Microsoft Word mm cavab az imtahan docx



Yüklə 422,87 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix14.01.2018
ölçüsü422,87 Kb.
#20630
1   2   3   4   5   6   7   8   9   ...   18

Texnogen  xarakterli  fövqəladə  hallara  radiasiya,  yanğınlar,  partlayışlar  bina  və 

qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə 

ə

laqədar  qəzalar,  elektroenergetika  sistemlərində,  həyat  təminatlı  kommunal 



sistemlərdə, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, 

magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.hadisələr daxildir. 

Azərbaycan  Respublikasının  ərazisində  yüksək  dərəcədə  texnogen  təhlükələr 

mövcuddur ki, bunlar da müxtəlif növ FH-ın başlıca mənbələridir. 

 Bunların əsas səbəbləri aşağıdakılardır: 

-istehsalat  sahələrihdə  təhlükəsizliyin  dövlət  tərəfindən  tənzimlənməsi 

mexanizminin    zəifləməsi;  respublikada  iqtisadiyyatın  sturukturca  yenidən 

qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və 

texnoloji  intizamın,  habelə  istehsalatda  qəzaya  qarşı  davamlılıq  tədbirlərinin 

zəifləməsi; 

-bəzi  sənaye  sahələrində  istehsalat  vasitələrinin,  xüsusən  də  texnoloji 

avadanlıqların,  nəqliyyat  vasitələrinin,  əsas  istehsalat  fondlarının  yol  verilməz 

dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması; 

-sənaye istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazırlanan məhsulun 

keyfiyyətcə kəskin surətdə aşağı düşməsi; 

-istehsalatda  təhlükəli,  zərərli  amilləri  aşkar  və  nəzarət  edən  cihazların,  belə 

amillərdən kollektiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması və 

onların keyfiyyətsiz olması; 

-ölkədə  həyat  fəaliyyətinin  təmin  olunması  sahələrində  aparılan  əsaslı  və  tətbiqi 

tədqiqatların keyfiyyətinin aşağı olması; 

-partlayış,  yanğın,  kimyəvi,  radiasiya,  bioloji  təhlükəli  maddələr  və 

texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi; 

-potensial  təhlükəli  istehsalat  və  obyektlərin  vəziyyətinə  nəzarət  və  müşahidənin 

kifayət dərəcədə olmaması; 

-qəza  və  fəlakətlərin  aradan  qaldırılması  üçün  lazımi  həcmdə  ehtiyatların 

olmaması; 

-FH-ın baş verməsi ehtimalı olunan zonalarda sosial problemlərin yaranması.   

 

17. Iri istehsalat qəzalarınin yaranma  səbəbləri. 

stehsalat  qəzaları,  o  cümlədən  də  iri  qəzalar-sənayenin,  elmi  texniki  tərəqqinin 

coşqun  inkişafı,  istehsalatda  texnologiyaların  durmadan  dəyişməsi,  nəhəng  enerji 

və yüksək sürətlərdən istifadə edilməsi ilə xarakterizə olunan, əsrimizə aid olan və 

tez-tez baş verən hadisələrdəndir. 

stehsalat qəzalarının baş vermə səbəbləri öyrənilərkən məlum olur ki, ilk baxışda 

bu səbəblərin çox müxtəlif  görünməsinə baxmayaraq mahiyyətcə onları iki qrupa     

bölmək mümkündür: 

1 qrup –müəssisələri layihələşdirən bəzi mütəxəssislərin təhlükəsizlik texnikasının 

tələblərinə  kifayət  dərəcədə  məsuliyyətlə  yanaşmaması,  eləcə  də  bir  sıra  sex 

rəhbərlərinin  bu  tələblərin  yrinə  yrtirilməsinə  səhlənkar  münasibəti,  partlayış  və 

tezalışma təhlükəli sahələrə daimi nəzarətin olmaması; 



2  qrup  -səbəblər  isə  təbiətin  bütün  hadisələrinin  tam  sürətdə  öyrənilməməsi  ilə 

şə

rtləşir.  Məsələn,  bəzən  (hətta  təhlükəsizlik  texnikası  qaydalarına  əməl  olunan 




müəssisələrdə) məlum olur ki, müxtəlif kimyəvi maddələr müəyyən miqdarda  və 

şə

raitdə  şiddətli reaksiyaya qoşularaq partlayış və ya özbaşına alışma törədib. Özü 



də  belə  kimyəvi  reaksiyaların  mümkünlüyü  barədə  nəinki  bu  müəssisədə,  hətta 

nüfuzlu elmi müəssisələrdə belə, heç bir təsəvvür olmur. Nəticədə, elmi biliklərin 

bu  üsulla  əldə  edilməsinin  arzuolunmazlığına  baxmayaraq  yeni,  əvvəllər  məlum 

olmayan təbiət hadisəsi aşkar edilir.  

Istehsalat  qəzaları  xarici  təbii  amillərin,  o  cümlədən  təbii  fəlakətlərin,  qurğunun, 

layihə  -istehsalat  qüsurlarının,  istismarı  qaydalarının  və  istehsalatda  texnoloji 

prosesin pozulması nəticəsində də baş verə bilər.  

 

18. Sənaye müəssələrində partlayışların baş vermə səbəbləri. 

      Sənaye  müəssisələrində  partlayışlar,  adətən  qurğuların  dağılması  və 

deformasiyaya  uğraması,  yanğınlar,  enerji  sisteminin  sıradan  çıxması,  texnoloji 

boru kəmərlərindən və tutumlardan zərərli maddələrin kənara sızması ilə müşayiət 

olunur.  Partlayışın  törətdiyi  istehsalat  qəzalarının  nəticələri,  xaraktercə,  müharibə 

vaxtı baş verən dağıntılara oxşayır. 

     Qazanxanalarda  qazanların  partlayışına,  kimya  müəssisələrində-  qazın, 

cihazların,  hazır  məhsul  yarımfabrikatların;  neftayırma  zavodlarında-  benzin 

buxarları  və  digər  qarışıqların;  dəyirmanlarda-  unun;  şəkər  zavodlarında-  şəkər 

tozunun;  ağac  emalı  kombinatlarında-  mişar  tozunun  və  lak-boyaq  buxarlarının 

partlayışları və s. daha çox müşahidə olunur. 

       Bir  çox  ölkələrdəki  kömür  və  filiz  mədənlərində  kömür  tozunun  və  qazların 

partlayışı  nəticəsində  çox  ağır  yeraltı  qəzalar  olur.  Belə  partlayışlar  adətən 

yanğınlar, uçqunlar və s.törədir. 

       Məişətdə işlədilən qaz balonlarının partayışları daha tez-tez baş verir, nəticədə 

yanğınlar törəyir, insanlar məhv olur. 

       stehsalat  qəzaları  zamanı  hər  hansı  partlayışın  zərbə  dalğası  böyük  insan 

tələfatına  və  qurğu  hissələrinin  dağılmasına  səbəb  olur.  Partlayışın  gücü  artdıqca 

onların yaratdığı zədələnmə ocağının ölçüləri də artır. Zərbə dalğasının qurğuların 

elementlərinə təsiri mürəkkəb yüklənmə kompleksi ilə xarakterizə olunur: birbaşa 

təsir, əks olunan təsir,kənarlardan təsir, içəridən təsir,seysmik partlayış dalğasının 

təsiri və s. 

 

19.Yanğınlar və onların nəticələri.. 

     Yanğınlar,  sənaye  müəssisılərində,  neft  mədənərində,  şəhərlərdə  və  digər 

yaşayış  məntəqələrində  daha  tez-tez  qəza  halları  yaradır.  Yanğının  intensivliyi 

istilik  impulsunun  gücü  ilə,  yəni  vaxt  ərzində  istilik  enerjisinin  kəmiyyəti  ilə 

xarakterizə edilir. Neft- qaz mədənlərində baş verən yanğınlar daha dəhşətli olur.     

      Dəniz neft mədənlərində baş verən qəzalar daha dəhşətli olur və neftin birbaşa 

dənizə  axması,  sahillərin  neftlə  çirklənməsi  ilə  əlaqıdar  beynəlxalq  xarakter  kəsb 

edir, çünki belə hallarda dənizdə balıqçılıq təsərrüfatına olduqca böyük zərər dəyir. 

Dənizə axan neftin geniş yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görmək 

lazım gəlir.  

           Dаhа  çох  mаddi  ziyаn  istеhsаlаt  və  аnbаr  binаlаrındа  bаş  vеrən 

yаnğınlаrdаn dəyir. Yаnğının təhlüкəli аmillərindən оlаn insаn tələfаtı isə çox vaxt 

yаşаyış  binаlаrındа  bаş  vеrir.  Çохmərtəbəli  istеhsаlаt  binаlаrındа  yаnğınlаr 




Yüklə 422,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə