Microsoft Word mm cavab az imtahan docx



Yüklə 422,87 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix14.01.2018
ölçüsü422,87 Kb.
#20630
1   ...   10   11   12   13   14   15   16   17   18

38. Fövqəladə hadisə nəticələrinin aradan qaldırılması üzrə işlərin növbəliliyi, 

ardıcıllığı və mərhələlərlə aparılması. 

       Fövqəladə hadisə nəticələrinin aradan qaldırılması üzrə işlər mərhələlər üzrə, 

müəyyən ardıcıllıqla və mümkün qədər qısa müddətdə yerinə yetirilir.  

      Birinci mərhələdə aşağıdakı məsələlər həll edilir:  

1. Əhalinin dərhal mühafizəsi; bu məqsədlə:  

 -Təhlükə barədə xəbərdarlıq;  

 -Mühafizə vasitələrindən istifadə edilməsi;  

 -Mühafizə rejimlərinə riayət olunması;  

 -Təhlükəli zonadan köçürülmə;  

 -Tibbi-profilaktika  vasitələrinin  işlədilməsi  və  xəsarət  almış  şəxslərə  hər  cür 

yardımın göstərilməsi.  

2.  Fövqəladə  hadisə  nəticələrinin  genişlənməsinin  qarşısını  almaq  və  ya  onun 

təsirini azaltmaq; bunun üçün:  

 -Qəzanın məhdudlaşdırılması;  

 -Texnoloji prosesin müvəqqəti dayandırılması və ya dəyişdirilməsi; 

 -Yanğınların qarşısının alınması və söndürülməsi.  

3.  Xilasetmə  və  digər  təxirəsalınmaz  işlərin  (X  və  DT )  yerinə  yetirilməsinə 

hazırlıq; bu məqsədlə:  

- daraetmə orqanlarının, qüvvə və vəsaitlərin hazır vəziyyətə gətirilməsi;  

-Zədələnmə ocaqlarında kəşfiyyatın aparılması;  

-Yaranmış şəraitin qiymətləndirilməsi.  



kinci mərhələdə aşağıdakı məsələlər həll edilir:  

1. Fövqəladə hadisə nəticələrinin aradan qaldırılması.  

2.  Fövqəladə  hadisə  nəticələrinin  aradan  qaldırılması  üzrə  birinci  mərhələdə 

başlanmış işlərin icrasının davam etdirilməsi.  

    X  və  DT   fasiləsiz  olaraq  gecə  və  gündüz,  hər  cür  havada,  güclü  və  kütləvi 

dağıntılar,  yanğınlar,  atmosferin,  ərazinin  zəhərlənməsi,  insanların  məhv  olması 

şə

raitində belə əzmlə icra edilməlidir.  



    Bu işlərin müvəffəqiyyəti təcrübədən və belə şəraitdə mürəkkəb məqsədəuyğun 

qərarlar qəbul etmək bacarığından asılı olacaqdır.  



Üçüncü mərhələdə aşağıdakı məsələlər həll edilir:  

1. Zərər çəkmiş rayonlarda əhalinin normal həyat fəaliyyətinin təmin edilməsi; bu 

məqsədlə:  

-yaşayış evlərinin bərpası və ya bu məqsədlə müvəqqəti binalar tikilməsi;  

-enerji,  qaz,  su  təchizatının,  kommunal  xidmət  obyektlərinin,  rabitə  xətlərinin 

bərpa edilməsi;  

-zədələnmə ocağının sanitar təmizlənməsi;  

-əhaliyə yardım göstərilməsi, adamların ərzaq məhsulları, gündəlik təlabat əşyaları 

ilə təmin edilməsi.  

2. Köçürülmüş əhalinin öz yerlərinə qaytarılması.  

3. Təsərrüfat obyektlərinin fəaliyyətinin bərpa edilməsi.  

Bu tədbirlərin icrası üzrə görüləcək işlərin həcmi və xarakteri fövqəladə hadisənin 

növündən, miqyasından və vaxtdan asılı olacaqdır.  

 



39.Fövqəladə  hadisə  nəticələrinin  aradan  qaldırılmasına  cəlb 

edilən qüvvə və vasitələr. 

       Qəzaların  nəticələrini  aradan  qaldırmaq  -  müvafiq  sənaye  sahələrinin  və  ya 

ə

razi  (şəhər,  qəsəbə)  təşkilatlarının  tabeliyindəki  obyektlərdə  olan  xüsusi 



xidmətlərin  və  ayrı-ayrı  mütəxəssislərin,  yanğınsöndürmə  və  meşə  yanğını 

komandalarının,  elektrik  şəbəkəsi,  rabitə,  qaz  təchizatı,  su  təchizatı,  kanalizasiya, 

istilik  təchizatı  qəza  xidmətlərinin,  dəmiryolu  bərpa  qatarlarının,  qəza  xilasetmə 

gəmilərinin,  avtomobil  nəqliyyatı  texniki-qəza  xidmətinin,  təcili  tibbi  yardım 

xidmətinin və s. xidmətlərin vəzifəsidir.  

      Müxtəlif  təsərrüfat  obyektlərində  baş  verən  kiçik  qəzalar  və  yanğınlar  həmin 

obyektlərin müdriyyəti tərəfindən öz qüvvələri ilə, eləcə də ərazi təşkilatlarındakı 

(xüsusi xidmətlərin) mütəxəssislərinin qüvvələri ilə aradan qaldırılır.  

     Bir  sıra  sənaye  və  təsərrüfat  sahələrində  (dağ-sənaye  sahələrinin  şaxtalarında, 

metrotunel, kollektor tikintisində, neft mədənlərində, neft-kimya  müəssisələrində) 

qəzaların  aradan  qaldırılması  üzrə  işlərdə  respiratorlardan  istifadə  edilməsi  tələb 

olunduğu üçün belə müəssisələrdə xüsusi qazdan xilasetma və dağmədən işlərində 

xilasetmə dəstələri - komandalar dəstələr və s. habelə gəmiçilik idarələrinin qəza-

xilasetmə dəstələri yaradılır.  

     Mədən işlərində xilasetmə dəstələrinə aşağıdakılar həvalə edilir: kömur və filiz 

mədənlərində,  metropolitendə,  neft  və  kimya  sənayesi  müəssisələrində  qəzalar 

zamanı  adamların  xilas  edilməsi;  yeraltı  qəza  nəticələrinin  aradan  qaldırılması 

işlərinin  aparılması  respiratorlardan  istifadə  etməklə  profilaktika  işləri  görmək 

tələb  olunan  şəraitdə  yeraltı  və  yerüstü  yanğınların,  alışmış  neft  və  qaz 

fəvvarələrinin  və  s.  söndürülməsi;  qəzaların  qarşısını  almaq  üçün  profilaktika 

işlərinin  icra  edilməsi;  respiratordan  istifadə  olunması  tələb  edilən  texniki  işlərin 

yerinə yetirilməsi və s.  

     Güclü  fəlakətlərə  qarşı  işlərə  rəhbərlik  etmək,  eləcə  də  onların  nəticələrinin 

aradan  qaldırılması  üzrə  təxirəsalınmaz  tədbirlər  görmək  üçün  respublikada 

Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. Bu nazirliyə zərər çəkmiş əhaliyə yardım 

göstərilməsi,  dövlətin  maddi  sərvətlərinin  və  vətəndaşların  əmlakının  xilas 

edilməsinə  yerli  qüvvə  və  vasitələrin  cəlb  olunması  sahəsində  geniş  səlahiyyətlər 

verilmişdir.  Təbii  fəlakətlərlə  mübarizə  tədbirlərində  nəinki  fəlakət  baş  vermiş 

ə

razidəki iş qabiliyyətli əhali, həm də respublikanın digər rayonlarının əhalisi fəal 



iştirak etməlidir.  

      Fəlakatlərlə  mübarizəyə  təsərrüfat  obyektlərinin  fəhlə  və  qulluqçuları  da  cəlb 

edilir; bu məqsədlə onlardan hərbiləşdirilməmiş dəstələr (xilasedici, qəza-bərpa və 

digər  dəstələr,  komandalar,  qruplar  və  manqalar,  rabitə,  yanğın  və  s.)  yaradılır. 

Bəzi  təhlükəli  hallarda  güclü  qəzaların  aradan  qaldırılması  və  təbii  fəlakətlərlə 

mübarizə işlərinə hərbi hissələr cəlb edilə bilər.  

 

40. Fövqəladə hadisə nəticələrinin aradan qaldırılmasında xilasetmə  

və digər təxirəsalınmaz işlərin aparılması. 

     Xilasetmə işləri aşağıdakıları əhatə edir:  

-Hərəkət  marşrutlarında  və  iş  sahələrində  (obyektlərində)  yanğınların 

məhdudlaşdırılması və söndürülməsi;  



Yüklə 422,87 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə