araşdırılmasına  ehtiyac  duyulur.Və  bu  səviyyədə    maliyyə  nəzarəti  maliyyə-təsərrüfat 

nəzarətini də həyata keçirir, yəni o, təkcə sırf maliyyə deyil, hətta bəzi hallarda vergi 

hesablanmasının  düzgünlüyünü,  istehsalatın  səmərəliliyini  və  büdcə  vəsaitlərinin 

istifadə  səmərəliliyini  müəyyən  etmək  üçün  təsərrüfat  fəaliyyətini  də  əhatə  edir 

Bununla  bağlı  maliyyə  nəzarətinin  obyekti  təsərrüfat  prosesləri  kompleksi,  maddi 

istehsal və qeyri istehsal sahələrinin pul münasibətləri  olur.  

Maliyyə  nəzarətinin,  qeyd  olunan  anlamda  həyata  keçirilməsinin  iki  aspekti  ön 

plana çəkilir - birincisi, pul vəsaitlərinin və maddi dəyərlilərin qorunmasının, qeydiyyat 

və  hesabat  məlumatlarının  etibarlılığının  təmin  olunması,  dövlət  maliyyə 

qanunvericiliyinə  riayət  edilməsi,  ikincisi,  müəssisələrin  fəaliyyətinin  düzgün 

qiymətləndirilməsi,  istehsalın  fasiləsizliyinin  və  təsərrüfatçılığın  səmərəliliyinin 

yüksəldilməsi imkanlarının aşkar edilməsi. 

 Başqa  sözlə  desək, maliyyə  nəzarətinin obyekti büdcə vəsaitlərinin  tam  səfərbər 

edilməsi  ilə  əlaqədar  ərazi,  sosial  və  sahə  baxımından,  milli  gəlirin  bir  hissəsinin 

yenidən bölüşdürülməsi və dövlətin öz funksiyasını yerinə yetirməsi məqsədi ilə onun 

səmərəli  istifadə  olunması  üçün,  hüquqi  və  fiziki  şəxslər  arasında  yaranan  pul 

münasibətləridir. 

 S.V.Stepaşin  “Dövlət  maliyyə  nəzarəti”  əsərində  maliyyə  nəzarətinin  obyekti 

kimi  milli  gəlirin  istehsalı,  bölüşdürülməsi  və  onun  səmərəli  istifadəsinə  dair,  bir 

tərəfdən dövlət, digər tərəfdən hüquqi və fiziki şəxslər arasında yaranan münasibətləri 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə