Microsoft Word mm cavab az imtahan docx



Yüklə 422,87 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix14.01.2018
ölçüsü422,87 Kb.
#20630
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

-bina  ilə  birgə  tikilən  qurğular  (binaların  zirzəmisində  kürsü  və  birinci 

mərtəbələrində,  sənaye  müəssisələrinin  yeraltı  mərtəbələrində  və  yardımçı 

binalarda); 

-binadan ayrı tikilən qurğular. 



Yüklənən konstruksiyaların materialına görə

-dəmir – beton konstruksiyalı qurğular; 

-daş divarlı qurğular. 

-meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular. 



 

32. Əsas təyinatlı otaqlar. 

ğınma otaqları (SO) – əhalinin daldalanması və yerləşdirilməsi üçün bir, iki və 

üçmərtəbəli taxtlar yerləşdirilən otaqlardır. 

Sığınacaqda adamların daldalanması üçün nəzərdə tutulan otaqların ayrı-ayrılıqda 

sahəsi 25 kv.m-dən, ümumi sahəsi 75kv.m –dən az olmamalıdır. 

Adamların daldalanması üçün otaqların sahəsi ikimərtəbəli taxtlar qoyularkən hər 

adam  üçün  0,5kv.m,  üçmərtəbəli  taxtlar  qoyularkən  isə  0,4kv.m  hesablanmalıdır. 

Otaqlarda daxili havanın həcmi hər adam üçün ən azı 1,5 kub.m olmalıdır. 

Otaqların  hündürlüyü  onlardan sülh dövründə  nə  məqsədlə istifadə ediləcəyindən 

asılıdır,  lakin  döşəmədən  üst  örtük  konstruksiyalarının  ən  aşağı  hissəsindəki 

məsafə 3,5 m-dən çox olmamalıdır. Otağın hündürlüyü 2,15 m-dən 2,9 m-dək olan 

hallarda  ikimərtəbəli  taxtlar,  bundan  artıq  olanda  isə  üçmərtəbəli  taxtlar 

qoyulmalıdır. Sülh dövründə istismar şəraitinə görə hündürlüyü ən azı 1,85 m olan 

binalardan sığınacaq kimi istifadə etməyə icazə verilir. Belə hallarda burada ancaq 

birmərtəbəli taxtlar qoyulmalıdır. 

Daldalanan  adamların  oturması  üçün  oturacaqlar  hər  adam  üçün  0,45  ×  0,45  m, 

yuxarı mərtəbələrdə uzanma yerləri isə 0,55 × 1,8 m hesabı ilə müəyyən edilir.  

Taxtların döşəmədən hündürlüyü birinci mərtəbədə 0,45 m, ikinci mərtəbədə-1,4 m 

və  üçüncü  mərtəbədə  2,15  m  olmalıdır.  Ən  yuxarıdakı  mərtəbədə  otağın  üst 

örtüyünə  (tavanına) və ya tavan konstruksiyasının aşağı hissəsindəki məsafə ən azı 

0,75 m götürülür. 

Daldalanan  adamların  oturması  və  uzanması  üçün  yerlər  stasionar  ola  bilər 

(sığınacaq  tikilərkən  düzəldilir).  Əgər  belə  taxtlar  sığınacaqlardan  sülh  dövründə  

təsərrüfat  ehtiyacları  üçün  istifadə  etməyə  maneçilik  törədirsə,  onlar  sığınacaq 

mühafizəyə  hazırlıq  rejminə  keçilərkən  düzəldilir.  Sığınacağın  geniş  sahəli 

otaqlarını 50-75 nəfərlik otaqlara bölmək lazımdır. 

darəetmə  məntəqəsi  ( M)  -  obyektin  rəhbər  heyətinin  və  MM  qərargahının 

yerləşməsi  üçündür.  Belə  məntəqə  ən  böyük  iş  növbəsində    600  və  bundan  artıq 

adam işləyən müəssisələrdə sığınacaqların tikilməsi layihələrində nəzərdə tutulur. 

darəetmə  məntəqəsi,  adətən,  mühafizəli  elektrik  təchizatı  mənbəyinə  malik  olan 

sığınacaqlardan birində yerləşdirilir. O, iş və rabitə otağından ibarət olur. 

Adətən,  idarəetmə  məntəqəsi  sığınacağın  giriş  yollarından  birinin  yaxınlığındakı 

otaqlarda  yerləşdirilir  və  odadavamlılııq  həddi  bir  saatadək  olan  arakəsmələrlə 

sığınacağın adamlar yerləşən digər otaqlarından ayırılır. 



Tibb  məntəqəsi  (TM)  -  sığınacaqda  daldalanan  adamlara  ilk  tibbi  yardım 

göstərmək  üçündür.  Daldalanan  adamların  sayı  900-1200  nəfər  olanda  tibb 




məntəqəsinin  sahəsi  9  kv.m  müəyyən  edilir.  1200  nəfərdən  artıq  hər  100  nəfər 

üçün tibb məntəqəsinin sahəsi 1kv.m artırılır. 

Sığınacaqlarda həmçinin hər 500 nəfər adam üçün sahəsi 2 kv.m olan bir sanitariya 

qovşağı nəzərdə tutulur, lakin hər qurğuda ən azı bir belə məntəqə olmalıdır. 



 

33. Sadə daldalanacaqlar.  

Düşmənin qəfil basqını zamanı əhalinin xeyli hissəsi mühafizə qurğuları ilə təmin 

edilməyən hallarda müasir qırğın vasitələrindən əhalinin kütləvi mühafizəsini qısa 

müddətdə təmin etmək üçün sadə daldalanacaqlar həlledici əhəmiyyət kəsb edir.  

Sadə  daldalanacaqlara  üstü  açıq  və  örtülü  yarğanlar  (oyuq),  səngərlər  (tranşeya) 

aiddir. 


Sadə daldalanacaqların tutumu 10-50 nəfər nəzərdə tutulur.  

Yarğanlar,  adətən,  uçqunlar  altına  düşməyəcək  ərazidəki  müxtəlif  yerlərdə: 

şə

hərlərin  bağçalarında,  stadionlarda,  geniş  həyətlərdə,  kənd  yerlərində  isə 



bağlarda,  bostan  yerlərində,  geniş  küçələrdə  düzəldilə  bilər.  Belə  sahələr  elə 

seçilməlidir ki, oranı qar və yağış suları basa bilməsin.  

Yarğanlar  adamların  bir  və  iki  cərgədə  yerləşdirilməsi  üçün  nəzərdə  tutula  bilər. 

Adamlar bir cərgədə yerləşdirilən yarğan dərinliyi 180–200sm, eni yuxarıda 100–

200sm dibdə isə 30–90sm olan xəndəktən ibarət olur. Yarğan hər adam üçün 0,5 - 

0,6m hesabı ilə müəyyən edilir.  

Örtülü  yarğanın  tikintisi  iki  mərhələdə  yerinə  yetirilir:  birinci  mərhələdə  onun 

xəndək  hissəsi  qazılır  və  avadanlıqlaşdırılır,  ikinci  mərhələdə  üstü  örtülür  və 

torpaqla bərkidilir.  

Yarğan-hərəsinin uzunluğu 10-15m olan bir-birinə nisbətən bucaq altında yerləşən 

bir  neçə  düzxətli  sahələrdən  ibarət  xəndəkdir.  Tikintinin  birinci  mərhələsində 

ə

razidə daldanacağın yeri müəyyən edilib nişanlanır və onun planı çəkilir.  



Ventilyasiya  xəndəyin  baş  tərəflərində  qoyulan  havaverici  və  sorucu  qutular 

vasitəsilə təmin edilir. Qutular taxtadan düzəldilir, onların en kəsiyi 20 ×20sm olur. 

Havaverici  qutunun  aşağı  ağzında  siyirtmə  qapaq  və  tozəleyhinə    süzgəc 

quraşdırılır.  

Divarlarında örtüyü olan, üstü taxta və 70-80 sm torpaq qatı ilə örtülən, adamlar bir 

cərgədə  yerləşdirilən  10  nəfərlik  yarğan  tikmək  üçün  tələb  olunan  təqribi  əmək 

sərfi  və  tikinti  materialları  norması  belədir:  əmək  sərfi  80-10  adam-saat;meşə 

materialı (eyni diametirli şalban şəklində) -2 kub m; taxta - 1,3-1,5 m

3

; lif (gəpiktə 



və ya mamır) - 3,4kq; tol (ruberoid) - 20 m

2

; müxtəlif ölçülü mismar - 0,3-0,5 kq; 



məftil – 2 – 3kq. Texnikadan istifadə edilərkən: təxmini əmək sərfi 6-8 adam/saat, 

ekskavatorun işi - 0,5-1 maş/saat; avtokranın işi 1maş/saat.  

Sadə daldalanacaqlarda işıq vasitələri olmalıdır.  

 

 



34. Sığınacaqların konstruktiv həlli və mühəndis texniki avadanlığı. 

Sığınacağın konstruktiv elementləri bunlardır: 

-əsas  qurğunun  yükgötürücü  və  mühafizəedici  konstruksiyaları  (üst  örtükləri, 

örtüklər), xarici və daxili divarlar, sütunlar və arakəsmələr, bütöv bünövrə tavaları 

və ayrı-ayrı sütunvari (lentvari)  bünövrələr; 



Yüklə 422,87 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə