Microsoft Word mm cavab az imtahan docx



Yüklə 422,87 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix14.01.2018
ölçüsü422,87 Kb.
#20630
1   ...   10   11   12   13   14   15   16   17   18

şə

bəkələri  və  kommunikasiyaları,  habelə  avadanlıq  və  şəxsi  heyətlə  birlikdə 

zədələnməyə, dağıntıya və ya zəhərlənməyə məruz qalmış obyekt ərazisinə deyilir.  

Obyektlərdə sadə (birnövlü) və mürəkkəb zədələnmə ocaqları yarana bilər.  



      Sadə  (birnövlü)  zədələnmə  ocağı  –  təkcə  bir  zədələyici  amilin,  məsələn, 

partlayışın  törətdiyi  dağıntıların,  yanğının,  yalnız  kimyəvi  və  ya  bakterioloji 

zəhərlənmənin nəticəsində əmələ gələn ocağa deyilir.  

     Mürəkkəb  zədələnmə  ocağı  isə  bir  neçə  zədələyici  amilin  qarşılıqlı  təsiri 

nəticəsində, yaranan ocaqdır:  Məsələn, istehsal qəzası zamanı baş verən partlayış 

dağıntılara,  uçqunlara,  yanğınlara,  ərazidə  zəhərlənməyə  səbəb  olur;  zəlzələ  və 

qasırğa  nəticəsində  qurğuların  dağılması  ilə  yanaşı,  sahillərin  su  altında  qalması, 

elektrik  xətlərində  qısa  qapanma  sayəsində  texniki  qurğuların  zədələnməsi, 

mühəndis  şəbəkələri  və  maye  tutumları  dağılarkən  zərərli  mayelərlə  ətrafın 

zəhərlənməsi ilə nəticələnir.  

       Zədələyici amillərin xarakterindən asılı olaraq zədələnmə (zəhərlənmə) ocağı 

müxtəlif  formalı, məsələn, partlayış, zəlzələ nəticəsində - dairəvi; qasırğa, fırtına, 

daşqın, sel, marxal və s. nəticəsində - zolaq formasında; yanğın, sürüşmə, sunami 

tipli külək zamanı - qeyri-müəyyən formada ola bilər.  

Dağılma  dərəcələri.  Qurğunun  bütövlükdə  dağılması  dərəcəsi  zədələnmələrin 

ümumi  nəticəsi  ilə  xarakterizə  olunur.  Qurğularda  ən  güclü  dağıntılar  partlayış, 

yanğın və s. kimi istehsalat qəzaları nəticəsində və ya zəlzələ, qasırğa və digər təbii 

fəlakətlər zamanı baş verir.  

      Obyektin qurğularında, məsələn, partlayış, zəlzələ, qasırğa və yanğınlar zamanı 

baş verən dağıntıları şərti olaraq dörd növə: tam, güclü, orta dərəcəli və zəif dağıntı 

dərəcələrinə (A, V, S, D dərəcələrinə) ayırmaq mümkündür. Yaşayış evlərinin və 

sənaye  binalarının  zəif  zədələnməsi  xeyli  dərəcədə  küləyin  şiddətindən  və 

istiqamətindən asılı olur. Güclü külək zamanı tikintilər külək əsən istiqamətdə 1,5-

2 dəfə artıq zədələnir. Yaşayış evləri və sənayə binaları üçün bəzən dağıntılar üzrə 

ə

lavə bir dərəcə - yüngül zədələnmə - E növü də müəyyən edilir.  



      Tam  dağıntılar  zamanı  bina  və  qurğular  tamamilə  dağılıb  tökülür  (yanır). 

Yalnız  özüllər  və  möhkəm  zirzəmi  otaqlar  qismən  salamat  qala  bilər.  Mühəndis 

şə

bəkələri basılıb əzilir və ya partlayır. Belə obyektlərin bərpası, adətən mümkün 



və ya məqsədəuyğun deyil.  

    Güclü  dağıntılar  zamanı  qurğuların  ancaq  bəzi  hissələri  aşağı  mərtəbələrin 

divarları, dəmir beton karkasların ünsürləri, yeraltı otaqlar salamat qalır. Mühəndis 

şə

bəkələri ayrı-ayrı sahələrdə qırılır və ya deformasiyaya uğrayır. 



Orta dərəcəli dağıntılar zamanı binaların qəfəsləri və qurğuların digər möhkəm 

konstruksiyaları  (əsas  divarlar,  dəmir-beton  örtüklər  və  s.)  salamat  qalır.  Bəzi 

yerlərdə mühəndis şəbəkələrinin birləşmələri pozulur. Xeyli bərpaetmə işləri tələb 

olunur. 


     Zəif  dağıntılara  bina  və  qurğuların  ikinci-dərəcəli  ünsürlərində  -  damlarda, 

yardımçı  yüngül  tikililərdə,  pəncərə  və  qapı  çərçivələrində,  şüşəbəndlərdə  baş 

verən  xırda  deformasiyalara  aid  edilir.  Binaların  daxilində  divarların  suvağı, 

arakəsmələr, qapı çərçəvələr, zədələnir.  

 

37. Bərpa işlərinin növləri 



         Qəza  və  təbii  fəlakət  nəticələrinin  aradan  qaldırılması  dövründə  yaranan 

şə

raitdən, obyektlərdən istifadə olunması müddətindən, dağıntıların  xarakterindən 



və  həcmindən  ilin  fəslindən  və  havanın  proqnozundan,  eləcə  də  bərpa  işlərinin 

yerinə  yetirilməsi  üçün  ayrılmış  qüvvə,  vasitə  və  vaxtdan  asılı  olaraq,  bərpa 

işlərinin üç növü olur: qısamüddətli, müvəqqəti və əsaslı bərpa işləri.  

         Qəza və ya təbii fəlakət nəticələrinin aradan qaldırılmasında obyektin bərpası 

qısamüddətli  və  ya  müvəqqəti xarakterli  ola  bilər.  Bəzi  hallarda  belə  işlər  ardıcıl 

surətdə icra edilir.  

        Qısamüddətli bərpa müvəqqəti bərpanın bir növü hesab edilir; bu, müvəqqəti 

bərpadan  əvvəl,  davam  etməkdə  olan  təbii  fəlakət  şəraitində  yerinə  yetirilən  və 

müvəqqəti  bərpaya  nisbətən  texniki  cəhətdən  kənar  təmin  olunan  bərpa  növüdür. 

Təbii  fəlakətlərlə  təcili  mübarizə  şəraitində  adətən,  əsaslı  bərpa  işləri  aparılmır. 

Ə

saslı  bərpa  ancaq  təbii  fəlakətin  təsiri  qurtarandan  sonra  onun  nəticələri  aradan 



qaldırılarkən  yerinə  yetirilir.  Bərpanın  növü  yuxarı  təşkilatın,  nazirliyin,  baş 

idarənin, ərazi orqanlarının qərarı ilə müəyyən edilir.  

       Qısamüddətli  bərpa  işləri,  adətən,  əlaltı  materiallardan  və  yığılıb-sökülən 

konstruksiyalardan istifadə olunmaqla aparılır. Bu zaman belə bərpa işlərinin icra 

müddəti - saatlarla, bu cür bərpa olunan obyektlərin fəaliyyət müddəti isə günlərlə 

hesablanır.  

       Qısamüddətli  bərpanın  əsas  xüsusiyyəti  -  işlərin  icrasının  təcili  xarakter 

daşıması,  bərpa  olunan  konstruksiyaların  isə  qısamüddətli  istismar  üçün  nəzərdə 

tutulmasıdır.  

      Dağılmış  obyektin  daimi  və  ya  müvəqqəti  bərpası  isə  zədələnmiş  qurğuları 

qismən  (və  bəzi  sadələşdirmə  yolu  ilə)  bərpa  edərək  obyektin  xeyli  bir  müddət 

fəaliyyət  göstərməsinə  nail  olmaq  üçün  aparılır.  Məsələn,  binanın  ancaq  bir  neçə 

mərtəbəsinin  bərpa  olunması,  yaxud  deformasiyaya  uğramış  yol  örtüyünün 

bütünlüklə deyil, bəzi sahələrinin qaydaya salınması bu qabildəndir.  

      Obyektlərin  əsaslı  bərpası  onların  daimi  istismarını  təmin  etmək  üçün  yerinə 

yetirilir.  Bu  zaman  qurğunun  qısa  müddətdə  mənəvi  cəhətdən  köhnəlməsinin 

qarşısını  almaq  məqsədilə  qurğuları  yenidən  qururlar  (modernləşdirirlər). 

Dağıdılmış nadir və tarixi əhəmiyyətli obyektlər lazımi hallarda restavrasiya edilib 

ə

vvəlki şəklinə salınır.  



       şlərin  icrasında  zavodlarda  hazırlanan  yığma  konstruksiyalardan  istifadə 

olunur.  şlərin  icrası  aylarla  davam  edir.  Bərpa  edilmiş  obyekt  on  illərlə  istismar 

üçün nəzərdə tutulur.  

        Əsaslı bərpa – sənaye qəzaları və təbii fəlakət nəticələrinin tamamilə aradan 

qaldırılması prosesində qurğuların bərpa edilməsinin əsas növüdür. 

       Təbii  fəlakətlərlə  mübarizə  və  müxtəlif  qəzaların  məhdudlaşdırılması  işləri 

aparılarkən  bərpa  işlərinin  icrasını  çətinləşdirən  xüsusi  şərait  amilləri 

aşağıdakılardan ibarətdir:  işlərin qısa  müddətdə  yerinə  yetirilməsi  lüzumu;  işlərin 

icrası  layihəsinin  ( LL)  və  əvvəlcədən  hazırlanmış  tikinti  meydançasının 

olmaması;  ərazinin  zəhərlənməsi  ehtimalı  və  təbii  fəlakətlərin  davam  edən  təkrar 

təsiri. 

 



Yüklə 422,87 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə