Microsoft Word mm cavab az imtahan docx



Yüklə 422,87 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix14.01.2018
ölçüsü422,87 Kb.
#20630
1   ...   10   11   12   13   14   15   16   17   18

-Zədələnmiş adamların axtarılması və onların uçqunlar altından, dağılan və yanan 

binalardan, qaz, su və tüstü ilə dolmuş otaqlardan çılxarılması;  

-Uçulmuş və zədələnmiş mühafizə qurğularının açılması və oradan adamların xilas 

edilməsi;  

-Uçqunlar  altında  qalmış  və  süzücü-ventilyasiya  qurğusu  zədələnmiş  muhafizə 

qurğularına hava verilməsi;  

-Zədələnmiş adamlara ilk tibbi yardım və ilk həkim yardımı göstərilməsi və onların 

müalicə müəssisələrinə köçürülməsi;  

-Əhalinin təhlükəli sahələrdən təhlükəsiz rayonlara çıxarılması 

-Əhalinin  sanitariya  təmizlənməsi,  paltarların,  texnikanın,  nəqliyyatın,  mühafizə 

vasitələrinin, ərazinin və qurğuların, habelə ərzaq malları və xammalının, suyun və 

yemlərin zərərsizləşdirilməsi.  

     Xilasetmə işlərinin müvəffəqiyyətini təmin edən əsas prinsiplər bunlardır:  

1)  xilasetmə  işləri  aparacaq  qüvvə  və  vasitələrin  surətlə  işə  hazır  vəziyyətə 

gətirilməsi;  

2) yaralıların xilas edilməsi işlərinə dərhal başlanması.  

3)  qüvvə  və  vasitələrdən  ilk  növbədə  iş  sahələrində,  yaralıların  daha  çox  olduğu 

ehtimal edilən yerlərdə istifadə edilməsi;  

4) mexanizasiya və avtomatika vasitələrinin səmərəli tətbiq edilməsi və dəstələrdən 

onların ixtisası və təminatı üzrə istifadə olunması;  

5)  xilasetmə  işlərinin  fasiləsiz  surətdə  aparılması,  radiasiya  səviyyəsindən  və 

yaranmış  digər  şəraitdən  asılı  olaraq  növbələr  üzrə  iş  müddəti  2  saatdan  12 

saatadək müəyyən edilir.  

6) X və DT  yerinə yetirilərkən bütün təhükəsizlik tədbirlərinə riayət edilməsi.  



    Digər  təxirəsalınmaz  işlər  -  xilasetmə  işlərinin  aparılmasına  şərait  yaratmaq, 

eləcə  də  kommunal  təsərrüfat,  energetika,  nəqliyyat  və  rabitə  şəbəkələrində  qəza 

nəticələrini  məhdudlaşdırmaq  və  aradan  qaldırmaqla  obyektin  fəaliyyətini  təmin 

etmək məqsədilə yerinə yetirilir.  

Belə işlər aşağıdakılardan ibarətdir:  

1)  uçqunlarla  tutulmuş  yerlərdə  zəhərlənməyə  (çirklənməyə)  məruz  qalmış 

sahələrdə nəqliyyat üçün yol salmaq və keçidlər düzəltmək;  

2)  xilasetmə  işlərinin  icrasına  imkan  yaratmaq  üçün  qaz  enerji,  su  təchizatı, 

kanalizasiya və texnoloji şəbəkələrdə qəzaları məhdudlaşdırmaq;  

3)  uçulub  tökülmək  qorxusu  törədən  və  hərəkətə  eləcədə  işlərin  təhlükəsiz 

aparılmasına  mane  olan  konstruksiyaların  bərkidilməsi  və  ya  tamamilə 

dağıdılması;  

4)  xilasetmə  işlərinin  aparılmasını  təmin  etmək  məqsədilə,  zədələnmiş  və  ya 

dağıdılmış rabitə xətlərini, kommunal-enerji şəbəkələrini təmir və bərpa etmək; 

5)  düşmənin  ehtimal  olunan  təkrar  zərbələrindən,    təbii  fəlakətlərdən  qorunmaq 

üçün zədələnmiş mühafizə qurğularını təmir və bərpa etmək.  



 

41. Zərərsizləşdirmənin  növləri.  

Zərərsizləşdirmə  -  yoluxmuş  (zəhərlənmiş)  səthlərlin  üzərində  dezaktivasiya, 

deqazasiya və dezinfeksiya işlərinin aparılmasıdır. 




Dezaktivasiya  -  çirklənmiş  əşyaların  səthindən  radioaktiv  maddələri  kənar 

etməklə zəhərlənmənin təhlükəsiz dərəcəyədək azaldılmasıdır.  

Deqazasiya  -  zəhərləyici  və  qəza  təhlükəli  kimyəvi  maddələrin  məhv  edilməsi 

(neytrallaşdırılması)  və  ya  onların  səthlərdən  kənar  edilməsidir.  Bu  zaman  əsas 

məqsəd  ondan  ibarətdir  ki,  zəhərlənmə  baş  verməsin  və  yaxud  zəhərlənmə  yol 

verilən təhlükəsiz normayadək azaldılsın. 

Dezinfeksiya  -  xəstəlik  törədən  mikroorqanizmlərin  məhv  edilməsi,  toksinlərin 

zərərsizləşdirilməsidir.  

Dezinseksiya -  düşmən tərəfindən infeksion xəstəlikləri yayan daşıyıcılar tətbiq 

edildikdə  həşəratların tələf edilməsi üçün dezinseksiya tədbirləri həyata keçirilir. 

Deratizasiya  -  infeksiya  mənbəyi  olan  və  onu  yayan  gəmiricilərin  tələf 

edilməsidir. 

nsanların  sanitar  təmizlənməsi  -  insanların  dəri  səthindən  və  göz  qişalarından 

radioaktiv, 

 

zəhərləyici 



və 

bakterioloji 

maddələrin 

təmizlənməsidir 

(kənarlaşdırmaq). 

nsanların  sanitar  təmizlənməsi  zamanı  onların  paltarlarının  zərəsizləşdirilməsi 

işlərini  yerinə  yetirməkdən-  dezaktivasiyadan,  deqazasiyadan  və  dezinfeksiyadan 

ibarətdir. 

Xüsusi  təmizləmə  işləri  yerinə  yetirmə  şəraitindən,  vaxtın  və  vəsaitlərin 

olmasından  asılı  olaraq,  zərərsizləşdirmə  və  sanitar  təmizlənmə  qismən  və  tam 

həcmdə yerinə yetirilə bilər.  

Qismən  təmizləmə  profilaktik  xarakter  daşıyır,  adətən  zəhərlənmə  ocaqlarında 

görülən işləri dayandırmadan yerinə yetirilir və çirklənmənin dərəcəsini azaltmağa 

xidmət edir. 

Tam xüsusi təmizləmə insanlar, texnika zəhərlənmə ocaqlarından çıxarıldıqdan 

sonra,  xüsusi  avadanlıqlı  məntəqələrdə   səthləri  zəhərlənmədən  tamamilə 

təmizləmək məqsədilə həyata keçirilir.  

Dezaktivasiya vəsaitləri və məhlulları.  

Məlumdur ki, yerüstü nüvə partlayışı zamanı əmələ gəlmiş radioaktiv toz əsasən 

aktiv olmayan daşıyıcıdan - üzərində radioaktiv izotoplar toplanmış toz - torpaqdan 

ibarətdir.  Həmin  izotopları  daşıyıcının  üzərindən  yuyaraq  və  ya  dezaktivasiya 

vasitələri  ilə  təmizləmək  (kənarlaşdırmaq)  çətindir.  Buna  görə  zəhərlənmiş 

obyektlərin  dezaktivasiyanın  tamlığı  daşıyıcının  hissəciklərinin    zəhərlənmiş 

obyektlərlə  əlaqəsindən  asılıdır  və  dezaktivasiya  mümkün  qədər  çox  obyektin 

üzərindən daşıyıcının uzaqlaşdırılmasdan ibarətdir.. 

Radioaktiv  çirklənmənin  dezaktivasiya  vasitələri  ilə  obyektin  üzərindən 

təmizləmək  (kənarlaşdırmaq)  üsulları  müxtəlifdir.  Üsulların  seçilməsi  deqazasiya 

olunan  obyektin  xarakterindən,  hazırlanmış  materialdan,  deqazasiya  aparılan 

şə

raitdən və tələb olunan vasitələrdən  asılıdır.    



Həmin  üsullar  xalq  təsərrufatı  və  kommunal  -  məişət  sahələrində  adi 

çirklənmələrin təmizlənməsində istifadə olunan təmizləmə vasitələrinin bəzi fiziki 

- kimyəvi proseslərinə əsaslanır.  

 

42.  Deqazasiya üsulları və onların xarakteristikası 

      Deqazasiya kimyəvi, fiziki-kimyəvi və fiziki üsullarla aparıla bilər. 



Yüklə 422,87 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə