Microsoft Word mitelov ravan doc



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix20.09.2018
ölçüsü0,54 Mb.
#70077
1   ...   16   17   18   19   20   21   22   23   24

 

62

təmayüllü  vəsaitlərin  xərclənməsi,  dövlət  əmlakının  istifadəsi,  yaxud  özəlləşdirilməsi 



zamanı  səmərəlliliyin  və  dürüstlüyün  təmin  edilməsi,  bu  vəsaitlərin  dövlət  büdcəsinə 

daxil olmasını izləmək, həmçinin ictimai hesabatlılığın, şəffaflığın həyata keçirilməsi, 

beləliklə də kənaraçıxmaların xüsusən də korrupsiyanın qarşısının alınmasıdır.  

Hesablama  Palatası  Azərbaycan  Respublikası  Konstitusiyasının  tələbi  olaraq 

Milli  Məclis  tərəfindən  yaradılıb  (M  a  d  d  ə  9  2:  Azərbaycan  Respublikasının  Milli 

Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır, o 

cümlədən  öz  sədrini  və  onun  müavinlərini  seçir,  daimi  və  başqa  komissiyalar  təşkil 

edir, Hesablama Palatası yaradır).  

Maliyyə şəffaflığının təmin edilməsi, nəzarətin müasir dövrün tələblərinə uyğun 

qurulması  istiqamətində  əsaslı  işlər  görülsədə,  müəyyən  problemlər  və 

çatışmamazlıqlar  da  mövcuddur  ki,  onların  aradan  qaldırılması  ümumi  işin  xeyrinə 

olardı. 


Müasir  şəraitdə  maliyyə  nəzarəti  sferasında    mövcud  olan    əsas  problemlərdən 

biri  maliyyə  nəzarəti  üzrə  vahid  qanunvericilik  aktının  və  ya  vahid  konsepsiyanın 

olmamasıdır.  

Resbulikada “Maliyyə nəzarəti haqqında” qanunun qəbulu  maliyyə nəzarətinin 

nəticəliliyini, şəffaflığını və aşkarlığını, obyektivliyini və səriştəliliyini,  müstəqilliyini 

və  təsirliliyini,  iqtisadi  inkişafa  və  təhlükəsizliyə  təminatının  əsas  istiqamətlərini, 

maliyyə  nəzarətinin  hüdudları,  forma  və  metodları,  nəzarət  qurumlarının  hüquqi 

statusu, maliyyə nəzarəti orqanları ilə digər dövlət idarəetmə orqanlarının əlaqələrinin 

təkmilləşdirilməsini,  maliyyə  nəzarəti  sahəsində  maraqların  toqquşmasının  qarşısının 

alınmasını,  habelə  nəzarət  qurumlarının  fəaliyyətlərinin  iqtisadi  mexanizmlərini 

müəyyən edəcəkdir. 

Maliyyə  nəzarəti  sisteminin  effektiv  fəaliyyətinin  əsas  problemlərindən  biri  də 

maliyyə-büdcə  qanunvericiliyinin  pozulmasına  görə  adekvat  tədbirlərin  kifayət  qədər 

yumşaq  olmasıdır.  Təsadüfi  deyildir  ki,  məhz  bunları  nəzərə  alaraq  Hesablama 

Palatasının  sədri  V.Gülməmmədov  maliyyə-büdcə  qanunvericiliyinin  pozulmasına 

qarşı  inzibati  tədbirlərin  gücləndirilməsini  zəruri  hesab  edir.  Palatanın  sədri  bunun 

zəruriliyini  sadə  bir  nümunə  ilə  göstərir:  Azərbaycan  Respublikası  nzibati  Xətalar 

Məcəlləsində dövlət rüsumunun düzgün tutulmaması və ya dövlət büdcəsinə vaxtında 




 

63

və  tam  ödənilməməsinə  görə  vəzifəli  şəxslər  cəmi  90,0  manatadək  cərimə  edilir. 



Halbuki,  məsələn,  Qazaxıstanın  nzibati  Xətalar  Məcəlləsində  yuxarıda  adıçəkilən 

qanunvericiliyin hər bir tələbinin pozulması hallarına görə ayrı-ayrılıqda inzibati cəza 

nəzərdə tutulmuşdur. Bunları nəzərə alaraq Hesablama Palatası hesab edir ki, maliyyə-

büdcə  qanunvericiliyinin  pozulmasına  qarşı  inzibati  tədbirlər  genişləndirilməli  və 

gücləndirilməli, cərimələrin məbləği dəfələrlə artırılmalıdır.  Bütün bu tədbirlər dövlət 

vəsaitlərindən  istifadənin  səmərəliliyinin  artırılmasına,  şəffaflığın  və  hesablılığının 

təmin  edilməsinə,  maliyyə  inzibatçılığının  güclənməsinə  və  korrupsiya  ilə  daha 

səmərəli mübarizəyə xidmət etmiş olar. 

Müasir  şəraitdə  nəzarət-maliyyə  mexanizminin  təşkilinin  ən  vacib 

problemləridən  digəri  isə  müstəqil  audit  institutu  ilə  dövlət  maliyyə  nəzarəti  arasında 

qarşılıqlı  əlaqənin  qurulması  və  onun  beynəlxalq  təcrübəyə  əsasən  təşkilinin  təmin 

edilməsidir. 

Maliyyə nəzarəti sahəsində mövcud olan problem və çatışmamazlıqların sırasına 

həmçinin  maliyyə  nəzarəti  orqanları  üçün  qanunvericiliklə  təsdiqlənmiş    nəzarətin 

aparılmasının  vahid  norma,  standart  və  qaydalarının  hazırlanmamasını,    nəzarət 

orqanları  üçün  kadr  hazırlığının  qənaətbəxş  olmamasını  və  sairəni  aid  etmək            

olar.  

Qeyd  etdiyimiz  təşkilati-struktur  məsələlərin  vaxtında  həllindən,  nəzarətin 



hüquqi və təşkilati strukturunun təkmilləşdirilməsindən, elmi tədqiqatların nəticələrinin 

uğurlu tətbiqindən dövlət maliyyə nəzarətinin vahid və effektiv sisteminin  qurulması 

və  fəaliyyəti,  eləcə  də  bütövlükdə  dövlətin  uğurlu  iqtisadi  siyasəti  bilavasitə         

asılıdır. 

 

 

 



 

 

 



 


 

64

3.2. Azərbaycanda  dövlət maliyyə nəzarətinin  müasir tələblər səviyyəsində 



qurulması və effektivliyinin artırılması 

 

 



 Respublikamızda  dərin  sosial-iqtisadi  dəyişikliklərin  getdiyi,  büdcə  və  vergi 

intizamının  möhkəmləndirilməsinin  dövlət  siyasətində  üstünlük  təşkil  etdiyi,  azad  və 

sosialyönümlü  vətəndaş  cəmiyyətinin  bərqərar  olduğu  indiki  şəraitdə  maliyyə 

nəzarətinin  rolu  və  əhəmiyyəti  ikiqat  artır.  Bu  mənada  heç  də  təsadüfi  deyildir  ki, 

dövlət  maliyyə  nəzarəti  sisteminin  müasir  tələblər  səviyyəsində  qurulması  və  onun  

effektivliyinin artırılması dövlət quruculuğunun  əsas istiqamətindən biri kimi qarşıya 

qoyulmuşdur.  

Azərbaycan  Respublikasının  müstəqil,  demokratik  inkişaf  yoluna  qədəm 

qoymasından  sonra  ölkədə  həyata  keçirilən  radikal  iqtisadi  islahatlar  və  idarəetmə 

sisteminin  təkmilləşdirilməsi,  xəzinədarlıq  sisteminin  yaradılması,  nazirlik,  komitə  və 

başqa  mərkəzi  icra  hakimiyyəti  orqanlarında  mövcud  olan  nəzarət-təftiş  qurumlarının 

ləğv olunması, dövlət orqanlarına onların öz səlahiyyətlərinə aid olmayan  yoxlamalar 

aparılmasının qadağan edilməsi və bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən digər 

məqsədyönlü  tədbirlər  ölkədə  beynəlxalq  standartlara  cavab  verən  maliyyə  nəzarəti 

sisteminin qurulmasını zərurətə çevirdi. 

Bazar iqtisadiyyatı şəraitində maliyyə nəzarətinin təkmilləşdirilməsi, hər şeydən 

ə

vvəl auditor xidmətinin ən müasir mexanizmlərinin təşkilini və fəaliyyət göstərməsini, 



nəzarət sisteminin əlaqələndirilməsini və təsir gücünün artırılmasını və sairəni nəzərdə 

tutur. 


 Təəssüflə  qeyd  olunmalıdır  ki,  respublikada  auditin  təşkili  və  aparılması 

sahəsində  əsaslı  işlər  aparılmasına  və  bir  sıra  problemlərin  həll  olunmasına  ehtiyac 

vardır.  

Yüksək səviyyədə inkişaf etmiş dünya ölkələrinin təcrübəsi də göstərir ki, burada  

icra olunan bütün layihələr auditor nəzarətindən keçməklə həyata vəsiqə alır. Bir qayda 

olaraq qeyd olunan ölkələrdə icrası nəzərdə tutulan dövlət proqramları üzrə layihələrdə 

bu  məqsədlə  ayrılmış  vəsaitin  1-2  faizi  nəzarət  tədbirlərinin  icra  olunmasına  sərf 

olunur. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə