Microsoft Word mitelov ravan doc



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix20.09.2018
ölçüsü0,54 Mb.
#70077
1   ...   16   17   18   19   20   21   22   23   24

 

65

Respublikamızın idarə və müəssisələrində icra olunan təsərrüfat əməliyyatlarının 



qanunvericilik tələblərinə uyğun olmasını, onların şəffaflığını və dəqiqliyini təmin edən 

müstəqil nəzarət forması olan auditin geniş tətbiq olunması vacib şərtdir. Ümumiyyətlə 

bunu normal hal hesab etmək olmaz ki, Azərbaycan Respublikasının «Audit xidmətinin 

təşkili»  haqqında  qanununda  belə  respublikada  fəaliyyət  göstərən  şirkət  və  birliklərin 

illik  auditor  yoxlamasından  keçməsinə    dair  qayda  müəyyən  olunmamışdır.  Həmin 

qanunda daxili auditin təşkili prinsipləri və onun mühüm müəssisədaxili iqtisadi nəza-

rət forması olduğu müəyyən olunmamışdır. 

Göstərilənləri nəzərə alaraq hesab edirik ki, respublikamızda bazar iqtisadiyyatı 

münasibətlərinin  əsaslı  şəkildə  genişlənməsi  və  iqtisadi  islahatların  həyata  keçirildiyi 

şə

raitdə  iqtisadi  nəzarətin  və  bu  əsasda  audit  nəzarətinin  hərtərəfli  inkişafı  və 



genişlənməsi çox vacib amildir. 

Maliyyə  nəzarətinin  gələcək  inkişafı,  onun  səmərəliliyi  xeyli  dərəcədə  dövlətin 

qanunvericilik bazasının zamanın tələbinə uyğun təkmilləşdirilməsindən də  bilavasitə 

asılıdır. Maliyyə nəzarətini tənzimləyən normativ-hüquqi baza bu nəzarəti demokratik 

dövlətə xas olan keyfiyyətcə yeni səviyyəyə keçirməyi təmin etməlidir. 

«Maliyyə  nəzarəti  haqqında»  qanun  layihəsinin,    “Şəffaflığın  artırılması  və 

korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və digər normativ hüquqi sənədlərin 

hazırlanması və qəbul olunması onu göstərir ki, Azərbaycan dövləti tərəfindən ölkədə 

maliyyə  nəzarətini  tənzimləyən  normativ-hüquqi  bazanın  hazırlanmasına  və    maliyyə 

şə

ffaflığının təmin olunmasına böyük əhəmiyyət verilir. 



Qeyd  edək  ki,  bu  sahədə  yüksək  təcrübəyə  malik  olan  Avropa  ölkələrinin 

təcrübəsi  öyrənilərək,  qanunvericilik  aktlarının    tətbiqi  prinsipləri,  işlənməsi 

mexanizimləri müəyyən edilmişdir. Həmçinin qanun layihələrində bütövlükdə Avropa 

ölkələrinin  təcrübəsinin  tətbiqinin  mümkünsüz  olduğunu    nəzərə  alaraq,  Azərbaycan 

reallıqları da nəzərə alınmışdır. 

Onu  da    qeyd  etmək  lazımdır  ki,  maliyyə  fəaliyyətinin  qanuniliyini, 

səmərəliliyini  və  məqsədəmüvafiqliyini  təmin  etmək  məqsədilə  ölkədə  maliyyə 

nəzarəti sahəsində həyata keçirilən iqtisadi islahatlar və dövlət quruculuğu çərçivəsində 

dəyişikliklər  aparılmışdır.  Bir  tərəfdən  mövcud  nəzarət  orqanları  ləğv  edilmiş,  digər 



 

66

tərəfdən  isə  bazar  iqtisadiyyatı  tələblərini  özündə  ehtiva  edən  yeni  qurumlar  və 



fəaliyyət sahələri təşəkkül tapmış, dövlət maliyyə nəzarəti gücləndirilmişdir. 

Bu  orqanlara  misal  olaraq  parlament  yanında  Hesablama  Palatasını,  Auditorlar 

Palatasını, müstəqil auditor şirkətlərini və sairəni göstərmək olar. 

Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  təsdiq  edilməsi  və  onun  icrasına 

nəzarət  üzrə  Azərbaycan  Respublikası  Milli  Məclisinin  səlahiyyətlərinin  həyata 

keçirilməsinə  kömək  etmək  Hesablama  Palatasınının  fəaliyyətinin  əsasını  təşkil        

edir.  

Hesablama  Palatası  dövlət  mülkiyyəti  və  pul  vəsaitləri  üzərində  nəzarət  aparır. 



Nəzarət  bütün  hüquqi  şəxsləri,  o  cümlədən  dövlət  büdcədənkənar  fondlarını, 

Azərbaycan  Respublikası  Milli  Bankını,  yerli  idarəetmə  orqanlarını,  kommersiya 

banklarını, sığorta firmalarını və başqa kommersiya və qeyri-kommersiya təşkilatlarını 

ə

hatə edir. 



Respublikada son dövrlərdə dövlət maliyyə nəzarəti orqanlarının strukturunun və 

fəaliyyətlərinin  təkmilləşdirilməsinə  də  böyük  əhəmiyyət  verilir.  Azərbaycan 

Respublikası  Prezidentinin  “Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin 

fəaliyyətinin  təkmilləşdirilməsi  tədbirləri  haqqında”  09  fevral  2009-cu  il  tarixli  48 

nömrəli  Fərmanı ilə Maliyyə Nazirliyinin tərkibində bir sıra yeni nəzarət strukturları, 

məsələn,  Dövlət  Xəzinədarlığı  Agentliyi,  Dövlət  Maliyyə  Nəzarəti  Xidməti,  Dövlət 

Borcunun  darə  Edilməsi  Agentliyi,  Dövlət  Sığorta  Nəzarəti  Xidməti  və  s. 

yaradılmışdır. 

Qeyd olunan nəzarət strukturlarının yaradılmasında əsas məqsəd ildən – ilə artan 

dövlət  büdcəsi  vəsaitlərinin  və  dövlət  borcunun  idarə  edilməsi,  dövlət  xəzinədarlığı, 

dövlət  maliyyə,  əyar,  sığorta  fəaliyyəti,  mühasibat  uçotunun  təşkili  və  aparılması 

sahələrində  dövlət  nəzarətinin  və  tənzimlənməsinin  müasir  tələblərə  uyğun  təşkilinin 

təmin edilməsidir. 

Dövlət  Xəzinədarlığı  Agentliyi  dövlət  büdcəsinin  kassa  icrasını  həyata  keçirən  

və  həmin  maliyyə  əməliyyatlarının  uçotunu  aparan,  büdcə  xərcləri  üzrə  dövlətin 

adından  büdcə  təşkilatları  qarşısında  öhdəlikləri  qəbul  edən,  Azərbaycan 

Respublikasında dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsi, 



 

67

bu vəsaitlərin daxil olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata 



keçirən icra hakimiyyəti orqanıdır.   

Agentliyin  fəaliyyət  istiqamətləri  aşağıdakılardır:  büdcə  təşkilatlarının  satın 

aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə qabaqcadan dövlət (büdcə) öhdəlikləri 

götürür  və  bu  öhdəliklər  çərçivəsində  satınalmalardan  yaranan  kreditor  borclarının 

ödənilməsini  həyata  keçirir;  dövlət  büdcəsinin  icrasını  yerinə  yetirməklə  büdcə 

gəlirlərinin büdcəyə daxil olmasını və xərclərinin vahid büdcə təsnifatına uyğun olaraq 

ünvanlı  istifadəsini  təmin  edir;  dövlət  xəzinədarlığının  inkişafını,  vahid  xəzinə 

hesabının  idarə  edilməsini  və  bu  hesabdan  vəsaitin  silinməsinə  sərəncam  verilməsini 

təmin  edir  və  qanunvericiliklə  müəyyən  olunmuş  digər  istiqamətlərdə  fəaliyyət  

göstərir. 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 

dövlət  büdcəsinin,  o  cümlədən  məqsədli  büdcə  fondlarının  və  büdcə  təşkilatlarının 

büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınmış kreditlərin məqsədli və 

səmərəli  xərclənməsi  üzərində  dövlət  maliyyə  nəzarətini  həyata  keçirən  bir    

qurumdur. 

Dövlət Maliyyə Nəzarəti Xidmətinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 

dövlət  büdcəsinin,  o  cümlədən  məqsədli  büdcə  fondlarının  vəsaitlərinin  xərclənməsi, 

habelə  büdcə  təşkilatlarının  büdcədənkənar  əməliyyatlar  üzrə  vəsaitlərinin  əldə 

edilməsi  və  xərclənməsi  üzərində  dövlət  maliyyə  nəzarətini  həyata  keçirir;  dövlət 

zəmanəti  ilə  alınmış  və  dövlət  büdcəsinin  vəsaiti  hesabına  verilmiş  kreditlərin 

xərclənməsi  üzərində  dövlət  maliyyə  nəzarətini  həyata  keçirir;  Azərbaycan 

Respublikasında  dövlət  maliyyə  nəzarətininin  həyata  keçirilməsi  işinə  metodiki 

rəhbərlik edir, bu sahədə mövcud olan nöqsanları və neqativ halları doğuran səbəblərin 

aradan  qaldırılması  məqsədilə  mütəmadi  tədbirlər  həyata  keçirir;  qanunvericiliklə 

müəyyən olunmuş digər istiqamətlərdə fəaliyyət  göstərir. 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  Dövlət Borcunun  darə Edilməsi 

Agentliyi isə qanunvericiliyə uyğun olaraq dövlət borcalmalarının həyata keçirilməsini 

təmin  edən,  vahid  xəzinə  hesabında  olan  vəsaitin  qalığını  (sərbəst  qalığı)  və  dövlət 

büdcəsinin Təminat Fondunun vəsaitlərini idarəetməyə verən  və ya idarə edən, dövlət 

qiymətli  kağızlarının  emissiyasını  həyata  keçirən,  dövlət  borcunun,  dövlət 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə