Microsoft Word mitelov ravan doc



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix20.09.2018
ölçüsü0,54 Mb.
#70077
1   2   3   4   5   6   7   8   9   ...   24

 

11

müəyyən  edir.  Deməli,  maliyyə  nəzarətinin  obyekti  həyata  keçirilməsi  pulla 



qiymətləndirilən  nəzarət  altında  olan  subyektiv  fəaliyyətdir.  Nəticə  etibarilə  pulla 

dəyərləndirilməsi mümkün olmayan fəaliyyət maliyyə nəzarəti obyekti ola bilməz.  

Maliyyə  nəzarətinin  predmeti  də  iqtisadçılar  arasında  müzakirə  obyektidir. 

Y.A.Danilevski  və  T.M.Mezenseva  maliyyə  nəzarətinin  predmetini  nəzarət  olunan 

obyektlərin iqtisadi münasibətləri kimi müəyyən edirlər. 

R.Q.Somoyev “Maliyyə, pul tədavülü və kredit” kitabında  maliyyə nəzarətinin 

bilavasitə  predmetinə  büdcə  prosesinin  bütün  mərhələlərindəki  büdcə  göstəricilərini, 

təsərrüfat  subyektlərinin  fəaliyyətlərinin  maliyyə  göstəricilərini  (mənfəət,  gəlirlər, 

maya  dəyəri,  rentabellik,  əsas  və  dövriyyə  fondları  və  s.),  büdcə  və  büdcədənkənar 

fondlara  vergi  ödənişlərini,  pul-kredit  münasibətlərini  xarakterizə  edən  göstəriciləri, 

eləcə də dəyər formasındakı bütün göstəriciləri aid edir. 

Bizim fikrimizcə maliyyə nəzarətinin predmetinin  müəyyən edilməsinə müxtəlif 

yanaşmalar  içərisində  V.M.  Rodionovanın  və  V. .Şleynikovanın  yanaşması  daha 

doğrudur. Onlara görə maliyyə nəzarətinin predmetinə ayrı-ayrı təsərrüfat subyektləri, 

eləcə  də  sahələr,  ərazi  vahidləri,  regionlar  və  bütövlükdə  ölkə  səviyyəsində  maliyyə 

resurslarının formalaşdırılması və istifadəsindəki pul-bölgü prosesi aid edilə bilər. 

Beləliklə, maliyyə nəzarətinin predmetinə - maliyyə göstəriciləri, mənfəət, əlavə 

dəyər  vergisi,  bütün  növ  gəlirlər,  maya  dəyəri,  rentabellik,    fondlar  və  sairə                     

aiddir.  Bütün  bu  göstəricilər  sintetik  xarakterə  malik  olduğundan  müəssisə  və 

təşkilatların təsərrüfat fəaliyyətinin bütün istehsal sahələrinə hərtərəfli nəzarət etməyə 

və  eyni  zamanda  maliyyə-kredit  mexanizmi  ilə  qarşılıqlı  əlaqəsinə  nəzarətin  həyata 

keçirilməsinə şərait yaradır.  

Maliyyə nəzarətinin subyektləri isə maliyyə nəzarətini həyata keçirən hüquqi və 

fiziki şəxslərdir. 

Iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə maliyyə nəzarəti sistemi eyni tipli olub, 

aşağıdakı elementləri özündə birləşdirir: 

•  cra hakimiyyəti orqanlarından asılı olmayan, qanunverici orqana tabe olan 

Hesablama Palatası; 

•  Büdcəyə vergi daxilomalarına nəzarət edən vergi qurumları; 

•  Qeyri-dövlət nəzarət xidmətləri; 




 

12

•  Daxili nəzarət xidmətləri və sair. 



Totalitar  tipli  dövlətlərdə  maliyyə  nəzarəti  qlobal  və  müntəzəm  xarakter 

daşımaqla, fiskal  məqsədlərə xidmət edir. 

Keçid iqtisadiyyatlı ölkələrdə (məsələn postsosialist, postsovet respublikalarında) 

isə  maliyyə  nəzarəti    sistemi    spesifik  xüsusiyyətlərə  malik  olur  və  daim 

təkmilləşdirilir. 

Beynəlxalq səviyyədə çoxillik təcrübələr əsasında maliyyə nəzarətinin təşkilinin 

ə

sas prinsipləri müəyyən olunmuşdur ki, hər bir dövlət praktikada onların reallaşmasına 



çalışmalıdır. Bu prinsiplər INTOSAI-nin (Ali nəzarət orqanlarının beynəlxalq təşkilatı) 

Lima  deklarasiyasında  öz  əksini  tapmışdır.  Göstərilən  deklarasiyada  maliyyə 

nəzarətinin  aparılması  zamanı  aşağıdakı  prinsiplərin  nəzərə  alınması  vacib  hesab 

olunur: 


-

  Müstəqillik və obyektivlik; 

-

  Səriştəlilik və aşkarlıq. 



Qeyd etdiyimiz  baza prinsiplərindən  bir sıra törəmə pinsiplər də yaranır ki, bu 

prinsiplərə də aşağıdakılar  aid edilə bilər: 

-nəticəlilik; 

-dəqiqlik; 

- professional davranış; 

-effektivlik; 

-müxtəlif nəzarət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi və s. 

 

 



 

 

 



 

 

 



 

 

 




 

13

Maliyy'>1.2. Maliyyə nəzarətinin formaları, növləri və metodları. 

  

 

Ма



liyyə  nəzarəti  müxtəlif  əlamətlərə  əsasən  təsnifləşdirilir  və  formalar  seçilir. 

Onu  da  qeyd  etmək  yerinə  düşər  ki,  maliyyə  nəzarətinin  forma,  metod  və  növlərinin 

müəyyən edilməsində də iqtisadçılar arasında fikir ayrılıqları mövcuddur. 

Iqtisadçı alimlərdən T.A.Başkatova, E.Y,Qraçeva, A.S.Narinskiy, N.Q.Hacıyev, 

V.M.Rodionova,  V. .Şleynikov,  N. .Silaev,  V.A.Piven,  S.O.Şoxin  həyata  keçirilmə 

zamanından asılı olaraq maliyyə nəzarətini ilkin, cari və sonradan nəzarətə ayırırlar.  

Digəriləri  isə  maliyyə  nəzarətinin    həyata  keçirilmə  zamanı  ilə  yanaşı,  digər 

kriteriyalar  üzrə  də  formalarını  müəyyən  edirlər.  Məsələn,  V.M.Rodionova  və 

V. .Şleynikov  nəzarətin  həyata  keçirildiyi  materialların  xarakterindən  asılı  olaraq 

maliyyə nəzarətinin  iki formasını: sənədli və faktiki nəzarəti qeyd edirlər. 

A.S.Narinskiy  və  N.Q.Hacıyev  yoxlamaların  əhatə  dairəsinin  həcmindən  asılı 

olaraq maliyyə nəzarətini tam və qismən maliyyə nəzarətinə ayırırlar. 

T.A.Başkatova  nəzarətin  obyektindən  asılı  olaraq  onun  aşağıdakı  formalarını 

fərqləndirir: 

-  büdcə nəzarəti; 

- vergi nəzarəti; 

- valyuta nəzarəti; 

- kredit nəzarəti; 

- sığorta nəzarəti və s. 

Qeyd  etdiyimiz  bəzi fikirlərlə  razılaşmaq  bir qədər  çətindir,  çünki  alimlərin bir 

qismi  maliyyə nəzarətinin formaları qismində onun növlərini də  qeyd edirlər. 

Maliyyə nəzarətinin müxtəlif kriteriyalar üzrə təsnifatı 

 



Ə

lamətlər 

üzrə 

təsnifat 



Maliyyə  nəzarəti 

Müəllif 


Həyata keçirilmə 

reqlamentinə 

Məcburi 


Könüllü 

Т

.А. Başkatova, A.S.Narinskiy, 



N.Q.Hacıyev 

Nəzarət subyektləri 



Prezident nəzarəti, Qanunverici və 

yerli özünü idarəetmə orqanlarının 

Т

.А. Başkatova  




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə