Microsoft Word mm cavab az imtahan docx



Yüklə 422,87 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix14.01.2018
ölçüsü422,87 Kb.
#20630
1   2   3   4   5   6   7   8   9   ...   18

-Şəhərlərdə,  rayonlarda,  kənd  və  qəsəbələrdə  -müvafiq  icra  hakimiyyəti  başcıları 

və onların nümayəndələri; 

-təsərrüfat birliklərində və obektlərdə -onların rəhbərləri və sahibkarları. 

       Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam  məsuliyyət daşıyırlar və 

bu, onların vəzifə borcuna daxildir. Onların rəhbərliyi qərargah, xidmətlər və başqa 

dövlət orqanları vasitəsilə yerinə yetirilir. 

       Mülki  müdafiə  tədbirlərini  planlaşdırmaq,  həmin  plandan  irəli  gələn 

vəzifələrin  yerinə  yetirilməsini  təşkil  etmək  və  onların  icrasına  nəzarət  üçün 

yerlərdə mülki müdafiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat 

obyektləri  (müəssisələr)  mühüm  yer  tutur.  Təsərrüfat  obyektləri  (müəssisələr) 

mülki müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir. 

      Bütün  mülki  müdafiə  tədbirlərinin  bünövrəsi  məhz  burada  qoyulur.  Obyekt 

dedikdə idarə, müssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur. 

 

8.Azərbaycan Respublikasının FHN-nin Mülki Müdafiə üzrə əsas vəzifələri. 

Mülki  müdafiə üzrə dövlət  funksiyalarını  Azərbaycan  Respublikasının  Fövqəladə 

Hallar  Nazirliyinin  orqanları  yerinə  yetirir.  Buraya  bütün  idarəetmə  orqanları, 

müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilarlar 

və  digər  obyektlər,  onların  qüvvə  və  vasitələri  daxildir.  Onlar  sülh  və  fövqəladə 

hallarda  respublikanın  bütün  ərazisində  mülki  müdafiə  tədbirlərinin  yerinə 

yetirilməsini təşkil edirlər.  

-fövqəladə  halların  nəticələrindən  əhalinin  və  təsərrüfat  obyektlərinin  mühafizə 

edilməsi; 

-sülh və müharibə dövrlərində admların həyatı, sağlamlığı üçün təhlükə yarandığı 

barədə  və  belə  şəraitdə  davranış  qaydaları  haqqında  əhalinin  vaxtında  xəbərdar 

edilməsi; 

-fövqəladə  halların  nəticələri  aradan  qaldırılarkən  qəza-xilasetmə  və  digər 

təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi; 

-FHN-nin  orqanlarının  rəhbər  heyətinin,  idarəetmə  orqanları  və  qüvvələrinin 

fövqəladə  hallarda  mühafizəyə  və  fəaliyyət  üsullarının  əhaliyə  öyrədilməsinin 

təşkili; 

-sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda  təsərrüfat  sahələrinin, 

müəssisələrinin,  idarə  və  təşkilatların  sabit  fəaliyyətinin  təmin  olunmasına 

yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis -texniki  və digər 

tədbirlərin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir. 

Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir. 

 

9.  Sülh  mənşəli  Föqəladə  hallarda  fəaliyyət  göstərən  Dövlət  sistemi  və 



vəzifələri. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 saylı 

qərarı  ilə  “  Fövqəladə  halların  qarşısının  alınması  və  belə  hallarda  fəaliyyət  üzrə 

Azərbaycan  Dövlət  Sistemi”  yaradılmış,  onun  tərkibini,  vəzifələrini,  fəaliyyət 

qaydalarını müəyyən edən Əsasnamə və digər normativ sənədlər təsdiq edilmişdir. 

Bu  sistem  ərazi  üzrə  Respublikanın  bütün  şəhər,  rayon  və  digər  yaşayış   

məntəqələrini;  təsərrüfat  sahələri  üzrə  isə  bütün  nazirlikləri,  dövlət  komitələrini, 

baş idarələri və hər cür iqtisadiyyat obyektlərini əhatə edir. 




Səlahiyyət dairələrinin vəvifələri bunlardır: 

-ətraf  mühitdə  və  təhlükə  potensiallı  obyektlərdə  müşahidə  və  nəzarəti  təşkil 

etmək; 


-yarana biləcək vəziyyəti proqnozlaşdırmaq  və qiymətləndirmək;   

-fövqəladə hadisələrın qarşısını almaq  üçün profilaktik tədbirlər görmək;   

-fövqəladə halların qarşısını almaq və nəticələrini zəiflətmək məqsədilə profilaktik 

tədbirləri  görmək,  xilasetmə  işləri  aparmaq  üçün  qüvvələr  hazırlamaq,  zərər 

çəkmiş əhaliyə  yardım üçün  lazımı maddi-texniki  vəsait ehtiyatları yaratmaq; 

-fövqəladə  hallar  barədə  xəbər  və  məlumatların  bütün  əhaliyə  vaxtında 

çatdırilmasını təmin etmək; 

-fövqəladə  hadisələrin  aradan  qaldırılması  işini  təşkil  etmək  və  ona  rəhbərlik  

etmək. 

Qeyd  etmək  lzımdır  ki,  fövqəladə  komissiyalar  daimi  fəaliyyət  göstərən 



komissiyalardır; onlar həmişə hazır olmalı, lazım gəldikdə dərhal fəaliyyəti təşkil 

etməlidirlər. 

 

10. Mülki Müdafiə xidmətləri, qüvvələri, onların təyinatı və yaradılması.   

Mülki  müdafiə  qüvvələri  mülki  müdafiənin  qoşun  hissələrindən,  ştatlı  qəza- 

xilasetmə  dəstələrindən,  hərbiləşməmiş  mülki  müdafiə  dəstələrindən,  həmçinin 

nazirliklərin,  baş  idarələrin  və  icra  hakimiyyəti  başçılarının  tabeliyində  qalmaqla 

xüsusi  mülki  müdafiənin  vəzifələrinin  yerinə  yrtirilməsinə  cəlb  olunan  müxtəlif 

dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.  

Mülki müdafiə qüvvələri FH-in nəticələrini aradan  qaldırarkən QX və DT  yerinə 

yetirmək, bu işləri təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra 

etmək üçündür. Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş dəstələr təşkil 

edir. Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki 

müdafiə qüvvələrinin sayca ən böyük hissələridir.  

Xatırladaq  ki,  mülki  müdafiə  dəstələri  ərazi  –istehsalat  prinsipi  üzrə  Naxçıvan 

Muxtar  Rspublikasında,  rayonlarda,  şəhərlərdə,  obyektlərdə  və  yaşayış 

məntəqələrində yaradılır. 

Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür: 

Tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafiə dəstələri. 

Yerinə  yetirdikləri  vəzifələrə  görə  -  obyektlərdə  ümumi  məqsədli  mülki  müdafiə 

dəstələri,  xidmət  dəstələrin  (xüsusi  məqsədli  dəstələr),  kimyəvi  təhlükəli 

obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.  

Ümumi  məqsədli  dəstələr  zədələnmə  ocağında  xilasetmə  işləri  aparmaq,  təbii 

fəlakətlərin  və  istehsalat  qəzalarının  nəticələrini  aradan  qaldırmaq  üçün  nəzərdə 

tutulur. 

Mülki müdafiə xidmət dəstələri – xüsusi təyinatlı dəstələr kəşfiyyat, tibbi yardım, 

yanğınsöndürmə,  rabitə,  dozimetrik  və  kimyəvi  nəzarət  və  s.  xidmət  dəstələri 

sayılır. 

 

 



11.Sülh dövründəki Fövqəladə Hallar və Dövlət sisteminin  müxtəlif rejimdə 

iş fəaliyyəti. 


Yüklə 422,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə