Microsoft Word mm cavab az imtahan docx



Yüklə 422,87 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix14.01.2018
ölçüsü422,87 Kb.
#20630
1   2   3   4   5   6   7   8   9   ...   18

Hər  cür  təbii  fəlakət  və  istehsalat  qəzası  nəticəsində  yaranan  vəziyyətə  sülh 

dövründəki fövqəladə hallar deyilir. Belə hallarda əhalinin normal həyat fəaliyyəti 

pozulur,  onların  nəticələri  isə  adamlara,  ətraf  mühitə  və  təsərrüfat  obyektlərinə 

ciddi  zərər  yetirə  bilər.  Yaranan  vəziyyətdən  asılı  olaraq  Dövlət  fəaliyyət  sistemi 

müvafiq  daimi  Fövqəladə  Hallar  Nazirinin  qərarı  əsasında  üç  müxtəlif  rejimdə 

işləyə bilər: 



Birinci  rejim-  gündəlik  fəaliyyət  Respublikanın  ərazisində,  o  cümlədən  də 

rayonda (obyektdə) sənaye–istehsalat fəaliyyəti, radiasiya-kimyəvi şərait, həmçinin 

seysmik,  hidrometroloji,  sanitar–epidemik  vəziyyət  normal  olan  hallarda.  Bu 

zaman  rayonlarda, obyektlərdə  planlı  surətdə  ətraf  mühitə potensiallı  obyektlərdə 

daimi  müşahidə  aparılır,  ehtimal  edilə  bilən  fövqəladə  halların  qarşısını  almaq, 

ə

haliyə müvafiq proqramlar əsasında mühafizə və s. digər hazırlıq işləri görülür; 



kinci  rejim-  yüksək  hazırlıq  rejimidir,  bu  rejimə  fövqəladə  hallar  baş  verəcəyi 

barədə  proqnoz  alınarkən,  normal  istehsal  fəaliyyəti,  radiasiya,  kimyəvi  şərait, 

epidemik vəziyyət və s. pisləşərkən keçilir. 

Üçüncü  rejim  –  sistem  bu  rejimə  fövqəladə  hallar  baş  verərkən  və  onların 

nəticələri aradan qaldırılarkən FHN-nin müvafiq orqanları və daimi komissiyasının 

qərarı ilə keçirilir. Bu zaman: 

-əhalinin mühafizəsi təşkil edilir; 

-qüvvə və vasitələr fəlakət yerlərinə gətirilir və xilasetmə işlərinə cəlb edilir; 

-baş vermiş fəlakətlərin nəticələri aradan qaldırılır; 

-ətraf mühitdə şəraitin dəyişməsinə daimi və ciddi nəzarət qoyulur. 

 

12.  Sülh  dövründəki  fövqəladə  hadisələrin  nəticələrinin  aradan  qaldırılması 



ardıcıllığı və rəhbər orqanların vəzifələri.  

Fövqəladə  halların  nəticələrinin  aradan  qaldırılması  üzrə  xilasetmə  işlərinə 

bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keçirilir: 

-nəticəsi ancaq bir istehsalat binasını əhatə edən qismən fövqəladə hallar zamanı-

obyekt fövqəladə hallar komissiyası; 

-nəticəsi ancaq bir obyektin ərazisini əhatə edən obyekt miqyaslı fövqəladə hallar 

zamanı  lazımi  hallarda  rayon(şəhər)  və  sahə  fövqəladə  komissiyalarının  operativ 

qrupları da iştirak etməklə, obyekt fövqəladə hallar komissiyası; 

-nəticəsi  rayonun  (şəhərin)  ərazisini  əhatə  edən  yerli  FH  zamanı-  Respublika 

Fövqəladə Hallar Nazirliyi; 

       Fövqəladə  halların  nəticələrinin  aradan  qaldırılması  işləri  adətən  aşağıdakı 

ardıcıllıqla təşkil edilir: 

-istehsalatdakı işçilərin və təhlükə yaranan sahələrdə əhalinin xəbərdarlıq edilməsi 

və mühafizə olunması; bu işi obyektdə yaradılmış məhdud xəbərdarlıq sistemindən 

istifadə etməklə növbətçi-dispetçer müəyyən olunmuş qaydada yerinə yetirilir. 

-qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi; 

-fəlakətin miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s. təyin etmək üçün 

kəşfiyyatın təşkili; 

-xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi, onların 

hazır vəziyyətə gətirilməsi; 

-xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili; 



-obyektin  istehsalat  fəaliyyətinin  (əhalinin  normal  həyat  fəaliyyətinin)  bərpa 

olması. 


      Istehsalat qəzaları və təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən xilasetmə 

işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir. 

 

13. Zəlzələ.Onun növləri və baş vermə səbəbləri. 

Zəlzələ - yerin təkində süxurların yerdəyişməsi sayəsində , yer qabığının müəyyən 

sahələrinin  titrəməsidir.  Zəlzələ  tektonik,  vulkanik,  eləcə  də  uçqun    və  bəndlərin 

yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı zəlzələ, habelə 

yerə  meteorit  düşməsi  və  ya  planetimizin  digər  kosmik  obyektlərlə  toqquşması 

nəticəsində baş verən zəlzələ növləri olur.  

        Tektonik  zəlzələ  daha  tez-tez  baş  verir.  Tektonik  zəlzələ-yer  qabığının 

dərinliklərində  litosfer  tavalarda  baş  verən  çatlar  və  yerdəyişmələr  nəticəsində 

meydana  çıxan  yeraltı  təkanlardan  və  ya  yer  səthinin  tərpənməsindən  ibarətdir. 

Zəlzələ zamanı çox güclü enerji meydana çıxır və elastik seysmik dalğalar şəklində 

ə

trafa  yayılır.  Zəlzələ  gücünü  və  xarakterini  səciyyələndirən  əsas  parametrlər  –



zəlzələnin  maqnitudası,  zəlzələ  ocağının  dərinliyi  və  yerin  səthində  zəlzələ 

enerjisinin  intensivliyidir.  Respublikamızın  bütün  ərazisi  zəlzələ  təhlükəli 

(seysmik) zona sayılır. 1989-cu ildə hazırlanmış sonuncu xəritəyə görə, ərazimizin 

hər  yerində  8baladək,  Şamaxı-  smayılli,  Şəki  -Balakən,  Gəncə  -Göygöl  və  

Naxçivan MR ərazisi isə 9 baladək zəlzələ ehtimallı zonalar sayılır. Belə zonalar 

ə

razimizin  1/4  qədərini  təşkil  edir,  burada  əhalinin  təxminən  20%-i  yaşayır. 



Zəlzələ 12 ballıq şkala ilə ölçülür. 

      Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən, 

0-dan  8,5-ə  qədər  həddə  dəyişən  enerjiyə  münasib  olan  şərti  kəmiyyətdir. 

Zəlzələnin  maqnitudasını  ölçmək  üçün  Rixter  şkalasından  istifadə  edilir  ki,  bu 

ş

kalada hər bir vahid özündən əvvəlki vahidə nisbətən titrəyiş enerjisinin yüz qat 



artığına müvafiqdir. 

Zəlzələ ocağının dərinliyi-müxtəlif seysmik rayonlarda 0-dan 700 km-dək dəyişə 

bilər. 


     Yer  səthində  zəlzələ  enerjisinin  intensivliyi    12  ballıq  şkala  üzrə  ölçülür; 

gücünə(intensivlitinə görə) müvafiq olaraq zəlzələlər belə adlanır: hiss edilməyən, 

çox  zəif,  zəif,  mülayim,  xeyli  güclü,  güclü,  çox  güclü,  dağıdıcı,  dəhşətli, 

məhvedici, fəlakət, güclü fəlakət.  

 

14. Yanğın. O hansı hallarda baş verə bilər?  nsanlara təsir edən amillər. 

Yаnğın  –səhlənkarlıq  üzündən,  bəzən  də  istehsalat  qəzası  və  təbii  fəlakət 

nəticəsində və s. baş verir. Yаnmа ilə yаnаşı müəyyən zаmаn və məкаn hüdudundа 

inкişаf еdən кütlə və istiliк mübаdiləsi təzаhürlərini özündə əкs еtdirən mürəккəb 

fiziкi-кimyəvi  prоsеsdir.  Bu  təzаhürlər  qаrşılıqlı  əlаqəlidir  və  yаnğının 

pаrаmеtrləri, yəni yаnıb qurtаrmа sürəti, hərаrəti  və s. ilə хаrакtеrizə оlunur. Eyni 

zamanda əкsəriyyəti təsаdüfi хаrакtеr dаşıyаn bir sırа şərtlərlə müəyyən еdilir. 

К

ütlə  və  istiliк  mübаdiləsini,  hər  hаnsı  yаnğın  üçün,  оnun  ölçülərindən  və  bаş 



vеrmə  yеrindən  аsılı  оlmаyаn  səciyyəvi    ümumi  təzаhürlər  аdlаndırırlаr.  Yаlnız 

müхtəlif üsullаrlа yаnmаnın ləğv еdilməsi, оnlаrın кəsilməsinə gətirib çıхаrа bilər.  




Yüklə 422,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə